1 ... 75 76 77 78 79 80 81 82 ... 91

K. Bünyadzadə - səhifə 79

səhifə79/91
tarix07.11.2017
ölçüsü3.01 Kb.

 192 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
eyni  ruhun  (mahiyyətin)  iki  bədəndə  (formada)  olması  qeyri  mümkün 
görünür.  Ġkincisi,  filosof  zülmətdən  –  bədəndən  qurtulmuĢ  nurun  öz 
mənbəyinə  döndüyünü  bildirir,  yəni  fərdiliyini  itirir  və  onun  əvvəl 
olduğu  kimi  yenidən  baĢqa  bir  bədənə  keçməsi  dediklərimizə  zidd 
görünür.  Deməli,  Sührəvərdi  tənasüx  barədə  kifayət  qədər  aydın  hökm 
verərək onun qeyri-mümkünlüyünü vurğulamıĢdır. 
Beləliklə,  iĢraq  fəlsəfəsinin  ontoloji  təhlilinə  yekun  vuraraq 
bunları deyə bilərik. Xatırladaq ki, biz Sührəvərdinin öz nur hikmətinin 
təqdimində  təsəvvüfdən  bir  metod  kimi  istifadə  etdiyini  söyləmiĢdik. 
ĠĢraq  fəlsəfəsində  yaradılıĢ  prosesini,  Nur  əl-Ənvarın  nisbi  nurlarla 
əlaqəsini,  iyerarxik  mərtəbələrin  bir-birini  əvəz  etmə  sistemini  və  daha 
əvvəl  təqdim  etdiyimiz  vəhdət  əl-vücudu  müqayisə  etmiĢ  olsaq 
deyilənləri  bir  daha  təsdiqləmiĢ  olaraq.  Lakin  nəzərə  alaraq  ki, 
Sührəvərdinin  fəlsəfəsi  məhz  nur  anlamı  üzərində  qurulmuĢdur  və 
bütünlükdə nur hikmətinin ifadəsidir, onda onu tam əhatə və dəqiq ifadə 
etmək  üçün  fərqli  bir  termin  irəli  sürmək  olar:  vəhdət  əl-iĢraq  və  ya 
vəhdət ən-nur. Onu vəhdət əl-vücudun nur vasitəsilə ifadəsi də adlandırıb 
belə  təsvir  etmək  olar:  Nurlar  Nuru  digər  nurların  əbədi  mənbəyi  kimi 
onların fövqündədir, O, heç nəyə qarıĢmır, Ona heç nə birləĢə və Onunla 
heç nə eyniləĢə bilməz, çünki O, heç bir təsvir və düĢüncəyə sığmır. Eyni 
zamanda,  hər  Ģey  Onunla,  Onda  baĢ  verir  və  varlığını  təĢkil  edən  nuru 
Ondan  alır.  Burada  kiçik  və  əhəmiyyətli  bir  faktı  da  vurğulayaq: 
nurlanma Onun zatı ilə əlaqəli deyil, Onu əksiltmir və ya artırmır, Onun 
bütün ad və sifətləri təzahür edib tanındığı halda, zatı dərk edilməz qalır. 
Bütün  yaradılıĢ  –  nurlanma  Onun  iradəsi  ilə  Onun  mülkündə,  Onunla 
daimi hərəkətdə olan sabit sistemdir. 
 
Qnoseoloji  təhlil.  ġihabəddin  Sührəvərdinin  idrak  nəzəriyyəsi 
onun  ontoloji  görüĢləri  ilə  sıx  bağlıdır  və  mütəfəkkirin  nur  haqqında 
düĢüncələrinin  qnoseoloji  təhlilini  iki  aspektdən  vermək  mümkündür: 
nur  –  idrak  prosesinin  irrasional  metodu  və  nur  –  idrak  prosesinin 
(rasional və irrasional kompleks Ģəkildə) obyekti kimi. Bunların hər ikisi 
kompleks Ģəkildə iĢraq fəlsəfəsinin qnoseologiyasını təĢkil edirlər. 
Sührəvərdi  istinad  etdiyi  və  özünü  davamçısı  hesab  etdiyi 
filosoflara  müvafiq  olaraq  elmləri  rasional  və  irrasional  növlərə  bölür: 
bəhs (təhlil, tədqiq) və ilahi hikmət [GeniĢ bax: 147, 11-12]. Özünü hər 
ikisinin  bilicisi  hesab  edən,  əsərini  məntiqlə  baĢlayıb  (rasional)  nur 
elminə  (irrasional)  keçən Sührəvərdi  kitabının  vəsiyyət  bölümündə  onu 
da  vurğulayır  ki,  kitab  ona  ilham  olunub  və  o,  yalnız  öz  əhli,  yəni  bu 

İrrasional idrakın spesifik jəhətləri
  

 193 
elmi anlayanlar üçündür. Müəllif kitabı oxumazdan əvvəl 40 gün xəlvətə 
çəkilib  Allahın  nurunu  düĢünüb,  Kitab  sahibinin  (Allahın  –  K.B.) 
əmrlərinə  tabe  olmağı  məsləhət  görür  [147,  258].  Yuxarıda  da 
bildirdiyimiz  kimi,  məzmunundan  və  müəllifin  təqdimindən  belə  aydın 
olur  ki,  əsər  rasional  elmlə  baĢlasa  da  bu,  bir  növ  hazırlıq  xarakteri 
daĢıyır,  əsl  hikmət  ikinci  hissədədir  və  onu  da  ancaq  Quran  sahibinin 
əmrlərinə uyan və xüsusi mənəvi hazırlıq keçən kəslər anlaya bilər. Bu, 
irrasional  düĢüncənin  rasional  düĢüncəni  tamamlaması  fikrini  bir  daha 
təsdiqləmiĢ olur. 
Sührəvərdi  «Risalə  Yəzdan  ġinaht»  əsərində  idrakı  dörd 
kateqoriyaya bölür: 1) rəng kimi zahiri formaları qəbul edən görmə hissi; 
2) zahiri obyektlərə bağlı olmadan təsəvvürləri qəbul edən xəyal; 3) hər 
ikisindən  daha  güclü  olan  və  hiss  edilən  Ģeylərin  anlamını  qəbul  edən, 
lakin  digər  ikisi  kimi  isimlərin  maddəsindən  ayrılmayan  vəhm;  4)  yeri 
qəlb  olan  ağıl,  insanın  varlığı  və  əqli  (intellektual  dünya)  arasında  bir 
körpü  vəzifəsi  görür  və  əqli  həqiqətləri,  mələklər  aləmini  və 
peyğəmbərlərin ruhunu qəbul edir» [48, 425]. 
 Mütəfəkkir  fəlsəfə  sahəsindəki  sələfləri  Aristotel  və  ġərq 
peripatetiklərindən  fərqli  düĢünərək  görmə  duyğusunu  «görən  və 
görülənin arasından pərdənin qalxması» [147, 150] kimi izah edir. O, bu 
hissi kosmos və planetlərlə [48, 424] əlaqələndirmədən obyektin iĢığının 
nəfsi nurlandırması ilə izah edir [147, 213].  
Sührəvərdiyə görə, insan bir bərzəx, qaranlıq və nurdan ibarət bir 
varlıq olduğuna görə ikili xüsusiyyətə malikdir. Onun bədəninə xas hiss 
və hərəkətlər bədənlə nurun əlaqəsindən doğulur [147, 204-205], bütün 
bədənin  hərəkətləri,  düĢünməsi,  hiss  orqanlarının  fəaliyyəti  nurdan 
asılıdır.  Bədəni  bir  zindana,  ruhu  əsirə,  nuru  isə  onu  azad  edən  bir 
qüvvəyə  bənzədən  mütəfəkkir  «Bustan  əl-Qulub»  əsərində  insanın 
vücudunun  hər  bir  neçə  ildə  materiyalını  dəyiĢdirməsinə  rəğmən 
mənliyinin dəyiĢmədən qalmasını ruhun qalıcılığı və mənəvi təbiətinə bir 
dəlil kimi göstərir [48, 424]. «Qərib qürbəti hekayəti»ndə isə o, alleqorik 
bir  dillə  Yəməndən  (ġərqdən)  göndərilən  bir  göyərçin  vasitəsilə  ruhun 
zülmətdən qurtulub nura qovuĢmasını təsir edir [GeniĢ bax: 147, 289 və 
b.]. Deməli, nur bədəni, ona xas hissləri idarə etməklə rasional düĢüncəni 
tənzimləmiĢ olur. Eyni zamanda, o, irrasional düĢüncənin ilk təkanverici 
qüvvəsi kimi də çıxıĢ edir. Deyilənlərdən çıxıĢ edərək, ĠĢraq fəlsəfəsində 
nurun  metod  kimi  əhəmiyyəti  və  rolunu  bir  neçə  növə  bölmək  olar: 
rasional idrakın tənzimləyicisi və irrasional idrakın təkanverici və aparıcı 
qüvvəsi kimi. 

:

book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


mixing-dana-randall.html

miyamoto-musashi-his-life.html

miyanaga--kuniko---k--m-.html

miyokard-perfzyonun.html

miyytininsasqoyulub.html