1 ... 57 58 59 60 61 62 63 64 ... 91

K. Bünyadzadə - səhifə 61

səhifə61/91
tarix07.11.2017
ölçüsü3.01 Kb.

İrrasional idrakın spesifik jəhətləri
  

 149 
 
Əgər mən olmasaydım, Sən zahir olmazdın. 
Əgər Sən olmasaydın bu vücud olmazdı» [139, 71]. 

  


 


Ġbn Ərəbi yazır: «Haqq zahirdirsə, xəlq Onda pərdəlidir. Əgər xəlq 
zahir olarsa, Haqq xəlqdə pərdəli olur və batini olur və Haqq xəlqin eĢit-
məsi, görməsi, əli, ayağı və bütün qüvvəsi olur. Hədisdə deyildiyi kimi: 
«Mən sevdiyim qulumun eĢidən qulağı, görən gözü… oluram» [139, 81].  
Belə məlum olur ki, Haqqın varlığı qırılmaz bir xətt kimi aləmləri 
bir-birinə  bağlayır.  Bu,  bir  nüvə  üzərinə  qabıqların  gəlməsinə  və  bu 
qabıqların mövcudluğunun, əhəmiyyətinin həmin nüvədən asılı olmasına 
bənzəyir.  Mənsur  Həllac  qrafiki  üsulla  varlıq  aləmini  belə  təsvir  edir: 
.  Rəsmdə  birinci  böyük  dairə  Allahın  imkanları,  ikinci  – 
yaratdıqları,  «üçüncü  isə  tövhidin  mənası,  mahiyyətidir»  [142,  63]. 
Bununla  mütəfəkkir  göstərir  ki,  Allah  yaratdığı  kainatın  əsası, 
mərkəzidir. Mütəfəkir yazır: 
 
«Varlıqlarda varlığın yaradanının varlığı var. 
Qəlbim  Ona  itaət  edir,  ona  yönəlir,  onu  üstün  tutur»  [143, 
52; 144, 64]. 
 
 Miyanəci  bildirir:  «Əzəli  mənliyin  (huvıyyənin)  vücudu  varlığın 
vücudu  ilə  əlaqəlidir»  [153,  67]  və  «Allah  Təalanın  hər  Ģeyə  yaxınlığı 
növündən asılı olmayaraq bərabərdir, cisimlərdə də, ruhlarda da eynidir. 
Belə  halda  deyirik:  hər  varlıq  Haqqın  varlığı  ilə  əlaqəlidir,  mövcudatın 
Haqla  uyğunluğunda  heç  bir  fərq  yoxdur»  [153,  78].  Xatırladaq  ki, 
Qurani  Kərimdə  də  buyurulur  ki,  Allah  insana  onun 

Ģah  damarından 
daha yaxındır

 (Quran 50/16). Eyn əl-Qüzat da belə hesab edir ki, «heç 
bir varlıq Allahla bərabər ola bilməsə də (O, transendentdir – K.B.), O, 
hər  bir  varlıqla  bərabərdir»  [153,  63].  Deməli,  Onun  Özü,  Zatı  hər 
Ģeydən  təcrid  olunsa  da,  Onların  Yaradıcısı  kimi  hər  birinin 
mahiyyətində, varlığındadır.  
Dediklərimizi daha aydın Ģəkildə təqdim etmək məqsədi ilə vəhdət 
əl-vücudun belə bir sxemini təqdim edirik: 

 150 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 

 


Sxem  bir  növ  Həllacın  rəsminə  yandan  baxıĢdır.  Bir  daha 
xatırladaq  ki,  ayrı-ayrı  mütəfəkkirlərdə  aləmlərin  sayı  müxtəlif  olsa  da 
mahiyyət  eynidir.  Hər  aləm  Allahdan  gələn  «xətlə»  bir-birilə  əlaqəli 
olmaqla  yanaĢı  Allahın  özü  ilə  də  bilavasitə  əlaqəlidir.  Bu,  mövcudatın 
hər zərrəsinin Onun ixtiyarında və mülkündə olması deməkdir.
1
  
Nüvənin  üzərinə  qabığın  gəlməsi,  bir  aləmin  digəri  ilə  əvəz 
edilməsi  hər  mövcudatın  varoluĢunun  digərinin  varoluĢu  ilə 
nəticələnməsidir.  Əgər  bir  varlığın  yaradılıĢını  izləsək,  onda  hər 
mərhələdə  müəyyən  bir  konkretləĢmənin,  daralmanın  Ģahidi  olarıq.  Bu, 
səbəb-nəticə  zəncirinin  maddiyyat  fövqündə  baĢlandığına  və 
determinizm  prinsipinin  irrasional  mənasının  da  mövcudluğuna  dəlalət 
edir. Miyanəci yazır: «Hər varlığın vücudu daimidir, o daim Allah Təala 
tərəfindən  təkrarlanır  (yenilənir  –  K.B.).  Onun  qüdrəti  baĢqa  birisi  ilə 
onun varlığını məhdudlaĢdırır» [153, 65]. Ġbn Ərəbi isə bunu belə təsvir 
edir: «Allah Təala özünü «baĢqası» ilə vəsf elədi və baĢqasındakı açılıĢı 
haram  etdi.  Halbuki  açılıĢ  zahir  olan  Ģeydən  baĢqa  bir  Ģey  deyil.  Batin 
olan açılıĢ isə zahir olan (Allah) üçündür… O (Allah), açılıĢı haram etdi, 
yəni  zikr  etdiyimiz  Ģeyin  həqiqətini  bilməyə  yol  vermədi,  o  zikr 
                                                 
Allahdan  öz  yaratdıqlarına  gələn  xətlər  əslində  yaradılanların  sayı  qədərdir, 
lakin  sxemdə  bunu  göstərmək  qeyri-mümkün  olduğundan  biz  Ģərti  olaraq  bir 
xətlə kifayətləndik. 
– Вящданиййят 
алями  
– Рцбубиййят 
алями  
(сабит мянбяляр)  
– Мисал (хяйаллар) 
алями  
– Шящадят (мцлк) алями  
(мяркяздя – Камил инсан)
 
 
 
–  Ящядиййят  алями 
(Зат) 
– Гейб алями 

İrrasional idrakın spesifik jəhətləri
  

 151 
etdiyimiz  Ģey  isə  Haqqın  əĢyanın  mənbəyi  olmasıdır.  Deməli,  Haqq  o 
həqiqəti «baĢqası» ilə örtdü» [139, 109-110]. Mütəfəkkirin fikrinə görə, 
Xaliq  məxluqu  yaratdı  ki,  tanınsın.  Hər  bir  Ģeyin  mahiyyətinin  də, 
zahirinin  də  Allahdan  olmasını  və  Onu  ifadə  etməsini  bilmək  vacibdir. 
Həqiqət  pərdələnsə  də,  ideya  maddi  forma  qazansa  da,  ideyanın 
mənbəyini düzgün tanımaq onun formasının da düzgün tanınmasıdır.  
Burada iki vacib anı xüsusilə vurğulayaq: əvvəla, bütün yaradılıĢ, 
bir-birini  əvəzləmə  prosesi  Vahid  iradə  ilə  baĢ  verir  və  O,  bu  prosesin 
yaradıcısı  kimi,  onun  fövqündədir.  Ġkincisi,  bu  proses  daimidir  və 
kəsilməzdir.  Qurani  Kərimin  də  vurğuladığı  kimi, 

De  ki,  Rəbbimin 
kəlamları  üçün  dənizlər  mürəkkəb  olsa  və  bir  o  qədər  də  üstünə  gəlsə 
Rəbbimin  kəlamları  bitmədən  onlar  tükənər

  (Quran  18/109).  Biz 
sxemimizdə  yalnız  bir  yaradılıĢ  prosesini  göstərmiĢik  və  aydındır  ki, 
bunların sayı sonsuz qədər ola bilər.  
Tək çoxluqda əks olunur. Çoxluq bir növ təkin mahiyyətini açıq-
layır,  onu  tanıdır,  tək  günəĢin  çoxlu  Ģüaları  kimi.  Burada  mahiyyətdən 
bir uzaqlaĢma da var, lakin bu uzaqlaĢma məxluqata aiddir, hər bir ölçü 
vahidinin fövqündə olan Allaha deyil. Həllac dualarının birində belə de-
yir: «Sənin uzaqlığın uzaqlaĢdırmakladır, uzaq olmaqla deyil, Sənin var 
oluĢun  elmlədir,  danıĢmaqla  deyil,  Sənin  qeyb  olmağın  pərdələnmək-
lədir,  çıxıb  getməklə  deyil.  Səndən  üstdə  bir  Ģey  yoxdur  ki,  Səni  köl-
gələyə,  Səndən  altda  bir  Ģey  yoxdur  ki,  Səni  qaldıra.  Sənin  önündə  bir 
Ģey  yoxdur  ki,  Sənə  rast  gələ,  Səndən  arxada  bir  Ģey  yoxdur  ki,  Sənə 
çata»  [143, 17]. Deməli, Ona aid edilən «uzaqlaĢma», «pərdələnmə» və 
s. ifadələr məxluqun təfəkkürü çərçivəsində görüb qavradığı xüsusiyyət-
lərdir, Xaliqə aidiyyatı yoxdur. Miyanəci yazır: «Adəmin zamanı əzəliy-
yətə  bizim  zamanımızdan  daha  yaxın  deyil.  Zamanların  hamısının 
əzəliyyətə nisbəti birdir» [153, 59]. Mütəfəkkir onu da bildirir ki, «əvvəl 
və sonra zamanın aksidensiyalarındandır. Zaman yalnız cisimlərin yara-
nıĢından sonra yaranıb. Cisimlərin varlığından əvvəl üst və altın olması 
da  qeyri-mümkündür,  çünki  onlar  da  məkanın  aksidensiyalarıdır»  [153, 
54].  Belə olan təqdirdə, yəni zaman və məkan anlayıĢlarının yalnız so-
nuncu – mülk aləminin xüsusiyyətləri olduğu halda, sufi mütəfəkkirlərin 
digər  bir  məĢhur  kəlamı  da  aydınlaĢır:  Allah  var  idi  və  Onunla  heç  nə 
yox  idi;  Allah  var  və  yenə  Onunla  heç  nə  yoxdur.  Miyanəci  bu  barədə 
yazır:  «Allah  var  idi  və  Onunla  bir  Ģey  mövcud  deyildi.  Bu,  bir 

:

book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


mitrofanova--m--n--.html

mitropolia-chiinului-i-a-2.html

mitropolit-krutickij.html

mitropolit-volokolamskij.html

mitropolskij.html