1 ... 4 5 6 7 8 9 10 11 ... 17

III FƏSİL OCAQLARIN, PİRLƏRİN, TÜRBƏLƏRİN

səhifə8/17
tarix15.07.2018
ölçüsü0.77 Mb.

III FƏSİL

OCAQLARIN, PİRLƏRİN, TÜRBƏLƏRİN

SEMANTİK FUNKSİYASI

Türk dünyasında, xüsusən də, Azərbaycanda İslam dininin qəbulundan sonra yaşayan və günümüzə qədər gəlib çatan mədə­niy­yət kodlarından biri olan ziyarətgahlar bir çox cəhətdən folk­lo­run materialı olmuşdur. Ziyarət yerlərinin sahibləri haqqında şifahi şəkildə dolaşan kəramət motivləri, ziyarət yerlərində yatanların mənqəbələri, ziyarət yerlərinin funksiyası haqqında söylənən mətn­lər bütövlükdə ocaq və pirlərin folklor materialı olduğunu sübut edir. Onun tarixi, etnoqrafik, sosial tərəfləri ilə bərabər həm də in­san­ların yaşamında, mənəvi dünyalarının formalaşmasında və zən­ginləşməsində semantik-funksional rolu vardır. Hər halda uzun illər ateist-kommunist rejimin bütün təzyiqlərinə, təqiblərinə, qadağala­rına baxmaya­raq, ocaq və pirlər həm öz varlığını, həm də inanc varlığımızı qoruya bilmişdir. Ocaq və pirlərin tarixi özəlliklərinə, inanc sisteminə toxunmaqla bərabər onun cəmiyyətdəki funksiyası haqqında da ətraflı araşdırma aparmaq lazımdır.

Ümumiyətlə, ocaq və pirlərin təqribən aşağıdakı funksiya­ları vardır:


  1. Uşağı olmayanların, uşaq istəyənlərin müraciət etdiyi ocaqlar,

  2. Uşaqların müxtəlif səbəblərdən (xəstəlik, gec yerimə, dil açmama və s.) aparıldığı ziyarət yerləri,

  3. Psixoloji xəstələrin aparıldığı ziyarətgahlar,

  4. Şəfa məqsədi ilə gedilən yerlər,

  5. Vəzifədə olan və ya vəzifəyə getmək istəyənlərin get­diyi pirlər,

  6. Müxtəlif istəklərlə əlaqədar gedilən müqəddəs yerlər,

  7. Yağış yağdırmaq üçün müraciət edilən ziyarətlər,

  8. Heyvan xəstəliyi ilə əlaqəli gedilən ocaqlar və s.

Ancaq ocaq və pirlərlə bağlı elmi ədəbiyyatdan və əsa­sən də, toplama materiallarından və aparılan müşahidələrdən çıxarı­lan nəticəyə görə bu müqəddəs yerlər, əsasən:

1. Sosial funksiyanı,

2. Müalicə və sağaltma funksiyasını yerinə yetirir.

Qeyd etmək lazımdır ki, müalicə sözünün bildiyimizdən daha geniş mənada işlədildiyini də deməkdə fayda vardır. Belə ki, müalicə ilə bərabər burada niyyət, nəzir kimi anlam­lara da yer verilmişdir, yəni müalicə termini həm mənəvi mənada, ruhi xəstəlikləri sarağatlaq və ruhi rahatlıq mənasın­da, həm də soma­tik xəstəlikləri sağaltmaq üçün işlədilmişdir.


Müqəddəs yerlərin sosial funksiyası


Ocaq və pirlərin ən basılıca funksiyası insanlar arasında sev­gini, qarşılıqlı hörməti, yardımlaşmanı möhkəmlətməkdən ibarət­dir. İmam övladı adlanan bu müqəddəs şəxslərin yatdığı yerlərdə və yaşadıqları evlərdə kəsilən qurbanların toplu şəkildə yeyilməsi, qurbanlıq ətin əlsiz, ayaqsız, şikəst və imkansız insanlar arasında paylaşdırılması sosial yardımlaşmanı qüvvətləndirir. İnsanlar bu müqəddəs yerlərdə heç vaxt olmadıqları qədər səmimi olur, Tanrı qarşısında aciz olduqlarını bir daha görmüş olurlar. Həm Azərbay­canda, həm Orta Asiyada, həm Balkanlarda, həm də Anadoluda şəfa yerləri adlanan ocaqlar, türbələr, pirlər xəstələrin sağalmaq üçün getdikləri müqəddəs məkanlardır. Həm də burada şəfa sözü daha geniş anlamda – fiziki və mənəvi ağrıları yüngülləşdirmək mənasında nəzərdə tutulmuşdur. Bu yerlərin xəstəlikləri sağaltmaq funksiyası şamanlıq dönəmlərindən qalma hadisə olub, sonradan İslam böyüklərinə, müqəddəslərinə, övliyalarına və nəhayət, el arasında imam övladı kimi tanınan seyidlərə aid edilmişdir.

Ancaq bunu da demək lazımdır ki, ateizmin hökm sürdüyü Sovetlər İttifaqında ibadət yeri olan məscidlərə, sufi təşkilatla­rına, təriqətlərə qadağa qoyulduğu kimi, müqəddəs yerlərin də bağlanması, uçurulub-dağıdılması prosesinə nəzəri ədəbiyyat əsl mənada kömək etmiş oldu. Bu ədəbiyyatlarda müqəddəs yerlə­rin, ifşası, şarlatan yuvası olması əsaslandı­rılır, ləğv edilməsinə, ən azından bağlanmasına çağırışlar mühüm yer tuturdu (89, 81; 95; 96; 99; 102; 103; 82). Həm də bununla yasaqlamanın elmi-nəzəri əsasları işlənib hazırlanmış oldu. Hər halda təbliğatın rolu uzun müddətdən sonra öz mənfi bəhrəsini verdi. Təkkələr bağlandı, yeni nəslin müqəddəs yerlərə getmələri kəskin şəkildə azaldı. Bunun nəticəsində Azərbaycanda imam övladları olan seyidlər, Orta Asiyada və Qafqazlarda şeyxlər, yüksək dini təhsil görmüş insanlar təqib və sürgün edildi, ocaqlar, pirlər bağlandı. Buna baxmayaraq Azərbaycanın Cənub bölgəsində inam və inanc qadağaların içində olsa da, varlığını qoruya bildi.

Müqəddəs yerlərin sosial funksiyaları qarşılıqlı yardım­laşma, başqalarına kömək etmə, insanlar arasında sülhü qoru­maqdır. Ocaqlar və pirlərin, türbələr və qədəmgahların funk­si­yasından biri də sosial birlik, əl tutmaq kimi vəzifələrdir. O baxımdan qədimdən bu günə qədər ocaqlar insanların mənəvi rahatlıq və huzur tapdıqları, dərdləşdikləri, Uca Allaha sığındıq­ları, Yaradana tam təslimiyyət sərgilədikləri yerlərdir. “İslam dininin yayıldığı ilk vaxtlardan başlayaraq ziyarət yerlərinin İslamı dəyərlərlə sintez halında yenidən qurulmasından sonra ortaya çıxan müqəddəs yerlər, təriqət başçılarının, din böyüklə­rinin, Azərbaycana, İrana, Orta Asi­ya­ya sığınmış Əhli-beyt tərəfdarlarının, imam övladlarının məzarları ilə daha da fəallıq qazandı. Sonrakı zamanlarda seyidliyin geniş yayılması ilə ocaqlar, pirlər, türbələr ortaya çıxdı ki, bu da müqəddəs yerlərin artıq yeni forma alması demək idi. Müsəlman xalq bu müqəddəs yerlərə o qədər sə­mimiyyətlə inanmışdı ki, ocaqların olduğu yerlərdə quldurluq, qaçaqçılıq, yol kəsmə kimi bəlalar olmurdu. Qan davası, insanların bir-biri ilə savaşının da qarşısı imam öv­ladlarının fəaliyyəti ilə alınmışdı. Hətta insanlar hüquq orqanla­rına getmədən məsələləri seyidlərin köməyi ilə həll edirdilər. Bu da ocaqların, pirlərin ən böyük sosial funksiyası idi” (10, 98).

Ocaq və pirlər qədimdən və orta çağdan başlayaraq əhali­nin yoxsul təbəqəsinə yardım edir, gələn qonaqlara, səyyahlara yemək verir, günün bütün saatlarında qapıları açıq, süfrələri dolu olurdu. İslamın yayıldığı ilk dövrlərdə əsasən, yol üstündə, keçid məntəqə­lərində yerləşən sufi ocaqları, imam övladlarının türbələri, şeyx­lə­rin təlim yerləri İslamı yaymaqla kifayətlənmir, ətrafdakı insanlara yardım edir, dövlətin xəbərləşmə mexanizmini yerinə yetirirdilər. Gəlib-gedənlər də ən təhlükəsiz yer olan sufi ocaqlarında gecələyir­dilər. Sonrakı dövrlərdə, hətta sovetlər zamanı belə bütün qadağa­lara, təqiblərə baxmayaraq seyidlər bu missiyanı yeri­nə yetirməyə çalışırdılar. Məsələn, Masallı bölgəsinin Banba­şı kəndində Mir Heydər Ağanın yaşadığı evin darvazasının olmadığını gördük, bunun səbəbini soruşduqda, bura gecə-gündüz insanların üzünə açıqdır, bura ehtiyacı olan hər kəsin öz evidir, dedılər.

Qızılağacdan olub bütün Masallıda, hətta yaxın bölgələrdə tanınan Mir Həsən Ağa aldığı nəziri o saat da ehtiyacı olanlara paylayarmış. Müşahidələr, şahidlərin verdikləri məlumatlar onu göstərir ki, heç bir seyid nə o zaman, nə də indi yaxşı yaşa­mışdır. Onların heç biri varlı olmadığı kimi, dünya malına da tamah salmamışdır. Ağsaqqal olduqları kimi, xeyirxah olmuşlar, xeyirxah olduqları qədər də müdrik olmuşlar. İnsanlara dininə, əqidəsinə, varlı-kasıb olmasına görə fərq qoymamışlar, onlardan yardım istəyənlərə hər zaman kömək etmişlər.


:

arasdirmalar
arasdirmalar -> Рамил ялийев
arasdirmalar -> Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q
arasdirmalar -> Azяrbaycan miLLİ elmlяr akademiyasы
arasdirmalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu
arasdirmalar -> Azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Сян кюврялмя мян kövrəlim ƏLƏDDİn dəMİRÇİ Сян кюврялмя mяn kюvrяlim
arasdirmalar -> Мухтар Казымоьлу (Иманов)
arasdirmalar -> Rza xəLİlov- 70


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ikar-atimasi-indeki-k.html

ikay---microsoft-word.html

ikayet-edilen---t--c-.html

ikayet-ikayet.html

ikayeti-haprk-ksrk--hrltl.html