©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

III FƏSİL - Qasim haciyev


III FƏSİL 


 


 


BƏRDƏ VIII - XIX ƏSRLƏRDƏ 


 


 


 


3.1. Bərdə ərəblərin hücumları dövründə.  


 
 
VII  əsrin  əvvəllərində  Şərq ölkələrinin bir çoxunu işğal 
etmiş ərəblər Sasani imperiyası ərazisinə daxil olmuşdular (633-
cü ildə). Ardıcıl davam edən  ərəb hücumları  və Sasanilərlə 
xilafət arasında gedən döyüşlər nəticəsində 651-ci ildə Sasani 
dövləti süquta uğradı (136, k.1, f.20; 15, s.74; 174, s.167). 
Bu qələbələrindən – Ktesifon (Mədain) (637-ci il), Ərdəbil 
(640-cı il), Nəhavənd (642-ci il) və digər döyüşləri – sonra ərəb 
orduları Qafqaza doğru hərəkət etdilər (136, k.2; 41). Xəlifə 
Ömərin (634-644) göstərişi ilə  ərəblər  Şimali Azərbaycanın 
cənub ərazilərini, Muğan torpaqları və Dərbənd də daxil olmaq-
la, Xəzər sahilini işğal edib müqavilə bağladılar. Xəlifə Osman 
ibn  Əffanın hakimiyyəti dövründə (644-656) davam etdirilən 
hücumlar Xəzərlərlə vuruşan  Əbdü-r-Rəhman ibn Rəbiənin 
öldürülməsi və  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
79
ərəblərin  məğlubiyyəti ilə  nəticələndi (34, s.12; 15, s.81; 174, 
s.61; 209, s.33). 
Ərəblərin Səlman ibn Rəbiənin başçılığı ilə başlanmış 
növbəti hücumu (646-cı ildə) Naxçıvan, Gorus, Beyləqan, Bərdə 
istiqamətində  gəlib Albaniya-nın mərkəzinə çatmışdı (136; 1; 
15; 34; 100; 174; 199; 209; 210, c. II; 356). Həmin vaxt Bərdə 
ərəblər tərəfindən tutuldu. Ərəb müəllifi  əl-Yaqubi bu barədə 
bildirir ki, «Osman (644-656) Səlmanın Arran üzərində  əmir 
təyin edilməsi barədə (fərman) verdi və o, oradan yola düşərək 
Beyləqana gəldi,  əhali onları qarşılamağa çıxdı  və onlarla sülh 
bağladı. O, hərəkətini davam etdirərək Bərdəyə gəldi, əhali onlar 
ilə məlum şərtlərlə sülh bağladı» (359, s.3). 
Ərəblərin Albaniyaya hücumları haqqında  ətraflı  və 
mötəbər məlumat verən müəlliflərdən biri olan əl-Kufi yazır: 
«Səlman ibn Rəbiə (646-cı ildə) onunla birlikdə olan iraqlılarla 
… yola düşdü» (34, s.9). Ərəblərəqədərki  Cənubi Qafqaz 
əhalisi «kilsə birliyi»ndə (15, s.92, 141; 273, s.57) olan dövrdən 
fərqli olaraq ərəblər dövründə bu vilayətlərin birliyi təmiz inzi-
bati qaydada idi  və onlar bir xilafət canişini tərəfindən idarə 
olunurdu ki, buna görə də İbn Havqəl bildirirdi: «Biz Arran və 
Azərbaycanı bir rayonda birləşdirdik, onları eyni bir canişin 
idarə edir, buna mən və mənim  sələfim (başqa sözlə, əl-İstəxri) 
şahidik» (181, s.236; 270, s.33; 273, s.57). 
Əl-Kufi ərəb hücumları ilə əlaqədar bildirirdi ki, ərəblərin 
onların ölkəsinə hücum etməsindən xəbər tutmuş «məliklər 
qaçmağa üz qoydular, dağlarda, qalalarda, dərələrdə  və qalın 
meşələrdə möhkəmləndilər» (34, s.10). 
Salman ibn Rəbiə onun ordusuna müqavimət göstərənləri 
məhv edir, rastına çıxan bütün şəhər və qalaları tuturdu. Artıq o, 
gəlib Beyləqana çatmışdı (34, s.9). Əl-Kufi yazır: «Beyləqan 
əhalisi onun qarşısına çıxıb aman dilədi  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
80
və ordusu üçün düşərgələr ayırdı; sonra isə pul vermək  şərtilə 
onunla müqavilə bağladı. O da bu şərtləri qəbul etdi. Bundan 
sonra o, Beyləqandan çıxıb Bərdə qalasına hücum etdi. Bərdənin 
əhalisi onunla pul təzminatı vermək  şərtilə müqavilə bağladı» 
(34, s.9). Əl-Kufi ilə həmdövr ərəb müəllifi əl-Bəlazuri ərəblərin 
hücumları barədə bir qədər də  əlavələrlə  məlumat verir: «Sal-
man ibn Rəbiə  xəlifə Osmanın  əmri ilə Arrana doğru hərəkət 
etdi və o, yerli əhaliyə yaşayışlarını, şəhərin divarları və onların 
əmlaklarının toxunulmazlığını təmin edəcəyinə və onları can və 
torpaq vergisindən azad edəcəyinə söz verərək, Beyləqanı sülh 
yolu ilə tutdu. Sonra Salman Bərdəyə  gəldi və Turtur (Tərtər) 
çayının sahilində  şəhərdən bir fərsəxdən az məsafədə düşərgə 
saldı.  Şəhər sakinləri darvazaları onun üzünə bağladılar və o, 
onlara bir neçə gün təzyiq göstərməli oldu. O, bu vaxt biçini təzə 
qurtarmış  kəndlərin üzərinə basqınlar etdi. Onlar Beyləqan 
sakinləri ilə olduğu kimi sülh bağlamağa (məcbur oldular). 
Şəhər darvazalarını açdılar, o, şəhərə daxil oldu və orada (bir 
müddət) vaxt keçirdi. Sonra atlı dəstələrilə oradan hərəkət etdi, 
Şavşan, Masvan, Ud, Xerxilan, Tabar və Arranda digər yerləri 
tutdu. Bəlasacanda islamı  qəbul etməyi təklif etdi, ancaq onlar 
ona hərblə cavab verdilər, lakin o, onları üstələdi və bir 
hissəsinin üzərinə baş vergisi qoydu, bir hissəsi isə islamı qəbul 
etdi və  sədəqə – zəkat verdi. O, Bərdədə yerləşib qüvvə 
topladıqdan sonra ətraf yerlərə qoşun göndərdi, yaxın kənd və 
şəhərləri özünə tabe etdi» (209, s.16). 
Özündən əvvəlki və sonrakı müəlliflərdən fərqli olaraq əl-
Kufi həmin hadisələrə aid əlavə  məlumatlar verir. O yazır: 
«Salman Bərdə və digər şəhərlərdən xeyli pul alaraq öz əsgərləri 
arasında payladı və bununla onları daha da şirnikləndirdi. Sonra 
o, özünün süvari qoşunu ilə Cürcana (Gürcüstana) hücum etdi. 
Oranın əhalisi onunla da  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
81
müəyyən edilmiş  məbləğdə illik təzminat vermək  şərtilə sülh 
bağladı» (34, s.18). 
Mənbələrin verdiyi məlumatlardan göründüyü kimi, 
Ərəblər Bərdəni tutmuş və qısa bir müddətdən sonra şəhəri tərk 
etmişlər (645-646) (15, s.80, 82, 83; 209, s.5-16). Bərdənin ərəb 
orduları  tərəfindən tutulmasına dair iki fikir mövcuddur. Biri 
odur ki, Bərdə döyüşsüz, qısa müqavimətdən sonra ərəblərə 
təhvil verilmiş, ikincisi –  şəhər güclü müqavimət göstərmiş, 
hətta qala divarları dağıdılmış, çox sayda insan öldürülmüşdür 
(34, s.7; 100, s.17; 209, s.5). Ərəb mənbələrində ərəb canişinləri 
tərəfindən Bərdə  şəhərinin qalasının bərpa edilməsi barədə 
məlumatlardan aydın olur ki, Bərdə  şəhərində  və qalasında 
həqiqətən dağıntılar olmuşdur (34, s.7). Ərəb mənbələrinə görə, 
Bərdənin qala divarları VII əsrdə (628-ci ildə) xəzərlərlə 
döyüşlər zamanı dağıdılmışdır (359, s.8). 
Bərdəni tamamilə öz əllərinə keçirmiş  ərəblər Kürün sağ 
sahilində  işğallarını başa çatdırdıqdan sonra çayın sol sahilinin 
işğalına başladılar.  Şimala doğru hərəkətdə  məqsəd  Şirvan və 
Dərbəndə qədər olan şəhər və kəndləri tutaraq tabe etmək və ey-
ni zamanda Qafqazda ağalıq edən, Cənubi Qafqazı  təsir 
dairəsində saxlayan xəzərlərin müqavimətini qıraraq onları qor-
xutmaq və  həmin  əraziləri öz təsiri altında saxlamaq idi (34, 
s.28). 
Qaynaqda göstərilir ki, «Bundan sonra Salman və onun 
silahdaşları geriyə döndülər və Kür çayına çatıb, onun o biri 
sahilinə keçənədək irəlilədilər. Onlar Şirvan torpağına yetişib 
orada düşərgə saldılar. Sonra ərəblər Şirvanın hökmdarını dəvət 
etdilər və onunla təzminat ödəməsi  şərtilə sülh bağladılar. 
Səlman  Şirvandan çıxıb daha da irəliyə gedərək  Şabrana, 
Maskata yetişdi. Bundan sonra o, oradakı hökmdarlara elçilər 
göndərib onları yanına dəvət etdi. Onun yanına  əl-Ləkzin, 
Filanın və Təbər 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
82
saranın (Tabasaran) hökmdarları  gəldilər. Hamı ona pul və 
hədiyyələr gətirdi, ildə müəyyən edilmiş  təzminatı ödəməyə 
razılıq verdi. O da bütün bunlarla razılaşdı. Bundan sonra, Sal-
man Bab əl-Əbvab tərəfə getdi. O, xəzərləri təqib edərək onların 
torpaqları ilə irəlilədi. Lakin xəzərlər xaqanın başçılığı ilə 300 
min nəfərlik qoşunla hücum edib ərəb ordusunu qırdılar. Salman 
ibn Rəbiə və onunla olanların hamısı öldürüldü (644-cü il)» (34, 
s.9-10). Bununla əlaqədar Azərbaycanın çox hissəsi  ərəblərin 
itaətindən çıxdı. Salman ibn Rəbiənin ölümündən (644-cü il) 
sonra Həbib ibn Məsləmənin Azərbaycana və Arrana yürüşü 
başlandı (34, s.11). O, altı minlik piyada və süvari ordusu ilə 
Xilata gəldi, Sirac Tayrdan (Şirak) keçərək Gürcüstana 
yaxınlaşdı, onlardan 800 min dirhəm bac almaq şərtilə sülh 
bağladı. Xəlifə Osman Həbib ibn Məsləməyə  məktub yazıb 
onun yerinə Hüzeyfə ibn əl-Yəməni təyin edənədək o yerləri 
idarə etdi (34, s. 11). O, Arranda nisbi sakitlik yaratdı. Osman 
Huzeyfa ibn əl-Yəmən vali təyin edildikdən sonra o, tutulmuş 
şimal  ərazilərini yaxşı idarə etmək üçün canişinliyin 
iqamətgahını  Dəbildən Bərdəyə keçirdi (656-cı il) (174, s.28; 
209, s.5). 
Əl-Bəlazuri  ərəblərin Bərdədən sonra digər  şəhərlərə et-
diyi yürüşlərdən bəhs edərək bildirir: «Bir neçə  Bərdə sakini 
mənə  xəbər verdi ki, Salman ibn-Rəbiə  qədim  şəhər sayılan 
Şəmkirə qoşun göndərdi, onu tutdu» (209, s. 14). O, sonra qeyd 
edir ki, «Salman Arrasla (Araz) Kürrün (Kürün) qarışdığı yerə – 
Bərdincə gəldi, Kür çayını keçərək Qəbələni tutdu. Həmin vaxt 
vilayətdə hakimiyyətə Hüzeyfə ibn əl-Yəmən təyin edildi (656-
657). (Hüzeyfə) Bərdəyə gələrək bu şəhərlə Xalxal və eyni za-
manda, Xeyzan arasında yerləşən vilayətə məmur göndərdi, an-
caq tezliklə o, xəlifə Osmanın yerinə yanında olan Sıl ibn Züfəri 
qoyub  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
83
geriyə (Mədinəyə) qayıtmaq əmrini aldı və belə də etdi» (209, s. 
15). 
Bərdədən sonra ərəblər Kürün sahilindəki digər kənd və 
şəhərlərə  də hücum etmiş, tutduqları «Qəbələnin,  Şəkinin, 
Kambisenanın, 
Şirvanın, 
Şabranın, Maskatın, Ləkzin, 
Təbərsaranın (Tabasaran) hakimləri ilə müqavilə bağlamışdılar» 
(34, s.11; 174, s.28; 209, s.13). 
Əli ibn Əbu Talibin (598-661) xəlifəliyi dövründə (656-
661)  əl-Əşas ibn Qeys əl-Kindi (656-cı ildə), ondan sonra 
Müaviyyə adından Abdullah ibn Xətim ibn Nəman ibn Əmru 
vali təyin edildi. Onun qardaşı  Əbdü-l-Əziz ibn Xatim ibn 
Nəman uzun müddət Arranı idarə etdi. O, Bərdə  şəhərinin 
bərpası və tikinti işlərinin icraçısı kimi tanınmışdır (34, s.11-12; 
174, s.28; 209, s.13-15). 
Bundan sonra, Yəzid ibn Əbdü-l-Məlik ibn Səffər  əl-
Bəhrəni, sonra onun yerinə Haris ibn Əmrunu hakim təyin 
etmişdi. O, «Lazlar ölkəsinə yürüşü başa çatdırıb Xasmadana 
qədər yerləri tutmuşdu» (359, s.8-15). 
Balazuri yazır: «Əli ibn Əbu Talib əl-Əşas ibn Qeysi 
Azərbaycanın hakimi təyin etdi. Əl-Əşas bura yetişdikdə gördü 
ki, yerli əhalinin çoxu islamı qəbul etmişdi və Quran oxuyur. O, 
Ərdəbildə  əta və divan siyahısına salınmış  ərəblərdən 
yerləşdirdi. Buranı Azərbaycanın baş  şəhəri etdi» (209, s. 16). 
Tarixçi qeyd edir ki, sonra oraya Kufədən, Bəsrədən,  Şamdan 
xeyli ərəb ailəsi köçüb gəldi (174, s.28; 209, s. 16). 
Cavanşir öldürüldükdən (681-ci ildə)  sonra Albaniya 
şahlıq taxtını  ələ keçirmək uğrunda ölkədə daxili çəkişmələr 
başlandı. Bu çəkişmələrdə knyazlar və ruhanilər, habelə «silahlı 
camaat» da iştirak edirdi. İğtişaşları yatırmaq, çəkişmələrə son 
qoymaq üçün Bərdəyə zadəganlar, hökmdarlar, canişinlər, 
əyanlar və knyazlar toplandılar. Vəliəhd seçmək barəsində 
məsləhətləşmələr yeni şahın seçilməsi  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
84
ilə başa çatdı. Onlar «razılaşdılar ki, (taxta) baş əyyanlardan bi-
rini, imperatorun verdiyi ekskonsul (apoipat) titulu dərəcəsinə 
yüksəldilən və patrisi rümbəsi olan bir şəxsi seçsinlər. O 
Cavanşirin qardaşı Varaz-Perozun oğlu Varaz-Trdat idi» (136, 
k.2, f.10; 15, s.100; 313, s.182). 
Varaz-Trdat hökmdar seçildikdən (680-699) sonra böyük 
Xəzər ordusu Alp İlitverin komandanlığı altında Cavanşirin 
öldürülməsinin intiqamını almaq üçün Albaniyaya hücum etdi. I 
Varaz-Trdat Albaniyanı xilas etmək üçün Xaqanın yanına din 
xadimi olan Yelizarı elçi göndərdi. Bununla da knyaz xaqanı 
inandırıb «sülh və pozulmaz dostluq» əldə etdi (136, k.2I, f.10; 
15, s.100-101; 313, s.186). 
Həm alban, gürcü, həm də ərəb və fars mənbələri bildirir 
ki, VII əsrin axırlarında Albaniyanın siyasi həyatı Xilafətin 
mərkəzində baş vermiş  dəyişikliklərdən asılı olaraq hər an 
dəyişə bilərdi. Bu zaman Xilafətdə  xəlifə taxt-tacı  uğrunda 
çəkişmə və vuruşmalar gedirdi. Xəlifə Əli ibn Əbu Talib (661-ci 
il) öldürüldükdən sonra, hakimiyyət Əməvilər sülaləsinin (661-
750) əlinə keçdi. Xəlifə Müaviyə ibn Əbu Süfyan (661-680) və 
oğlu I Yəzid (680-683) dövründə  ərəb işğalları daha da 
şiddətləndi,  əmin-amanlıq pozuldu. Çox keçmədən hakimiyyət 
başına Mərvanilər sülaləsinin banisi I Mərvan keçdi (684-685). 
Sonra onun oğlu  Əbdü-l-Məlik (685-705) xəlifə oldu (15, 
s.103). Xəlifə Əbdü-l-Məlik ilə imperator II Yustinian arasında 
685-ci ildə barışıq imzalandı və bundan sonra Arrandan yığılan 
vergilər Xilafət ilə Bizans arasında bölüşdürülürdü (15, s.103). 
VII  əsrin sonlarında Albaniya «üç xalqa: xəzərlərə, 
taciklərə (Xilafətə) və yunanlara (Bizansa) bac verirdi» (136, 
k.2I, f.12; 15, s.103; 126, s.; 313, s.253). 
Tədqiqatlar göstərir ki, Cavanşirin ölümündən sonra Al-
baniyada dövlətçilik və siyasi hakimiyyət zəifləmiş,  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
85
ərəblərin, xəzərlərin və bizanslıların hücumuna məruz qalmış 
(688-690) Xilafətin, Bizansın və  Xəzər xaqanlığının asılılığına 
düşmüşdür (136, k.3; 15; 126; 174, s.32; 296, s.159). 
Beləliklə, Azərbaycanın cənub hissəsi VII əsrin sonlarında 
Ərəb Xilafətinin tam hakimiyyəti altına keçmişdi, şimal hissəsi 
olan Albaniya isə Xilafətin vassalı kimi yerli hökmdarlar 
tərəfindən idarə olunurdu. 
 

3.2. Bərdə VIII-X əsrin I yarısında (Bərdənin 


çiçəklənmə dövrü) 


 


 

Varaz-Trdatın Albaniya üzərinə qoyulmuş vergilərin 
azaldılması xahişi üçün Konstantinopola gedərkən (699-cu ildə) 
girov kimi orada saxlanılması (704-cü ilədək) ölkəni hökmdarsız 
qoymuşdu. Həmin vaxt alban katolikosu Nerses Bakir erməni 
katolikosu  İlya tərəfindən Xəlifə  Əbdü-l-Məlikə verilmiş 
fitnəkar məlumata  əsasən cəzalandırılmış, sonuncu Alban şahı 
Şero hakimiyyətdən kənarlaşdırılmışdı (136, k.3, f.5; 15, s.104; 
174, s.32). Belə ki, Xəlifə  Əbdü-l-Məlik göstərişi ilə 
Məhəmməd ibn Mərvan həmin vaxt Bərdəyə  gəlmiş, 
Albaniyanın mehranilər sülaləsindən olan axırıncı hökmdarı 
Şeronu da özü ilə Xilafətin paytaxtı Şam şəhərinə apararaq ora-
da edam etirmişdi (705-ci ildə). Bundan sonra ərəblər öz caniş-
inini Bərdəyə  təyin edib ölkənin idarəçiliyini ona tapşmışdı 
(136, k.3, f.5; 15, s.104; 174, s.33). Ərəblər Albaniyanın məxsus 
olduğu yarımasılılığı da ləğv edib idarəçiliyi tamamilə öz 
əllərinə aldılar. 705-ci ildən etibarən Albaniya siyasi 
müstəqilliyini itirdi, ölkəni Xilafət canişinləri idarə etməyə 
başladılar (136, k.3, f.5-8; 15, s.104-105; 174, s.33). Alban 
dövlətinin mövcudluğuna  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
86
son qoyuldu. Ərəb mənbələri və  tədqiqat  əsərləri göstərir ki, 
həmin dövrdən sonra Albaniya dövlətinin ərazisi «Arran» («ər-
Ran») adlandırılmış, ərəb mənbələrində «Arran», «Azərbaycan» 
və s.  ad altında göstərilmişdir (15, s.92; 173; 174, s.33). 
Bununla da, Bərdə şəhərinin tarixində yeni dövr başlandı. 
Xəlifənin canişini Bərdə  şəhərində yerləşdi. Bərdə  şəhəri VIII 
əsrdən etibarən Ərəb Xilafətinin şimaldakı mərkəzi oldu. 
VIII  əsrin başlanğıcında Bizansın Cənubi Qafqazda 
mövqeyi zəifləsə də xəzərlərin üstünlüyü hələ özünü göstərirdi. 
Bu zaman Xilafətin paytaxtında baş vermiş hakimiyyət 
çəkişmələri  Əməvilərin xeyrinə  həll olundu (15, s.103; 174, 
s.33).  
Qaynaqlarda məlumat verilir ki,  xəlifə Əbdü-l-Məlik ibn 
Mərvan (685-705) qardaşı  Məhəmməd ibn Mərvanı  əl-Cəzirə, 
Azərbaycan və Arrana vali təyin etdi, güclü bir ordunu onun 
tabeliyinə verdi. Bundan sonra o, Übeydullah ibn Əbu Şeyx əl-
Aviyyi  Şam  əhalisindən olan 10 minlik qoşunla Arrana 
göndərərək xəzərlər ilə vuruşmasını əmr etdi (34, s.12; 174; 209; 
261). 
Übeydullah  Əbu  Şeyx ordusu ilə Arran ərazisinə  gəldi. 
Bundan xəbər tutmuş yerli əhali  ərəblərə qarşı yüz minlik (bu 
rəqəm  şübhə doğurur- Q.H) qüvvə  çıxardı. Qaynaq 
məlumatlarına görə, onlar ərəblərin hamısını  qırdılar (34, s.12-
13). 
Əl-Kufi yazır ki, «əhvalatdan xəbər tutan Məhəmməd ibn 
Mərvan (705-ci ildə) müsəlmanların (ərəblərin) başına açılmış 
müsibətdən kədərləndi,… Sonra isə  əsgərlərinə müraciət edib, 
qırx min nəfərlik qoşunun başında özü yürüşə  çıxdı…, onlarla 
amansız döyüşə girdi. Allah-Təala bütpərəstləri qaçmağa 
məcbur etdi, müsəlmanları isə öz himayəsi ilə möhkəmləndirdi. 
Müsəlmanlar onların çoxunu  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
87
qırıb  əsir aldılar, ölkələrinə  və  əmlaklarına sahib oldular» (34, 
s.13;154, s.231).  
Məhəmməd ibn Mərvan qardaşı oğlu Məsləmə ibn Əbdü-
l-Məlik ibn Mərvanı çağırıb ordunu ona təhvil verdi və əmr etdi 
ki, o, Dərbəndə hücum edib oradakı  xəzərlərlə vuruşsun. 
Dərbənddə isə bu vaxt 80 mindən çox xəzər əsgəri var idi (34, 
s.13). Məsləmənin Dərbəndə yürüşü  şəhərin  ələ keçirilməsi ilə 
nəticələndi (34, s.13-14). 
Məsləmə Çoladan qayıtdı və Arranın ortasında olan əmisi 
Məhəmməd ibn Mərvanın yanına gəldi. Bundan sonra 
Məsləmənin orduları Bab əl-Əbvaba (Dərbəndə) hücum edib 
onu tutdu, əhalini talayaraq geriyə qayıtdı (15, s.81; 34, s.14-15; 
174, s.78). Ərəblər Arranın mərkəzinə (Bərdəyə) qayıdarkən 
xəzərlər yenidən Dərbəndə daxil olub orada yerləşdilər (34, 
s.15). 
Məhəmməd ibn Mərvan bundan sonra il ərzində su ilə 
əhatə olunmuş adada yerləşən Sevan qalasını mühasirəyə aldı, 
tutdu və orada kimə rast gəldisə hamısını  qılıncdan keçirdi … 
(136, k.3. f.14; 199, s.15; 209; 34, s.14). Əl-Kufi yazır ki, «bu 
yolla o, başqa 400 nəfəri də Baş kilsədə yandırdı, qalanını isə 
qılıncdan keçirdi» (34, s.14) 
Ərəb müəllifinin qeydinə görə, xəlifə Ömər ibn Əbdü-l-
Əziz (717-720) ardıcıl olaraq Azərbaycan və Arrana canişinlər 
göndərirdi.  Əvvəl  Əbdü-l-Əziz ibn Hatim adlı bir şəxsi, sonra 
Adiyyə ibn əl-Kindini, onun yerinə isə əl-Haris ibn Əmr ət-Taini 
canişin təyin etdi (34, s.15; 209, s.17). Əl-Kufi qeyd edir ki, «əl-
Haris ibn Əmr Azərbaycan ölkəsinə gəlib Bərdədə yerləşdi» (34, 
s.15). 
Ərəb müəllifi əl-Kufi ərəb sərkərdəsi əl-Cərrahın başçılığı 
altında 25 minlik ərəb ordusunun xəzərlərə qarşı döyüşə 
başladığını bildirir. Bu döyüşlər haqqında digər müəlliflərin 
əsərlərində  də geniş  məlumat verilir (34, s.14; 100, s. 9-147; 
209, s. 5-20). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
88
Əl-Əsir xəlifə canişini  əl-Cərrahın Arrana vali təyin 
edilməsi, Bələncərin işğalı və digər hadisələr haqqında məlumat 
verir (100). Əl-Əsirin yazdıqlarını Yaqut əl-Həməvi də  təkrar 
edir: «Bundan sonra, yuxarıda deyildiyi kimi, müsəlmanların 
qaçması ilə  əlaqədar xəzərlərdə Arranı tutmaq üçün həvəs 
yarandı  və onlar toplaşıb ordunu güclü silahlandırdılar. Onda 
Yəzid ibn Əbdü-l-Məlik əl-Cərrah ibn Abdullah əl-Həkəmini … 
hakim təyin etdi, onu böyük ordu ilə təchiz etdi və əmr etdi ki, 
xəzərlər və digər düşmənlər üzərinə hücum etsin, onların 
ölkəsinə zorla girsin. Əl-Cərrah hərəkətə  gəldi. Xəzərlər bunu 
eşidib geri qayıtdılar və Bab-əl Əbvabda dayandılar. Əl-Cərrah 
Bərdəyə gələrək öz adamları ilə orada qaldı, dincəldi, sonra isə 
xəzərlərə qarşı hərəkət etdi. Kürü keçib irəliləyən zaman öyrəndi 
ki, kim isə keçmişdə onunla birlikdə olmuş dağ sakinlərindən 
biri xəzər çarına əl-Cərrahın onlara qarşı hərəkət etdiyini xəbər 
verib.  Onda əl-Cərrah əmr etdi ki, qoşunun bir neçə gün burada 
qalacağı barədə  xəbər versinlər. Guya ki, o, burada ehtiyat 
qüvvə toplayacaq. Həmin adam Xəzər çarına xəbər göndərdi ki, 
əl-Cərrah hərəkət etmir və hücum etməməyi qərara alıb, burada 
qalıb qoşunun döyüşmək həvəsini artıracaq. Ancaq gecə düşən 
kimi  əl-Cərrah hərəkət etməyi  əmr etdi və  həqiqətən o, elə tez 
gəldi ki, xəzərlərə rast gəlmədən Bab-əl-Əbvab  şəhərinə çatdı. 
O,  şəhərə daxil oldu və öz atlı  dəstələrini qonşu qəbilələrin 
üzərinə hücuma və qarətə göndərdi, çoxlu qənimət əldə etdi və 
ertəsi gün geri qayıtdı» (382, s.73). 
Ərəblərin siyasi dəyişikliklərlə bağlı olan hadisələrə 
münasibətini bildirən  əl-Kufi yazır: «Xəlifə Ömər ibn Əbdü-l-
Əziz (717-720) Ədiyyə ibn əl-Kindini azad edib əl-Həris ibn 
Əmir ət-Taini onun yerinə vali təyin etdi. Əl-Həris ibn Əmir ət-
Tai Azərbaycan ölkəsinə  gəlib Bərdədə yerləşdi» (34, s.15). 
Həmin dövrün siyasi-inzibati vəziyyətini  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
89
göstərən M.Kalankatlı da bildirir ki, «həmin ildə Həris ibn Əmr 
ət-Tai adamları, mal-qaranı  və torpaqları siyahıya alıb ölkə 
üzərinə ağır vergilər qoydu» (136, k.2I, f.12). 
 Bütün bunlar tədqiq etdiyimiz dövrün siyasi vəziyyətini 
əks etdirən amillərdir ki, əl-Kufinin yazılarında daha geniş 
məzmunda yer almışdır: «Xəlifə II Yəzid ibn Əbdü-l-Məlik 
(720-724) əl-Cərrah ibn Abdullah əl-Həkəmini çağırıb ona təliqə 
verdi və böyük ordu ilə təmin edib əmr etdi ki, Azərbaycana yo-
la düşsün. Əl-Cərrah ibn Abdullah çoxlu qoşunla yola çıxdı və 
tezliklə Azərbaycan ölkəsinə çatdı. Bu haqda xəbər Xəzərlərə 
yetəndə onlar Dərbəndə qayıtdılar» (34, s.15; 15, s.106). 
Mənbələrin verdiyi məlumatlarda və tədqiqat əsərlərindəki 
şərhlərdə bildirilir ki, ərəb orduları  Bərdədə yerləşərək öz 
qüvvələrini səfərbər etmiş, oradan şimala doğru hərəkətə 
başlamışlar. Həmin dövrdə  Bərdədə böyük hərbi qüvvə 
yerləşirdi (136, k.2, f.26; 15, s.115; 100; 174, s.106; 296, s.143). 
Qoşunla birlikdə  hərəkət edən  əl-Cərrah xəzərlərin arxasınca 
Bərdəyə qədər gəldi, burada bir neçə gün qaldı ki, əsgərləri və 
atları istirahət etsin. Sonra o, Bərdədən çıxıb Kür çayını keçdi və 
Dərbəndə  tərəf yola düşdü. Göründüyü kimi, bu, əl-Cərrahın 
ikinci hücumu idi. O, bu istiqamətdə yoluna davam edərək 
Dərbəndin iki fərsəxliyindən axan Rubas çayı sahilinə çatdı (34, 
s.16;15, s.105). 
M.Kalankatlı bildirir: «726-cı ildə böyük aclıq oldu. 
Növbəti üç il ötəndən sonra (730-cu ildə) Cərrah ikinci dəfə Ab-
xaz ölkəsindən keçib Xəzərlərə hücum etdi» (136, k.2, f.20). 
Həmin hücumu əl-Kufi  ətraflı  şərh edir: «əl-Cərrah Xəzərlərlə 
bir müddət döyüşlər apardı, onları əzdi, qırdı, çoxlu var-dövlət, 
qənimət  əldə edib geri qayıtdı.  Şəki vilayətinə qayıdıb qüvvə 
gözlədi. Hişam ibn Əbdü-l-Məlik Şamdan ona kömək gələcəyini 
vəd edərək məktubla əmr etdi ki, Xəzərlərlə yenidən müharibəyə 
başlasın. Əl-Cərrah  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
90
Şəki vilayətindən Bərdə qalasına yola düşdü. Az sonra buradan 
da çıxıb Beyləqan  şəhərinə, oradan da Varsan şəhərinə  gəldi. 
Bundan sonra o, Bəcrəvanı keçib Ərdəbilə çatdı  və burada 
yerləşdi. Əl-Cərrah orada düşərgə saldıqdan sonra Muğan, Gilan 
və  Tələqan tərəflərə  hərbi dəstələr göndərdi. Dəstələr gedib 
döyüşür və yenidən Ərdəbilə qayıdırdılar» (34, s.20). 
Xəzər xaqanı ətrafda yerləşən tayfaları toplayaraq ərəblərə 
qarşı hücuma hazırlaşdı (34, s.20; 174).  Əl-Kufi yazır: 
«Barsbəy ibn Xaqan xəzərlərdən və başqa tayfalardan olan 300 
minlik qoşunun başında yola düşdü. Çox keçmədən o, ordusu ilə 
Kürlə Arazın arasında olan yerlərə  gəldi. Buradan Varsana 
hücum etdi, onu aldı və bütün əhalisini qırdı. Sonra o, Varsan-
dan çıxaraq  əl-Cərrahın Azərbaycan  ərazisinə  səpələnmiş ordu 
hissələrinə hücuma keçdi» (34, s.21). 
Xəzərlərlə  əl-Cərrahın qoşunu arasında müharibə xeyli 
davam etdi. Həm xəzərlərdən, həm də  ərəblərdən çoxlu qırılan 
oldu. Böyük itki vermiş  Xəzərlər  əl-Cərrahın ordusunu, demək 
olar ki, tamamilə qırıb qurtardılar. Həmin döyüşdə əl-Cərrah da 
həlak oldu (34, s.21-23; 174, s.43).  
Bunları  əl-Əsir belə  təsdiqləyir: «Əl-Cərrahın ordusu 
Ərdəbil yaxınlığında Xəzərlər tərəfindən məğlubiyyətə 
uğradıldı.  Əl-Cərrah və bir çox yaxın adamları döyüşdə 
öldürüldülər» (100, s.94). 
Həmin döyüşü əl-Kufi daha ətraflı təsvir edir:  «Xəzərlər 
əl-Cərrahın  əsgərlərinin, demək olar ki, hamısını  qılıncdan 
keçirdilər. Yalnız Savalan dağına tərəf qaçmış 700 və  bəlkə 
bundan da az müsəlman xilas ola bildi» (34, s.23). 
Qaynaqda bildirilir ki, əl-Cərrahın ölüm xəbərini almış və 
vəziyyəti olduğu kimi başa düşmüş  xəlifə Hişam ibn Əbdü-l-
Məlik (724-743) Səid ibn Əbdü-l-Məlik əl-Həraşini  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
91
Xəzərlərlə döyüş üçün hazırlayıb Azərbaycana göndərdi. Səid 
əl-Həraşi  əl-Cəzirə  ərazisindən keçərək, özünə cihad üçün 
tərəfdarlar yığa-yığa yol boyu qalaları  fəth edərək gəlib Bərdə 
şəhərinə çatdı (34, s.26; 15, s.106).   
Ərəb müəllifinin qeyd etdiyinə görə, «Bərdənin 
mühasirəsi  şəhərdə yaşayan müsəlmanları çox sevindirdi. Bu 
vaxt Barsbəy ibn Xaqan isə burada əhalini qırmaqla və əsir al-
maqla məşğul idi. Xalq hər tərəfdən əl-Həraşinin yanına axışıb 
cihadda iştirak etmək istəyirdi» (34, s.26). 
Ərəb mənbələrindən belə  məlum olur ki, xəzərlər ölkədə 
özbaşınalıq, vəhşilik edir, yerli əhaliyə qarşı  qırğınlar 
törədirdilər (34, s.26; 91). 
Əl-Kufi yazır: «Əl-Həraşi Bərdədən çıxıb Beyləqana 
gəldi. Burada möhkəmləndi….  Əl-Həraşinin hücum edəcəyini 
bilən Barsbəy ibn Xaqan hər yandan əsgər toplayaraq 
Azərbaycandakı döyüşçülərini də onlarla birləşdirdi, böyük bir 
ordu yaratdı» (34, s. 32). «Bunu eşidən Səid ibn Əmir əl-Həraşi 
Varsana, Beyləqana, Bərdəyə, Qəbələyə və Azərbaycanın başqa 
yerlərinə çaparlar göndərdi. Adamlar onun yanına tək-tək, dəstə-
dəstə  və ya başqa yolla gəlirdilər;  o, nəhəng bir qoşun yığdı» 
(34, s.32). 
Müəllif bildirir ki, Barsbəyin 190 minlik ordusu ilə  əl-
Həraşinin 53 minlik ordusu arasında Muğan çayının sahilində 
qızğın döyüş baş verdi. Qeyd etmək lazımdır ki, qoşundakı 
adamların sayında  şişirtməyə yol verilmiş ola bilər. Mənbənin 
yazdığına görə, əl-Həraşinin Barsbəyə endirdiyi zərbə Xəzər or-
dusunu sarsıtdı, döyüş  qızışdı, hər iki  tərəfdən çoxlu adam 
həlak oldu. Bu döyüşdə  ərəblər Xəzər ordusunu sıxışdıraraq 
dənizə tərəf çəkilməyə məcbur etdilər, onlar Kür-Araz ovalığına 
qədər gəlib çıxdılar (34, s.34-35; 15, s. 110). 
Şamda ikən  vali təyin edilməsi haqqında  əmr almış 
Məsləmə ibn Əbdü-l-Məlik yola düşüb Bərdəyə gəldi və  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
92
burada yerləşdi. Buradan Məsləmə  əl-Həraşiyə yazdı ki, 
Şirvandan çıxıb onun yanına gəlsin.  Əl-Həraşi Bərdəyə, 
Məsləmənin hüzuruna yetdikdə o, əl-Həraşini xəzərlərlə 
müharibəyə girdiyinə görə günahlandırdı  və  Bərdə zindanına 
saldırdı. Tezliklə bu xəbər xəlifə Hişam ibn Əbdü-l-Məlikə 
(724-743)  çatdı. O, öz qardaşı  Məsləməyə çox qəzəbləndi və 
ona məzəmmətedici məktub yazdı (34, s.37). 
Əl-Kufi bildirir ki, «Xəlifənin məktubunu oxuyub əl-
Həraşiyə verdiyi zülmə görə Məsləmə peşman oldu. Onun elçisi 
Bərdəyə  gəlib  əl-Həraşini zindandan buraxdırdı. Onu Xəlifə 
Hişamın yanına göndərdi» (34, s.38).  
Yuxarıda bəhs etdiyimiz məsələ ilə  əlaqədar onu da 
bildirmək lazımdır ki, ərəblərin arasında baş vermiş  həmin 
hadisələr  ərəb mənbələrində birtərəfli izah edilmişdir. 
Tədqiqatlar isə həmin hadisələrin məğzində vəzifə, şan-şöhrət və 
var-dövlət hərisliyi ilə dolu münaqişələr durduğunu düşünməyə 
əsas verir (34, s.54; 174). Fikrimizcə, bunun əlavə sübuta 
ehtiyacı yoxdur. 
Ərəb qoşunlarının Albaniyanın  şimalına doğru hərəkətini 
əl-Kufi ardıcıllıqla təsvir edir: «Məsləmə ibn Əbdü-l-Məlik 
Şirvan torpaqları ilə irəliləyərək Heyzan qalasına çatdı, qalanın 
müdafiəçilərini aman verəcəyi vədlə aldadaraq hamısını 
öldürtdürdü, belə ki, 1000 nəfərin 999-nu öldürdü. Oradan 
Dərbəndə doğru hərəkət etdi». Müəllifin  şərhinə görə, «gərgin 
döyüşlərdən sonra o, Dərbəndə yaxınlaşdı  və müxtəlif üsullar-
dan istifadə edərək Dərbənd şəhərini tutub ona tam sahib oldu. 
Bundan sonra Məsləmə  əsgərlərindən Kərir ibn Süveyd əs-
Sələbi adlı birisini yanına çağırıb onu əl-Bab şəhərinə vali təyin 
etdi» (34, s.38). 
Mərvan ibn Məhəmməd (744-750) qışı Bab əl-Əbvab 
şəhərində keçirdi. Yazda xəlifə Mərvan ibn Məhəmmədə xəbər 
göndərdi ki, o, valilikdən kənar edilir və  Şama qayıdıb  şəxsən 
onun yanına gəlməlidir. Xəlifə, Səid ibn Əmir  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
93
əl-Həraşini çağırıb onu vilayətin valisi vəzifəsinə təyin etdi (34, 
s.39).  «Səid ibn Əmir  əl-Həraşi … vali sifətilə  Şamdan yola 
düşdü. O, əl-Bab şəhərinə gələrək orada yerləşdi» (34, s.49). 
Səid ibn Əmirlə xəzərlər arasında qızğın, arasıkəsilməyən 
vuruşmalar başlandı.  Əl-Kufi bildirir ki, Səid ibn Əmir «gecə-
gündüz xəzərlərə qarşı səfərlərə çıxır, atının yəhəri heç vaxt qu-
rumurdu» (34, s.49). 
Xəlifə Hişam Səid ibn Əmiri xəstələndiyinə görə, azad 
edib  Mərvan ibn Məhəmmədi Azərbaycana vali təyin etdi və 
göstəriş verdi ki, o, xəzərlərlə müharibəyə başlasın (34, s.49).  
Əl-Kufi bildirir ki, «Mərvan  Şamdan 120 minlik ordu ilə yola 
düşdü və tezliklə Arrana gəldi. O, Bərdədən 40 fərsəx və 
Tiflisdən 20 fərsəx aralı olan Qazaq (Qazax) adlı yaşayış 
məntəqəsində dayandı. Ərazidə olan bütün qalaları fəth etdi, … 
əl-Baba da xəbər göndərdi ki, əsgərlər xəzər torpaqları ilə 
Səməndərə doğru irəliləsinlər» (34, s.49; 174, s.44). 
Mərvan ibn Məhəmmədin başçılığı ilə  ərəb qoşunları 
şimalda geniş miqyaslı döyüşlər apardı, xəzərləri sıxışdıraraq 
Xəzər ölkəsindən keçib, Dunaya qədər gedib çıxdılar (34, s.49; 
100, s.145). 
Əl-Kufi xəzərlərlə  ərəblər arasında gedən bu döyüşlərdə 
ərəblərin qələbələrindən və döyüşlərin nəticəsindən bəhs edərək 
yazır ki, «Mərvan Xəzər xaqanını öz taxtında padşahlığını idarə 
etmək üçün saxladı. Sonra onunla həmdəm olub din qardaşı ki-
mi vidalaşdı və ondan hədiyyələr qəbul etdi. Mərvan geriyə – əl-
Bab  şəhərinə qayıtdı. Bu vaxt onunla qırx mindən artıq  əsir 
alınmış kafir (müsəlman olmayan- Q.H.) var idi. Mərvan onları 
Samur çayının sahilboyu torpaqlarında və Kür çayının hər iki 
sahilində olan düzənliklərdə yerləşdirdi» (34, s.49). Başqa ərəb 
müəllifi isə həmin xəzərlərin Samur və Şabran çayları arasında  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
94
yerləşdirildiyini bildirirlər (174, s. 44; 209, s.18). Tədqiqatçılar 
qeyd edirlər ki, sonra öz başçılarını öldürüb qaçmaq istədikləri 
üçün Mərvan onların hamısını qırmışdır (174, s.49).  
Ərəblərin  şimaldakı  qələbəsindən (737-ci ildə) sonra 
Arranın digər ucqarlarındakı vilayətlərə qarşı tədbirlər görüldü. 
Mərvanın qoşunu qışı Qazaxda qaldıqan sonra 738-ci ildə Kürü 
keçdi, Şəki və digər ərazilərdə xeyli qala və şəhəri ələ keçirərək  
dağıtdı, vuruşaraq ölkəni talan etdi (34, s.49; 174, s.44-45).  
Davam edən döyüşlər, baş vermiş bütün hadisələr barədə 
əmir xəlifəyə xəbər verir, yığdığı qənimət və sərvətin beşdə biri-
ni də ona göndərirdi (34, s.50). Davam edən müharibələr, həm 
də  ağır vergilər xalqı çox çətin vəziyyətə salmışdı (100, s.145; 
174, s.45; 358, s.101). 
Əl-Kufi yazır ki, «bu əhvalatlardan sonra Mərvan 
Azərbaycan (Cənubi)  ərazisinə daxil olub, Muğan, Gilan, əl-
Bəbr və Talaqan əhalisinə qarşı yürüş etdi. O, bu yerlərdə çoxlu 
adam qırdırdı və 10 mindən çox arvad-uşağı əsir etdi…. Bundan 
sonra o, daha irəli gedərək çox keçmədən Bərdəyə yetişdi. O, 
bütün Azərbaycanı və başqa bir çox yerləri fəth etdi. Amma heç 
kəs onun hakimiyyətinə qarşı çıxmadı» (34, s.54). 
Valid ibn Yəzid (743-744) xəlifə olan zaman Məhəmməd 
ibn Mərvanı (744-750) Azərbaycan və Arrana vali təyin etdi (34, 
s.55). Lakin Xilafətin mərkəzində baş verən hadisələr Arrandakı 
tədbirləri müvəqqəti olaraq dayandırdı (34, s.55; 174, s.45). 
Bu zaman hakimiyyətə gəlmiş Yəzid İbn Valid ibn Əbdü-
l-Məlik Mərvan ibn Məhəmmədi Azərbaycan və Arrana vali 
təyin etdi (34, s.55). Xilafətdə hakimiyyətin Yəzidin qardaşı 
İbrahim ibn Validin (744-cü ildə)  əlinə keçməsindən xəbər 
tutmuş Mərvan ibn Məhəmməd öz silahdaşlarından  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
95
olan Asim ibn Yəzid ibn Abdullah əl-Hilalini Azərbaycana və 
Arrana öz yerinə canişin təyin edərək, adamları ilə  Şama yola 
düşdü (34, s.55). Mərvan ibn Məhəmməd (744-cü ildə) 
hakimiyyəti ələ keçirdi. Lakin o, xəlifə olan kimi Azərbaycan və 
Arranda iğtişaşlar başlandı (34, s.55). Yerlərdə Xilafət əleyhinə, 
onun  əmir və canişinlərinin, amillərinin soyğunçu, qarətçi, 
zülmkar hərəkətlərinə qarşı üsyanlar qalxdı (34, s.55; 154, k.2I, 
f.16; 174, s.21). Bu iğtişaşlardan biri Beyləqan sakini Müsafir 
ibn Kəsirin rəhbərliyi altında başlanmış üsyan idi (34, s.55).  
Ölkədəki iğtişaşları yatırmaq, üsyançılara divan tutmaq 
üçün hərəkətə gəlmiş ərəblər üsyan ocaqlarından olan Beyləqan 
şəhərinə  gəldilər. Qoşunun qalan hissəsi  əmir Asim ibn Yəzid 
əl-Hilalinin başçılığı altında Bərdə şəhərinə çəkildi (34, s.55; 27, 
s.19; 174, s.81).  
Əl-Kufi həmin hadisəni  ətraflı  təsvir edərək bildirir ki, 
«qiyamçılar Asimin buradakı canişinini tutub onunla birlikdə 
zindanın qapılarına yaxınlaşdılar, qapıları açdılar və (üsyan 
başçıları) Qüteybə ibn Sədəqəni və Aban ibn Məmunu azad 
etdilər. Bundan sonra qiyamçılar Beyləqanı tam ələ keçirdilər. 
Bütün ətraf və nahiyələrdən Beyləqana adamlar axışdı. Tezliklə 
burada nəhəng bir ordu toplandı. Müsafir ibn Kəsir əl-Qəssabın 
rəhbərliyi altında onlar Beyləqandan çıxıb (Bərdəni tutmaq 
məqsədilə – Q.H.)… gəldilər. Asim ibn Yəzid əl-Hilali bundan 
xəbər tutdu, tərəfdarlarını topladı  və döyüşçülərini Bərdə 
şəhərinin qapıları yanında, Tərtər çayı boyunca yerləşdirdi…» 
(34, s.56). 
Əl-Kufi nəql edir ki, «bu vaxt Bərdə nahiyəsindən olan bir 
adam onlara (qiyamçılara) yaxınlaşdı. Qiyamçılar onu tutub öz 
başçıları Müsafir ibn Kəsirin yanına gətirdilər. Müsafir ondan 
soruşdu: haradan gəlirsən?    O,  cavab  verdi:  Bərdədən. Müsafir 
soruşdu: Bilirsənmi indi Asim ibn Yəzid harada olar? O dedi: 
bilirəm. O, indi Tərtər  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
96
çayının sahilində yoldan bir qədər kənarda, filan yerdədir. Müsa-
fir ona dedi: Onun ordusuna aparan yolu göstərə bilərsənmi? O, 
cavab verdi: Əlbəttə …» (34, s.56). Əl-Kufi sonra yazır: «Müsa-
fir ibn Kəsir öz əsgərlərini yığıb bu adamla yola düşdü. Onlar 
gecənin zülmətində yola çıxmış, sübh çağı Asim ibn Yəzidin 
mövqeyinə çatmışdılar. Onları görən qiyamçılar «Allahu əkbər» 
sədaları ilə hücuma keçərək dəhşətli qırğın törətdilər. Bərdənin 
əmiri Asim ibn Yəzidi və onun xeyli əsgərini öldürdülər. Asimin 
Zəfər adlı oğlu ordunun qalıqları ilə döyüş meydanından qaçaraq 
çox acınacaqlı vəziyyətdə özünü Bərdəyə çatdırdı» (34, s.56). 
Müsafir ibn Kəsir və onun silahdaşları Asim ibn Yəzidin 
adamlarının yerdə qalan hissəsini mühasirəyə alıb onları tutdular 
və Beyləqan şəhərinə apardılar (34, s.56). 
Əl-Kufi bildirir ki, «bu hadisə Şamda olan xəlifə Mərvan 
ibn Məhəmmədə çatdı. Xəbər onu çox sarsıtdı. Lakin bir qədər 
sonra o, özünün Şamdakı  sərkərdələrindən  Əbdü-l-Məlik ibn 
Müslüm  əl-Üqeylini yanına çağırıb tabeliyinə  nəhəng bir ordu 
verdi, özünü də Azərbaycan və Arrana vali təyin etdi. Ona əmr 
etdi ki, o, oralarda müharibə aparıb  əhalidən xərac vergisini 
toplasın. Xəlifə qiyamçılarla döyüşə girməyi də ona əmr etdi» 
(34, s.57). 
Əbdü-l-Məlik ibn Müslüm nəhəng bir ordunun başında 
Şamdan yola düşüb, tezliklə  Bərdəyə  gələrək orada yerləşdi. 
Sonra o, bundan əvvəl qiyamçıların darmadağın etdiyi qoşunla 
Bərdədən çıxaraq «Cisr əl-Hicara» («Daş körpü») adlı yerdə 
düşərgə saldı və köməkçi qüvvələrin gəlməsini gözlədi. Sonra o, 
üsyançılara qarşı hərəkət etdi (34, s.57). 
Mənbələr bildirir ki, tərəflər Bərdə şəhəri yaxınlığında üz-
üzə  gəlib döyüşə başladılar.  Əbdü-l-Məlik ibn Müslüm bu 
döyüşdə öldürüldü, ordunun başına onun  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
97
qardaşı İshaq ibn Müslüm əl-Üqeyli keçdi (34, s.57). İshaq ibn 
Müslümlə üsyançıların döyüşü xeyli davam etdi. Mənbədə 
yazılır: «İshaq ibn Müslümlə, Müsafir ibn Kəsir  əl-Qəssab və 
onun qiyamçıları arasında olan döyüşlər Xorasanda Əbu 
Müslümün rəhbərliyi altında qara bayraqlıların (əl-musavvada) 
meydana çıxmalarına qədər davam etdi» (34, s.57). 
Abbasilərin ilk xəlifəsi  Əbü-l-Abbas  əs-Səffah (750-754) 
Məhəmməd ibn Sul adlı  şəxsi vali təyin etdi. O, ordu ilə 
Azərbaycana gəldi (34, s. 57). Bu zaman, Azərbaycanda Müsafir 
ibn Kəsir əl Qəssab ağalıq edirdi. O, Məhəmməd Əbu Sulun 100 
minlik ordu ilə yola düşdüyünü eşidib  «əl-Kilab» qalasında 
(«Sərt qala») möhkəmləndi. Sulun qoşunu onları mühasirəyə 
aldı, uzun müddət döyüşlər getdi, nəhayət, Müsafir və 
döyüşçüləri məhv edildi (34, s.57). Ərəb əmiri Məhəmməd ibn 
Sul üsyançılara ağır divan tutdu. O, Müsafir ibn Kəsirin və onun 
silahdaşlarının kəsilmiş başlarını əs-Səffahın hüzuruna göndərdi. 
Özü isə ordusu ilə Beyləqan  şəhərinə  gəlib bir neçə gün orada 
qaldı. Sonra o, Bərdə şəhərinə yola düşüb, uzun müddət burada 
qalaraq ölkəni idarə etdi (34, s.58). 
752-ci ildə Bizans Xilafətdə başlanmış qarışıqlıqdan 
istifadə edərək  ərəblərə tabe olan ərazilərə doğru irəlilədi. 
Xilafətə qarşı siyasi, diplomatik fəaliyyətini genişləndirməyə 
başladı (174, s.48). Xəzərlər isə 737-ci il məğlubiyyətində 
gözləri qorxduğuna görə, hələlik seyrçi mövqeyi tutmuşdular 
(136, k.2I, f.18; 15, s.111; 174, s.48).  
Xəlifə  Əbu Cəfər  əl-Mənsur (754-775) Yəzid ibn Üseyd 
ibn Zəfir  əs-Sulamini Arrana hakim təyin etdi (752/53) (34, 
s.56; 174, s.48). Əl-Kufi məlumat verir ki, «Yəzid ibn Üseyd 
İraqdan Arrana yola düşüb, Bərdə  şəhərinə  gəldi, burada 
yerləşib ölkənin hər yerinə öz vergiyığanlarını (amil) göndərdi» 
(34, s.58). Hələ də şimaldan  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
98
xəzərlərin təhlükəsi sovuşmamışdı. Buna görə  də  xəlifə  əl-
Mənsurun məsləhəti ilə Xəzərlərin təhlükəsinin qarşısını almaq 
məqsədilə  Yəzid Xəzər xaqanının qızı Xatun ilə evləndi (34, 
s.58; 174, s.49). 
Əl-Kufi bunun səbəbini və mahiyyətini belə şərh edir: «əl-
Mənsur ona yazdı ki, … Xəzərlərlə qohumluq olmasa, Arran 
ölkəsində heç vaxt əmin-amanlıq bərqərar olmayacaq. Mən belə 
hesab edirəm ki, sən onlarla qohum olmalısan, onda ölkədə 
əmin-amanlıq olar. Əks təqdirdə  mən sənin  və  sənin vergi 
yığanların üçün qorxuram, çünki Xəzərlər sizi rahat qoymaya-
caqlar» (34, s.58). 
Əl-Kufi bildirir ki, «Xəlifə  əl-Mənsurun (754-775) 
məktubunu aldıqdan sonra Yəzid öz adamlarını Xəzər hökmdarı 
Taatur xaqanın yanına onun qızı üçün elçi göndərdi. Qızın adı 
Xatun idi. Xəzərlərin padşahı öz razılığını verdi. Yəzid ibn 
Üseyd Xatunla evlənərək atasına qızına görə 100 min dirhəm 
verdi. Xatun təntənə ilə  xəzərlərin ölkəsindən  İslam ölkəsinə 
yola düşdü. Onu qohumlarından on min xəzər müşayiət edirdi; 
ona dörd min əla madyan, min qatır, min qul, on min xəzəri 
cinsindən olan alçaq dəvə, min baş türkü cinsindən olan iki 
hörküclü dəvə, iyirmi min baş qoyun, qapıları  və üstü qızıl və 
gümüş lövhələrdən düzəldilmiş, içərisinə samur xəzi döşənmiş 
və ipək çəkilmiş on furqon, qızıl və gümüş  əşyalar, qab-qacaq 
və başqa  şeylər yüklənmiş iyirmi araba qoşulmuşdu.  İslam 
ölkəsinə  gəldikdən sonra Xəzər padşahının qızı bütün var-
dövləti ilə  Bərdə darvazasına yaxın olan əl-Kəbbab adlı yerdə 
düşərgə saldı. Bu yerdə dayandıqdan sonra, qız öz adamını 
Yəzidin yanına göndərib, ondan xahiş etdi: «Mənim yanıma 
müsəlman qadınlardan bir neçəsini göndər ki, onlar mənə İslam 
dininin mahiyyətini izah edib, Quranı oxusunlar, yalnız bunların 
hamısını  mənimsəyəndən sonra mən sənin olacağam!» Yəzid 
onun yanına Bərdədən bir  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
99
neçə qadın göndərdi ki, islam dinini və Quranı xaqan qızına 
öyrədib izah etsinlər» (34, s.59). 
İslamı böyük rəğbətlə qəbul etmiş xəzər qızının hörmətlə 
qarşılanması barədə Əl-Kufi təfsilatı ilə yazır: «Yəzid ibn Üsey-
din elə bir sərkərdəsi qalmadı ki, qıza şan-şöhrətinə aid hədiyyə 
gətirməsin. Xatun islam dininin mahiyyətini və Quranı 
öyrəndikdən sonra Yəzidə qılınc və xəncər göndərdi. Yəzid başa 
düşdü ki, qız onun yanına gəlməsinə icazə verir. Onun icazəsi ilə 
Yəzid  otağa daxil oldu. Bu vaxt qız geyinib-gecinmiş, qiymətli 
daş-qaşla bəzənmişdi» (34, s. 59). Əl-Kufi bildirir ki, «Yəzid ibn 
Üseyd iki il dörd ay onun yanında qaldı. Qızın Yəziddən iki 
oğlu oldu, lakin qız da, oğlanları da öldü. Bu hadisə  Yəzidi 
hədsiz dərəcədə kədərləndirdi» (34, s.59).  
Xəzərlər xaqan qızı Xatunun ölüm xəbərini eşidib 
Dərbənddən (Bab əl-Əbvab) böyük bir ordu ilə ərəblərin üzərinə 
yola düşdülər. Yəzid ibn Üseyd yeddi minlik ordusu ilə onların 
qarşısına çıxdı, lakin qüvvəsi az olduğundan onlara gücü 
çatmadı. Buna görə  də, məktub yazaraq əhvalatı  xəlifə  əl-
Mənsura bildirdi. Xəlifə Yəzid ibn Üseydin məktubunu oxuyub 
kədərləndi, işin aqibəti onu qorxutdu. O, Şama məktub göndərib 
Arranda başına gələnlərlə  Xəlifəni tanış etdi. Çox keçmədən 
Yəzidin yanına  Şamdan on min nəfər, cəmi  İraqdan otuz beş 
min əsgər köməyə gəldi (15; 34, s.60; 174). 
Yəzid tabeliyində Şamdan və əl-Cəzirədən olan iyirmi min 
və İraqdan olan otuz beş min əsgərlə, yəni təxminən altmış min-
lik ordu ilə hücuma keçdi (rəqəmlərdəki uyğunsuzluq mənbəyin 
özünə aiddir – Q.H.). Qoşun Kür çayını keçərək,  Şirvan 
ərazisinə daxil oldu (34, s.60).  Əl-Kufi bu hadisəni belə təsvir 
edir: «Elə bu vaxt Xəzərlərin Nilin sularına və gecənin 
zülmətinə  bənzər iki yüz mindən artıq süvari ordusu göründü. 
Düşmənlər Şirvan torpaqlarında  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
100
üz-üzə 
gəldilər. Müsəlmanlar bundan dəhşətli gün 
görməmişdilər, çünki onlardan saysız-hesabsız miqdarda adam 
qırıldı. Döyüş meydanından qaçan Yəzid ibn Üseyd Bərdə 
şəhərində gizləndi. Xəzərlərin hökmdarı xaqan isə döyüşçüləri 
ilə  qələmə  gəlməyən qədər qənimət apararaq öz mövqelərinə 
qayıtdı» (34, s.60). 
Əl-Kufi yazır ki, xəlifə əl-Mənsur Şam, əl-Cəzirə və İraqın 
bütün yerlərindən adam yığıb on min döyüşçü seçdirərək, Yəzid 
ibn Üseydə verdi və Arrana göndərdi (34, s.60). Yəzid Bərdə 
şəhərinə  gəldi və oradan Kür çayının sahilinə  çıxdı. O, ordusu 
ilə çaydan keçərək  şimala doğru hərəkət etdi və  Dərbənd 
şəhərində yetişdi.  Əsgərlərini burada yerləşdirib  şəhərin 
istehkamlarını və darvazalarını nizama saldı (34, s.60). Bundan 
sonra xəlifə əl-Mənsur (754-775) Yəzid ibn Üseydə xəbər verdi 
ki, o, Arranın idarəçiliyindən kənar olunur və onun yerinə Bikar 
ibn Müslüm əl-Üqeyli (769-cu ildə) təyin edilir. Bir il yarımdan 
sonra onun yerinə əl-Həsən ibn Qəhtəbə ət-Tayi (770-775) təyin 
olundu. O, ölkəyə Xorasan, Şam və  İraqdan olan əlli minlik 
qoşunla gəldi. (Bu, o Həsəndir ki, əl-Bəlazuri onun adına 
Beyləqanda arx, Bərdədə isə «Həsəniyyə bağı» adlı mülk 
olduğunu bildirir).  Müəllif xəbər verir ki, həmin qoşunla 
Gürcüstanda baş vermiş iğtişaşı yatırdılar (34, s.61). 
Mənbələr və  tədqiqat  əsərləri göstərir ki, əl-Həsən ibn 
Qəhtəbə Arranda qalıb Bərdədə yerləşdi. O, Qəhtəbə adlı oğlunu 
Bab əl-Əbvabın, ikinci oğlu İbrahimi Curzanın hakimi təyin etdi 
və Tiflisdən o yana müsəlman torpaqlarının idarəçiliyini ona 
tapşırdı. Üçüncü oğlu Məhəmmədə Xilat və Qaliqaldan o tərəfə 
olan torpaqların idarəsini verərək böyük bir əraziyə hakim təyin 
etdi (15; 34, s.61; 100; 174). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
101
Abbasilərin üçüncü xəlifəsi  əl-Mehdinin dövründə (775-
785) Azərbaycanın və bütün qərbdəki torpaqların valisi əl-
Mehdinin oğlu Harun ər-Rəşid olmuşdur (34, s.78). Əl-Kufi 
yazır ki, sonra Xəlifə Harun ər-Rəşid (786-809) əl-Fəzl ibn 
Yəhya  əl-Bərmakini Azərbaycan və Arrana vali təyin etdi. Əl-
Fəzl böyük ordu ilə yola çıxıb Bərdə  şəhərinə  gəldi. Buradan 
çıxıb Bab əl-Əbvab  şəhərinə  və  Həzmin adlı qalaya çatdı. 
Buranın müdafiəçiləri ilə döyüşdü, lakin heç bir şey  əldə edə 
bilməyib yenidən Bərdə  şəhərinə qayıtdı  və bir qədər burada 
qaldı. Burada olarkən Ömər ibn Əyyub  əl-Kinani adlı adamı 
yanına çağırıb onu öz yerinə canişin təyin etdi, özü isə  İraqa 
qayıtdı (34, s. 62). 
Abbasilərin xilafət  əyalətlərində yaratdıqları  həm siyasi, 
həm də iqtisadi məhrumiyyətlər narazılıqların daha da 
güclənməsinə səbəb olurdu. 
Tədqiqatlar göstərir ki, Abbasilərin hakimiyyəti dövründə 
türklərin ərəblərlə bərabər hakimiyyətdə təmsil olunmaları siyasi 
hadisələrin sonrakı gedişində özünü daha aydın göstərirdi. Ab-
basi xəlifəsi  Əbu Cəfər  əl-Mənsur Azərbaycan valisi Yəzidə 
məktub göndərib, mütləq türklərlə  dost olmasını tövsiyə 
edərkən, Bizansdan və  şimal tayfalarının axınlarından Qafqazı 
qoruya bilməyəcəyini bildirirdi. Yəzid bu məsləhəti qəbul etdi 
və Bərdədə Xəzər xaqanı Bağatur xaqanın qızı ilə evləndi, lakin 
iki il dörd aydan sonra Bağatur xaqanın qızı öldürüldü. Məqsəd 
türklərlə ərəblərin arasını vurmaq, yaranan qarışıqlıqdan fayda-
lanaraq yenidən Bizansın Qafqaz üzərində hökmranlığına nail 
olmaq idi. Bu zaman da, həmişə olduğu kimi, ermənilər 
bizanslıların  əlində alət idi. Bu hadisə  xəzərlərlə münasibətlərə 
ciddi təsir göstərdi. Xəzər xaqanı Ast Tarkan 764-cü ildə 1000 
nəfərlik ordu ilə Qafqazı başdan-başa istila edib ərəblərin 
buradakı hakimiyyətinə son qoydu və Tiflis yaxınlığında 
Yəzidin ordularını  məğlubiyyətə  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
102
uğratdı. O günlərin  şahidi Gevond yazır ki, xəlifə Harun ər-
Rəşid öz türk vəziri Bərməkoğlunu Xəzər xaqanının qızı ilə 
nişanlayaraq dostluğu yenidən bərpa etdi, 798-ci ildə    Xəzər 
xaqanının qızı  Bərməkoğluna gəlin gətirilərkən qəflətən Bərdə 
şəhərində öldü. Xəzərlər qızın ərəblər tərəfindən zəhərləndiyini 
zənn edərək böyük bir ordu ilə Qafqaz üzərinə yeridilər və 
Qafqazın o üzündən girib bu üzündən çıxdılar. Abbasi valisi 
Yəzid ibn Məzyəd  əş-Şeybani  məğlub oldu. Şübhəsiz Bizansın 
oyunu olan bu hadisə islamı bütün Şərqi Anadoludan silmək 
planı ilə bağlı idi. Lakin xəlifə Mötəsim, anası türk olduğundan, 
türklərə bağlılığını göstərərək, onlardan özünə xüsusi ordular 
yaratdı. Türklər üçün Samarra adlı gözəl bir şəhər saldırıb, 
buranı mərkəz halına gətirdi. Burada yetişən türk bəyləri «Əmir-
ül-üməra» (bəylərbəyi) rütbəsinə  qədər yüksəldilər. Qafqaz 
yenidən türklərin hakimiyyəti altına düşdü (119, s.28). 
Mənbələrdə  Yəzidlə Bağatur xaqanın qızı arasındakı bu 
izdivac və onun nəticələri müxtəlif  şəkildə  şərh olunur (100, 
s.27; 356, s.35). Bu barədə  ət-Təbəri qısa məlumat verir ki, 
«Səid ibn Səlman hakimiyyətdə olan ibn Kuteybənin dövründə 
Xəzər xaqanının qızı  Fədl ibn-Yakbaya ərə verildi və oraya 
göndərildi, ancaq o, Bərdədə öldü. Xaqanın qızını müşayiət edən 
adam onun atasının yanına qayıtdı və xəbər verdi ki, onun qızını 
satqınlar öldürdülər. Bu, xaqanı  qəzəbləndirdi və o, 
müsəlmanlara qarşı müharibəyə hazırlaşmağa başladı» (356, 
s.35). Bu barədə yuxarıda bəhs edildiyi üçün burada bununla 
kifayətlənirik.  
Artıq  ərəblərə qarşı narazılıqlar get-gedə artırdı.  Ərəb 
canişinləri və inzibati idarəçilik orqanları  işçilərinin 
törətdiklərindən narazı qalan yerli xalqlar üsyan edirdilər. 
Həmin üsyanlardan biri Bərdə şəhərində başlamışdı (27, s.7; 34, 
s.76; 174, s.43). Əl-Yaqubi yazır ki, «Ömər ibn- 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
103
Əyyub  əl-Kinani vəzifəsindən uzaqlaşdırıldı, onun yerinə isə 
Əşərilərin azad edilmiş qulu (maula) Əbu-s-Sabah təyin edildi. 
Həmin  Əbussabah Arran əhalisini sıxışdırmağa başladı, 
bərdəlilər də ona hücum edib öldürdülər» (34, s.62; 189, s.517). 
Bu hərəkat narazılıqların başlanğıcı idi. Bərdə üsyanı Arran və 
Azərbaycan  əhalisinin xilafətə qarşı hamılıqla üsyana 
qalxmasına təkan verdi. Əl-Kufi bu barədə  məlumat verir ki, 
«Bərdədə başlanmış üsyan Arran və Azərbaycan  əhalisinin hər 
yerdə üsyana qalxmasına səbəb oldu. Bunların  ən  şiddətlisi 
Beyləqanda «xarici» təriqətinə  mənsub olan Əbu Müslümün 
rəhbərliyi altında baş verən üsyan idi» (34, s.76). Beyləqanda 
Əbu Müslümün xəlifə Harun ər-Rəşidə qarşı başlanmış üsyanını 
yatırmaq üçün oraya İshaq ibn Müslüm əl-Üqeyli adlı 
sərkərdənin başçılığı altında min atlıdan ibarət İraq döyüşçüləri 
göndərildi (34, s.62-63). Bu barədə  əl-Yaqubi bildirir: «Xalid 
ibn Yəzid ibn Üseyd as-Sulamini döyüşçülərinə beş min nəfər 
də əlavə edib göndərdi ki, Əbdü-l-Məlik ibn-Xalid əl-Hərəşinin 
rəisliyi altında möhkəmlənsin. Onlar Əbu Müslümün dəstələri 
ilə toqquşdular və onları qaçmağa məcbur etdilər. Əbu Müslüm 
özü isə Gilab (Sisyanda) qalasına qarşı  hərəkət etdi və onu ələ 
keçirdi. Ər-Rəşid bundan sonra vali vəzifəsinə İbn Abdullah əl-
Bacalını  təyin etdi. O, Bərdəyə  gələn kimi beyləqanlılar ona 
qarşı üsyan etdilər, ancaq o, Bərdədə, iqamətgahında 
möhkəmləndi və Mədən əl-Xümsünü altı min nəfərlik (döyüşçü) 
ilə Əbu Müslüm Şəritə qarşı göndərdi» (359, s.63). 
Əbu Müslüm Xəlifənin hakimiyyətinə qarşı uzun müddət 
gərgin mübarizə aparmış, lakin üsyançılar Xilafət qoşunları 
tərəfindən məhv edilmişdilər (15; 34, s.64; 174). 
Əl-Kufinin məlumatına görə, «üsyandan böyük zərər 
çəkmiş  xəlifə Harun ər-Rəşid Azərbaycanda və Arranda 
hakimiyyətdə olanların hamısını vəzifələrindən kənar etdi.  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
104
Sonra o, Səid ibn Səlim ibn Qüteybəni (796-cı ildə) çağırtdırıb 
bütün ölkənin idarəsini ona tapşırdı. Səid ibn Səlim tezliklə 
Bərdə  şəhərinə  gəldi. Burada o, Nəsr ibn Ənan adlı adamı 
çağırtdırıb onu Bab əl-Əbvab  şəhərinə hakim təyin etdi» (34, 
s.64). 
Hadisələrin gedişini  ətraflı surətdə  təsvir etməyə çalışan 
əl-Kufi məlumat verir ki, Səid ibn Səlim qəzəblənərək ən-Nəcm 
ibn Haşimin (Dərbəndinin) yanına gəldi, onu qandallayıb Bərdə 
zindanına saldırdı. Bunu bilən Həyyun ibn Nəsr ibn Ənanı tut-
durub, atası kimi həbs etdirdi. Bu barədə xəbər Səid ibn Səlimə 
çatdı. O, ən-Nəcm ibn Haşimi yanına gətirtdirib boynunu vur-
durdu və onun başını oğlu Həyyun ibn ən-Nəcmə göndərdi. Belə 
olduqda, Həyyun ibn ən-Nəcm vergi toplayan Nəsr ibn Ənanı 
zindandan çıxarıb, boynunu vurdurdu və  başını Səid ibn Səlimə 
göndərdi. Bu hərəkət Səid ibn Səlimi həddindən artıq 
qəzəbləndirdi. O, öz tərəfdarlarını  yığdı  və böyük bir qoşunla 
Bərdə şəhərindən çıxaraq Həyyun ibn ən-Nəcmlə döyüşə getdi. 
Həyyun bundan xəbər tutdu və öz elçisini yüz min dirhəmlik 
hədiyyələrlə  Xəzər xaqanının yanına göndərdi. O, xaqana 
məktub yazıb, ondan kömək istədi və  İslam ölkəsini qənimət 
kimi ona vəd etdi. Xaqan qırx min atlı və tarxanları ilə Bab əl-
Əbvab şəhərinə tərəf hərəkət edərək onu zəbt etdi,  hücumu da-
vam  etdirməyə hazırlaşdı. Səid ibn Səlim və onun ordusu Bab 
əl-Əbvab  şəhərinə çatarkən baş vermiş hadisədən xəbər tutdu, 
xəzərlərlə qarşılaşmaqdan çəkinərək Bərdəyə qayıtdı (34, s.65; 
15, s.75; 174). 
Əl-Kufi bildirir: «Xaqan və onun orduları islam ölkələrinə 
soxulub (799-cu ildə) saysız-hesabsız müsəlmanları qırdılar, yüz 
min kişi, qadın və  uşağı  əsir aldılar. Bundan sonra xəzərlər öz 
ölkələrinə qayıtdılar. Həyyun ibn ən-Nəcm isə Dərbənd şəhərinə 
çəkildi» (34, s.65). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
105
Göründüyü kimi, Azərbaycanda  ərəblərin futuhatı heç də 
asanlıqla davam etməmişdir. Başqa dini təzyiqlərin ağırlığından 
can qurtarmaq istəyindən, yaxud İslam dininin yüksək 
xüsusiyyətlərini dərk edərək qəbul edilməsi səbəbindən 
yayılması və genişlənməsinə baxmayaraq ölkədə  siyasi vəziyyət 
mürəkkəb idi. Yadellilərin işğallarına etiraz ilə cavab verən yerli 
əhali ölüm-dirim mübarizəsinə qalxaraq itaətdən, istiladan can 
qurtarmağa çalışır, işğalçılara qarşı  kəskin müqavimət 
göstərirdi. Bütün bunlara baxmayaraq 90 illik mübarizədən so-
nra ölkədə (Albaniyada) ərəb istilaları  əsasən başa çatdı (15, 
s.105; 34, s.65; 174). 
Mənbələrin verdiyi məlumata görə, VIII əsrin ikinci 
yarısında Azərbaycana çoxlu ərəb tayfaları köçürülmüşdür. 
Onların köçürülməsi dövrün tələbinə və şəraitə uyğun olaraq iki 
məqsəddən irəli gəlirdi. Birincisi, xəlifələr və canişinlər 
tərəfindən Albaniya ərazisində hakimiyyətin möhkəmlənməsini 
təmin etmək üçün etibarlı hesab ediən  ərəb tayfaları köçürülüb 
yerləşdirilir; ikincisi, Ərəbistan torpaqlarından fərqli olan 
münbit, suvarılan torpaqlarda yaşamaq üçün çoxlu ərəb tayfaları 
özləri köçüb gəlirdilər. Arrana ən çox Abbasilər dövründə şimali 
ərəb tayfaları köçürlmüşdür ki, bunlar da nizarilər və  və  bənu-
rəbiələr idi. Ərəb mənbələrinin tədqiqatçıları bənu-rəbiyələrin və 
avdilərin  ən çox Bərdə  şəhərində  və onun ətraflarında 
yerləşdirildiyini qeyd edirlər (4, s.134; 15, s.167-168; 261). 
Azərbaycanda məskunlaşmış  şimali  ərəb tayfaları  cənub 
həmvətənlərini düşmənçiliklə qarşılayırdılar. Albaniyanın bir 
sıra  şəhərlərində, o cümlədən Bərdədə yeni sülalənin 
nümayəndələri müqavimətlə qarşılaşmışdılar. Bu vəziyyət 
yalnız xəlifə Hərun ər-Rəşid (786-809) dövründə nizama salındı 
(4, s.134; 15, s.168).     
799-cu ildə Harun ər-Rəşid Yəzid ibn Məzyəd  əş-
Şeybanini yenidən canişin təyin etmişdi (34, s. 65). Bu barədə  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
106
əl-Kufi bildirir ki, «Yəzid yola düşüb Arrana gəldi. O, Bərdədə 
yerləşib hamının təhlükəsizliyinə  təminat verdi və  əhalini 
sakitləşdirdi. Sonra o, əl-Fəzl ibn Yəhyanın mavləsi əl-Hərisi və 
Səid ibn Səlimin onun yanında olan adamlarını yığıb zəncirlədi 
və  xəlifə Harun ər-Rəşidin yanına göndərdi. Bundan sonra 
Yəzid ibn Məzyəd Dərbənd  əhlinə  məktub yazıb onlara aman 
verdi və bütün ölkə sakitləşdi» (34, s.65). Yəzid ibn Məzyəd əş-
Şeybani yerinə  Əsəd ibn Yəzid təyin olundu, sonra onu kənar 
edib yerinə Hüzeymə ibn Hazim ət-Təmimini təyin etdilər (34, 
s.65). Tədricən siyasi vəziyyət qaydaya salındı. Əl-Kufi bildirir 
ki, «Hüzeymə ibn Hazimi gəlib Bərdədə yerləşdi və  əhalinin 
işlərini səhmana saldı. Sonra, o, Bab əl-Əbvaba getdi, bütün 
qüsurlu adamları  xəlifə Harun ər-Rəşidin hüzuruna göndərdi» 
(34, s.65-66). 
Xəlifə  Hərun  ər-Rəşid öldükdən sonra onun oğlanları 
Əmin ilə  Məmun arasında hakimiyyət uğrunda başlanmış 
mübarizə xeyli davam etdi. Əl-Yaqubi yazır: «Məmun (810-
833) tərəfindən Arran və Azərbaycan hakimiyyətinə Tahir ibn 
Məhəmməd əs-Sənan göndərildi. O, Varsana gəlib Arranın hərbi 
rəisi və ordunun görkəmli şəxsləri ilə yazışdı və onlar Məmuna 
and içərək tabe oldular. Xəlifə  əl-Amin (809-813) tərəfindən 
təyin edilmiş Ömər  əl-Həsunun tərəfdarı  İshaq ibn Süleyman 
Arranın hakimi oldu, Arranın patriki Narsa və Əbdü-r-Rəhman 
və bir neçə patrik də onun tərəfdarları idilər. (İshaq) oğlunun 
Bərdədən qovulmasının qisasını almaq üçün Bərdə  əhalisinin 
üzərinə hücum etdi» (189, s.59-61; 359, s.6).  
Bərdə  uğrunda onların arasında gedən mübarizə silahlı 
toqquşmalarla nəticələndi. Yerli əyanlar və əhali bu və ya digər 
tərəfi müdafiə edirdilər. Əl-Yaqubi bildirir: «Məmun böyük or-
du ilə Zuhəyra ibn Sinan ət-Tamnimini Tahir ibn Məhəmmədə 
(köməyə) göndərdi. İshaq ibn  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
107
Süleyman isə öz oğlunu müdafiə etmək üçün Bərdəyə böyük 
qüvvə yeritdi. Onlar qarşılaşdılar və öz aralarında döyüşə 
girdilər, (döyüş) bütün gün davam etdi, bundan sonra İshaq ibn 
Süleyman öz yaxın adamları ilə qaçmağa başladı.  İshaqın oğlu 
Cəfər ibn-İshaq  əsir alındı, onu da digər  əsirlərlə birlikdə  əl-
Məmunun yanına göndərdilər. Tahirin gəlişindən heç bir neçə 
gün keçməmişdi ki, Əbdü-l-Məlik  əl-Cəhhəf as-Sulami onu 
tanımaqdan imtina etdi və ona qarşı üsyan qaldırdı. O, Beyləqan 
əhalisi ilə birlikdə  hərəkət etdi və Tahiri Bərdə  şəhərində 
mühasirəyə aldı. Mühasirə bir neçə ay davam etdi. Bunu bilən 
əl-Məmun (813-833) hakimiyyətə Süleyman ibn Əhməd  əl-
Haşimini təyin etdi, o isə oraya gələndə hələ Tahir mühasirədə 
idi, onu mühasirədən azad edib buraxdı,  Əbdü-l-Məlikə isə 
aman verdi, ölkə sakitləşdi. Bundan sonra hakimiyyətə  Həşim 
ibn Hərsəmə ibn Əyun təyin edildi. Onun gəlişi mütəzillərlə or-
todoksallar (Köhnə müsəlman cəmiyyətlərinin tərəfdarları) 
arasındakı münaqişə vaxtına düşdü, onların öz aralarında güclü 
vuruşma gedirdi, ancaq sonra razılığa gələrək sakitləşdilər. Ha-
tim ibn Hərsəmin ölkəyə gəlməsindən bir neçə gün keçdi, atası 
Hərsəmin ölüm xəbərini eşitdi. O, Bərdədən çıxdı  və Kisalədə 
dayandı…» (15, s.225-257; 359, s.4-5). Müəllif fikrinə belə da-
vam edir: «Əl-Mötəsim (833-842) Xalid ibn Yəzidi Arrana və 
Diyar-Rəbinin bir hissəsinə hakim təyin etdi. Bu barədə  xəbər 
çatdıqda bütün başçılar təhlükəni hiss edərək, onun əleyhinə 
birləşdilər və ona qarşı üsyan etdilər. Bu haqda Mənsur ibn İsa 
əs-Səbi xəlifə Mütəsimə yazdı, o da Xalidin yerinə  Əli ibn əl-
Hüseyni qoyaraq geri qayıtması barədə əmr verdi. Heç bir neçə 
gün keçməmiş  Bərdə  əsgərləri qəzəbləndilər və ondan öz 
haqlarını tələb etdilər, ancaq belə cavab verdilər ki, onda heç nə 
yoxdur və (bütün) var-dövlət ölkənin əhalisindədir. O, əhalidən 
vergi tələb etdi, ancaq  
 
 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
108
onlar etiraz etdilər, (əsgərlər isə) öz qalalarında möhkəmləndilər, 
sonra öz aralarında yazışdılar, toplaşaraq onu Bərdədə 
mühasirəyə aldılar. Onda Mötəsim  oraya canişin Həmdəvayh 
ibn Əli ibn əl-Fədli göndərdi» (359, s.5). Onun Bərdədə gördüyü 
tədbirlər nəticəsində, çox çətinliklə üsyan yatırıldı (189, s.7; 
359, s.6). 
Ərəb Xilafəti əleyhinə Azərbaycanda baş vermiş üsyanlar-
dan  ən güclüsü olan Babək hərəkatı başlandı (816-838). Təkcə 
Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərqin  ən qüdrətli 
siyasi hərəkatı olan Babək hərəkatı elə geniş vüsət almışdı ki, əl-
Məsudinin dediyi kimi, Abbasilər hakimiyyətini məhv edəcək 
dərəcəsinə çatmışdı (302, s.33). Xilafəti dağılmaqdan qorumaq 
üçün  əl-Mötəsim hətta rəqibi olan Bizansla sülh bağladı (302, 
s.33) və Babək hərəkatına qarşı qüvvələrini səfərbərliyə aldı (15, 
s.233; 174, s.57).  
Mənbədə qeyd edilir ki, «Xəlifə  əl-Mötəsim (833-842)  
835-ci ildə  əl-Afşini Arrana hakim təyin edib, xürrəmilərlə 
müharibəni davam etdirməyə göndərdi. Xəlifə  əl-Mötəsim-
billah siyasi müsdəqilliyini möhkəmləndirdikdən sonra 
vergiyığanlarını bütün ölkələrə göndərdi. Sonra o, əl-Afşini 
Azərbaycana hakim təyin etdi və ona əmr etdi ki, Babək  əl-
Xürrəmi ilə müharibəni davam etdirsin» (34, s.66). O, əl-Afşin 
Məhəmməd ibn Süleyman əs-Səmərqəndi adlı şəxsi Arranın ha-
kimi təyin edib  Bərdəyə göndərdi, özü isə Babəklə gecə  və 
gündüz döyüşdü (835-ci ildə). Süleyman əs-Səmərqəndi isə 
ərəblərə qarşı üsyan etmiş Səhl ibn Sumbat üzərinə hücum etdi, 
lakin məğlub oldu (34, s.66; 15, s.313-114; 100, s.145; 174, 
s.58). 
Mənbələrin verdiyi məlumata görə, Babək  ərəblərə qarşı 
21 il (816-838) mübarizə apardı, Xilafətin dayaqlarını sarsıtdı, 
lakin ərəblərə qarşı mübarizədə keçmiş müttəfiqi, Səhl ibn Sum-
bat tərəfindən tutulub ərəblərə verildi.  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
109
Babək 838-ci ilin mart ayında xəlifə  əl-Mötəsimin  əmri ilə 
Samirə  şəhərində edam edildi (15, s.313; 174, s.56). Babəkin 
edam edilməsinə baxmayaraq onun tərəfdarları uzun müddət 
Xilafətə qarşı mübarizədə fəal iştirak etdilər (34, s.66). 
Babək hərəkatı yatırıldıqdan sonra Ərəb Xilafəti öz 
əvvəlki imkanlarını  bərpa etməyə başladı.  İlk növbədə Bizansa 
qarşı döyüş  əməliyyatı keçirildi. Lakin uzun müddət daxili 
narazılıqlara, yerli xalqların üsyanlarına, xürrəmilər hərəkatına, 
xəzərlərin hücumlarına qarşı mübarizə aparmış Xilafət artıq 
əvvəlki kimi hakimlik iqtidarına malik deyildi (174, s.57). Bir-
birini  əvəz edən xəlifələr – əl-Vasiqin (842-847), əl-
Mütəvəkkilin (847-861) bütün cəhdlərinə baxmayaraq, Xilafət 
əleyhinə mübarizə getdikcə gücləndi. 852-ci ildə  xəlifə 
tərəfindən göndərilmiş Buğa dörd il müddətində bütün Qafqazı 
viran etdi (174, s.57; 209, s.20). Onun başçılığı ilə ərəb ordusu 
Tiflisi talan edib əhalisi üzərinə vergi qoydu. Buğa qışı Bərdədə 
keçirdikdən sonra, Dərbəndə yola düşüb oradan 300 xəzər 
ailəsini  Şəmkirə köçürdü (302, s. 34). O, müqavimətdə  iştirak 
edənləri xəlifənin hüzuruna göndərib məhv etdi, məcburi sakit-
lik yaratdı. Lakin bu sakitlik uzun sürmədi. IX əsrin ortalarında 
ərəb xəlifələrinin Azərbaycanda apardığı yeni siyasi tədbirlərin 
heç biri müsbət nəticə vermədi. Daxili sabitliyi qoruyub saxlaya 
bilməyən Xilafət Bizansla müharibə aparan zaman getdikcə ar-
tan daxili parçalanmaların qarşısını ala bilmədi. Mərkəzdən 
qaçan qüvvələrin və yerli əyanların təşəbbüsü ilə Xilafət 
ərazisində yarımmüstəqil dövlətlər yarandı (174, s.58). 
Mənbə  məlumatlarının və  tədqiqat  əsərlərinin təhlilindən 
aydın olur ki, Azərbaycan  ərazisində baş vermiş müharibələr 
ölkənin siyasi həyatına, iqtisadiyyatına böyük ziyan və  tələfat 
gətirmiş, yerli əhalinin saysız miqdarda əsir  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
110
aparılmasına, bir çox yaşayış  məntəqələrinin tənəzzül etməsinə 
səbəb olmuşdur (34, s.3; 174, s.5-17). Ancaq bir çox şəhərlər, o 
cümlədən Bərdə  tədrici inkişaf yolu keçmiş, hətta IX-X əsrin 
birinci yarısında yüksək inkişaf, çiçəklənmə dövrü keçirmiş, 
siyasi, iqtisadi və mədəni mərkəzi kimi mühüm əhəmiyyətə ma-
lik olmuşdur. Bu barədə daha ətraflı növbəti hissədə. 
?


ijtimoiy-ong--jamiyat-ma-.html

ijtimoiy-siyosatasoslari-.html

ijtimoiy-tolovlar--.html

ijtimoiyfoydaliliktaqqosl-2.html

ijtimoiytipikxususiyatlar.html