1 ... 12 13 14 15 16 17 18 19 ... 108

Microsoft Word C?f?rov ?D?Biyyat - səhifə 16

səhifə16/108
tarix08.07.2018
ölçüsü5.09 Kb.

Ədəbiyyat söhbətləri 
 
53
xalqın -Azərbaycan xalqının övladı, bu qədim xalqın görkəmli 
şairi və mütəfəkkiridir». 
Buradakı «qədim» sözgəlişi gözəl işlənməmişdir – əgər 
Azərbaycan xalqı XII əsrdə Nizami kimi bir dahini yetişdirmə-
səydi, bu xalqın tarixində həmin əsr ədəbi-fəlsəfi Zaman (idrak 
Zamanı!) yox, sadəcə xronoloji zaman olaraq ötüb keçəcəkdi və 
heç kimin ağlına gəlməyəcəkdi ki, bu xalqın «qədimliy»indən 
danışsın, XII əsrə gətirən (və Nizamini yetirən!) milli idrak, dü-
şüncə, təfəkkür (və intellektual-mədəni həyat!) mənbələrini 
axtarsın… 
«Bəlkə də, Nizami dünya ədəbiyyatında ən çox dildə oxu-
nan nadir sənətkarlardandır. Nizami irsinin tədqiqi ilə də az qala 
bütün dünya məşğuldur. Nizamişünaslıq dünya şərqşünaslıq 
elminin məxsusi bir istiqamətinə çevrilmişdir. Nizami Gəncəvi-
nin haqqında ayrı-ayrı dillərdə yazılmış kitablardan və dahi 
sənətkarın müxtəlif dillərə tərcümə olunmuş əsərlərindən nəhəng 
bir kitabxana yaratmaq mümkündür. Bununla belə, hansı dildə 
yazıb-yaratmasından, hansı dildə öyrənilib-oxunmasından asılı 
olmayaraq, Nizami Gəncəvinin əsərləri azərbaycanlı ruhunun 
yüksək bədii ifadəsindən ibarətdir. Nizami Gəncəvi dünya ədə-
biyyatında Azərbaycanın qüdrətli təmsilçisi, böyük elçisidir». 
Yeri gəlmişkən, bu da milli müstəqilliyin bəhrəsidir ki, 
artıq neçə illərdir Londonda – Oksford Universitetində Nizami 
Mərkəzi uğurla fəaliyyət göstərir… Və həmin Mərkəzin yaradı-
cısı akademik Nərgiz Paşayevanın rəhbərliyi ilə bütün dünyaya 
nümayiş etdirilir ki, Azərbaycan xalqı yer üzünün ən mədəni, ən 
intellektual, ən humanist xalqlarından biridir və bu dəyərləri 
özünün zəngin tarixi ilə qazanmışdır. 
«Ədəbi şəxsiyyət və zaman»ın «Erkən yeni dövr» adlanan 
ikinci bölməsində iki böyük Azərbaycan şairindən – Saib Təb-
rizi ilə Vaqifdən söhbət gedir… Lakin dövr (Zaman!) yenə də ön 
planda olub həmin ədəbi şəxsiyyətlərin ideya-estetik ideallarını 
həm müəyyən edir, həm də onlarla müəyyən olunur: 

Nizami Cəfərov 
 
54
«… XVII əsrdə ənənəvi şeir dövrünün arxada qaldığını 
görməmək mümkün deyildir. XVII əsrin poeziyası Məhəmməd 
Füzulidən Molla Pənah Vaqifə keçid ədəbiyyatının əsas təzahür-
lərini özündə əks etdirir… XVII əsr Azərbaycan poeziyasına 
Məhəmməd Füzuli lirikasının davamı olmaqla bərabər, həm də 
Molla Pənah Vaqif şeirinin əvvəli kimi baxmaq lazımdır». 
Və müəllif belə bir doğru qənaətə gəlir ki, «XVII əsr 
Azərbaycan poeziyasında, xüsusən də Saib Təbrizinin yaradıcı-
ğılında baş vermiş yeniləşmə prosesləri, həyatın, müdrik kəlam-
ların bədii ifadəsinə doğru atılmış addımlar özündən sonra ədə-
biyyatda realizmi və onun görkəmli nümayəndəsi Molla Pənah 
Vaqifi formalaşdırıb ərsəyə gətirmək kimi mühüm hadisələri 
meydana çıxarmış, bütövlükdə realist ədəbi hərəkat dönməz 
şəkil almışdır». 
Həmin qənaət bir də ona görə doğrudur (və perspektivli-
dir) ki, yeni dövr ədəbiyyatının Füzulidən Vaqifə gələn magist-
ralını dəqiq müəyyən etməklə, «Molla Pənah olan şair»in – 
Vaqifin yaradıcılıq genotipinə gur işıq salır.. 
«Molla Pənah Vaqif realist ədəbiyyatı yaratmaqla Azər-
baycan ədəbiyyatını çoxəsrlik Şərq ədəbiyyatı dairəsindən çıxa-
raraq, modern Avropa və dünya ədəbiyyatı səviyyəsinə yüksəlt-
mişdir. Bundan başqa, Vaqif aşıq şeiri, Azərbaycan şifahi xalq 
poeziyası ilə yazılı ədəbiyyatdakı şeir arasındakı baryeri aradan 
qaldırmış, aşıq şeiri üslubunu yeni dövr lirikasının ifadə tərzinə 
çevirmişdir»… 
Azərbaycanın «ədəbiyyat filosofu» Yaşar Qarayevin «ədə-
biyyatımızın tarixi inkişaf yoluna nəzər salarkən Azərbaycan 
realizminin beşiyi başında hamıdan əvvəl… Vaqifin silueti gö-
rünür» sözlərini sitat gətirən Isa Həbibbəyli yazır: 
«Azərbaycan ədəbiyyatında realizm Molla Pənah Vaqifin 
yaradıcılığı ilə başlanır. Vaqifin şeirləri Azərbaycan realizminin 
ibtidasıdır. Şair orijinal əsərləri ilə ölkə həyatının real ədəbiy-
yatını yaratmağa nail olmuşdur». 

Ədəbiyyat söhbətləri 
 
55
Kitabın üçüncü bölməsi realizm dövrünə (müəllif onu 
«realizm epoxası» adlandırır ki, bunun üçün, heç şübhəsiz, ciddi 
əsaslar vardır) həsr olunmuşdur ki, həmin bölmədə M.F.Axund-
zadə, M.T.Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Əfəndiyev kimi 
maarifçi realistlərin; C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Şah-
taxtlı, M.S.Ordubadi, Ə.Qəmküsar, E.Sultanov kimi tənqidi 
realistlərin yaradıcılığı ayrı-ayrı oçerklərdə araşdırılır. Həmin 
oçerklərdə ilk nəzərə çarpan məziyyət budur ki, müəllif təkcə 
Azərbaycan realizminin görkəmli nümayəndələrinin yaradıcılıq 
«tərcümyei-hal»ını, miqyasını göstərmir, həm də onların ədəbi, 
ideya-estetik xidmətlərini (və bu xidmətlərə müvafiq olaraq 
mövqelərini) sxemləşdirir, yaxud formullaşdırır. Elə də olur ki, 
həmin ideya sxemi, yaxud formulu oçerkin adına çevrilir… Mə-
sələn: «Xoş gördük, Mirzə Fətəli Axundzadə!» Bu, o deməkdir 
ki, Milli Tarixin özü Mirzə Fətəlinin sorağında imiş… Və 
Zaman onu məhz bu cür qarşılamışdır… 
«Beləliklə, Mirzə Fətəli Axundzadənin yaradıcılığ ilə 
Azərbaycan maarifçi realizmi kamillik mərhələsinə çatmış, bət-
nində tənqidi realizmin rüşeymlərini hazırlamışdır. Nəticə eti-
barilə Molla Pənah Vaqiflə başlanan Azərbaycan Realizmi mol-
lanəsrəddinçi tənqidi realizmin səviyyəsinə Mirzə Fətəli Axund-
zadənin mükəmməl maarifçi realizm körpüsündən keçərək gəlib 
çatmışdır». 
Mirzə Fətəlinin ədəbi-nəzəri görüşlərini yenidən (və 
dərindən!) tədqiq edən Isa Həbibbəyli çox mühüm bir məsələyə 
– M.F.Axundzadənin dahi Füzuliyə münasibəti məsələsinə 
aydınlıq gətirməyə çalışmışdır. Və həmin mövzudakı məqalənin 
dəyəri ondadır ki, müəllif həmin məsələyə XIX əsrin dahi mü-
təfəkkirinin ümumi dünyagörüşü kontekstində baxmağı bacar-
mış və belə bir maraqlı nəticəyə gəlmişdir: 
«Mirzə Fətəli Axundzadənin fikrincə, Məhəmməd Füzuli 
klassik romantik şeirin ustadı, yeni realist ədəbiyyatın isə nazi-
midir. Bu isə indiyədək qeyd edildiyi kimi, səhv, sadəcə yanlış-

:

wp-content -> uploads -> 2018
2018 -> 'Thank you for visiting my giving page for our project to Lesbos, Greece with gaiN!
2018 -> Yáax xook lela’ u xookil u yáax dsíibil ju’un Samuel (3, 3-10. 19)
2018 -> Fövqəladə Hallar Naziri
2018 -> Ərizələr №50541/08, 50573/08 və s. 13 2016 tarixli qərar [Böyük Palata] Maddə 6
2018 -> Ərizə №76943/11 29. 11. 2016 tarixli qərar [Böyük Palata] Maddə 6
2018 -> Regulamin powiatowego konkursu chemicznego
2018 -> Spring vacation in georgia !! Booking Period : 0 mar – April 2018 Package – 3Nights Tbilisi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


inflyaciyaa-arsi-sayasat.html

infn-mi-electronic.html

info-kein-eu-regulierer--.html

info-sinac-indice-que-es.html

infobro-gemeindeamt-furth.html