©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

III BÖLMƏ - Zakir bayramli


III BÖLMƏ 

 

 



 

 

 



 



 



 



 



 



“TORPAQ  UĞRUNDA 



ÖLƏN  VARSA 



VƏTƏNDİR...” 



 



 



  



 



 



 

 

 



157 

“TORPAQ UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR...” 

 

Mehdi Ağabala oğlu Hüseynov 



1958-ci ilin aprel ayının 20-də Şabran 

(keçmiş  Dəvəçi) rayonunun Suma-

qova-Qazma kəndində anadan ol-

muşdur.  

1965-1975-ci illərdə Pirəbədil 

kənd orta məktəbində  təhsil alıb orta 

məktəbi bitirmişdir. Orta məktəbi 

bitirdikdən sonra Bakı Sovet Ticarəti 

Texnikumuna qəbul olunmuşdur.  

1977-1979-cu illərində ordu sıralarında xidmət etmişdir.  

Həmin dövrdə sürücü-mexanik ixtisasına yiyələnmişdir.  

Ordudan tərxis oluduqdan sonra M.Hüseynov texnikumda 

təhsilini başa çatdırıb rayonun ticarət obyektlərində  işləməyə 

başlayır. Qısa müddət ərzində Mehdi öz səmimiliyi və təmiz-

liyi sayəsində böyük uğur qazanır.  

İncə təbiəti vardı. İncəsənəti çox sevirdi. Gözəl musiqi du-

yumuna malik idi. Hələ texnikumda oxuduğu vaxtlarda bəstə-

kar Bəxtiyar Kərimovla tanış olmuşdu.  

Bəstəkar Mehdinin gözəl səsini, gitarada ifa tərzini 

bəyənmiş, onu Bakı  şəhərindəki Asəf Zeynallı adına musiqi 

məktəbində  təhsil almasını  məsləhət bilmişdi. Lakin Mehdi 

müsiqi məktəbində  təhsil almasa da gitarada mahnı  və 

müğamları gözəl ifa etməyi öyrənmişdi.  

Keçən  əsrin doxsanıncı illərinin  əvvəlində rayonumuzda 

kəndli fermer təsərrüfatları yaranmağa başlanmışdı.  

Mehdi də  kənddə  kəndli fermer təsərrüfatlarının yaradıl-

masında çox fəal idi.  

Deyirdi ki, indi nə fabrik var, nə zavod. Nə kolxoz var, nə 

sovxoz. Biz kəndlilərin çörəyi torpaqdan çıxır. Gəlin birləşib 

bir təsərrüfat yaradaq. Əkini-biçini çoxaldıb kənd camaatını bu 



158 

iqtisadı çətinlikdən çıxardaq.  

Böyük həvəslə “Birlik” adlı  kəndlı fermer təsərrüfatını 

yaratdı. Planları və arzuları böyük idi. Lakin sən saydığını say, 

gör zalım fələk nə sayır.  

Həmin vaxtlarda Vətənin başı üstünü qara buludlar almış-

dı. Qəsbkar və nankor qonşular öz çirkin və iyrənc fəaliyyət-

lərinə başlamışdılar.  

1992-ci ilin fevral ayında Xocalı faciəsi baş verdi. Bürün 

ölkə sarsılmışdı.  

Mehdinin isə üzünə heç baxmaq olmurdu. Qəzəbindən 

dalğalı dəniz kimi coşub-daşırdı. Elə hey “Vətən yaman təhlü-

kədədir, igid oğullar torpaqlarımızın müdafiəsinə qalxmalıdır” 

deyirdi. Səbiri get-gedə tükənirdi. O, dözməyib könüllü olaraq 

cəbhəyə getdi. Düşmən ordusuna qarşı aparılan döyüş əməliy-

yatlarında neçə-neçə uğur qazandı.  

1992-ci ilın iyul ayının 2-də  Ağdərə istiqamətində gedən 

çətin və  ağir döyüşlərin birində Mehdi Hüseynov ağır yara-

lanaraq qəhrəmancasına həlak oldu. O, uğurunda  şəhidlik 

zirvəsinə çatdığı ana torpağa tapşırıldı. Bu sətirləri yazanda 

Roma  şairi K.F.Hopatsunun (65-85) bir kəlamını xatırladım: 

“Vətən uğurunda ölmək şərəfdir.” 

Hər insanın öz ömür qisməti var. Mehdi 34 il yaşadı. 

Lakin qısa olsa da, çox dəyərli və mənalı bir ömür yaşadı. Əsl 

kişi ömrü yaşadı.  Şəhidlik zirvəsinədək yüksəldi. Vətəni, tor-

pağı, qeyrəti və namusu qorumaq yolunda canından keçdi. 

Vətənə aid yazdığım qəzəldə dediyim kimi: 

 

Borcluyuq biz hamımız verməyə bir can Vətənə,  



Edərik istəsə hər an onu qurban Vətənə.  

 

Dar günündə hayına çatmağa bizlər dayanıb,  



Qoymarıq kimsə yaza məhvinə fərman Vətənə.  

 


159 

Mehdi Hüseynovun 2 oğul övladı ondan yadigar qalıb. 

İkisi də Vətənə, torpağa bağlı övladlardır.  

Vətəni, torpağı  uğrunda  şəhid olan Mehdinin bir yaşlı 

nəvəsi – balaca Mehdi babasının  ən qiymətli yadigarı  və 

davamçısı olacaq.  

Mehdi Vətən uğrunda şəhid olsa da o ölməyib. O bu gün 

bütün cəbhə yoldaşlarının, dostlarının və qohumlarının, bir 

sözlə bütün Mehdisevərlərin ürəyində yaşayır, sabah da 

yaşayacaqdır. Bu barədə  şair yaxşı deyib: “Torpaq uğrunda 

ölən varsa Vətəndir. ” 

Bu gün 100 yaşını qeyd etdiyimiz Pirəbədil kənd tam orta 

məktəbi igid əsgər, məktəbin məzunu Mehdi Ağabala oğlu 

Hüseynovun adını daşıyır.  

 

 

 



 

 

 



 



     



    



  



          



 



 



 



 



 



 



 



            



 



 



160 

IV  BÖLMƏ 



 



 



 



 



 



 



 



 



 



KƏNDİM BEŞİYİM 



MƏNİM...    



 



   

 

 



  



 



 



 



        



 



 



161 

PİRƏBƏDİL KƏNDİNİN TARİXİ HAQQINDA 



QISA OÇERK 



 



 

Maşınımız Zöhramı  kəndinin içərisindən keçib Pirəbədil 

kəndinə sarı yol aldı. Artıq Pirəbədil kəndinə az məsafə 

qalırdı. Məni isə bu qədim və qocaman inzibatı məkəz barədə 

beynimdə  və yaddaşımda dolaşan yazılar və saysız xatirələr 

rahat buraxmırdı. Artıq son məqamda xəyyalarım mənim 

üzümdən öpüb qucaqladı. Sevinclə, ilahi nəvazişlə sanki 

mənim başıma sığal çəkib məni ovsunladı. Xəyal quşum məni 

qanadları üztünə alıb özü ilə  əlçatmaz göylərə qaldırdı  və 

keçmiş dövrlərə apardı. Pirəbədil kəndinin tarixi haqqında 

xatirələrim heç bir neçə saniyə keçməmiş bir kino lenti kimi 

asta-asta gözümün önündən gəlib keçməyə başladı.  

Bu kəndin ağsaqqalları belə  nəql edirlər ki, VII əsrdə 

islamçılığı yaymaq məqsədilə bir neçə ailə Pirəbədilə  gəlib. 

Hacı Mustafa, Hacı Abubəkir, Hacı  Əbuhüseyn və başqaları 

bu nəslin XIX əsrdə yaşamış nümayəndələridir. Bu kitabda adı 

tez-tez çəkilən  əfəndilər nəslindən olan Mahmudağa kişi də 

Hacı Əbuhüseynin törəmələrindəndir.  

Pirəbədil kəndi  Şabran (keçmiş  Dəvəçi) rayonunun 

Pirəbədil  İnzibatı  Ərazi Daiəsinin mərkəzidir. Hal-hazırda bu 

inzibatı  ərazi dairəsı Pirəbədil, Sumaqova, Zöhramı  və 

Sumaqova-Qazma kəndlərini  əhatə edir. Pirəbədil bələdiyyə-

sinin tərkibinə isə bu kəndin özü ilə birlikdə 9 kənd daxildir.  

Pirəbədil kəndi rayonun qərbində dağ  ətəyində yerləşir. 

Kəndin adının Pirəbədil adlanması bu yaşayış məskəninin eyni 

adlı pirin yaxınlığında salınmasıdır. Bu əraziyə insan ayağı 

dəyəndən bu kənd həmin pirin adı ilə adlandırılmışdır.  

Pirəbədil kəndi  Şabran (keçmiş  Dəvəçi) rayon mərkə-

zindən 17 kilometr uzaqda yerləşir. Bu kənd rayonun Suma-

qova, Zöhramı, Zeyvə  və Kilvar kəndləri ilə  həmsərhəddir. 



162 

Təxmınən dəniz səviyyəsindən beş yüz metr yüksəklikdədir. 

Baba dağdan və  Şahdağdan  əsən sərin hava axını daim bu 

yerin təbiətinin  əsrarəngiz gözəlliyini daha da artırır. Kəndin 

və onun ətrafının yaşıl çəmənliklərlə  və çoxillik məşələrlə 

əhatə olunması, buradakı biomüxtəlifliyin rəngarəngliyi Pirə-

bədilin zəngin floraya və faunaya malik olmasından xəbər 

verir.  


Pirəbədil meşəçiliyi öz ərazisinə  və bitki örtüyünə görə 

respublikanın  ən böyük meşəçiliyi hesab olunur. Bu meşələr 

sanki Baba dağ və Şahdağdan axıb gələn soyuq hava kütləsinin 

istiləşməsinin qarşısını almaqda misilsiz rol oynayır. Azər-

baycanda ilin may-oktyabr aylarında böyük şəhər və digər 

regionların  əhalisinin istirahət üçün şimal  ərazilərinə üz 

tutması əbəs deyil. Son dövrlərdə turistlərin və yerli respublika 

əhalisinin gəzinti və istirahət üçün bu yerlərə axın etməsi 

Pirəbədilin və onun ətrafındakı  kəndlərin turizmin inkişafı 

baxımından yaxşı gələcəyindən soraq verir.  

Bu kəndin yazı və payızı mülayim (çox vaxt yağışlı), yayı 

isti (burada istilik çox vaxt gündüz saat 11-dən 17-dək 

müşahidə olunur. Səhərlər və axşamlar isə  sərin olur. ) Qışı 

soyuq və şaxtalı, bəzi hallarda mülayim keçir.  

Pirəbədil kəndi öz ətrafında yerləşən kəndlər: Sumaqova, 

Zöhramı, Sumaqova-Qazma, Qorğan, Bilici Qorğan, Kilvar və 

Zeyvə  kəndləri üçün uzun illər bir inzibatı  mərkəz rolunu 

oynamışdır. Son illərdə Zeyvə  və Qorğan kəndləri ayrılıb 

özlərinin nümayəndəliklərini yaratmışlar.  

Pirəbədil kəndi-qədim tarixə malikdir. Buraya birinci 

köçüb gələn  əhalinin tarixi çox uzaq keçmişlərə gedib çıxır. 

Ancaq bu kəndə gələn ikinci nəslin tarixi 18-ci əsrin əvvəlinə 

təsadüf edir. Deyilənə görə ikinci dəfə  kəndə  əhali axınında 

Şeyx Kəbir və qardaşları bu əraziyə Şam şəhərindən gəlmiş və 

burada məskən salmışlar.  

Bu kəndin yaşlı sakini, hazırda Şabran şəhərində yaşayan 



163 

Hacı  Məmmədmehdi (Mətpaşa) Səlimov da söyləyir ki, 

“Pirəbədil” sözünün mənası “Övliya-Pirəbədəl” adından 

götürülmüşdür. İndi də kənddə bu adda böyük pir var.  

Bu kənd  əsasən 3 məhəllədən ibarətdir. Aşağı  məhəllə 

(Şıxlar məhəlləsi ), vəx-vəxilər məhəlləsi və yuxarı məhəllə.  

1.

 Şıxlar məhəlləsi 

- Bu məhəllə Pirəbədil kəndinə ikinci 

dəfə köç edən  Şıxkərim babanın nəvə-nəticəsi, bir sözlə 

törəmələridir. Bura Şıxmurad, Hacımurad və digərlərinin 

qohum-əqrabası daxildir.  

2.

 Vəx-vəxilər məhəlləsi  

- “Vəxi” sözü tat sözüdür. 

“Durmaq” mənasında işlədilir. Bu məhəlləyə Mehrac, 

Nizammədin və Güləlı müəllimlərin, Pirəli, Zülfalı kişinin və 

başqalarının qohum-əqrəbası aiddir.  

3.

 Yuxarı məhəllə 

- Bu məhəlləyə Heybət, Nəcəf, Gəncalı 

və digər insanların qohum-əqrəbaları daxildir.  

Kənd iki soydan: türk və tat soylu əhali tərkibindən 

ibarətdir.  

Pirəbədil kəndində, indiki tarix muzeyinin qarşısında 

Qəzənfər Musabəyovun büstü qoyulmuşdur.  

Kənddə 1975-ci ildə Böyük Vətən müharibəsində  həlak 

olmuş Pirəbədillilərin şərəfinə də abidə  ucaldılmışdır.  

Pirəbədil kəndi 1930-cu ilə  qədər Quba qəzasının Dəvəçi 

nahiyəsinin tərkibində olmuşdur. 1930-cu ildən Dəvəçiyə 

rayon statusu verildidən sonra bu kənd  Şabran (keçmiş 

Dəvəçi) rayonunun tərkibindədir.  

Kəndin tarixi barədə  kənddə yaradılmış muzeydə bir sıra 

tarixi məlumatlar toplanmışdır.  

Bu muzey 1968-ci ildə yaradılmış, uzun müddət Qəzənfər 

Musabəyovun ev muzeyi adı ilə  fəaliyyət göstərmişdir. Son 

illərdə isə muzeyin adı  dəyişdirilib Pirəbədil tarix muzeyi 

adlandırılmışdır.  

  Muzey  1862-ci  ildə  Qəzənfər Musabəyovun atası 

Mahmudağa Əfəndiyevin vəsaiti hesabına şəxsi malikanə kimi 



164 

tikilmişdir. 46 ildir ki, həmin malikanədən muzey kimi istifadə 

edilir.  

Bu gün muzey kimi fəaliyyət göstərən bu bina iki 

mərtəbəli olub, 14 otaq, eyvan və aynabənddən, giriş və çıxış 

qapılarından ibarətdir. Bina tarixi abidə kimi qorunur. 

 

Muzeyin baş otağı hicri tarixi ilə 1321-ci ildə (miladı tarixi ilə 



1903-cü ildə 111 il bundan əvvəl rusiyalı bir sənətkar və 

rəssam tərəfindən yağlı boyalarla nəfis şəkildə və zövqlə işlən-

mişdir. Mən həmin otaqa baxanda (xırda istisnalar olmaqla) 

həmin otağın divarlarına və tavanına çəkilmiş  rəsmlərin bir 

əsrdən çox vaxt keçməsinə baxmayaraq solmadığının  şahidi 

oldum.  


Muzeydə 2330 eksponat toplanmışdır.  

 



            



“BURA  MƏSKƏNİDİR GÖZƏLLİKLƏRİN ...” 



 

2008-ci ildə “40 il təhsilə bağlı ömür” adlı ilk kitabım 

təzəcə çapdan çıxmışdı.  Səhər-səhər tezdən piyada yola çıxıb 

işə  tələsirdim. Yolda bir müəllimə ilə rastlaşdım. Salam-

laşdıqdan sonra o, mənə: “Zakir, kitabını oxudum. Maşallah, 

yaxşı yazmısan, ancaq kəndinizi çox təərifləmisən”. Mən heç 

halımı pozmadan gülə-gülə cavab verdim:  

- Müəllimə, siz mənim kəndimin cəmənliklərini, düzən-

liklərini gördükdən sonra yalnız bu gözəlliyi duyarsınız.  Öz 

yazınızda məndən də qat-qat çox o yerləri təərifləyərdiniz. 

Sonra da sözümə belə davam etdim ki, dahi “Kapital” əsərinin 

müəllifi Karl Marks deyirmiş ki, qızılı istehsal etmək samanı 

istehsal etmək qədər asan başa gəlsəydi, onda qızılın qiymətilə 

samanın qiyməti arasında fərq olmazdı.   

Harada dağ-dərə, harada düzənlik və səhra , çay və dəniz 

hər cür təbiət gözəllikləri yaratmaq Allahın işidir. Şükür Allat-

Taalaya ki, o gözəlliklərin kiçik bir qismini də bizim kənddə 

165 

yaradıb. Dünya gözəlliklərlə elə  bəzənib ki, sanki cənnətə 

oxşayır. Bizə nəsib olmuş o gözəlliyi sevməsək, onu layiqincə 

qiymətləndirməsək onda Allaha naşükür olarıq. Müəllimə mə-

nimlə razılaşıb ayrıldı.                

Həyat doğrudan da olduqca gözəldir. Həqiqətən də onu 

yaşamağa dəyər. Bizə yalnız bir dəfə verilən bu həyatın isə 

qədrini bilməmək cinayətdir.  



Pirəbədil və onun ətraf kəndləri doğrudan da gözəl-



liklər məskənidir

. Allah-Taala bu yerlərə  nə  qədər bəzək, 

yaraşıq, nemət verdiyini özü bilir. Büradakı  təmiz və  sərin 

hava, hər tərəfdəki yaşıl meşəliklər və  sıx kolluqlar, dadı, 

ləzzəti neçə gün damağdan getməyən, min bir meyvəsi olan 

bağlar, buz bulaqlar, gül-çiçəkli dərələr və düzənlər, dağı 

xatırladan göz oxşayan yüksək yamaclar, bol məhsullu əkin və 

bostan sahələri, təzə  çəkilmiş asvalt örtüklü yol, bir də 

mehriban və  səmimi, qonaqpərvər insanlar – bütün bunların 

hamısı gözəllik deyilmi? Bu yaşıl çəmənliklər, bəzəkli gəlin 

kimi gül-çiçəklə  bəzənmiş düzənliklər, dağlar, meşələr, öz 

həzin nəğməsini oxuyan dağ çayları - bunların hamısı gözəllik 

mənbəidir. Təbiətdə gözəl nə varsa, hamısı insanın müsbət 

enerjisinin bərpasına xidmət edir. Allahın bizə bəxş etdiyi belə 

bir xidmət növündən niyə biz yararlanmamalıyıq. Ömür 

olduqca qısadır. Onun ölçüsünü Allahdan başqa bilən yoxdur. 

Bu qısa ömürdə niyə biz ancaq qara rəngi görməklə gül kimi 

vaxtımızı itirməliyik. Axı ömür gedir, Zakir Bayramlının 

şerindəki kimi: 



 



Ömür gedir 



 

Dəqiq saat kimi axarı ilə,  

Payızı, sərt qışı, baharı ilə,  

Sevinci, kədəri, qubarı ilə,  

Gözüm görə-görə ömürüm gedir.  

Vəfasız dost kimi məni tərk edir.  



166 

Çiçək açıb qəlbimdəki amallar,  

Gerçəkləşib şirin-şirin xəyallar.  

 

Düşündürür bəzən məni suallar,  



Gözüm görə-görə ömürüm gedir.  

Vəfasız dost kimi məni tərk edir.  

 

Ürək deyir sən hələ də yatıbsan,  



Fürsətin daşını çoxdan atıbsan.  

Artıq gəlib son mənzilə çatıbsan 

Gözüm görə-görə ömürüm gedir.  

Vəfasız dost kimi məni tərk edir.  

 

Al qələmi ələ Zakir, yaz, yarat,  



Şeirlərin açsın yenə qol-qanat.  

Heç kimə qalmayıb vəfasız həyat 

Gözüm görə-görə ömürüm gedir.  

Vəfasız dost kimi məni tərk edir.  

 

Bir də ki, gözəllik deyilən şey incə məsələdir. Bu gözəllik  



bir mahir rəssam kimi Allahın  əmrilə ana təbiət tərəfindən 

yaradilmış bir məşhur tablodur. 

Biz təbiət gözəlliklərini ona 



görə sevirik ki, bu gözəlliyi yaradanın hissləri ilə bizim 



həmin gözəlliyin qiymətini düyan hisslərimiz üst-üstə 



düşür.  

Bir

  

baxmaqla, bir görməklə bü cür gözəlliyin həddini 

müəyyən eləmək olmaz. Mənim fikrimcə gözəlliyə biganə 

qalmaq, ölümə  məhkum olunmaq kimi bir şeydir. Gözəlliyi 

sevmək, özü də ürəkdən sevmək, onu qorumaq, həm də ondan 

həzz almaq, faydalanmaq gərəkdir.  

Deməli, gözəlliyi təkcə duymaq da hələ azdır. Onunla 

ruhən yaşamaq lazımdır. Onda həqqiqətən də Siz gözəlliyi 

həm görə, həm də duya bilərsiniz, mənim “Gözəllik” şerimin 

bir parçasının sətirlərindəki kimi: 

 


167 

Sən həyatın özüsən,  

Xoşbəxtliyin gözüsən,  

Şairlərin sözüsən,  

Gözəllik, ay gözəllik...    

 

Göllərin sonasısan,  



Təbiət aynasısan,  

Zakirin dünyasısan,  

Gözəllik , ay gözəllik.  

 

              



ƏHMƏDBULAĞI KƏNDİNİN TARİXİNDƏN 



 

Atam Ziyarəddin kişi öz xatirələrində danışırdı ki, baba-

larımız 3 qardaş Pirəbədil kəndinə bir yerdə köçüb gəlmişdilər. 

O dövrdə bu kənddə bir Şıxlar məhəlləsi mövcud idi. O 

məhəllədə də 3-4 ev vardı. Onlar Şıxlardan icazə alıb bu yurd-

da məskən salmışdılar. Üç ilə kimi Pirəbədildə yaşadıqdan 

sonra  ətrafla tanış olub bu kənddən təxminən 1 km aralı 

Əhmədbulağı çayının üstündə özlərinə yurd yeri seçmişdilər. 

Əhmədbulağı kəndində 2 məhəllə olub: 

1. Yuxarı  məhəllə.  

Bir müddət qardaşların üçü də bu 

kənddə yaşayıb. Böyük qardaş Həlim özünə ailə həyatı qurub. 

İkinci, ortancıl qardaş xəstələnib vəfat edib.  

Kiçik qardaş isə Baş  Əmirxanlı  kəndinə gedib , orada ev 

tikib, ailə qurub yaşayıb.  

Baş Əmirxanlıda Mehdixan bulağı və Mehdixan məhəlləsi 

var. Həmin nəsl o məhəllədə yaşayır.  

Atam Ziyarəddin kişi ölənəcən o adamları adları ilə tanı-

yırdı və onlarla əlaqə saxlayırdı.  

Həlimin oğlu Səlim  Əhmədbulağında yaşayıb. Səlimin 

oğlu Nurulla (atamın atası), Nurullanın qardaşı Samulla 

(Ramazan müəllimin atası) və kiçik qardaş isə Dadaş (oğlu 



168 

Əhməd, Əhəd) olub.  

İndiki nəsilimizin “Səlimov” soyadı  Əhmədbulağlı 

Səlimin adı ilə bağlıdır.  



2. Aşağı  məhəllə.  

Bu məhəllədə  mənim ana babam 

Məcnun kişi yurd salıb.  

Məcnunun həyat yoldaşı Qeysi xanım Tahir qazma-

larından (bu yer Sumaqova-Qazmanın altında  Şıraxəkin aya-

ğında çayın kənarında Malağan su dəyirmanı ilə üz-bəüz) 

Əhmədbulağına ərə gəlib.  

Əhmədbulağı sözü həmin  ərazidə  Əhməd adlı  şəxs 

tərəfindən düzəldilmiş bulağın adından götürülmüşdür. Bulaq 

çaydan 10 metr aralıdadır. Uzun müddət içməli su mənbəi 

kimi istifadə olunub. Baxımsızlıq ucbatından indi həmin 

bulağın gözü tutulub.  

Əhmədbulağı  kəndinin  əhalisi 1949-cu il tarixli fərmana 

əsasən 1950-1953-cü illərdə Pirəbədil kəndinə köçürülmüşdür.  

Lakin son dövrdə Azərbaycanda gedən tikinti-quruculuq 

işləri Əhmədbulağı deyilən keçmiş əraziyə diqqəti artırıb. Belə 

ki, Pirəbədil kəndinin  Əhmədbulağı adlı  ərazisində Yazıçılar, 

Bəstəkarlar və  Rəssamlar  İttifaqı üçün sanatoriya və istirahət 

zonası yaradılması  nəzərdə tutulub. Bütün layihələrin hamısı 

Pirəbədilin xoş gələcəyindən xəbər verir.  

Hazırda Pirəbədildə su, qaz və  işığın təchizatı normaldır. 

Kənddə internet var. Avtomat telefon stansiyası ilə dünyanın 

hər yeri ilə danışmaq olur. Yaşamaq üçün hər şərait var. Bu isə 

Pirəbədildə yaşayan bütün sakinlərin sevins dolu qəlblərinin 

rahatlığı deməkdir.  

 

  Hacı Məmmədmehdi (Mətpaşa) Səlimov,  

                    Şabran şəhəri

   



 



 



 



169 

PİRƏBƏDİL KƏNDİNİN XEYİRXAH İNSANLARI 



 



 



Həsən  Əfəndiyev

 Pirəbədilin  Əfəndiyevlər nəslindəndir. 

Bakı Quberniyasında işləmiş  Məhəmməd  Əfəndiyevin oğlu-

dur. Anası da Mahmudağa kişinin qızı  Həliməxanımdır. 

H.Əfəndiyev represiyanın qurbanı olub. Ömrünün 19 ilini 

Sibirdə sürgündə keçirib. Sürgünə göndərilməzdən əvvəl Azər-

baycan Xarici İşlər Nazirliyinin İrandakı müvəkkili (konsulu) 

işləyirdi. N.S.Xruşşov hakimiyyətə  gəldikdən sonra bəraət 

alıb.  Əvvəlki işinə, yəni - Pespublika Daxili İşlər orqanlarına 

qəbul olunaraq Nərimanov rayon Milis Şöbəsinin rəisi təyin 

edilib. Rütbəsi polkovnik idi. O dövrdə  həmin rütbəni hər 

milis işçisi ala bilməzdi. Yalnız Bakı, Sumqayıt və  Gəncə 

şəhərlərinin milis şöbəsinin rəisləri ala bilərdi. Bu insan 

Bakıda məsul işdə  işləyə-işləyə öz kəndi Pirəbədil üçün çox 

xeyirxah işlər görmüşdü. Öz hesabına Q.Musabəyovun Pirə-

bədil kəndindəki ev muzeyini əsaslı təmir etdirmişdi. Kəndə su 

və yol çəkilməsinə böyük təşəbbüs göstərirdi.  Şabrandan 

(keçmiş  Dəvəçi)  İsmayıl Mövlüdovun milis sisteminə  işə 

girməsinə böyük köməyi olmuşdu. Milis sıralarına işləmək və 

milis məktəbinə oxumaq üçün ona müraciət edənlərə  əlindən 

gələn köməyi göstərmişdi.  



Mövlud  Əfəndiyev (Məmmədov)  

Şabranda (keçmiş 

Dəvəçi) xeyirxah insanlardan idi. Gədik (indi həmin  ərazi 

Quba rayonuna baxır.) kolxozunda və  Dəvəçikənd (indiki 

Şabran) sovetliyində mühasib vəzifəsində işləmişdir. O, sonra-

lar rayon iaşə idarəsində, meyvə-tərəvəz tədarükü kontorunda 

rəhbər vəzifələrdə çalışmışdır. Mövlud kişi əmək fəaliyyətinin 

son dövrlərində  ət tədarükü idarəsində müdir vəzifəsində 

170 

işləmişdir. Bu insan həmişə camaata əl tutardı. Onların xeyir-

şər məclislərinə köməklik göstərərdi. Çox xeyixah bir insan 

idi. Qapısına gələnin ehtiyacın ödəyər, evindən əliboş qaytar-

mazdı.  

 

Ənvər Səlimov 

-

 

təqaüdçü,  



Muxtar Əfəndiyev - 

təqaüdçü, 

 



                 Şabran şəhəri 

 

 

         


?


iii-moskovskij.html

iii-mtn---azrbaycan-mill-4.html

iii-mxt-lifl-hdiselmi--.html

iii-nkiaf-vyoxsulluun.html

iii-okonchanie-proceduri--2.html