1 2 3 4 5 6 7 8 9

III FƏSİL YEVLAX ŞİVƏLƏRİNDƏ SÖZLƏRİN SEMANTİK XÜSUSİYYƏTLƏRİ. FRAZEOLOGİYA

səhifə6/9
tarix20.01.2017
ölçüsü1.65 Mb.

III FƏSİL


YEVLAX ŞİVƏLƏRİNDƏ SÖZLƏRİN SEMANTİK XÜSUSİYYƏTLƏRİ. FRAZEOLOGİYA

Yevlax rayonu şivələrində işlənən sözləri forma (şəkil) və məna etibarilə aşa­ğıdakı qruplara bölmək olar:

1. Çoxmənalı sözlər.

2. Omonimlər.

3. Sinonimlər.

4. Antonimlər.

3.1. Çoxmənalı sözlər


Çoxmənalılıq eyni söz və ya ifadədə özünü göstərən, da­xi­lən bağlı olan bir sıra mənaların mövcudluğudur. Çoxmənalılıq elə bir mürəkkəb və çoxşaxəli leksik-semantik prosesdir ki, bu pro­ses dilin leksik sisteminin zən­gin­ləş­mə­sin­də mühüm rol oy­na­yır, çünki çoxmənalılıq söz yaradıcılığının əsas üsul­larından bi­­­ridir. Dünya dilçiliyində V.A.Zvegintsevin, D.N.Şmelyevin, M.Fo­­minanın, R.A.Budaqovun, türko­lo­gi­yada isə K.Musayevin, M.Pok­­rovskinin və başqalarının təd­qi­qat­larında çoxmənalılıq prob­­leminə toxunulmuşdur (133; 163; 162; 124; 148; 152).

Azərbaycan dilçiliyində S.Cəfərovun (23), A.Qurbanovun (76), H.Həsə­no­vun (51), İ.Məmmədovun (81) elmi əsərlərində çox­mənalılıq geniş təhlil edil­mişdir.

Dilçilik ədəbiyyatlarında çoxmənalı sözlər müxtəlif izah­lar­la verilmişdir.

«Çoxmənalı sözlər bu və ya başqa bir əşyanın, hadisənin, pro­sesin, key­fiy­yətin və s. adını ifadə edən müəyyən səs tər­kib­lə­rinin başqa bir əşyada, ha­disədə, prosesdə, keyfiyyətdə olan ox­şar əlamət və vəzifənin adını ifadə etməyə keçməsi ilə əmələ gə­lir» (84, 135).

S.Cəfərov çoxmənalı sözlərdən bəhs edərkən belə bir tərif vermişdir ki, hər hansı sözün ilk mənasından əmələ gələn yeni mə­nalar onun məna çalarlığı ad­lanır. Bir məfhumun müxtəlif mə­na çalarlığını ifadə edən sözlərə çoxmənalı – po­lisemantik söz­lər deyilir (23, 16).

Dilimizin zənginləşməsinə xidmət edən çoxmənalı sözlər mü­rəkkəb söz­lə­rin, frazeoloji birləşmələrin əmələ gəlməsində mü­hüm rola malikdir.

«Söz öz ilk müstəqim mənasından ayrılıb çoxmənalılıq kəsb edəndə mə­ca­zi məna kəsb edir» (23, 16). Bu zaman onun əsas mənası həqiqi, sonrakı m­ə­nası isə məcazi mənadır, başqa söz­lə, sonrakı məna çalarlıqları ilk mənanın mə­ca­zi­ləş­məsindən tö­rəyir. Elə çoxmənalı sözləri də omonimlərdən fərqlən­di­rən əsas xüsusiyyət budur.

Sözlər arasında forma və məna münasibətlərindən bəhs edər­kən M.V.Nikitin yazır: «…hesab edilir ki, çoxmənalı söz bir dil vahidini təşkil edir. Əksinə bir neçə eyni, yaxud yaxın mə­na­lı söz müxtəlif vahidlər hesab edilir. Halbuki, qrammatik mor­fem­lərin təsnifatında formaya deyil, mənaya üstünlük verilir. O ki qaldı omonimlik, burada leksik vahidlərin fərqləndirilməsinin əsa­­sı­nı məna təşkil edir (149, 12-13).

Çoxmənalı sözlər dünyanın bütün dillərində vardır. Dil­lə­rin zəngin­ləş­mə­sində mühüm rola malik olan bu semantik xü­su­siyyət Azərbaycan ədəbi di­lin­də olduğu kimi, onun şivələrində də mövcuddur. Dilimizin bir sıra şivə­lə­rinə dair yazılmış təd­qi­qat əsərlərində çoxmənalı sözlərdən bəhs edilsə də, bir sıra əsər­lər­də bu məsələyə toxunulmamışdır.

Çoxmənalı sözlərin dilimizdəki mühüm rolunu nəzərə ala­raq Yevlax şi­vələrində müşahidə etdiyimiz bir neçə çoxmənalı sö­zü nəzərdən keçirək:

Lejan sözü aşağıdakı mənaları ifadə edir:

1. «Çox, bol» mənalarını bildirir: – Bağımızda mer-meyvə le­jandı (A.Qar.); – Tutu küləx1 elə töküf kin, lejandı (S.).

2. «Dağınıq, tör-töküntü» mənalarını bildirir: – Havax qa­pı­sın açarsan1, pal-paltar öyün ortasıynan lejandı (A.Qar.). Mənzil sözü aşağıdakı mənaları ifadə edir:

1. «Yaşayış evi» mənasını bildirir: – Mənzil irahatçıllığı yax­şı şeydi (Yev.).

2. «Məsafə» mənasını bildirir: – Söyütdü bılağa çatmağa sən mənnən ne­çə mənzil irəliydin (Xan.). Çıtızdımax feili aşağıdakı mənanı ifadə edir:

1. «Damızdırmaq, nəyisə azacıq əlavə etmək» mənasını bil­dirir: – Ça­yı­n1a accajana lumu çıtızdır (Qar.).

2. «Hansısa bir məsələni kiçik işarə ilə yadına salmaq» mə­nasını bildirir: – Sən gənə də lələn1 öydən çıxanda çıtızdır sö­zünü (A.Qar.). Daşdammax feili aşağıdakı mənaları ifadə edir:

1. «Yığışıb köçmək» mənasını bildirir: – Yarı camahat daş­danıf Ursetə, yarı camahat da şəhərə (Gül.).

2. «Axışmaq» mənasını bildirir: – Kəndin ortasında bir mə­­rəkə çıxart­dı­lar, ha:mı daşdanıf baxmağe:dirdi (Yen.). Diri sözü aşağıdakı mənaları ifadə edir:

1. «Sağ, ölməmiş» mənasını bildirir: – Balığın biri diri qa­lıp­pış (Xan).

2. «Yaxşı bişməmiş, alaçiy» mənasını bildirir: – Qartofu hə­lə diridi piş­mi­şin (Sal.); – Düyü diri qalıf (Kol.). Əyrimçə sözü aşağıdakı mənaları ifadə edir:

1. «Əyri» mənasını bildirir: – Bu cürnə ipəx1 parçanı əy­rim­cə kəsif, zay eləmisən (Yen.); – O əyrimçə kəsdiyin bezi bu­rə:ti (Tq.).

2. «Çirkin» mənasını bildirir: – Bu əyrimçə:n adam bə­yəm­­məyinə bax (Qar.); – Bir əyrimçə qızı var, heş gəsi də bə­yəm­mir (Y.Qar.). Helləməx1 feili aşağıdakı mənaları ifadə edir:

1. «Üzüaşağı atmaq, aşağıya doğru itələmək» mənasını bil­dirir: – Qar­pız­darı helliyin, ağaşdarın altda sərin qalsın (Xan.).

2. «Əndərmək» mənasını bildirir: – Sudan qoyma deyif, hellə­misən1 piş­mi­şə, tamı da yoxdu (Nur.). Həşir çıxartmax feili aşağıdakı mənaları ifadə edir:

1. «Səs-küy etmək» mənasını bildirir: – Bəyaxdan bəridi, uşax­lar bir hə­şir çıxardıllar, gəl görəsən (A.Qar.).

2. «Həyasızlıq etmək» mənasını bildirir: – Baldızı isrə­yən­nərim burda bir həşir çıxartdı kin (A.Qar.). Xaşalqarın sözü aşağıdakı mənaları ifadə edir:

1. «Hamilə» mənasını bildirir. – Sahibə gənə xaşalqarındı (Mey.).

2. «Yekəqarın» mənasını bildirir: – Səhər demir, axşam de­mir, tıxa­max­dan xaşalqarın olufdu (Yev.). Matı-qutu qurumax feili aşağıdakı mənaları ifadə edir:

1. «Təəccüblənmək» mənasını bildirir: – O heş bizə:lən dö­ül­dü deyin, matım-qutum qurudu görəndə (Yev.).

2. «Qorxudan donub qalmaq» mənasını bildirir: – Bayaxkı xa­vara matım-qutum quruyuf (Y.Qar.). Şıdırğı zərfi aşağıdakı mənaları ifadə edir:

1. «Dayanmadan, aramsız» mənasını bildirir: – Yolda bizi bir şıdırğı ya­ğış tutdu kun (Xan.).

2. «Tez-tez, qızğın» mənasını bildirir: – Toyda axıra yaxın şı­dırğı oy­na­dın1, ha (Y.Qar.). Dərman ismi aşağıdakı mənaları ifadə edir:

1. «Çarə, tədbir» mənalarını bildirir: – Mə:m dərdimə dər­man eliyən ta­pı­lajehdi (C.).

2. «Yuyucu toz» mənasını bildirir: – Huşumnan çıxıf, pal­tar­rarı yumağa dərman almamışam (Yev.).

3.2. Omonimlər


Yevlax rayonu şivələrinin leksikasında eyni fonetik tər­ki­bə malik olub, müxtəlif mənalar ifadə edən leksik vahidlər – omonimlər geniş yayılmışdır.

Omonim sözü yunanca olub, dilimizə rus dili vasitəsilə keç­mişdir. Omo­nim yunanca oxşar (hamos) ad (oputa) deməkdir (23, 21).

«…Omonimlik dilin təbii və tamamilə qanuni hadisəsidir. Əmə­li olaraq dil adətən omonimlərin mövcudluğundan heç bir çətinlik çəkmir» (124, 47).

Azərbaycan dilində omonimləşmə hesabına lüğət tər­ki­bi­nin zən­gin­ləş­məsi prosesi onun qədim dövrlərindən möv­cud ol­muş­dur. «Dildə omo­nim­lərin ya­ranma zəruriyyəti ondan irəli gə­lir ki, məf­humlar, anlayışlar çox, sözün miq­darı isə az olur» (79, 144). Bu­na görə də omonimlər lüğət tərkibinin zən­gin­ləş­mə­­sində, bədii ifa­də vasitələrinin qüvvətli olmasında mühüm rol oy­nayır. Baş­qa söz­lə desək, omonimlər ədəbi dilimizdə olduğu ki­mi, onun şi­və­lə­rin­­də də apa­rıcı rola malikdir və onların araş­dı­rıl­ması dilimizin lek­sik xüsusiyyətlərinin öy­rənilməsi ba­xı­mın­dan əhəmiyyətlidir. S.Beh­budov Azər­baycan dilinin şi­və­lə­rin­də iş­lənən 4 mindən çox sözü əhatə edən omonimlər lüğəti tərtib et­miş­dir.

Yevlax şivələrində müşahidə edilən omonimləri aşağıdakı ki­mi qrup­laş­dıraraq nəzərdən keçirək:

1. Dialekt səciyyəli omonimlər.

2. Alınma sözlərin köməyi ilə əmələ gələn omonimlər.

3. Dialektlərarası omonimlər.

4. Sözün quruluşunun iştirakına görə omonimlər. 1. Dialekt səciyyəli omonimlər. Şivələrdə belə omonimlər çox­luq təşkil edir. Bunlardan bir neçəsinə diqqət yetirək: Zor (əks. şiv.) – 1. yaxşı. – Gördümmü Zeynafgilin nə zor öy­ləri var (C.); 2. güc, qüvvət. – Əlfayım çox qolu zorru adamdı (Qar.). 3. xeyli, çox. – Bay­ram­nan üş gün qavax zor işdədix1 (Mb.). Diysimməx1 (Əb., S.) – 1. qorxmaq.– Darvazanı küləx1 nətə:r çırfdısa, uşax diysindi (Əb.); 2. iyrənmək – İsrəyinnən qalan yeməyi yidim, yaman diy­sindim (S.). Bozarmax (Dəl., Mb.) – 1. danlamaq məqsədilə qışqırmaq. – Nə haxnan üs­tümə bozarırsan1 (Dəl.); 2. soyuqdan, qorxudan rən­gi qaçmaq; – İrəngin1 bo­zarıf, də:n xəsdələmmisən1 (Mb.). 2. Alınma sözlərin köməyi ilə əmələ gələn omonimlər. «Baş­­qa dildən alı­nan söz təsadüfən səslənmə cəhətdən dilimizin müəy­yən sözünə uyğun gəlir və bir Azərbaycan sözü ilə başqa dil­dən alı­nan söz omonimlik təşkil edir» (76, 300). Şivələrdə belə omo­nimlərə az təsadüf olunsa da, qeydə aldığımız bir mi­sa­la diqqət edək:

Bar – 1. meyvə; 2. qazanc; 3. kif. – Barrı baharrara çı­xa­san1 (Yev.); – Öylatdarıyın barın yə:sən (Ək.); – Bir təhnə fə­tir­dən yemiyiflər, barrıyıf (Qm.).

Birinci cümlədəki «bar» sözü mənaca fars dilinə məxsus olub, «məhsul, meyvə, bəhər» (16, 15), ikinci və üçüncü cüm­lə­lər­dəki «bar» sözü dilimizin qə­dim sözlərindən olub, araş­dır­dı­ğı­mız şivələrdə «qazanc» və «kif» mənalarını ifadə edir. Gö­rün­dü­yü kimi, burada fars sözü ilə Azərbaycan sözü müxtəlif məna­ları ifadə edərək dilimizdə omonim yaratmışdır. 3. Dialektlərarası omonimlər. Yevlax rayonu şivələrində bir sıra sözlərə təsadüf edilir ki, onlar fonetik tərkibcə dilimizin digər şivələrində işlənən söz­lərə uyğun gəlir. Fonetik tərkibcə ey­niyyət təşkil edən belə sözlər də dialekt­lərara­sı omonimlərin əmə­lə gəlməsinə səbəb olur. Başqa sözlə desək, omonim sö­zün ifa­də etdiyi mənalar ayrı-ayrı dialekt və şivələrə məxsus olur. Mə­­sələn, bo­zarmax sözü Yevlax şivələrində «qışqırmaq», Çən­bə­rək və Karvansaray şi­vələrində «böyümək» mənasında (68, 298), sini sözü Yevlax şivələrində «podnos», Bolnisi şivələrində «pa­tefon plastinkası» mənasında (28, c.2, 23), çıxacağ sö­zü Yevlax şivələrində «hadisə», Muğan qrupu şivələrində «artırma qar­şı­sın­da ayaqqabı çıxarılan yer» mənasında (12, 199), körəməz sö­zü Yevlax şivə­lə­rin­də «qatıqla çiy südün qarışığı», Qax, Za­qa­ta­la şivələrində «anlamaz, qan­maz» mənasında (19, 105), boğ­ma­lı sözü Yevlax şivələrində «armudu», qərb qru­pu şivələrində «ta­xıl ilə yarıdan çox doldurulmuş kisə» mənasında (11, 201), dem­yə sözü Yevlax şivələrində «xam torpaq», Şərqi Abşeron şi­və­lərində «suyu süzülməmiş plov» mənasında (115, 145), başdıx sö­zü Yevlax şivələrində «oğlan evi tərəfindən qız evinə toydan qa­baq verilən pul», Qarabağ dialektinin əfşar şivəsində «lifə» (tu­manda bağ salınan yer) mənasında (7, 188), balax sözü Yev­lax şivələrində «1. camışın balası; 2. paltarın ətəyi», Ağcabədi şi­­vələrində «çətənə hörülən qarğı çubuq», Qazax şivələrində isə «çay kənarında bitən, qamışa oxşar, heyvanların yediyi otlardan bi­ri» ( Balağ çay kənarında biter.) mə­na­sında (74, 192; 11, 199) iş­lənir. 4. Sözün quruluşunun iştirakına görə omonimlər. Belə omo­nim sözlərə aşa­ğıdakıları nümunə gətirə bilərik: Maya (əks. şiv.) – 1. xəmirə, südə vurulan maddə. – Ma­ya­nı gətirim, qa­tıx çalajam (Tq.); – Gəlin hayalı gərəx1, xəmiri ma­yalı gərəx1 (Yev.); 2. dırnağın dibi. – Uşa:n dırnağın ma­ya­dan kəsif, çirk yığılıf (Əc.); 3. dişi dəvə. – Maya buddu arvad al, nər buddu oğlan doğsun (Atalar sö­zü).

Bir sıra şivələrimizdə maya «yeni doğmuş qoyundan sa­ğı­lan ilk süd» mə­na­sında işlənir: – Mayadan qatıx calınmaz (Go­ran­boy) (54, 74).

Ağız (Köy., Qar.) – 1. yeni doğmuş heyvandan sağılan ilk süd. – İnəyin ağız südünnən kətəməz pişirəjəm (Rüst.); 2. bı­ça­ğın, baltanın və s. kəsən tərəfi. – Kərənti:n ağzın itilədim, indi yax­­şı kəseyişdi (Qar.). Naxış (əks. şiv.) – 1. bəxt, tale. – Adamın gərəx1 naxışı ol­sun (Xal.); 2. bə­zək. – Şəkərburalara naxış vur (Yev.). Ayna – 1. pəncərə. – Aynanı aş, qoy öyə havə:lsin (Yev.); 2. şü­şə. – Uşax ay­nanı vuruf çilix1liyif (Sal.); 3. güzgü. – Aynanı man1a ver, üzümü təraşdıyım (S.). Qara (əks. şiv.) – 1. rəng. – İndiki cavannar qırmızını qo­yuf, hamısı qaraya bürünüflər (Xan.). 2. plovun üstünə tökü­lən xu­ruş. – Qara:n axşamnan pişirif ağzın örtmüşəm (Xan.). Qara sözü qeyd etdiyimiz mənada Lerik rayonu şivə­lə­rin­də də işlənir: – Yasə gedəndə qərə paltər olər; – Plovun qərəsin çox yağlı eleyıbsən (21, 127).

Bu sözə Neftçala şivələrində də rast gəlinir: – Poloun ya­nın­da kı verirüy, ona poloun qarası da diyirüy, qəlyəsi də (Xol­qarabucaq).

Ağ (əks. şiv.) – 1. döşəkağı, mələfə. – Böyün ağları yu­ası­yam (A.Buc.); 2. kəfən. – Ölünü ağa püküllər (Ağ.). Ala (əks. şiv.) – 1. alaqotu. – Uşaxlar ala vurmağe:diflər (Yen.); 2. atda yoluxucu xəstəlik adı. – Ala ata tüşən xəstəliyə de:rix1 (Qb.). Bərə (Gül., Əb.) – 1. qoyun-quzunu tutub saxlamaq üçün ke­çid, xüsusi yer. – Quzuları bərəyə salın1 (Əv.); 2. baş arxdan su­yun ayrı-ayrı sahələrə də­yiş­dirildiyi yer; – Ay uşax, o bərəni tay bağlıyın (Quş).

Şamaxı şivəsində bərə «mane, əngəl» (– Sən işə bərə vur­ma), İsmayıllı şi­vəsində «dərin olmayan yara» (– Ağlama, uşax döy­sən, balaca bərədi) mə­na­sın­da işlənir (19, 26).

Binə (Xan., C.) – 1. Yarımköçəri maldarların düşərgəsi. – Bi­nədə heş gəs qalmamışdı (Xan.); 2. Çobanların yaşadıqları ala­çıq. Kərə (büt. şiv.) – 1. qulağı qısa qoyun. – Ağ qoyun balasın is­dər, kərə qoyun ağzın açıf yumar; 2. yağın növü. – Kərə yiyən də yaza çıxajax, tərə yiyən də; Yağ mə:mdi belə ye:rəm, ərit­mi­rəm kərə ye:rəm; 3. buğda sortu. – Bir meşox kərə qalıf (Y.Sal.); 4. dəfə. – Sən1ə neçə kərə demişəm, uşağa əl qal­dıma (A.Qar.). Tar (əks. şiv.) – 1. toyuğun axşamlar üstə çıxıb yatdığı tax­ta. – Çilli tö­yux tarda yatıfdı (Qğ.); 2. qar yığını, marxal. – Tar var deyin, o kəndə getməx1 bu ərəfədə tutmuyajax1 (Xal). Kötük (Əc., Tq.) – 1. boğaz qoyun; – Kötük heş bəyax­dan­dı gözümə dəy­mir (Tq.); 2. arabada təkərin üstündə olan ağac. Boz (əks. şiv.) – 1. həyasız. – U:n boz sıfatın sən hələm görməmisən1 (Nur.); 2. dişi qırqovul. – Uşaxlar bir boz vuruflar (Xan.); 3. dəri xəstəliyi. – Üzü­nə boz tüşüf, heş çara da qılmır (Nem.). Boz sözü bozac şəklində «dişi» və «bozumtul, boz rəngə ça­lan» se­man­tikasında «Dədə Qorqud kitabı»nda işlənmişdir. E.Ələk­­bə­rova boz oğlan, boz ayğırlı Bamsı Beyrək ifadə­lə­rin­də­ki boz lekseminin izahında (E.Əzizov, B.Abdulla, V.Zahid­oğ­lu­na istinadən) «gənc oğlan, yeni­yet­mə», həmçinin müxtəlif va­riant­larda işlənən buzov (buzoy – N.H.) sözünün də boz kökü əsa­sında formalaşdığını qeyd edir (38, 53-54). Bomba (Tq., Əc., Ək.) – 1. düyü və göyərtidən bişirilən xö­rək. – Yaz vax­dı bomba daddı olur (Əc.); 2. girdə çörək. – İs­do­lun üsdə iki bomba doğ­ra­mı­şam (Əb.). Dam (əks. şiv.) – 1. tövlə. – İnəx1ləri dama qatmışam (İsm.); 2. türmə, həbsxana. – İsrəfilin gədəsin aparıf basdılar da­ma (Yev.).

Borçalı şivələrində dam «cəhənnəm» anlamında qeydə alın­mışdır: – Ora dam kimi isti olur (19, 54). Ordubad şi­və­lə­rin­də isə bu söz «tavan» mənasını bil­dirir: – Evin damı qutarmıyıb (8, c.1, 119).

Küt (əks. şiv.) – 1. heyvana vermək üçün unlu kəpəkdən ala-çiy bişirilən çörək. – İtə küt at (C.); 2. əfəl, qabiliyyətsiz. – Be­lə küt uşax məytəvə nətə:r gi­rə­jəx1 (V.). 3. korş. – Baltam küt­dü, heş kəsmir (Bəyd.). Tiyə (Əb., Xal.) – 1. bıçağın dəstəksiz hissəsi. – Gör ti­yey­nən kəsə bi­lər­səmmi? (Əb.) 2. nazik. – Yeri öyə, ağız, əynin1 ti­yə­di (Xal.). Dart(max) (A.Sal., Əb., Əc.) – 1. özünü çəkmək, lov­ğa­lan­maq. – Gül­maya təzə işə girənnən özün yaman dartır (Əb.); 2. vur­maq. – Bu sa:tca ağ­zı­n1ın üsdən elə dartaram kin, tişdərin tö­kü­lər (A. Sal.).

Lənkəran şivəsində bu sözün üyütmək mənası işlənir: – Boğ­danı daşda dar­tarduğ (19, 56).

Yüx1 (əks. şiv.) – 1. yorğan-döşək. – Gəlin tavana dəyəsi yüx1 yığmışdı (Qb.); 2. hər hansı bir yük. – A bala, xəstə adam­san, ağır yüx1nən sə:n1 nəyşin1 var? (S.). Yüx1 sözü eyni mənada Qax rayonu şivələrində də qeydə alın­mışdır (74, 272). Hil (Mb., Sal., C.) – 1. ədviyyat. – Şəkərburadan ötrü hil al­mı­şam (Mb.); 2. romb şəkilli qızıl; – Ay gələn gözəl, hil olum boy­nuna (xalq mahnısından). Şax (Hm., Duz., Köv.) – 1. qırılmış ağac budağı; – Bu şax­lar əyağ altda qalıf, bir qırağa toparra (C.); 2. əzik olmayan; – Xo­şumə:ldi, yaxşı şax parçadı (Duz.); 3. toyda bəyin dostlarının şir­niyyat və meyvə ilə bəzədiyi ağac budağı; – Bə­yin dostdarı şax gətiriflər (Hm.). 4. düz. – Sözü adamın üzünə şax deyir (Köv.). Kəf (Xal., Əc.) – 1. ətin kəfi. – Ətin kəfini qarışmamış al (Xal.); 2. hiylə, kələk. – Munun ma: kəf gəlməyinə bax! (Əc). Sın(max) (əks. şiv.) – 1. soyuma. – Beş-üş gündü havalar bur­da da sı­nıf­dı (Xal.); 2. incimək. – Qəlbim bajımnan yaman sı­nıf (Əb.).

Bu söz sınməğ şəklində eyni mənada Lerik şivələrində mü­­­şahidə edilir: – Düzün sözi, sənun hərəkətdərunnən sin­mi­şəm; – Ha­vələr yavəş-yavəş sıney (21, 128).

Sumax (büt. şiv.) – 1. ədviyyat növü. – Yaxşı kətə pişirif, üs­də sumax töx1müşəm (Əc.); 2. xovsuz xalça. – Sumaxın içinə yo:şan qoyuf bürmələdim (Əb.).

Sumax sözü Şərqi Abşeron şivələrində «qara tutun qu­ru­su» və «böyük xal­ça» mənalarında qeydə alınmışdır: – Ət qu­ta­bı­ni ye sumağnan, lezzetinden doy­mazsan; – Sumax xəlçədən iri, xəlidən kiçix, özü də nazix, palazdan əncağ qə­lin olur (115, 137).

Elə sözlər vardır ki, onlar morfoloji yolla omonimlik xü­su­siyyəti kəsb edir. Belə sözlərdən bir neçəsinə diqqət yetirək: Ağart(max) (əks. şiv.) – 1. bir işi şişirdərək danışmaq. – Ağız, da sən də çox ağartma! (Xan.); 2. açıb söyləmək. – Sən ca:n1 bu sözdəri tay açıf-ağartma (Əc.). Çiyindirix1 (Xal., Qm.) – 1. çiyində gətirilən odun. – Çi­yin­di­rix1 odunnarı hi­nin qırağıynan düz (Yev.); 2. köynəyin çiy­ni­nə ti­kilən əlavə parça. – Nə:tər tix1misənsə çiyindirix1 sökülüf (Xal.). Ağızdıx – 1. döyüm prosesində xırmanda taxılı yeməməsi üçün qoşqu hey­vanının ağzına keçirilən gəm. – Ağızdığı ulağın ağ­zına ver, döyülmüş dəni yi­məsin (Xal.); 2. ehtiyaca görə əv­vəl­cədən üyüdülən arpa, buğda. – Yaylağa kö­çən çovannara ağız­dıx verərdilər (Xan.). Damazdıx (əks. şiv.) – 1. dişi cins heyvan. – Bu qoyunnar da­­mazdıxdı (A.Qar.); 2. qatıq mayası. – Qatıx çalasıyam, onçun mu­­nu damazdıx sax­la­mı­şam (Quş.). Qurama (Hm., Köv.) – 1. yalan, uydurma. – Qurama dü­zəl­dif danışmağa hazırdı (Köv.); 2. müxtəlif rəngli parça kə­sik­lə­rin­dən quraşdırılmış. – O qu­ra­ma zəmbil yaxşı əlimnən tutur (Hm.). Sü:rmə (əks. şiv.) – 1. cəftə. – Day gejədi, qapı:n sü:rməsin çəx1 (S.); 2. şkafın gözü. – Sü:rməni çəx1, ordan ma: ki­­­taf ver (Qb.). Təpitmə (əks. şiv.) – 1. xingal bişirmək üçün hazırlanmış la­vaş. – Siniyə yığ­mışam təpitmələri, incənə süzəjəm (Yev.); 2. bə­dənin əzilmiş hissəsinə qoy­maq üçün məlhəm. – Əyağıma tə­pit­mə qoyuf, bir əz uzanajam (S.). Çəx1mə (əks. şiv.) - 1. qış ayaqqabısı. – Çəx1məm köh­nə­lif, gərəx1 bu qış tə­zəsin alım (Yev.); 2. düyü xörəyi növü. – Çəx1məni Tamaşa mamam yaxşı pi­şi­rir (Yev.). Tutma (əks. şiv.) – 1. duza qoyulmuş pomidor, xiyar və s. tur­şusu. – Tey­xa yemiyin1, tutmadan da götürün arada (Kol.); 2. inad­karlıq. – Yola gəlməz ha, ge­nə tutması tutuf (Kol.). 3. ürək­keç­mə. – Yazıx qızın tutması var dana (S.). Artıma (Quş., Qğ.) – 1. balkon. – İsdilər düşdü, biz ar­tı­mada oturrux (Qğ.); 2. uşaq oyunu adı. – Gəlin artıma oynuyax (Quş.).

Misallardan görünür ki, sü:rmə, tutma, təpitmə, artıma ki­mi isimlər feil­lə­rə -ma, -mə şəkilçilərinin artırılması ilə dü­zəl­miş­dir.

Yelli (əks. şiv.) – 1. acıqlı. – Allah axrın xeyir eləsin, genə ya­man yelli gə­lif (Əc.). 2. iti, sürətli. – Yelli gedirsən1, sa: ça­tam­­mıram (Bəyd.). Boylu (büt. şiv.) – 1. hamilə. – Boylu adam su başına təx1 get­məz (Əb.); 2. sonra. – Çörəyimizi yeəx1, boylu sımavarı qay­na­dax (Qğ.). Yelli, boylu sözləri isə -li, -lu şəkilçilərinin artırılması yolu ilə ya­ran­mış­dır. Yazdax (əks. şiv.) – 1. yazda doğulan quzu. – Biyənki üzdə gör­düyün1 yaz­dax quzudu (Yen.); 2. yaz otu. – Yazdax bizdə yaz­da göyərən ota deyillər (A.Sal.)

Omonimlərin bir qismi müxtəlif mənalı sözlərin birləşməsi yo­lu ilə omo­nim­lik xüsusiyyəti kəsb edir. Belə sözlərə aşa­ğı­da­kı­lar misal ola bilər:

Ağgöz – 1. qeyri-məhsuldar torpaq. – Oranın torpağı ağ­göz­dü, toxum səp­bə, heş zad alammıyassan1 (Köv.); 2. tənbəl, qoş­qu üçün yaramayan xəstə öküz. – Qarmağ öküz ağgözdü, ta: ha­ravıya qoşman1 (Yev.). Başəyax (əks. şiv.) – 1. kəlləpaça, xaş. – Başəyağı gejədən as­mışam (Yev.); 2. biçin zamanı kövşənliyə tökülüb qalan sün­bül, başaq. – Başəyağın ta­xılı təmiz olur (Bal). Küt getməx1 (Y.Qar., Nur., Əb.) – 1. xəmir parçasının tən­di­rin içərisinə düşməsi. – Xəmirin küt getsin (qarğış); – Əp­bəx1lə­rin ikisi küt getdi (Nur.); – Halal yoğrulmuş xəmirin kün­də­si küt getməz; 2. yorğun düşmək. – Alaxdan elə yor­nuğ gəlir kin, yazığ evə çatanda küt gedir (Y.Qar.).

Şivələrdə borcu çox olan adam haqqında itə də bir küt borş­dudu ifadəsi işlənir.

Küt getməx1 frazeoloji birləşməsi Şərqi Abşeron şi­və­lə­rin­də də «yorğun düşmək» mənasında işlənir (115, 84). Omonimlərin tipləri. Məlumdur ki, omonimlər tələffüz za­ma­­nı eyni fo­ne­tik tərkibdə səsləşir. Dilimizdə leksik omo­nim­lər­dən başqa, təsadüfi omo­nim­lə­şən – əslində omonim olmayan, müəy­­yən morfoloji dəyişmələrə məruz qalan və başqa xüsu­siyyət­lər qazanan leksik vahidlər də mövcuddur. Bu tipli sözlər­ aşağıdakılardan iba­rət­­dir: Omofonlar (və ya fonetik omonimlər). Ədəbi dildə olduğu ki­mi, Yevlax rayonu şivələrində eyni tonla tələffüz olunan, eyni fo­netik tərkibdə səslənən və müxtəlif şəkildə yazılan bir sıra söz­lər mövcuddur. Belə sözlər omofonlar və ya fonetik omo­fonlar ad­lanır. Qeydə aldığımız misallara nəzər yetirək:

– Bilmirəm gözün hardaydı ki, uşağ isdoldan aşdı (Yev.); – Aquş­qaları aşdı ki, bəlkə, öy sərinniyə (Yev.); – Mu:n ən xoş­da­dığı yeməx1 aşdı (Y.Qar).

Bu cümlələrdə omofon əmələ gətirən aşdı sözü birinci mi­sal­da «yıxıl(maq)», ikinci misalda «aç(maq)», üçüncü misalda «dü­yüdən hazırlanan xörək» mənasında işlənmişdir.

– Qoy uşax dərsdən gələnnən so:ra bir hour yassın (S.); – Nə yazır-yassın, səflərin özüm düzəldəjəm (A.Sal.)

Burada həmçinin omofon əmələ gətirən yassın sözü birinci mi­salda «yat(maq)», ikinci misalda «yaz(maq)» mənasında iş­lən­mişdir. Omoqraflar (oxşar yazılışlı morfoloji omonimlərin nö­vü­dür) eyni şəkildə yazılıb, müx­tə­lif tonla tələffüz olunan söz­lər­dir. Omoq­rafların əmələ gəl­məsin­də vurğu əsas rol oynayır; Mə­sə­lən: – Başına ipəx1 çalma bağlamışdı (Y.Qar.); – Hələm tezdi, otu çal­ma (A.Sal.); – Süt də:n yaxşı döyül, onnan qa­tıx çalma (Mb.). Çalma sözü birinci cümlədə isim, ikinci və üçüncü cüm­lə­lər­də feildir. Vur­ğu ilk hecanın üzərinə düşür. Çal feili II şəxsin tə­ki və əmr formasının in­karında işlənərək, vurğuya görə omoq­raf əmələ gətirmişdir.



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ikkincbi-jahon-urushi.html

ikkinchi-bolim---fargona.html

ikkinchi-eng-muhim-vazifa.html

ikkinchi-jahon-urushidan.html

ikkinchi-tabaqa.html