1 ... 62 63 64 65 66 67 68 69 ... 91

K. Bünyadzadə - səhifə 66

səhifə66/91
tarix07.11.2017
ölçüsü3.01 Kb.

İrrasional idrakın spesifik jəhətləri
  

 163 
o da «zülmətdən çıxan nəmli təbiətdən əzəlidir. Əqldən çıxan nurlu söz 
isə  –  Tanrının  övladıdır»  [85,  5].  Yeri  gəlmiĢkən,  bildirək  ki,  məlum 
olduğu kimi, xristianlıqda Ġsa Məsih – Ġlahi Kəlam həm də Allahın oğlu 
hesab edilir. Lakin Hermesin təsvir etdiyi «Tanrı övladı» insan deyil, hər 
insana fərdi Ģəkildə verilən hikmət və elmdir.  
Deyilənlərdə  əhəmiyyətli  bir  anı  da  vurğulayaq  ki,  Nurdan  nazil 
olan nurdur, Əql olan Nurun bəxĢ etdiyi nur da əqldir, onların son ünvanı 
isə  insandır.  Öz  varlığında  bütün  ilahi  hikmətləri,  təbiət  qanunlarını 
ehtiva  edən  insan  nur  və  zülmətin  vəhdətidir:  «Təbiət  həyatı  ruh  alıb 
dünyaya  insan  surətində  bədən,  insan  formasının  hərarətini  gətirdi  və 
insan həyat və Nurdan ruh və əqlə çevrildi; ruh ona həyatdan, əql Nurdan 
gəldi»  [85,  18].
 
Deməli,  Hermesə  görə,  insanın  maddi  forması  Nurdan 
aldığı  mahiyyətlə  məna  qazanır,  yəni  nur  –  insanın  yaradılıĢından 
mahiyyətində var olub onu Yaradıcısına – ən böyük Nura bağlayan, eyni 
zamanda, insana öz  mahiyyətini dərk etdirən qüvvədir. Ġnsan Nurdan  – 
Tanrıdan  aldığı  əql  –  nur  vasitəsilə  «ilahi  Ģeyləri  sezə,  Allahı  tanıya» 
bilir və bu əql «layiq olanlara Allah tərəfindən verilmiĢ mükafatdır» [85, 
5]. 
Onu  da  bildirək  ki,  Hermesin  söz  açdığı  iĢıq  –  gözlə  görülən 
maddi  iĢıq  deyil:  «Xeyirin  görülməsi  parıldayıb  adama  gözlərini 
yummağa  məcbur  edən  günəĢ  Ģüaları  kimi  deyil.  Əksinə,  Xeyirin 
sezilməsi  baxıĢları  o  qədər  nurlandırır  və  qüvvəsini  artırır  ki,  sən  dərk 
edilən  Ģüaların  selini  [anlamaqda]  daha  bacarıqlı  olursan.  Bu,  canlı  və 
daha  nüfuzedici  aydınlıqdır,  zərərsiz  və  tam  ölümsüzlükdür»  [85,  5]. 
Deməli,  söhbət  daha  çox  Ģüurüstü  irrasional  metodla  ilahi  həqiqətlərin 
dərk edilməyindən gedir.  
Nur  əql  və  Ģüurüstü  bir  vasitə  olaraq  həmçinin  Tanrıya  aparan 
yoldur,  Onun  sonunda  hakimiyyət  durur,  yəni  insan  Ģeylərin  həqiqətini 
və  özünün  ilahi  mahiyyətini  dərk  etməklə  digər  yaradılanlar  üzərində 
tam qüdrət sahibi ola bilir. Hermes Poymandrla (ilahi qüvvə, Ali Əql  – 
K.B.)  söhbətində  deyir:  «Mən  Sənə  inanıram,  Sənə  Ģəhadət  gətirirəm, 
həyat  və  Nura  doğru  gedirəm.  Rəbbim,  Sənə  Ģükürlər  olsun;  Sənə  tabe 
olan insan Sənin müqəddəsliyini bölüĢmək istəyir, çünki Sən ona bunda 
tam hakimiyyət veribsən» [85, 19-20], yəni kiçik nur zərrəsi olan insan 
Allahın ona verdiyi nurla – ilahi hikmətlə böyük Nura qovuĢa bilər.  
Beləliklə, Hermesə görə, Nur – Tanrıdır. Ondan nazil olan kəlam, 
hikmət  də  nur  Ģəklindədir.  Eyni  zamanda,  maddi  varlıqlara  verdiyi 
mahiyyət  də  nurdur,  yəni  bütün  maddi  və  qeyri-maddi  dünya  onu 
bürüyən və əslini təĢkil edən Nurla vəhdətdədir. Ġnsan da Tanrıdan aldığı 

 164 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
mahiyyətinə görə nurdur və Tanrının verdiyi əqllə – nurla Nura can atır. 
O,  özünün  yüksəliĢi,  yəni  irrasional  idrakı  vasitəsilə  nəinki  bu  vəhdəti 
dərk  etmək  və  bunun  sayəsində  öz  tamlığına,  kamilliyinə  qovuĢmaq,  
hətta Allahın müqəddəsliyini bölüĢmək imkanı qazanır.    
Dünya  fəlsəfə  tarixində  nurlanma  nəzəriyyəsini  ilk  dəfə  sistemli 
Ģəkildə  təqdim  edən  və  iĢraq  fəlsəfəsini  yaradan  azərbaycanlı  filosof 
ġihabəddin  Sührəvərdi  belə  hesab  edirdi  ki,  bütün  elmlərin  baĢında 
Ağasademon  (ġit  peyğəmbər),  Hermes  və  Asqlinos
1
  durur.  Sührəvərdi 
bir  kökdən  qaynaqlanan  və  Ģaxələnən  nur  hikmətinin  iki  inkiĢaf 
istiqamətini  göstərir:  Qərbdə  antik  filosofların  və  ġərqdə  qədim  fars 
müdriklərinin  düĢüncə  və  mülahizələrində,  həyat  tərzində  və  mənəvi 
təcrübə  yollarında  özünü  büruzə  verən  hikmət  kimi»  [147,  10]. 
Mütəfəkkirin  fikrinə  görə,  nur  hikməti  ġərqdə  farsların  müdriklərinə 
qismət  olub.  Bunlardan  Camasfı,  FəraĢanstranı,  Buzurcumihuru, 
ZərdüĢtü  göstərən  filosof  sonuncu  haqqında  onu  da  əlavə  edir  ki,  «Bu, 
məcusların  küfrünün  və  manilərin  bidətinin  təməli  [prinsipi]  deyil,  və 
Allaha Ģərik qoĢmağa, Onu inkara gətirmir» [147, 11], yəni Sührəvərdi 
zərdüĢtilik  haqqında  monist  bir  din  kimi  danıĢır.  O,  «Kəlimə  ət-
təsəvvüf»  əsərində  yazır:  «Qədim  iranlılar  arasında  həqiqətə  rəhbərlik 
edən  və  Doğru  Yolda  Onun  (Tanrı)  tərəfindən  bələdçilik  edilən  bir 
toplum vardı. Bu qədim müdriklər məcusi adlandırılan Ģəxslərdən fərqli 
idilər.  Platon  və  ondan  əvvəlkilərin  öz  mənəvi  təcrübələrində  Ģahid 
olduqları  və  bizim  «Hikmət  əl-iĢraq»  adlı  əsərimizdə  yenidən 
diriltdiyimiz  hikmət  onların  yüksək  və  aydınlanmıĢ  hikmətidir»  [GeniĢ 
bax: 48, 414]. «Mutarahat» adlı kitabında isə o, iĢraq hikmətinin ilk öncə 
qədim  fars  mifik  rahib-kralları  olan  Kiumart,  Fəridun  və  Keyxosrovda 
olduğunu,  daha  sonra  Pifaqor  və  yunanlılar  arasında,  sonra  Platona 
keçdiyini  və  son  olaraq  da  Zun-Nun  Misri  və  Əbu  Yəzid  Bistami  kimi 
müsəlman sufilərə keçdiyini yazır [GeniĢ bax: 48, 417]. 
Deyilənlərdən  göründüyü  kimi,  mərkəz  nöqtəsində  nur 
konsepsiyasının  dayandığı  dünyagörüĢlərdən  biri  də  zərdüĢtilikdir.  Bu 
dünyagörüĢündə nurun iki aspektini təyin etmək olar: Yaradanın yaratma 
vasitəsi kimi və ilahi hikmət kimi.  
Məlum olduğu kimi, zərdüĢtilikdə yaradılıĢ əsasən iki mərhələlidir 
və  Avestada  deyildiyinə  görə,  ilk  «mərhələdə  Ahuranın  özündən  baĢqa 
heç nə olmamıĢdır. O, ilk dəfə cənnəti nura qərq etməyi düĢündü və ilk 
                                                 
Asqlinos  –  Hermesin  xidmətçisi  və  tələbəsi,  həkim  və  müdriklərin  atası  [147, 
11]. 

:

book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


mitteilungen-der-3.html

mitteilungen-der.html

mitteilungsblatt-der-2.html

mitteilungsblatt-der.html

mitteldeutsche.html