1 ... 70 71 72 73 74 75 76 77 ... 91

K. Bünyadzadə - səhifə 74

səhifə74/91
tarix07.11.2017
ölçüsü3.01 Kb.

İrrasional idrakın spesifik jəhətləri
  

 181 
də  Məhəmməd  peyğəmbərə  (s.)  nur  deyə  müraciət  edir.  Əbu  Hamid 
Qəzali isə belə deyir: «Bil ki, aĢağı aləmə aid nurlar bir-birindən saçılan 
iĢığın çıraqdan yayılması tərzindədir. Bu çıraq müqəddəs peyğəmbərlik 
nurudur.  Müqəddəs  peyğəmbərlik  ruhları  da  ülvi  ruhlardan  doğurlur, 
çıraq oddan (mənbədən – K.B.) alınır… Sonra silsiləvi olaraq onların ilk 
mənbəyi və mədəni olan nur əl-ənvara çatır. Bu, Allahdır, təkdir, Ģəriki 
yoxdur» [150, 117].  
Mütəfəkkirlərin görüĢlərində bir neçə vacib anın üzərində dayan-
aq.  Əvvəla,  Həllaca  görə,  Məhəmməd  peyğəmbərin  (s.)  özü  ilə  yanaĢı 
düĢüncələri, baxıĢları da aydınladan nurdur. Bunu onun (s) Allah rəsulu 
və peyğəmbəri olması və vəhy sahibi olaraq universal xarakterli hikmət 
çatdırması ilə izah etmək olar. Ġkincisi, bu nuru «qeybin nuru» və «sirləri 
və  gizlinləri  açan»  adlandırmaqla  Həllac  Məhəmməd  peyğəmbərin  (s.) 
həm də ezoterik biliyə sahib olmasına iĢarə edir. Üçüncüsü, Həllac Mə-
həmməd (s.) nurunu «nurdan bir nur», «əzəli» adlandırmaqla onun bila-
vasitə  ilahi  nurdan  qaynaqlandığını  və  hər  bir  yaradılandan  əvvəl  ol-
masını bildirir. Təbii ki, burada onun  (s.) ilahi kəlamın vasitəçisi olması 
da  unudulmur,  yəni  Müqəddəs  Kitab  və  onun  nazil  olduğu  Ģəxs  – 
peyğəmbər Allahı tanıdan nurun daĢıyıcısı – çıraqdır. Eyni fikir və möv-
qe  Qəzalinin  də  kəlamlarında  mövcuddur.  Onu  da  bildirək  ki,  Məhəm-
məd nuru deyərkən, zənnimizcə, mütəfəkkirlər yalnız müəyyən bir Ģəxsi 
deyil,  özündə  insanlığın  bütün  ucalığını  və  kamilliyini  ehtiva  edən, 
mövcüdatın  var  olmasının  səbəbkarı  olan  Kamil  Ġnsanı  nəzərdə 
tutmuĢlar. 
Qeyd  etdiyimiz  kimi,  nur  həmçinin  ilahi  hikmətdir.  Sərrac  Tusi 
yazır:  «Allahın  nurlarının  hamısı  xəlqə  doğru  yol  göstərəndir, 
yaradılmıĢların  nurları  dəlil  və  sübutdur,  onlar  vasitəsilə  tövhidin 
mə‗rifətinə  dəlalət  edilir,  onlarla  qaranlıq  quyulardan  və  dənizlərdən 
doğru yola çıxılır. Qəlblərin nurları isə furqan və sübutun Allahdan olan 
mə‗rifətidir...  Nur  vasitəsilə  Haqq  və  batil  fərqləndirilir»
 
[149,  548]. 
Deməli, nur Allahın haqq və batili seçmək, qaranlıqdan aydınlığa çıxmaq 
üçün verdiyi bir vasitədir və bu vasitə bir dərkdən ibarətdir, yəni nur  – 
irrasional  idrakdır.  Mütəfəkkirin  sözlərindən  də  göründüyü  kimi,  nur 
insana  məxsusdur  və  hər  bir  yaradılmıĢ  kimi  elm  və  fəhm 
çərçivəsindədir,  eyni  zamanda  o,  insandan  deyil,  onu  verəndən  – 
Allahdan asılıdır. 
Yuxarıda  bildirdiyimiz  kimi,  nur  həm  də  Allahın  özünü  təsvir 
edən  bir  ifadədir  və  bu  baxımdan  nur  dərkedilməzdir.  Qəzali  yazır: 
«Nura gəlincə, o, dəredilməzdir və onunla dərk edilmir, lakin idrak onun 

 182 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
yanındadır  (onun  vasitəsilədir  –  K.B.)»  [150,  102].  Ġbn  Ərəbinin 
görüĢlərini Ģərh edən Ə.A.Konuk yazır: «Haqq Nur bir nurdur ki, onun 
vasitəsilə əĢya dərk olunur, ancaq özü dərkdedilməzdir. Belə ki, o, Haqq 
Təalanın  zatının  özüdür.  Buna  görə  də,  Məhəmməl  peyğəmbər  (s.) 
«Rəbbini  gördünmü?»  –  sualına  –  «O,  bir  nurdur,  mən  Onu  necə  görə 
bilərəm»,  – demiĢdir» [55, 219]. BaĢqa bir yerdə isə Ə.A.Konuk yazır: 
«Ġdrak  nur  ismilə  vaqe  oldu…  Ġdrakın  mənbəyi  olan  bu  nur  baĢqa  bir 
terminlə «Ģahidlik nuru» və «iman nuru»dur» [57, 39].  
Bununla  yanaĢı,  onu  da  bildirmiĢdik  ki,  nisbi  varlıqlar  Haqq 
Nurdan  aldıqları  nurla  varlıq  qazanır.  Qəzali  yazır:  «Həqiqətdə  Onun 
varlığının sifəti göylərin və yerin nurudur. Bundan sonra biləsən ki, O, 
əĢyaları aydınladan, onlardan yüksək olub Onunla, Onun üçün və Ondan 
aydınladan  nurdur»  [150,  116].  Mütəfəkkir  nuru  ülvi  və  aĢağı  aləmin 
nurlarına bölərək deyir: «Göylər və yer nurun iki təbiəti ilə doludur, yəni 
gözə və bəsirətə, yəni hiss və ağıla» [150, 116] aid olan. O, hər birinin 
rolunu belə izah edir: «Ġnsani nurla (maddi iĢıqla, gözün görməsilə və ya 
rasional  idrakla  –  K.B.)  aĢağı  aləmin  nizamı  görünür.  Mələki  nurla 
(irrasional  idrakla  – K.B.) ülvi  aləmin  nizamı  görünür»  [150,  116-117]. 
Peyğəmbərin  (s.)  hədislərindən  birində  deyildiyinə  görə,  «Allah  xəlqi 
zülmət içində yaratdı, sonra onların üzərinə öz nurunu dağıtdı və hər Ģey 
aydınlandı» [139, 220].  
Belə  məlum  olur  ki,  Allah  Təala  tərəfindən  verilən  nur  varlığın 
mahiyyəti olmaqla yanaĢı həmçinin onun həm rasional, həm də irrasional 
idrak  vasitəsidir.  Ə.A.Konuk  günəĢi  görmək  üçün  önünə  bir  buludun 
keçməsinin  zəruri  olduğunu  bildirərək  yazır:  «Haqq  Nurun  görülə 
bilməsi üçün ancaq onun təzahürü olan bu aĢağı aləm pərdəsi arxasından 
baxmaq  və  görmək  lazımdır»  [57,  37].  Xatırladaq  ki,  eyni  fikir 
Bonaventurada da mövcud idi. Deməli, nisbi varlıqlar özlərində ilahi nur 
daĢımaqla bir növ haqq nuru tanıtmaq üçün yaradılıblar və insan bu nur 
vasitəsilə  aĢağı  aləmi  öyrənə  bildiyi  kimi,  ali  aləmi  də  dərk  edə  bilər. 
Lakin bu yüksəliĢ sonsuz deyil, məhduddur. Qəzali yazır: «Öyrəndin ki, 
nurların  bir  nizamı  var.  Onda  bil  ki,  onlar  sonsuza  qədər  uzanmır,  ilk 
mənbəyə  (Məhəmməd  nuru  –  K.B.)  qədər  yüksəlir.  O,  Onun  zatının 
nurudur  və  Onun  zatı  ilədir,  Ondan  baĢqasından  nur  əta  olunmur  və 
nurun bütün mərtəbələrinə Ondan nur saçılır» [150, 112].  
Beləliklə, göründüyü kimi, Ġslam fəlsəfəsində nur problemi əsasən 
Qurani  Kərim  çərçivəsində  müzakirə  və  təhlil  edilmiĢdir.  Burada  da 
dinin  peyğəmbəri  (s.)  Allaha  aparan  bir  nur  olaraq  təqdim  edilir  ki,  bu 
nur  həm  zülməti  iĢıqlandıran,  həqiqəti  üzə  çıxaran  vasitə,  həm  də  ilahi 

:

book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


mitya--ee-sin--20-let.html

mityanov-andrej.html

miuri-u-inizjattivi--.html

mixail-vasil---umumiy.html

mixed-turnier--.html