1 ... 14 15 16 17 18 19 20 21 ... 125

III FƏSİL - Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin

səhifə18/125
tarix27.10.2017
ölçüsü2.37 Mb.
növüDərs

:



 

53

III FƏSİL 

 

TURİZMİN TARİXİ VƏ ONUN İNKİŞAF MƏRHƏLƏLƏRİ 

 

3.1. Turizmin təşkilinin beynəlxalq əhəmiyyəti 

 

     


Son  illərdə    turizmin  təşkili işi qloballaşaraq sırf  

beynəlxalq fəaliyyət dairəsinə daxil olmuşdur. Bu səbəbdən 

də turizmin təşkili işi dünya  əhalisinin bir-birinə yaxın-

laşmasına təminat yaradan bir sahə olmaqla yanaşı, o həm 

də milyonlarla insanların sosial və iqtisadi problemlərinin  

ödənilməsinə yardımçı olan böyük fəaliyyət sahəsinə  

çevrilmişdir. Eyni zamanda turizmin inkişaf etdirilməsi 

nəticəsində yeni iş yerləri  yaranmışdır. Alimlərin apar-

dıqları  tədqiqatlara görə hal-hazırda dünya  üzrə turizm 

sahəsində  çalışanların sayı 192 milyon nəfərə çatmışdır. 

       

Turizmin    qloballaşması onun iqtisadi və sosial-

mədəni  əhəmiyyəti ilə bağlıdır. Eyni zamanda  iqtisadi və 

sosial-mədəni cəhətdən geridə qalmış  ölkələrdə turizmin 

inkişafının səviyyəsi də  çox aşağıdır. Bu baxımdan Afrika 

ölkələrində mövcud olan mədəni-iqtisadi gerilik 700 milyon  

əhalisi olan bu qitədə turizmin zəif inkişafına səbəb olur. Elə 

buna görə  də beynəlxalq aləmdən Afrika ərazisinə turizm 

səfərinə gələn əhalinin sayı ildə 19 milyon nəfərə çatır. 

      


Afrika  ölkələrində    turizmin  zəif  inkişafının bir 

səbəbi də bu ərazilərdə qeyri-siyasi  sabitliyin mövcud  

olmasıdır. Afrikanın bir çox dövlətləri tez-tez bir-biri ilə  

müharibələr aparırlar. Dünya əhalisi  isə daxili münaqişələr 

və  müharibələr olan ərazilərə turizm səfərinə getməkdən 

imtina edir. 



 

54

          Digər tərəfdən insanlar indiyə  qədər  bəşəriyyətin 

diqqətini özünə cəlb  edən müqəddəs yerləri də görməyə can 

atır, həmin yerlərdə  möhtəşəm tarixi abidələri görmək 

istəyirlər. Məsələn, hələ e. ə. III minillikdə  dünyanın 

mədəniyyət mərkəzlərindən biri olan Misirin tarixi  yerləri 

ilə tanış olmaq bu gün hər kəs  üçün  çox  maraqlıdır. 

Dünyanın yeddi möcüzəsindən biri hesab olunan qədim 

Misir  ehramları,  (мясялян, е.я. 2600 илдя Хеопс ещрамы вя 

с.)  həmin ehramların birinin qarşısında ucaldılmış «Sfinks» 

heykəli bir çox tarixi hadisələrin, elmi biliklərin açarıdır. 

Misirdə e. ə. III minillikdə bürokrat monarxiya quruluşuna 

rəhbərlik edən bütün  fironların tarixi xatirələri bu abidə-

lərdə  cəmlənmişdir. Ehramları  görməyə  gələnlər fironlara 

həsr olunmuş maraqlı      miflərlə    üzləşir, onların qəbirlə-

rindən aşkar olunmuş qiymətli  əşyalara baxırlar. Eyni 

zamanda hələ də müasir elm tərəfindən  hazırlanma  texno-

logiyası tam məlum olmayan  mumiyalar haqqında maraqlı 

məlumatlar eşidirlər. Ekskursovodlar  Misir  fironlarını 

Günəş allahı Ranın  övladları kimi təqdim edirlər. Qədim 

Misir   miflərində fironların Ranın  övladları kimi təqdim  

olunması  əslində onların hakimiyyətlərini ilahiləşdirmək 

xarakteri  daşımışdır. Miflərin birində  deyilir ki, Günəş 

allahı Ra  firon II Ramzesə  demişdir: «Sən mənim 

oğlumsan. Mən sənə ilahi hakimiyyət verdim ki, onu idarə 

edəsən». 

      

Qədim dövrdə Misirdə inşa olunan  piramidaların 

tikinti texnologiyası da  turistlərin heyrətinə səbəb olur. Bu 

еhramların divar  daşlarının hər birinin ağırlığı 3 tona 

yaxındır. Qədim Misir  sənətkarları bu  daşları 150 metr 

 

55

hündürlüyə qaldıra  bilmişlər. 

           Qeyd  olunan  bu  abidələr beynəlxalq turizmin 

inkişafına təsir göstərə bilən çox maraqlı faktorlardır. Elə bu  

abidələrə  dünyada olan maraq hesabına 1995-ci ildə Misirə 

gələn beynəlxalq turistlərin sayı 4 milyona çatmışdır. 1997-ci 

ildə isə bu ölkəyə gələn  turistlərin sayı 13 faiz artmışdır. 

            1998-ci  ildə Misirin xarici turizmdən  əldə etdiyi 

gəlirin həcmi 3 milyard 838  milyon ABŞ dolları olmuşdur. 

Turizmin inkişafına görə  dünyada 40  qabaqcıl  ölkələr 

sırasında Misir 27-ci yerdə dayanır.  

       


  Misirin  timsalında qeyd olunan iqtisadi göstəricilər 

beynəlxalq  turizmin hər bir ölkənin iqtisadi inkişafına hansı 

dərəcədə  təsir etməsini görmək mümkündür. Bu fakt bir 

daha sübut edir ki, dünya iqtisadiyyatının inkişafında 

turizmin böyük rolu vardır. Elə  ölkələr vardır ki, onların 

milli  gəlirinin xeyli hissəsi  turizm sənayesindən, turizm 

işinin təşkilindən əldə olunur. 

       


 Beynəlxalq turizm bir sıra konkret funksiyaları 

yerinə yetirir. Onlar əsasən aşağıdakı  funksiyalardan  

ibarətdir: 

1. Beynəlxalq turizm ölkəyə xarici valyuta  qazandırmaq 

funksiyasını yerinə yetirir. 

2. Turizmin xidmət  şəbəkələrinin genişləndirilməsinə  təkan 

verir. Bunun da  nəticəsində yerli əhali  üçün yeni iş 

yerlərinin yaradılmasına səbəb olur. 

3.  Ölkədə  məşğulluğun sahələriни  və    istiqamətlərini 

genişləndirir. 

         Turizmin  əsas funksiyalarına  nəzər yetirərkən 

görürük ki, bu sosial-mədəni sahədən hər bir ölkə faydalanır. 



 

56

Turizmdən faydalanma əmsalı isə  çox böyükdür. Birinci 

növbədə turizmə qoyulan sərmayələr hesabına və ondan əldə 

olunan gəlirlə yeni müəssisələr yaradılır. Yeni müəssisələrin 

yaradılması isə bütün dünyanın əsas və bir nömrəli  problemi 

olan  işsizliyin azalmasına yardımçı olur. Digər tərəfdən 

ölkənin büdcəsinə turizmdən əlavə gəlir daxil olur və bunun 

da hesabına  dövlət  büdcəsindən  maliyyə-ləşən təşkilatların 

əmək haqları artır, təqaüdlər və s. çoxalır.  

         Əgər turizm səfərlərində olan insanların sayına nəzər 

yetirsək görərik ki, onların sayı milyonlardır. Bu milyonlarla 

insanın isə  gündəlik tələbatı    ödənilməlidir. Təbii ki, bu 

tələbatı  ödəmək  üçün  ölkə    bazarının  çeşidini  

genişləndirmək lazım gəlir. Faktiki olaraq turistlərin sayının 

ölkə miqyasında  artması yeni bazarlar yaradır. Bu da  ölkə 

əhalisinin istehsal etdiyi  məhsulun satışını  artırmaqla, onun 

istehsal həcminin artırılmasına da şərait yaradır. 

          Turistlər kommunal obyektlərin lazımi səviyyəsinə 

də  xüsusi diqqət yetirirlər. Bu obyektlər beynəlxalq 

standartlara uyğun təşkil edilmədikdə  həmin  ölkənin turist  

təşkilatları minlərlə    müştərilərini itirməyə  məhkum olur. 

Buna görə  də beynəlxalq turizmin sərtlərinə  əməl edilərək 

onun infrastrukturuna, xidmət sahələrinin  modernləşdiril-

məsinə  xüsusi diqqət yetirilir. Hər bir turist öz  ölkəsinə 

qayıdarkən ilk növbədə turizm xidmətləri sırasında 

kommunal  xidmətləri xüsusi olaraq qeyd edirlər. Sözsüz ki, 

yaxşı xidmət turizm təşkilatının  reytinqini daha da artırır və 

onun  müştərilərinin sayının  çoxalmasına səbəb olur. Ən 

maraqlısı odur ki, xidmət sahələrinin keyfiyyət və  həcmi 

artdıqca yeni ixtisas və texnologiyalara da tələbat  çoxalır. 




Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iishissya-5.html

iishissya.html

iisus-hristos---dushenko.html

iit-illinois-institute-of.html

iiuaq14ya---i-mvzu.html