1 ... 13 14 15 16 17 18 19 20 ... 108

Microsoft Word C?f?rov ?D?Biyyat - səhifə 17

səhifə17/108
tarix08.07.2018
ölçüsü5.09 Kb.

Nizami Cəfərov 
 
56
lıq, yaxud realizmin müdafiə olunması, nəzəriyyəçiliyin qarşısı-
nın alınması demək olmayıb, həm də obyektiv reallıqdır». 
«Nəriman Nərimanov: tənqidi realist, yoxsa maarifçi de-
mokrat?», «Üzeyir Hacıbəyov əfsanəsi», «Böyük demokrat Cəlil 
Məmmədquluzadə», «Mirzə Ələkbər Sabirimiz», «Millətin canlı 
heykəli», «Böyük ədəbiyyat nəhəngi» və s. oçerklərdə də Isa 
Həbibbəyli, bir tərəfdən, ayrı-ayrı klassiklərin özlərinə məxsus 
«üslub»unu, yaradıcılıq tipologiyasını, Zamanla səsləşən ideya-
estetik axtarış istiqamətlərini müəyyənləşdirir, digər tərəfdən, 
ümumən milli ədəbi hərəkatın həmin klassikdə (Ədəbi Şəxsiy-
yətdə) təzahür edən əsas xüsusiyyətlərini (prinsip etibarilə, mər-
hələlərini) meydana çıxarmaqla, kitabdakı hər bir oçerkə bütöv-
lükdə Azərbaycan ədəbiyyatı tarixinin bir fəsli kimi baxmağa 
elmi-metodoloji təminat verir. 
Əlbəttə, Isa Həbibbəyli dahi Mirzə Cəlilin, eləcə də onun 
yaratdığı mollanəsrəddin məktəbinin görkəmli tədqiqatçısıdır və 
bu gün həmin mövzuda aparılan araşdırmaların bu qədər geniş 
miqyas almasında, keyfiyyətcə mükəmməlləşməsində Isa Hə-
bibbəylinin rolu müstəsnadır. Və bu özünü kitaba daxil edilmiş 
bir sıra oçerklərin həm faktik materialının zənginliyində (həmin 
faktların xeyli hissəsini məhz müəllif özü ortaya çıxarmışdır), 
həm də yüksək elmi ümumiləşdirmə səviyyəsində göstərir. 
Doğrudur, ədəbiyyat tariximizin müxtəlif dövrlərinin, 
mərhələlərinin, ədəbi şəxsiyyətlərinin kifayət qədər ciddi elə 
tədqiqatçıları olmuşdur (və indi də vardır) ki, milli ədəbiyyat 
tarixi barədəki təsəvvürləri həmin dövrdən, mərhələdən, hətta 
ədəbi şəxsiyyətdən ya kənara çıxmır, ya da kənara çıxarsa, hə-
min dövrün mərhələnin, hətta ədəbi şəxsiyyətin yaradıcılığının 
ideya-estetik mənzərəsini, tipologiyasını bütövlükdə ədəbiyyat 
tarixinin və ya tarixi-ədəbi prosesin konseptual təhlilində əsas, 
yaxud istinadgah kimi qəbul edirlər. Ancaq «Ədəbi şəxsiyyət və 
zaman» müəllifi həmin məhdudluq və ya metodoloji «təhlü-
kə»dən tamamilə uzaqdır: onun Mirzə Cəlilə dərindən bələdliyi 

Ədəbiyyat söhbətləri 
 
57
(və intəhasız sevgisi) ümumən milli ədəbiyyat təəssübkeşliyini 
heç bir məqamda üstələmir… 
Dördüncü bölmə romantizmdən danışır… Azərbaycan 
romantizminin üç böyük ədəbi şəxsiyyəti – H.Cavid, M.Hadi və 
A.Səhhət haqqında mükəmməl oçerklər verilmiş… 
«Ədəbiyyatımızın romantik korifeyi» barədə deyilir: 
«Hüseyn Cavidin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatın-
da yeni epoxa başlamışdır. Azərbaycan ədəbiyyatında roman-
tizm epoxasının ən qüdrətli yaradıcısı Hüseyn Caviddir. Bəlkə 
də, Hüseyn Cavidin yaradıcılığı olmasaydı, Azərbaycan ədəbiy-
yatında romantizm ədəbi cərəyana çevrilə bilməyəcəkdi». 
Əlbəttə, bir az romantik səslənir, ancaq həqiqətdir… 
Və o da həqiqətdir ki, «Hüseyn Cavid Məhəmməd Füzuli-
dən sonra və Səməd Vurğundan əvvəl Azərbaycan romantik 
ədəbiyyatının ən böyük zirvəsidir. Mirzə Fətəli Axundzadənin 
realist ədəbiyyata yol açmaq üçün böyük çətinliklə arxa cərgəyə 
keçirdiyi romantik poeziyanı Hüseyn Cavid yenidən bərpa etmiş 
və ədəbiyyatın ön mövqeyinə çıxarmışdır». 
Kitabda «Molla Nəsrəddin» və füyuzatçılar» mövzusunda 
xüsusi oçerkin verilməsi ilk növbədə ona görə əhəmiyyətlidir ki, 
həmin mövzu zaman-zaman bir sıra müzakirələrin, mübahisələ-
rin obyekti olmuş, metodoloji baxımdan tamamilə yanlış qənaət-
lərin törəməsinə gətirib çıxarmışdır. Etiraf etmək lazımdır ki, 
mollanəsrəddinçiliklə füyuzatçılıq arasındakı mədəni-ideoloji 
münasibətlərin dəqiq müəyyənləşdirilməsi yalnız müstəqillik 
illərində, milli ədəbiyyatın tarixinə sosializm realizmi təzyiqlə-
rindən və ya konyukturundan xilas olduqdan sonra imkan yaran-
dı. Və məlum oldu ki, «mollanəsrəddinçilik Azərbaycan ədəbiy-
yatında tənqidi realizmin, füyuzatçılıq isə romantizmin ədəbi 
cərəyan səviyyəsində formalaşması və inkişafında mühüm rol 
oynamışdır. Tənqidi realist yazıçı və şairlərin əsərlərində roman-
tik meyllər olduğu kimi, romantizm ədəbi cərəyanının təmsil 
edən sənətkarların da yaradıcılığında realist əlamətlər vardır. Və 

Nizami Cəfərov 
 
58
bütün bunlar XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatını daha 
da zənginləşdirən keyfiyyətlərdir». 
Eyni zamanda o da məlum oldu ki, bu və ya digər xalqın 
ədəbiyyatının tarixində mövcud olmuş heç bir hadisəni – mək-
təbi, cərəyanı, şəxsiyyəti, əsəri və s., hansı idealları daşıyırsa-
daşısın, «tarixdən çıxarmaq» olmaz, çünki bütün bu cür hallarda 
həmin xalqın ədəbiyyat tarixi qeyri-mükəmməl olacaq… Ədə-
biyyat tarixşünaslığı isə bu qeyri-mükəmməllikdən həmişə 
metodoloji «əziyyət» çəkəcək… 
Və təsadüfi deyil ki, kitabın beşinci bölməsi ilk professsio-
nal ədəbiyyat tarixçimiz Firidun bəy Köçərlinin yaradıcılığına 
həsr edilmişdir. O F.Köçərlinin ki, «Azərbaycan ədəbiyyatı tari-
xi materialları» adlı ikicildlik sanballı əsəri ilə ölkəmizdə sis-
temli ədəbiyyat tarixçiliyi yaratmaq ənənəsinin möhkəm bünöv-
rəsi qoyulmuşdur». 
Kitabda «Azərbaycan ədəbiyyatı tarixi materialları» təhlil 
edilməklə yanaşı, F.Köçərlinin Qoridən yazılmış məktubları da 
araşdırılmışdır. 
…Azərbaycan mühacirət ədəbiyyatı, əlbəttə, bütün ideya 
istiqamətləri ilə birlikdə Azərbaycan ədəbiyyatının üzvü tərkib 
hissəsi olsa da, məlum siyasi-ideoloji səbəblər üzündən onun öy-
rənilməsi müstəqilliyin ilk illərindən başlayır. Və əminliklə de-
mək olar ki, müstəqillik illərində Azərbaycan mühacirət ədəbiy-
yatı kifayət qədər ardıcıl öyrənilmiş, həmin mövzuda müxtəlif 
səviyyəli elmi konfranslar keçirilmiş, kitablar, məqalələr nəşr 
olunmuş, səriştəli mütəxəssislər yetişmişdir ki, burada Azərbay-
can MEA-nın rəhbərlərindən biri kimi, akademik Isa Həbibbəy-
linin xüsusi xidmətləri vardır. 
Isa Həbibbəyli həmin sahədə böyük təşkilatçılıq işi gör-
məklə yanaşı, Azərbaycan mühacirlərinin yaradıcılığına aid bir 
sıra dəyərli məqalələr qələmə almışdır. «Ədəbi şəxsiyyət və za-
man»a bu məqalələrdən bir neçəsi – Əli bəy Hüseynzadə, 
M.Ə.Rəsulzadə, Ceyhun Həcıbəyli və Məhəmməd Əsəd bəyə 

:

wp-content -> uploads -> 2018
2018 -> 'Thank you for visiting my giving page for our project to Lesbos, Greece with gaiN!
2018 -> Yáax xook lela’ u xookil u yáax dsíibil ju’un Samuel (3, 3-10. 19)
2018 -> Fövqəladə Hallar Naziri
2018 -> Ərizələr №50541/08, 50573/08 və s. 13 2016 tarixli qərar [Böyük Palata] Maddə 6
2018 -> Ərizə №76943/11 29. 11. 2016 tarixli qərar [Böyük Palata] Maddə 6
2018 -> Regulamin powiatowego konkursu chemicznego
2018 -> Spring vacation in georgia !! Booking Period : 0 mar – April 2018 Package – 3Nights Tbilisi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


influence-of-fillers-on.html

influence-of-microbial.html

influence-of-the-clock.html

influenta-alcoolului.html

influenza--gripe-porcina.html