1 ... 79 80 81 82 83 84 85 86 ... 93

III fəsil - Türk dünyasının böyük oğlu

səhifə83/93
tarix14.06.2018
ölçüsü2.83 Kb.

 
269
 

III fəsil 


DÖVLƏTİN MƏDƏNİYYƏT  


SAHƏSİNDƏ VƏZİFƏLƏRİ 


 


Maddə 11. Milli mədəniyyətin qorunub saxlanması, onun 


inkişafına yardım göstərilməsi 


Dövlət milli mədəniyyətin (Azərbaycan xalqının, o cümlədən 
Azərbaycan Respublikasının  ərazisində tarixən yaşayan və ya 
məskunlaşmış bütün etnik qrupların özünəməxsus mədəniyyətinin) 
qorunub saxlanmasına, onun inkişafına təminat verir. Milli mədəniyyət 
sahəsində həyata keçirilən fəaliyyət dövlətin himayəsindədir. 

 


Maddə 12. Milli mədəniyyət sərvətlərinin mühafizəsi 


Dövlət milli mədəniyyət sərvətlərinin mühafizəsini təmin edir. 
Dövlət Azərbaycan Respublikasından çıxarılmış milli mədəniyyət 
sərvətlərinin geri qaytarılmasını təşkil edir. 
Respublika  ərazisinə qaytarılan milli mədəniyyət sərvətlərinə görə 
gömrük rüsumu və digər rüsumlar alınmır. 
Milli mədəniyyət sərvətlərinin mühafizəsinin və onlardan istifadənin, 
habelə milli mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasından 
kənara çıxarılmasının qaydalarını müvafiq icra hakimiyyəti orqanı 
müəyyən edir. 

 


Maddə 13. Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə  məşğul olan 


subyektlərin hüquqlarının və azadlıqlarının müdafiəsi 


Dövlət mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə  məşğul olan 
subyektlərin hüquqlarına və azadlıqlarına təminat verir. 
Müvafiq dövlət orqanları  mədəniyyət və ya yaradıcılıq fəaliyyəti ilə 
məşğul olan subyektlərin hüquqlarının və azadlıqlarının pozulmasına 
yönəldilmiş hərəkətlərin qarşısını almalıdırlar. 

 


Maddə 14. Mədəniyyət sərvətlərindən istifadənin təminatı 


Dövlət maddi və mənəvi mədəniyyət sərvətlərindən hər kəsin bərabər 
hüquqlarla istifadə etməsinə təminat verir. 
 
  
 
 

 
270
Dövlət mülkiyyətində olan mədəniyyət sərvətlərindən istifadə rejimini 
müvafiq icra hakimiyyəti orqanları müəyyən edirlər. 

 


Maddə 15. Mədəniyyət təsisatlarının yaradılması  və inkişafına 


yardım 


Dövlət mədəniyyət sərvətlərinin yaradılması, çoxaldılması  və 
yayılması, mədəniyyət fəaliyy
əti sahəsində vasitəçilik fəaliyyəti ilə 
məşğul olan təşkilatların, müəssisələrin və idarələrin yaradılmasına və 
inkişafına yardım göstərir. 

 


Maddə 16. Əhalinin mədəniyyət xidmətlərilə minimum təmin 


olunması 


Müvafiq icra hakimiyyəti orqanı  əhalinin mədəniyyət xidmətlərilə 
minimum təmin olunması üçün dövlət mədəniyyət təsisatları (kitabxana, 
muzey, klub, kinoteatr, teatr, sərgi və konsert salonları, musiqi və 
incəsənət məktəbləri) normalarını müəyyən edir. 

 


Maddə 17. Mədəniyyət fəaliyyətinə dövlət müdaxiləsinin məh-


dudlaşdırılması 


Dövlətin mədəniyyət fəaliyyətinə müdaxiləsi zorakılığa, irqi, milli və 
dini müstəsnalığa çağırışların, ümumbəşəri mənəvi dəyərlərə zidd 
fəaliyyətin, parnoqrafiyanın, narkomaniyanın təbliğinin qadağan 
olunması, onların qarşısının alınması ilə məhdudlaşır. 
Bu maddənin birinci hissəsində göstərilən hər hansı  mədəniyyət 
fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müraciətinə  əsasən yalnız 
məhkəmə  tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
nəzərdə tutulmuş qaydada qadağan edilə bilər. 
Mədəniyyət fəaliyyətinə müdaxilənin digər formalarına yol verilmir. 
 

Maddə 18. Mədəniyyət sahəsində inhisarın qarşısının alınması 


Mədəniyyət sahəsində inhisarın qarşısının alınması Azərbaycan 
Respublikası qanunvericiliyi ilə  nəzərdə tutulmuş qaydaya müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 
  

 
271

Maddə 19. Mədəniyyət statistikası 


Müvafiq icra hakimiyyəti orqanları  mədəniyyət sahəsində  rəsmi 
statistika aparırlar və statistik məlumatların düzgünlüyünə, vaxtında 
toplanmasına cavabdehdirlər. Azərbaycan Respublikasında mədəniyyət 
sahəsində statistik məlumatlar açıqdır. 
 
 

 


IV fəsil 


MƏDƏNİYYƏT FƏALİYYƏTİ VƏ ONUN NÖVLƏRİ 


 

Maddə 20. Dövlət mədəniyyət sistemi və onun vəzifələri 


Azərbaycan Respublikasının dövlət mədəniyyət sistemi dövlətə 
məxsus mədəniyyət sərvətlərindən, bu sərvətlərin və milli mədəniyyətin 
inkişafı, mühafizəsi, təbliği və artırılması ilə  məşğul olan mədəniyyət 
müəssisələri  şəbəkəsindən, mədəniyyəti idarə edən orqanlardan, milli-
mədəni  əmlakın bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki 
bazasının möhkəmləndirilməsi ilə  məşğul olan digər dövlət mədəniyyət 
təsisatlarından ibarətdir. 
Dövlət mədəniyyət sisteminə dövlətin mülkiyyətində olan aşağıdakı 
təsisatlar daxildir: 
1. Teatr-konsert 
müəssisələri: 
opera, balet, dram, musiqili komediya, musiqili dram, gənc 
tamaşaçılar, kukla, mahnı, muğam və digər teatrlar; 
filarmoniyalar, konsert salonları  və sarayları, musiqi zalları, sirklər, 
folklor qrupları, peşəkar orkestrlər və musiqi kollektivləri; 
teatr-studiyalar, teatr-emalatxanalar, eksperimental və  tədris teatrları, 
teatr, musiqi və təsviri sənət mərkəzləri; 
2. Kitabxana 
müəssisələri: 
milli kitabxana; 
kütləvi, gənclər, uşaq, korlar, şəhər, rayon, kənd, qəsəbə kitabxanaları 
və onların filialları, mərkəzləşdirilmiş kitabxana sistemləri; 
sahə kitabxanaları, elmi kitabxanalar; 
3. Muzey 
müəssisələri: 
bədii və incəsənət, tarix və tarix-diyarşünaslıq muzeyləri; 
 
 
 
 

:

front -> files -> libraries
libraries -> Microsoft Word diplomatiya az doc
libraries -> Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
libraries -> Hüseyn Arif-90
libraries -> []
libraries -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman
libraries -> Elmi redaktor: Sakit Hüseynov
libraries -> Kürdəmir rayon mks-nin Metodika və biblioqrafiya şöbəsi. Vətənim Azərbaycandır. Metodik vəsait
libraries -> Qobustan rayon Mədəniyyət və turizm şöbəsi Qobustan rayon Mərkəzləşdirilmiş kitabxana sistemi
libraries -> Qobustan rayon Mədəniyyət və turizm şöbəsi Qobustan rayon Mərkəzləşmiş kitabxana sistemi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iiklass2.html

iilamlioration-des.html

iilr-hft-rzind-36-saatdan-11.html

iilr-hft-rzind-36-saatdan-16.html

iilr-hft-rzind-36-saatdan-20.html