1 ... 7 8 9 10 11 12 13 14 ... 34

Microsoft Word kitab+son doc - səhifə 11

səhifə11/34
tarix07.12.2017
ölçüsü0.88 Mb.
növüDərs

:

kitablar
kitablar -> F. Q. Vahidov, T. B. Ağayev
kitablar -> Əli Kərim üslubu, yaxud
kitablar -> Bismillahir-rəhmanir-rəhim
kitablar -> Гуранда шаирляр щаггында айя
kitablar -> Ziqmund Freyd haqqında maraqlı faktlar
kitablar -> ÇƏRƏKƏ TƏRTİb edəN: Haci faiq nəBİyev
kitablar -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
kitablar -> Microsoft Word Tercumeshunasliq lugeti fin doc

 

43

ən fəzilətlisi olduğu kimi insana sonuncu bəxş olunan ağıl da ən 

fəzilətli cövhərdir. 

Ağıl yalnız insanlara deyil, mələklərə  də verilmişdir. 

Amma insandan fərqli olaraq mələklərdə  ağıl var, nəfs yəni 

xilqəti şərə, eybəcərliyə sövq edən şeytani qüvvə yoxdur. Ona 

görə  də  mələklər yalnız ağıldan istifadə edib, əsasən, düzgün 

yol tutur, səhvsiz və nöqsansız hərəkət edirlər. İnsan isə ağıldan 

başqa nəfsə  də malik olduğu üçün səhvlər edə bilir. Belə ki, 

ağıl nəfsin toruna düşdükdə xeyir cövhəri olmaq vəzifəsindən 

uzaqlaşır, həvavu-həvəs, zülm, kibr, hiylə, bir sözlə, şər alətinə 

və vasitəsinə çevrilir. Haqq müsafirinin, həqiqət  əhlinin ilk 

vəzifəsi ağılı  nəfsin səfsətəsindən qorumaqdır. Belə olduqda 

ağıl xeyir cövhərinə, fəzilət vasitəsinə çevrilir. 

Bununla belə, ağıl Haqqı  dərk etmək və ona çatmaqdan 

ötrü yetərli deyil. Çünki o, mülk və  şəhadət aləminə, hissi 

dünyaya mənsubdur. Təsadufi deyil ki, C.Rumi naqis və  qəlb 

inamına  əsaslanmayan ağılı korun əlindəki  əsaya təşbeh edir, 

yəni Tanrı  həqiqətini bəsirət gözü ilə görməyən adamı kora 

bənzədir. Kor üçünsə əsa çıraqdan daha gərəklidir. 

Təsəvvüf və irfan düşüncəsində  ağıl hissi, maddi aləmə 

məxsus olduğundan, o ancaq maddi aləmə, mümkün varlığa aid 

həqiqətləri anlamağa qaildir. Mütləq həqiqəti, vacibi anlamaq 

üçünsə, əvvəlcə də dediyimiz kimi, 

ilham, daxili bəsirət, elmi-

lədünni, mərifət elmi 

 lazımdır. Ağıl Mülk və Şəhadət aləminə 

məxsus olduğundan və ilahi eşqi və  həqiqəti anlamaqdan ötrü 

kifayət etmədiyindən klassik poeziyada bəzən tənqidə də məruz 

qalmışdır. 

Beləliklə, nəfsini yenən, qəlb bəsirətinə və əqli fəzilətə ma-

lik arif üçün hissi aləmin nemət və var-dövlətindən imtina et-

mək qədər ali bir dövlət, cahanın müvəqqəti zövq-səfa və ləz-

zətini tərk etməkdən önəmli bir ləzzət yoxdur. XV əsr şairi Bə-

sirinin dediyi kimi:    Arifə dövlətdən istiğna kimi dövlətmi var? 

 

44

Tərki-ləzzəti-cahan etmək qədər ləzzətmi var? 

 

Eşq və  məstlik. Kamil insan

. Sufizm ideologiyasında eşq 

fəlsəfəsi bitkin və mükəmməl bir konsepsiyadır. 

Eşq 

 bəndəni – 

qulu Allaha, sufini, saliki Haqqa, aşiqi məşuqa, yara, canana 

bağlayan ən ali hiss, ən uca duyğudur. Bəndə ilə Tanrı arasında 

yeganə və ən mühüm ünsiyyət vasitəsidir. Sevənlə sevilən, hə-

biblə məhbub arasındakı ünsiyyət və bağlılığın eşq və sevgidən 

özgə vasitəsi yoxdur. Buna görə də təsəvvüf və irfan inancında 

eşq və sevgi əhatəli bir anlayışdır. Haqq yolçusunun yüksəliş 

pillələrində yerinə yetirdiyi və yerinə yetirməli olduğu bütün 

zahiri  əməllər və batini niyyətlər, istək və  məqsədlər, sadə 

zöhddən və zikrdən tutmuş ali mərifətə, Haqqın həqiqi müşa-

hidə məqamına qədər hər cür fəaliyyət yolları və üsulları eşqə 

bağlıdır. Eşq bunların hamısını öz çərçivəsinə alır. Öz dəruni 

nur və atəşi ilə salik və  səyyarın zahiri və batini əməl və 

hisslərini işıqlandırır, ona qüvvə və ruh verir. 

Eşq

 qulu Haqqa 

yönəldən bir cazibə qüvvəsidir. Eşq insan qəlbinə bəxş edilmiş 

ilahi zövq və feyzdir. 

Eşq və nəfs 

 bir-birinə tamamilə ziddir. Eşq insanı vücudi-

küllə, nəfs isə kəsrətə, hissi aləmə çəkən qüvvədir. Eşq doğru, 

nəfs isə  əyri yolun müşayiətçisidir. Eşq qulu kamala və  həqi-

qətə, nəfs isə  cəhalətə  və  şeytani hisslərə qovuşdurur.  Əslində 

sevgi insanın fitrətindədir. Əgər həmin sevgi Haqqa doğru yö-

nəlirsə,  

bəqa

 yolunun ruhi qüvvəsinə, nəfsin toruna düşürsə, 

fəna yolunun müşaiyətçisinə çevrilir. Yəni eşq insanı  bəqaya, 

nəfs isə fani olana yönəldir. Başqa sözlə, məhəbbət və eşq nəfsə 

uyduqda Tanrı sevgisi dünya sevgisi ilə əvəzlənir. Maddi dünya 

ehtiras və  həvəsləri  əsl sevgi kimi dərk edilir və naqis 

ehtiraslar, dünyəvi düşüncə  və maraqlar bəndənin həyat 

idealına, yol yoldaşına çevrilir. 

Təsəvvüf ideoloqları eşqi 

iki yerə 

 ayırırlar: 1.

Məcazi eşq; 

2.

Həqiqi  

və ya

 ilahi eşq. 

 Bəzi şərhlərdə 

platonik (əflatuni)

 

və ruhani eşqdən də söhbət gedir. 

 

45

İrfani düşüncədə  məcazi eşq dedikdə, maddi dünyaya, 

onun cism və varlıqlarına olan eşq nəzərdə tutulur ki, buna 

dünyəvi eşq

 də deyirlər. Həqiqi eşq anlayışı isə Allaha, vücudi-

küllə olan sevgini özündə ehtiva edir ki, bunu 

ilahi eşq

  də 

adlandırırlar. 

Quran ayələrinə isnad edən təsəvvüf təfsirçilərinə görə, Al-

lah-taala «özünü aşkara çıxarmaq və tanıtmaq üçün» xəlq etdiyi 

insanı və insana xatir yaratdığı maddi varlığı sevərək və sevgi 

üçün xəlq etmişdir. Deməli, sevgi və eşq xilqətin mahiyyət və 

fitrətindədir. Hürufiliyin banisi F.Nəiminin bu inancı eynilə su-

fizmdə də vardır:    Eşq ki işində möhkəm oldu,  Eşqə qovuşan da adəm oldu.  Torpaq ilə su qarışdı möhkəm  Karxana bir az da möhkəm oldu (2, 65-67). 

 

Təsəvvüfdə 

eşq və məstlik 

bir-birindən ayrılmaz və biri di-

gərini tamamlayan anlayışlardır. Belə ki, eşq insana Allahla bə-

şər övladı arasındakı ilk əhd-peyman günü, yəni  

«ruzi-

ələst»

də, ilkin məclisdə  

(«bəzmi-əzəl»

də) təlqin edilmiş, eşq 

yükü bəndənin üzərinə qoyulmuş  və insan bu eşqin sevinc və 

feyzindən məst olmuşdur. Elə buna görə də insan ilkin yaradılış 

günündən eşq zövqünün məstidir. 

  Bəzmi-əzəldə içmişəm vəhdət meyinin cürəsin,  Şöl cürədən kim ta əbəd sərməsti-məxmur olmuşam. – 

 

dedikdə Nəsimi bunu nəzərdə tuturdu. 

M.Əvhədi isə həmin qayəni belə ifadə edirdi:  Eşqin camından oldu o bağü bahar məst,  Dövranü dəhrü aşiqü eşqü nigar məst.  Nahid məst oldu, qəmər də onun kimi, 

 

46

Gün məst çıxdı, oldu fələkdə nə var məst. 1  

 

Qəzəldə bütövlükdə bütün xilqətin, kainat «çəmənindəki» 

hər kəsin və hər şeyin ilahi eşqin badəsi ilə məst və xumar ol-

masından söhbət gedir. Nəsiminin «Məst» rədifli qəsidəsi də 

eyni ideyanın bədii və obrazlı ifadəsinə yönəlib. Füzulinin 

«Leyli və  Məcnun» poemasının qəhrəmanı  Məcnun həqiqi 

eşqin təsiri ilə elə sərməst olur ki, dünyanın nə olduğunu idrak 

etmir:  «Öylə  sərməstəm ki, idrak etməzəm dünya nədir». 

Təsəvvüfdə eşqin yönü məcazdan həqiqətə, hissi aləmdən ilahi 

varlığa doğru yönəlir. Mərifət  əhli məcazi eşqi də  qəbul edir. 

Onlara görə kəsrət aləminin, aləmi-cuzvün bütün zərrələrində, o 

cümlədən hər bir insanda ilahi varlığın vəchindən bir təcəlli 

nuru vardır.  İnsan başqa varlıqlarda, xüsusilə  də öz 

həmcinslərində həmin nuru görüb ona meyl edir, onu sevir. Bu 

maddi dünya sevgisi, hissi aləmdəki zərrələrə mehr, başqa 

sözlə, məcazi eşq olsa da, məqbuldur. Çünki, əvvələn, bütün 

məxluqat Tanrı tərəfindən və onun zatından yaradılıb.  İkincisi 

isə, məcazi eşq özü həqiqi eşq üçün başlanğıc, məhəbbət 

yolunun ibtidasıdır.  İnsanı küfrdən imana, naqislikdən 

kamilliyə, cəhldən arifliyə aparan yeganə  və  həqiqi yol da 

budur. Çünki Xuda eşqi həqiqət əhli, aşiqlər üçün əvəzsiz həqi-

qət yolu kimi müəyyənləşdirib. Həqiqi saliklər ancaq bu yola 

baş əyərlər:    Qəd ənarəl eşqü, lil üşşaqü münhacəl-hüda,  Saliki-rahi-həqiqət eşqə eylər iqtida.    ...Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir  Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda. 

 

                  

 

1   Orijinalı  farsca  olan  şeirin  bədii  tərcüməsi  üçün  bax: 

M

.

Əvhədi

Qəzəllər,  tərcümə  edəni  X.Yusifov, «Ədəbiyyat  və  incəsənət» qəz., 22 fevral, 1975. 


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


klinicheskie-priznaki---25.html

klinicheskie-priznaki---3.html

klinicheskie-priznaki---34.html

klinicheskie-priznaki---39.html

klinicheskie-priznaki---43.html