©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

III Fəsil. Azərbaycanın neft strategiyası və onun xarici ticarət - Əlyazması hüququnda VƏLİyeva köNÜl nazim qizi


III Fəsil. Azərbaycanın neft strategiyası və onun xarici ticarət 



əlaqələrinə təsirinin təkmilləşdirilməsi. 



3.1.  Neft və neft məhsulları ixracının perspektivləri  və neft gəlirlərinin 



perspektiv sahələrə yönəldilməsi. 

Neft  və  neft  məhsullarının  ixrac  perspektivlərində    XXI-ci  əsrin  ikinci  onilliyinin 

ortalarından 

başlayaraq 

aşağıdakı 

tendensiyaların 

müşahidə 

olunacağı 

proqnozlaşdırılır: 

1)

 



Tətdricən  neft hasilanının  azalacaq  və  nəticədə  xam neftdən gələn  gəlirlər 

azalacaq; 

2)

 

 SOCAR-ın  dowstream  və  upstream  (xüsusilə,  Türkiyədə)  istiqamətində  olan 



biznes layihələri üzrə gəlirlər artacaq; 

3)

 



SOCAR-ın ixracyönümlü emal sənayesi daha da inkişaf edəcək; 

4)

 



Təbii qaz ixracından əldə edəcəyimiz gəlirlər artacaq. 

Beləliklə,    Azərbaycan  azalması  proqnozlaşdırılan  neft  gəlirlərini  artan  təbii  qaz 

və  neft-kimya,  neft  məhsularının  satışı  ilə  kompensasiya  etməyi  strateji  bir  hədəf 

olaraq  seçmişdir.    Neft-qaz  hasilatının  sabit  saxlanılması  və  yüksəldilməsi  məqsədi 

ilə  hasilat  işlərində  yeni  nanotexnologiyaya  malik  avadanlıqlardan  istifadə  olunur. 

Köhnə  yataqların  potensialı    müasir  texnika  və  texnologiya  sayəsində  yenidən 

qiymətləndirilir.  Qeyd  edək  ki,  2014-cü  ilin  məlumatına  görə, Azərbaycanın  təsdiq 

edilmiş qaz ehtiyatları 2,55 trilyon kubmetr, ölkənin təsdiq edilmiş neft ehtiyatları isə 

2 milyard ton dəyərləndirilmişdir.  

Azərbaycanın  hazırda  dünya  miqyasında  neft  məhsulları,  neft-kimya  məhsulları 

ixracatçısı  kimi  də  tanınır.  Xam  neft    və  təbii  qaz  emalını  genişləndirmək, 

şaxələndirmək məqsədi ilə emal kompleksində texnoloji proseslərin yeniləşdirilməsi 

və  optimallaşdırılması  ölkəmizin  diqqət  mərkəzindədir.  Neft-qaz  sektoru  və  neft-

kimya 


sənayesinin 

modernləşdirilməsi  məsələsi  Azərbaycan  Respublikası 

Prezidentinin  2011-ci  il  29  noyabr  tarixli  sərəncamı  ilə  Azərbaycan  Respublikası 

Prezident  Administrasiyası  tərəfindən  tərtib  edilmiş  və  ictimai  müzakirələrə 

çıxarılmış  ―AZƏRBAYCAN-2020:  Gələcəyə  Baxış  İnkişaf  Konsepsiyası‖ 

layihəsində  öz  əksini  tapmışdır.  ―Azərbaycan-2020  Gələcəyə  Baxış  İnkişaf  

Konsepsiyası‖-ın  da  qeyd  olunmuşdur  ki,  iqtisadiyyatın  klasterlər  əsasında  inkişafı 

çərçivəsində  neft,  qaz  emalı  və  neft-kimya  zavodlarından  ibarət  kompleksin  inşası 

planlaşdırılır.  Kompleksin  təşkili  zəruri  investisiyaların  cəlb  edilməsinə,  ekoloji 

normativlərə  riayət  olunmasına,  son  məhsulun  istehsalına  qədər  olan  texnoloji 

zəncirin  qurulmasına,  hazır  məhsulun  rəqabət  qabiliyyətinin  yüksəldilməsinə,  bu 

sahədə ixracın həcminin və çeşidinin genişlənməsinə imkan yaradacaqdır. ―ARDNŞ-



 

61 


nin  2025-ci  ilə  kimi  strateji  inkişafına  dair  Kompleks  Planı‖-ında  da  ixarcyönümlü 

neft-qaz  emalının  genişləndirilməsi  əsas  hədəflərdəndir.  İxracyönümlü  neft-qaz 

emallının  genişləndirilməsi  məqsədi  ilə  ölkə  rəhbərliyimizin  dəstəyi  ilə  aşağıdakı 

layihələrin reallaşdırılması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilməkdədir. 

 

Cədvəl 13. Azərbaycanın xam neft və təbii qaz istehsalı dinamikası. 



İllər 

2010 


2011 

2012 


2013 

2014 


2015 

Azərbayc


anın 

xam  neft 

hasilatı 

(min ton)  

50795.500 

 

45625.400  43389.800  43483.900  42022.700 



 

41586.000 

 

SOCAR  -


in  

xam  neft 

hasilatı 

(min ton) 

8459.700 

8400.900 

8289.800 

8314.900 

8320.400 

8160.500 

 

 

Təbii  qaz 



hasilatı 

(milyon 


kub metr) 

26349.600  25752.900  26908.800  29456.000  29617.000 

28977.000 

 

 



 

SOCAR-


ın  təbbi  

qaz 


hasilatı 

(milyon 


kub metr) 

7178.900 

7084.200 

6924.6000  7140.100 

7222.800 

6871.400 

 

 

 



 

Mənbə: 


http://www.socar.az

    saytının  hesabatlarına  əsasən  müəllif  tərəfindən 

tərtib edilmişdir. 

 

62 


Cədvəl 13-də  gördüyümüz kimi 2009-2011 ci illərdə neft hasilatı göstəricisi yüksək 

olmuşdur, daha sonra  2011-2013-cü illər stabillik müşahidə olunur, ancaq 2014-cü 

və 2015-ci illər isə hasilatın həcmi azalmışdır. Təbii qaz hasilatı 2015-ci ildə 2013-cü 

və  2014-cü  ilə  nisbətdə  azlma  müşahidə  olunsada,  ümümilikdə  qaz  hasilantında 

2006-cı ildən(9044.8  mln m

3

) bəri 2-3 dəfə artım izlənilir.  Şahdəniz1;2 yatağındakı 



yüksək    potensial  bu  sahənin  gələcəyinə  şübhə  yaratmır.  Cədvəl  13-də  müşahidə 

etmək  olar  ki,  xam  neft  istehsalında  azalmağa  doğru  dinamika  izlənilir,  ancaq  təbii 

qaz  istehsalı  ildən  isə  artma  dinamikası  müşahidə  edilməkdədir.  Təbii  qaz  

strategiyası  hazırda  neftən  daha  perspektivli  hesab  olunur  və  son  dövrlər  bu  sahə 

xüsusi diqqət ayrılmışdır.  

Qeyd  edək  ki,  2009-cu  ilin  23  sentyabrında    Azərbaycan  Respublikasının 

Prezidenti  Neft-Qaz  emalı  və  Neft-Kimya  Kompleksinin  inşası  ilə  bağlı  sərəncam 

imzalamışdır.  Kompleksin  mərhələli  şəkildə  2018-2020-ci  ildə  istifadəyə  verilməsi 

proqnozlaşdırılır.  Neft-Qaz emalı və Neft-Kimya Kompleksi ildə 10 mlrd. kubmetr 

istehsal  gücü  olan  Qaz  emalı  zavodundan,  ildə  10  mln.  ton istehsal gücü olan  Neft 

emalı  zavodundan  və  ildə  1,8  mln.  ton  hazır  məhsul  istehsal  edəcək  Neft-Kimya 

zavodundan ibarət olacaqdır.

 

Layihə üzrə müxtəlif işlərə dünyanın ―Technip‖, ―Foster 



Wheeler‖,  ―UOP‖,  ―FLUOR‖,  ―KBR‖,  ―Societe  Generale‖,  ―Clifford  Chance‖, 

―PricewaterhouseCoopers‖,  ―OMNI‖,  ―AECOM‖  və  digər  tanınmış  şirkətləri 

cəlb

 

olunmuşdur



.  Yüksək  əlavə  dəyər  yaradan  neft-kimya  məhsullarının  daxili  tələbatı 

ödəməsi və  ixrac olunması planlaşdırılır.

 

Kompleksin istismara verilməsi ilə Bakı və 



Sumqayıt  şəhərlərində  yerləşən  qaz  emalı,  neft  emalı  və  neft-kimya  sahələri  üzrə 

köhnə  istehsal  güclərinin  istismardan  çıxarılmasına  və  yenidən  qurulmasına  səbəb 

olacaqdır.  Qarşıdakı  illər  üçün  Azərbaycan  iqtisadiyyatının  ən  vacib,  böyük  və 

uzunmüddətli  layihəsi  olan  Neft-Qaz  emalı  və  Neft-Kimya  Kompleksi(NQNK) 

ölkənin  yanacaq-enerji  təhlükəsizliyinin  möhkəmləndirilməsini,  ixrac  potensialının 

gücləndirilməsini  və  ekoloji  vəziyyətin  əhəmiyyətli  dərəcədə  yaxşılaşdırılmasını 

təmin edəcəkdir. 

Heydər  Əliyev  adına  Bakı  Neft  Emalı  Zavodunda  yenidənqurma  və 

modernizasiya  işlərinə  başlanmışdır.    Məqsəd  istehsal  olunan  yanacaq  məhsullarını 

―Avro-5‖ standartlarına uyğunlaşdırmaq,  daxili bazarı avtomobil yanacağı ilə təmin 

etmək, yeni bitum istehsalını həyata keçirməkdir, ―Azərikimya‖ İB-ni davamlı olaraq 

qaz  xammalı  ilə  təmin  olunmasını  təşkil  etməkdən  ibarətdir.  Beləliklə,  müəssisənin 

əsas  250  qurğusu  və  ümumzavod  təsərrüfatı  müassirləşəcək  istehsal  gücü  ildə  7,5 

milyon  tonadək  yüksələcəkdir.    Bundan  başqa  Neft-kimya  sənayesinin  inkişafında 

müsbət dinamikaya nail olunmuşdur və son illər sahənin ümumi iqtisadi göstəriciləri 

yüksələn xətt üzrə inkişaf edir. Prezidentin müvafiq sərəncamına əsasən, Sumqayıtda 

Kimya  Sənaye  Parkının  yaradılması  istiqamətində  güclü  işlərə  başlanılmışdır  və 

 

63 


hədəf  bu  parkını  Qafqaz  regionunun  kimya-sənaye  mərkəzinə  çevrilməkdir. 

Sumqayıtda Kimya Sənaye Parkında  xammal kimi ―Azərikimya‖nın məhsullarından 

istifadə olunacaq, əlavə dəyər yaradan müxtəlif çeşidli yekun istehlak malları istehsal 

ediləcək. SOCAR-Polimer  istehsalı layihəsinə əsasən, burada  illik istehsal gücü 180 

min  tonluq  polipropilen  və  120  min  tonluq  yüksək  sıxlıqlı  polietilen  qurğuları  və 

digər  müvafiq  infrastruktur  inşası  həyata  keçiriləcəkdir.  Ölkəmizin  azot  gübrəsinə 

olan  tələbatını  ödəmək  gücünə  malik  olacaq  Sumqayıt  Karbamid  Zavodunun  inşaat 

işlərinə də 2012-ci ildə başlanmışdır və  2017-ci ildə tamamlanması nəzərdə tutulur.  

Müasir beynəlxalq standartlara uyğun inşa olunan bu müəssisədə gündəlik 1200 ton 

ammonyak, 2000 ton dənəvər karbamid istehsal ediləcəyi proqnozlaşdırılır.

  

Neft  məhsullarının  istehlakçılara  satışını  birbaşa  və  əlverişli  şərtlərlə  təmin 



etmək,  bu  sahədən  gəlirləri  optimallaşdırmaqla  məşğul  olan  ―SOCAR  Trading  SA‖ 

sayəsində  hazırda  neft  və  neft  məhsulları  ixracında  alternativ  istiqamətlər  meydana 

gəlmişdir.    Neft  məhsullarının son    istehlakçılara  birbaşa  satışını  təşkil  etmək  və  bu 

sahədə  fəaliyyəti  mərkəzləşdirmək  məqsədi  ilə  İsveçrədə  yaradılmış  olan  ―SOCAR 

Trading‖ şirkəti  qısa müddət ərzində Avropada özünü tanıtmışdır, SOCAR Trading‖ 

şirkətinin  Sinqapur,  Birləşmiş  Ərəb  Əmirlikləri,  Nigeriya  və  Vyetnamda  da 

nümayəndəliklər açmış və onların vasitəsilə Şərqi və Cənub-Qərbi Avropa, Şimali və 

Qərbi  Afrika,  Cənub-Şərqi  Asiya  və  Aralıq  dənizi  hövzəsindəki  bazarlarda 

mövqeyimizi xeyli möhkəmləndirmişdir və bu istiqamətdə gələcəkdə də genişlənmə 

nəzərdə  tutulur.    Hazırda    Azərbaycan  nefti  Şimali  Amerika,  Asiya  və  Avstraliya 

regionları daxil olmaqla bir sıra qeyri-ənənəvi istehlak bazarlarına  satılmışdır. Əgər 

10  il  bundan  əvvəl  Aralıq  dənizi  bazarı  hüdudlarından  kənarda  satılan  Azərbaycan 

neftinin  payı  cəmi  10-15  faiz  təşkil  edirdisə,  indi  bu  göstərici  45  faizə  çatıbdır. 

Azərbaycanın  neft  və  neft  məhsulları  hazırda    müxtəlif  marşrutlarla  ABŞ,  Çin, 

İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya, Hindistan, İndoneziya, Cənubi Koreya, 

Tayland, Braziliya, Gürcüstan, Çili daxil olmaqla dünyanın 30-dan çox ölkəsinə ixrac 

edilir.

  

Xüsusi ilə onu da qeyd edək ki, hazırda Gürcüstanın regional qaz təchizatının 



95,  neft məhsullarının pərakəndə satış bazarının isə 25 faizini SOCAR həyata keçirir. 

―SOCAR‖ brendi ilə qonşu ölkədə 115 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. 

Gələcəkdə şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur.  

Hazırda Azərbaycanın Neft Strategiyasında ən perspektivli istiqamət təbii qaz 

ixracı  ilə  bağlı  rellaşdırılması  nəzərdə  tutulan  Cənub  Qaz  Dəhlizinin 

Genişləndirilməsi  layihəsi  hesab  edilir.  Hətta  Prezident  İlham  Əliyev    Cənub  Qaz 

Dəhlizinin 

Genişləndirilməsi 

layihəsini 

―XXI 


əsrin 

layihəsi‖ 

olaraq 

dəyərləndirmişdir.  Cənub  Qaz  Dəhlizinin  Genişləndirilməsi      Azərbaycanın  zəngin  



təbii  qaz  potensialı  hesabına  Avropanın  enerji  təhlükəsizliyini  təmin  edəcək  nəhəng 

infrastruktur tələb edən layihədir. Cənub Qaz Dəhlizinin Genişləndirilməsi üçün bir-



 

64 


neçə  ixarc  marşurutu  içərisindən  TANAP  və  TAP    ixarc  istiqamətləri  seçilmişdir. 

2012-ci  ildə  Trans-Anadolu(TANAP)  və  2013-cü  ildə  isə  Trans-Adriatik  ixrac 

istiqaməti  təsdiqləndi  və  ―Cənub  Qaz  Dəhlizinin  tikintisinin  təməli  isə  ―Əsrin 

müqaviləsi‖nin 20 illiyi ilə əlaqədar 2014-cü ilin sentyabrın 20-sində Bakıda həyata 

keçirilmişdir. TANAP ―Şahdəniz‖ qazını Türkiyənin 20 vilayətindən keçməklə 1850 

kilometrlik  bir  məsafədə  nəql  edəcək.  TANAP-ın  ilkin  ötürücülük  gücü  ildə  16 

milyard  kubmetr  həcmində  planlaşdırılır.  Bu  kəmər  vasitəsi  ilə  ötrülən  qazın  6 

milyard  kubmetri  Türkiyə  tərəfindən  istehlak  ediləcək.  Hesab  edilir  ki,  sonradan  bu 

kəmərin  ötürücülük  imkanlarının  hətta  31  milyard  kubmetrədək  artırılması  da 

mümkündür.  ―Şahdəniz-2‖ qazının  Gürcüstan və  Türkiyəyə  təchiz  edilməsi  2018-ci 

ilin  ikinci  yarısına  planlaşdırılır.  TANAP  Türkiyə  Yunanıstan  sərhəddində  TAP 

kəməri  ilə  birləşəcək  və  beləcə  Azərbaycan    qazının  Yunanıstan  və  Albaniya 

vasitəsilə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini 

həyata  keçirəcək.  Qeyd  edək  ki,    Trans-Adriatik  qaz  kəmərinin    uzunluğu  871 

kilometr,    boru  kəmərinin  ilkin  ötürücülük  gücü  ildə  10  milyard  kubmetr  olacaq. 

Azərbaycan  qazının  bu  kəmər  vasitəsilə  Avropaya  çatdırılması  2020-ci  ilə  nəzərdə 

tutulub.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  hazırda  Avropada,  xüsusilə  də  Balkan 

ölkələrində  ―Cənub‖  qaz  dəhlizini  istiqamət  götürən  müxtəlif  əlaqələndirici 

kəmərlərin,  interkonnektorların  tikintisi  nəzərdə  tutulur.  Mövcud  layihələr  üzrə 

görülən tədbirlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlar ehtiva 

edir.  2025-ci  ilə  qədər  qaz  hasilatının  40  milyard  kubmetrə  çatdırmaq  üçün 

imkanlarının  olduğu  proqnozlaşdırılır.  Bu,  regionda  və  Avropa  ölkələrinin  enerji 

təhlükəsizliyində  Azərbaycanın  rolunu  əhəmiyyətli  dərəcədə  önəmli  edəcək, 

ölkəmizin  xarici  ticarət  əlaqələrinin  şaxələndirilməsinə,  möhkəmləşməsinə  şərait 

yaradacaq. 

Azərbaycanın  neft  və  neft  məhsulları  ixracında  perspektiv  istiqamətlər  kimi 

TRASEKA,  Şimal-Cənub  Beynəlxalq  nəqliyyat  dəhlizi  və  Bakı-Tbilisi-Qars  dəmir 

yolu  xətti  də xüsusi  olaraq önəmsənilir. Bu  layihələr  Azərbaycanın qlobal nəqliyyat 

logistika  mərkəzinə  çevrilməsinə,  xarici  ticarət  əlqalərin  həm  neft  və  həm  də  qeyri 

neft sektoru üzrə şaxələndirilməsinə səbəb olcaqdır.    

Azərbaycanın okeana birbaşa çıxışının olmaması ölkəni bir sıra xidmət növləri 

üzrə  ixracı  genişləndirməyə  vadar  edir.  Bu  mənada  Azərbaycanın  nəqliyyat  və 

logistika mərkəzinə çevrilməsi üçün geniş layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars 

dəmiryolu  xətti  və  Ələt  beynəlxalq  dəniz  limanı  başda  olmaqla  nəqliyyat 

infrastrukturunun modernləşdirilməsi Azərbaycanı Avropa və Asiya qitələri arasında 

əlverişli  bir  nəqliyyat  habına  çevirir.  Azərbaycan  TRACECA  xəttinin  (4,577  km) 

üzərində  yerləşir  ki,  bu  da  Avropa  ilə  Asiyanı  birləşdirən  Şimal-Cənub  (6,978km), 

Transsib  (9,200km)  və  Cənub  dəhlizi  (11,700km)  ilə  müqayisədə  daha  qısadır. 



 

65 


Üstəlik  Türkiyədə  Bosfor  boğazından  keçən  Mərmərə  layihəsi  imkan  verəcək  ki, 

Azərbaycan-Gürcüstan-Türkiyə  üzərindən  yüklər  və  sərnişin  Avropa  və  Asiya 

arasında vaxt və məsafə baxımından sərfəli şərtlərlə daşınsın.[22.s 92] 

 

TASİS  proqramı  çərcivəsində  həyata  keçirilən  və  təməli  1993-cü  ildə  8 



ölkə(Azərbaycan,  Gürcüstan,  Ermənistan,  Qazaxstan,  Qırğızıstan,  Tacikistan, 

Türkmənistan  və  Özbəkistan)   tərəfindən  qoyulan  TRASEKA(TRACECA–

TRANSPORT  CORRİDOR  EUROPE  CAUCASUS  ASİA)   layihəsi  Avropadan  

Çinə və əksinə yüklərin daha qısa zaman kəsiyində və təhlükəsiz  daşınmasını təmin 

edəcəkdir. 

Dəhlizin 

digər 

alternativ 



dəhlizlərə 

nisbətən 

cəlbediciliyinin 

artırılmasında,  Azərbaycan  Respublikası,  Gürcüstan  və  Türkiyə  Respublikalarının 

birgə layihəsi olan və hal-hazırda inşası davam etdirilən Bakı-Tiflis-Qars dəmir yolu 

xəttinin  istifadəyə  verilməsi  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Mərkəzi  Asiya 

ölkələrinin də bu marşrutu xüsusi ilə önəmsəyirlər.  Belə ki, Bakı-Tiflis-Qars dəmir 

yolu  və  2013-cü  ildə  istifadəyə  verilmiş  Bosfor  boğazının  altından  keçən 

―Marmaray‖ sürətli dəmir yolu tuneli vasitəsilə Avroya birbaşa çıxış təmin ediləcək. 

Bu  da  Mərkəzi  Asiya  ölkələrinin  məhsullarının  Avropaya  və  əks  istiqamətdə  böyük 

həcmdə  sənaye  məhsullarının,  istehlak  mallarının  daşınması  baxımından  son  dərəcə 

əhəmiyyətli və perspektivlidir. Bakı-Tbilisi-Qars dəmir yolu yolu ilə qatarların 2017-

ci  ildə  işə  düşəcəyi  proqnozlaşdırılır.  Bakı-Tbilisi-Qars  dəmir  yolu  istismara 

verildikdən sonra Çindən Avropaya yüklərin çatdırılması 12-15 gün təşkil edəcək və 

nəticədə dəniz daşımaçılığına nisbətən yüklərin mənzil başına çatdırılması müddəti 2 

dəfədən  çox  qısalacaqdır. Bakı-Tbilisi-Qars  dəmir  yolunun  istifadəsi  ilə  əlqadar 

proqnozlaşdırılır ki, yük daşımalarının həcmi 5-ci istismar ilindən sonra 3 milyon ton, 

8-ci  istismar  ilində  6-8  mln.  ton,  sonrakı  dövrlərdə  isə  10  mln.  ton  və  daha  çox 

olacaqdır. 

Azərbaycanın  neft  və  neft  məhsullarının  ixracında  önəmli  şaxələndirilmə 

istiqaməti  kimi  Şimal-Cənub  dəhlizidə  cəzbedici  hesab  edilir.  ―Şimal-Cənub‖ 

beynəlxalq  nəqliyyat  dəhlizi  haqqında  razılaşma  Rusiya,  İran  və  Hindistan  arasında 

2000-ci  il  sentyabrın  12-də  Sankt-Peterburq  şəhərində  bağlanmışdır  və  hazırda 

Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Qazaxıstan 

Respublikası,  Qırğızıstan  Respublikası,  Oman  Sultanlığı,  Tacikistan  Respublikası, 

Suriya,  Türkiyə  Respublikası,  Ukrayna,  Azərbaycan  layihənin  iştirakçılarıdırlar.

 

Dəhlizin  yaradılmasında  əsas  məqsəd  iştirakçı  ölkələr  arasında  yük  və  sərnişin 



daşımalarının  təşkilində  nəqliyyat  əlaqələrinin  səmərəliliyinin  yüksəldilməsi,  üzv-

ölkələrin  dəmir  yolu,  avtomobil,  dəniz,  çay  və  hava  nəqliyyatı  xidmətlərinin 

beynəlxalq  bazara  çıxışının  təmin  edilməsi,  beynəlxalq  daşımaların  həcminin 

artırılmasına  yardım  göstərilməsi,  üzv-dövlətlərin  ərazisi  ilə  tranzit  yük  və  sərnişin 

daşımalarında  vaxtın  qısaldılması  və  tranzit  daşımaların  dəyərinin  minimuma 

 

66 


endirilməsini  təmin  etmək  üçün  razılaşdırılmış  nəqliyyat  siyasətinin  həyata 

keçirilməsi  və  dəhliz  boyunca  hərəkət  edən  nəqliyyat  vasitələrinin  təhlükəsizliyinin 

həyata  keçirilməsi,  xarici  ticarət  əlaqələrinin  genişləndirilməsidir.  ―Şimal-Cənub‖ 

dəhlizindən istifadə etməklə Hind okeanı hövzəsindən Avropaya yükləri daha tez və 

daha ucuz, təhlükəsiz şəkildə daşımaq mümkün olacaqdır. Dəhliz üzrə əsas daşımalar 

Rusiya 


ərazisində 

Buslovskaya-Sankt-Peterburq-Moskva-Ryazan-Koçetovka- 

Rtişevo-Saratov-Volqoqrad-Həştərxan istiqamətində dəmir yolu ilə buradan isə İrana 

qədər 3 əsas marşrut üzrə həyata keçirilir və daha sonra isə hər üç marşrut İran ərazisi 

ilə davam edərək Fars körfəzinə və Hindistana çatacaqdır. 

1. Transxəzər marşrutu: Rusiya tərəfində marşrut Həştərxan, Olya və Mahaçqala, İran 

tərəfində isə Ənzəli, Əmirabad və Nouşəhr imanlarından keçir. 

2.  Şərq  marşrutu:  Qazaxıstan  və  Türkmənistandan  keçməklə  birbaşa  dəmir  yolu  ilə 

İrana keçir. 

3.  Qərb  marşrutu:  Rusiya  ərazisində  Həştərxan  və  Mahaçqaladan  keçməklə 

Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara 

– Rəşt – Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına istiqamətlənəcəkdir. 

 Şimal-Cənub dəhlizinin istifadəsi nəticəsində  iran körfəzi ölkələri ilə dəhlizin 

digər iştirakçı ölkələri ilə xarici ticarət əlaqələri, ticarət dövriyyəsi genişlənəcəkdir və 

dəhliz iqtisadi, maliyyə və vaxt baxımından da əlverişlidir,  sərfəlidir. Azərbaycan da 

bu tranzitdən böyük həcimdə gəlir əldə edəcəyi proqnozlaşdırılır. 

Azərbaycanın  Neft  strategiyasının  məqsədi  xarici  sərmayədarların  köməyi  ilə 

neft-qaz  sektorunun  gücləndirilməsi,  yataqların  birgə  istismar  olunması,  hasil 

ediləcək  xam  neftin  dünya  bazarlarına  çıxarılması  və  əldə  olunacaq  böyük  həcmli 

maliyyə  vəsaitlərini  iqtisadiyyatın  digər  sahələrinə  yönəltmək  yolu  ilə  sosial-siyasi 

dirçəlişə nail olunması olmuşdur. Azərbaycanın hazırkı yüksək və sürətli inkişafı neft 

strategiyasının  və  ölkə  rəhbərliyimizin  həyata  keçirdiyi  sosial-iqtisadi  və  siyasi 

fəaliyyətin nəticəsidir. 

Hazırkı  mərhələdə  Azərbaycanın  qarşısında  duran  əsas  vəzifə  iqtisadiyyatın 

şaxələndirilməsini  sürətləndirmək,  neft  gəlirlərinin  səviyyəsindən  asılı  olmayaraq 

qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və 

onun    ixrac  imkanlarını  genişləndirməkdir.  ―Azərbaycan  2020:  Gələcəyə  Baxış 

İnkişaf  Konsepsiya‖sında  ixrac  yönümlü  iqtisadi  model  əsas  götürülmüşdür  və 

nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun 

təkmilləşdirilməsi  qeyri-neft  ixracının  artımına  səbəb  olacaqdır.  Qeyri-neft 

sənayesinin  sürətli  inkişafı  ilə  yanaşı,  innovasiya  fəaliyyətinin  təşviqi  və 

 

67 


genişləndirilməsi  ölkədə  biliyə  əsaslanan  iqtisadiyyatın  formalaşması  üçün  əlverişli 

zəmin yaradacaqdır.[23.s 92] 

 

 

Bildiyimiz  kimi,  neft  və  qaz  təbii  resurs  olaraq,  tükənən  resurslara  aid 



olduğundan bu gün Azərbaycanın əsas problemi neft gəlirlərinin daha uzunmuddətli,  

çox  gəlir  gətirən  layihələrə,  sahələrə  sərf  edilməlidir.  Çünki,    əgər  bu  vəsaitlər 

aktivlərə  və  investisiyaya  çevrilərsə,  uzunmüddətli  perspektivdə  daha  yüksək  gəlir 

gətirə  və  xalqımızın  xoşbəxt,  firavan  gələcəyinə  xidmət  etmiş  olar.    Həm  də 

bildiyimiz  kimi,  dünya  təcrübəsində  də  Azərbaycan  kimi  əsas  gəlirləri  neft-qaz 

ixracından  asıllı  bir  sıra  dövlətlər  də  vardır  ki,  onlar  da  neftin  ixraçının 

iqtisadiyyatdakı  rolunu  qiymətləndirmək  və  müəyyənləşdirmək  məqsədi  ilə  iqtisadi 

artıma nail olmaq üçün neftdən gələn gəlirləri digər sahələlərin inkişafına yönəldərək 

uzunmüdətli  kompleks  iqtisadi  inkişafa  və  ölkə  əhalisinin  yüksək  həyat  standartına 

malik  olmasına  nail  ola  bilmişlər,  iqtisadiyyatlarını  diversifikasiya  etdirmişlər.  

Amma  təəssüflər  olsun  ki,  neft-qaz  resursları  ilə  zəngin  olan  əksər  ölkələr  təbiətin 

onlara  verdiyi  imkanlardan  layiqincə  yararlanmamışlar.  İqtisadi  ədəbiyyatlarda  bu 

proses ―Resurs  lənəti‖ kimi qiymətləndirilərək akademik  V.M. Polteroviç və onun 

həmkarları  tərəfindən  tədqiq  edilmişdi.  Tədqiqatlar  göstərmişdirki,  ölkənin  xammal 

ixracı  üzrə  oriantasiya  olunması  ―Holland  Sindromu‖  və  ―Xammal  ixtisaslaşması 

tələsinə‖ kimi neqativ hallara səbəb ola bilir. Diqqət çəkən digər məqamlardan biri də 

neftin  qiymətinin  stabil  və  dayanıqlı  olmamasıdır  ki,  bu  da    qiymətlərin  enməsi 

dönəmində ixracın həcminin artmasına baxmayaraq,  neftdən gələn vəsaitlərin kəskin 

azalması  ilə  nəticələnir.  Bu proses  isə  iqtisadiyyatı  neft  gəlirləri  üzərində qurulmuş 

ölkələr üçün böyük zərbədir.   

 

Respublikamızda  1999-cu  ildə  Azərbaycan  Dövlət  Neft  Fondunun  yarandan 



bəri  neftdən  gələn  gəlirlərin  perspektiv,  səmərəli  idarə  olunmasına  yönəldilmiş 

layihələr,  tədbirlər  həyata  keçirilmişdir  və  hazıra  da  bu  işlər  daha  da  sürətli  vüsət 

almışdır.  Qeyd  edək  ki,  Azərbaycanın  neft  gəlirlərinin  ən  perspektivli  və 

uzunmüddətli gəlir verəcəyi sahələr kimi turizm sahəsi, kənd təsərrüfatı, informasiya 

və  rabitə,    neft  və  kimya  sənayesi,  emal  sənayesi,  ölkəmizin  nəqliyyat-logistika 

məkəzi olmaq  potensialı və. s  yüksək dəyərləndirilir.   Azərbaycanın    yuxarıda qeyd 

etdiyimiz  sahələrdən  istənilən  səviyyədə  bəhrələnməsi  üçün  artıq  yüksək  səviyyəli 

infrastrukturu,  təbii  imkanları,  ixtisaslı  kadrları  və  digər  potensialları  vardır. 

Respublika  Prezidentimiz  İlham  Əliyev  daha  yüksək  naliyyətlər  əldə  olunması, 

davamlı  inkişaf,  modernizasiya,  sahələrarası    və  sahələrdaxili  diversifikasiya, 

səmərəliliyin  yüksəldilməsi,  diqqət  və  qayğının  artması,  nəzarətin  yönəlməsi  və.s 

məsələləri  nəzərə  alaraq,  2011-ci  ili  ―Turizm  ili‖,  2013-cü  ili  Azərbaycan 

Respublikasında  ―İnformasiya-kommunikasiya  texnologiyaları  (İKT)‖  ili,  

  

2014-cü 

ilin  ―Sənaye  ili‖,  2015-ci  ili  ―Kənd  təssərrüfatı‖  ili  elan  etdilməsi  ilə  əlaqədar 



 

68 


sərəncam imzalamışdır.  Məhz həmin illər adları çəkilən sektorlar üzrə genişmiqyaslı  

inkişaf  müşahidə  edilmişdir.  Bundan  başqa  ―2008-2015-ci  illərdə  Azərbaycan 

Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət 

Proqramı‖

,


?


iilr-hft-rzind-36-saatdan-48.html

iilr-hft-rzind-36-saatdan-52.html

iilr-hft-rzind-36-saatdan-9.html

iimumdnyaikonstantinopoli-2.html

iin-dier-bir-boyutu-da.html