1 2 3 4 5 6 7 8 9 10 ... 91

K. Bünyadzadə - səhifə 7

səhifə7/91
tarix07.11.2017
ölçüsü3.01 Kb.

 22 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
olan  vahidə  çatmaq  və  sonra  da  dayanmaqdır»  [138,  388].  Deməli, 
mə‗rifət  də  ilahi  sifətlərin  maddi  və  qeyri-maddi  təzahürləri  vasitəsilə 
görülən, dərk edilən vahid həqiqətdir. 
Göründüyü  kimi,  həm  qnosis,  həm  də  mə‗rifət  eyni  mahiyyət 
daĢıyan fərqli terminlərdir. Fərdi və ezoterik xarakterli qnosis və mə‗rifət 
insanın  müəyyən  mənəvi  inkiĢafının,  yəni  fövqəlaləmlə  ünsiyyətinin, 
yaĢadığı  hal  və  məqamların  nəticəsidir.  Hər  kəsə  deyil,  «seçilmiĢlərə», 
«kamil» və «ruhani»lərə (mənəviyyata üstünlük verənlərə – K.B.) qismət 
olan  qnosis  [GeniĢ  bax:  122,  37]  kimi  mə‗rifət  də  «bütün  möminlər 
arasında  həqiqətləri,  hal  və  məqamları  ilə  Allah  Təalanın  seçdiyi 
Ģəxslərə»  verilir,  yəni  irrasional  bilik  yalnız  yüksək  Ģüurlu  və  əxlaqlı 
insanlara  verilir.  Burada  belə  bir  əhəmiyyətli  fakt  da  aydınlaĢır:  həm 
qnosis,  həm  də  mə‗rifət  Allah  tərəfindən  verilən  bir  bilikdir.  Bu, 
irrasional biliyin təməlində iman və sevginin durmasına dəlalət edir. Belə 
bir  sual  yarana bilər: niyə məhz  sevginin,  imanla  əlaqəli  olan  biĢqa bir 
hissin  –  qorxunun  deyil?  Çünki  hər  iki  hissdə  itaət  olsa  da,  qorxuda 
durduğun  yerdə  artıq  hərəkət  etməmək,  sevgidə  isə  sevdiyin  obyektə 
doğru can atmaq arzusu böyükdür. Ġrrasional bilik isə subyektin obyektə 
çatmaq istəyi ilə getdiyi yolda aldığı bilikdir. 
Qeyd etdiyimiz kimi, həm qnosis, həm də mə‗rifət mənəvi inkiĢaf 
prosesində  verilir  və  bu,  hər  ikisinin  xarakterini  təyin  etmiĢ  olur. 
«Qnosisin  dörd  əsas  mövzusu  var:  yaradılıĢın  ruhani  (mənəvi)  tarixi, 
insanın  həyat Ģəraiti,  onun  kosmosaqədər  drama  ilə birləĢmiĢ təbiəti  və 
xilas  doktrini.  Bu  mövzuları  qnostik  edən  onların  hər  birində  olan 
«biliyin  əzəmətli  anlarıdır»  [122,  21].    Mə‗rifət  də  özündə  Məhəmməd 
peyğəmbərin  (s.)  həyat  tərzinə  uyğunlaĢma,  həm  öz  mahiyyətinin, 
yaradılıĢının mənasını və bununla da ümumiyyətlə yaradılıĢın həqiqətini 
dərk  etmək,  həm  bütün  var  olan  və  var  olacaq  yaradılmıĢların 
həqiqətlərinin mövcud olduğu qeyb aləminə daxil olmaq, həm də Ġnsan 
adının ucalığına aparan doğru yolu anlamaq kimi mövzuları ehtiva edir.  
Qnosis və mə‗rifət arasında ümumi cəhətlərdən biri də hər ikisinin 
səmavi  din  zəminində  yaranması  əsas  istinad  və  təsdiq  mənbələrinin 
müqəddəs  mətnlərin  olmasıdır.  Bununla  belə,  maraqlı  bir  fakt  kimi, 
göstərək  ki,  belə  biliklərə  malik  Ģəxslər  din  xadimləri  tərəfindən  ciddi 
təqiblərə məruz qalmıĢ, hətta edam olunmuĢlar. Buna səbəb rəsmi dinin 
aksiom  və  ehkam  olaraq  qəbul  etdiyi  mövzuların  onlar  tərəfindən 
müzakirə obyektinə çevrilməsi olmuĢdur.  
Göstərilən  oxĢarlıqlarla  yanaĢı,  qnosis  və  mə‗rifət  arasında 
müəyyən fərqlər də mövcuddur. Hər iki məfhum elmi ədəbiyyatda hüquq 

 
 
İrrasional bilik problemi
 

 23 
qazansa da, tədqiqatçıların fikrinə görə, «qnostisizmin təĢəkkül tapması 
II  əsr  Aralıq  dənizi  sahillərinin  mədəni  və  ictimai  həyatının 
atmosferindən irəli gəlmiĢdir, o, zamanın ideyası, rəmzi və dil ənənəsidir 
–  bundan  kənarda  o,  təyin  edilə  bilməz»  [122,  51-52].  Müəllif  qnosisi 
müəyyən  Ģərtlərin  tələbi  ilə  yaranmıĢ,  məhdud  zaman  və  məkanda 
təĢəkkül tapmıĢ tarixi bir hadisə kimi təqdim etməklə, zənnimizcə, onu 
yalnız  bir  termin  olaraq  məhdudlaĢdırmıĢdır.  Təbii  ki,  eyni  Ģeyi 
ümumiyyətlə  irrasional  bilik  haqqında  demək  olmaz.  Buna  nümunə 
olaraq  orta  əsr  Qərb  filosoflarının  görüĢlərində  fərqli  terminlər  altında 
xatırlanan irrasional bilik anlamlarını göstərmək olar.   
Qnosisdən  fərqli  olaraq  mə‗rifət  ümumiyyətlə  Ġslam  fəlsəfəsinə, 
hətta  daha  geniĢ  sahəyə  nüfuz  edə  bilmiĢdir.  Bunu  təsəvvüf 
elementlərinin  bir  çox  Ġslam  filosofunun  dünyagörüĢünə,  yaxud  Ġslam 
mədəniyyətinin  müxtəlif  sahələrinə  təsiri  ilə  izah  etmək  olar.  ĠnkiĢaf 
prosesindən  və  fəlsəfə  tarixində  əhəmiyyətindən  çıxıĢ  edərək  bildirmək 
olar  ki,  mə‗rifət  zaman  və  məkan  həddini  aĢa  bilmiĢ  və  yalnız  orta 
əsrlərə məxsus bir məfhum olmaqdan çıxmıĢdır. Buna səbəb, zənnimiz-
cə,  onların  (mə‗rifətin  və  qnosisin)  istinad  mənbələridir.  Belə  ki,  Ġslam 
sonuncu,  digər  səmavi  dinləri  də  özündə  ehtiva  edən  ümumbəĢəri  bir 
dindir. Bu baxından, onun əsl mahiyyətini təĢkil edən təsəvvüfün idrak 
nəzəriyyəsinin  əsas  prinsipi  olan  mə‗rifətin  də  özündən  əvvəl  mövcud 
olmuĢ  mahiyyətcə  eyni,  termincə  fərqli  məfhumları  özündə  cəmləĢdir-
məsi və bu günə qədər öz mövcudluğunu saxlaması mübahisə doğurmur. 
Mənbələrdən  irəli  gələn  digər  fərq  qnosis  və  mə‗rifətin  son 
nəticəsi  ilə  bağlıdır.  Əgər  qnosis  son  məqamda  Allahın  Özü,  Zatı 
haqqında  bilik  almaqdırsa,  Allahın mə‗rifətinə «yol yoxdur
,  O, 
əlçatmazdır».  «Qnosisin zirvəsində yaradılanla yaradan arasındakı hədd 
silinir.  Ġsa və dünyanın ,  Ġsa və qnostikin ,  Ata və qnostikin ,  xaliq və 
məxluqun,  xilaskar və xilas edilənin eyniliyi… qnost
и́k  yolu 
fərqləndirən cəhətdir» [122, 49]. Eyni zamanda, «yaradılana və dünyaya 
mənfi  münasibət  qnostik  və  ilahinin  eyni  mahiyyətli  olmalarından 
yaranan  əminliklə  çulğalaĢır»  [122,  51].  Məlum  olduğu  kimi, 
Xristianlıqda Tək Allah Müqəddəs Üçlük vasitəsilə təzahür edir ki, onun 
zirvələrindən biri insandır. Mənəvi inkiĢafının sonunda insan Ġsa Məsihə 
müvəffəq  olarsa,  yəni  bu  zirvəyə  çata  bilərsə,  Allahın  özü  ilə  vəhdətə 
çatmıĢ olar və o, Ġsa Məsih kimi bəĢərilikdən çıxıb ilahiyə çevrilə bilər. 
Qnosis insanı həmin vəhdətə çatdıran bilikdir. 
Qnostiklərdən  fərqli  olaraq  ariflər  (mə‗rifət  sahibləri)  insan  və 
Allahı eyniləĢdirmir və Allahı bütün xəlqi sifətlərdən yüksəkdə bilirlər, 

:

book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


mitteraudmetallid-ja.html

mittullantlarvonlarnilnms.html

mittwoch--17--dezember.html

mittwoch--31--dezember.html

mitul-1-mitul-1.html