1 2 3 4 5 6 7 8 9 ... 34

Microsoft Word kitab+son doc

səhifə1/34
tarix07.12.2017
ölçüsü0.88 Mb.
növüDərs

 

 

 

 

Yaqub Babayev 

 

 

 

 

 

 

Təriqət ədəbiyyatı: 

sufizm, hürufizm. 

 

 

Ali məktəblərin filoloji fakültələri üçün dərs vəsaiti. 

 

 

 

 

 

 

Azərbaycan Respublikası 

Təhsil 

Nazirliyinin 15.05.2007-ci il tarixli 464 saylı 

əmri ilə dərs vəsaiti kimi təsdiq olunmuşdur. 

 

2

 

 

 

 

 

 

 

 

Bakı 

«Nurlan» 

2007 



 

3

 

 

 

Elmi redaktoru:

  

Tərlan Novruzov 

filologiya elmləri doktoru, professor 

 

Rəyçilər:

  

 

Rafael Hüseynov 

filologiya elmləri doktoru, professor,  

AR MM-nin deputatı 

 

   Mahmud Allahmanlı 

filologiya elmləri namizədi, dosent 

 

 

 

Yaqub Babayev. Təriqət  ədəbiyyatı: sufizm, hürufizm. Ali 

məktəblərin filoloji fakültələri üçün dərs vəsaiti. 

Bakı, «Nurlan», 2007. –  128 səh. 

 

 

Kitabda orta əsrlər islam şərqində geniş yayılmış sufizm və 

hürufizm təriqətlərinin təşəkkülü, tarixi, mahiyyəti və  bədii  ədə-

biyyata, xüsusilə  də Azərbaycan  ədəbiyyatına təsiri məsələləri 

yığcam və mümkün qədər sadə elmi dildə ifadə olunur. Bu 

yönümdə F.Nəimi,  İ.Nəsimi, M.Şəbüstəri və s. kimi XIII-XIV əsr 

Azərbaycan sənətkarlarının yaradıcılığına xüsusi diqqət yetirilir. 

 

 

 

2007


098

4702000000

− N

 

Грифли няшр 

 

                 

©

 

«Нурлан», 2007 

 

 

 

 

 

4

ÖN SÖZ 

 

Ali məktəblərin filoloji yönümlü fakültələrində 

Azərbaycan  ədəbiyyatı tarixi müstəqil bir fənn kimi tədris 

olunur. Həmin ədəbiyyatın çoxəsrlik bir dövrü təriqət ideyaları 

və görüşləri ilə bağlıdır. Bu ideyaların ilkin işartıları bizim 

ədəbiyyatımızda XII yüzillikdə Nizami, Xaqani və s. 

sənətkarların yaradıcılığı ilə başlayıb getdikcə güclənir və XIX 

əsrin sonuna qədər davam edərək az qala 800 illik bir dövrü 

əhatə edir. 

Azərbaycan ictimai-tarixi və  ədəbi-mədəni mühitində iki 

təriqət mövcud olmuşdur: sufizm və hürufizm. Bunlar müəyyən 

elmi konsepsiyaya söykənən dini-fəlsəfi baxışlar sistemi 

olmaqla bərabər bədii düşüncəyə, ədəbi fikrə və bütövlükdə söz 

sənətinə də ciddi şəkildə təsir göstərmişdir. 

Mübaliğəsiz deyə bilərik ki, sufizmin, hürufiliyin tarixini, 

mahiyyətini, əsas ideya və baxışlar sistemini, simvollarını və s. 

bilmədən Həsənoğlu, M.Əvhədi, M.Şəbüstəri, F.Nəimi,  İ.Nə-

simi,  Ə.Təbrizi, M.C.Həqiqi,  Ş.Q.Ənvar, Xəlili, M.Füzuli, 

Ə.S.Nəbati və s. kimi çoxsaylı  sənətkarlarımızın  əsərlərini 

mövzu, məzmun, ideya və obrazlar aləmi, terminologiya 

baxımından tam və dürüst şəkildə anlamaq mümkün deyil. 

Əgər nəzərə alsaq ki, Nizami, Xaqani, Bəsiri, Hamidi, Kişvəri, 

Həbibi,  Ş.İ.Xətai, Q.Təbrizi, S.Təbrizi, S.Ə.Şirvani və başqa 

sənətkarların yaradıcılığında da təriqət meyllərinin bu və ya 

digər dərəcədə  bədii  əksini görürük mənzərə bir qədər də 

aydınlaşar.  Ədəbiyyat tariximizin böyük şəxsiyyətlərini və 

ədəbi fiqurlarını  təşkil edən bu qələm sahiblərinin yaradıcılıq 

irsini düzgün şəkildə qavrayıb dərk etmək üçün təriqət 

ideyalarının nəzəri-fəlsəfi müddəalarını bilmək lazımdır. Çox 

təəssüf ki, ali məktəblərdə indiyə qədər bu sahədə heç bir təşəb-

büs göstərilməmişdir. Daha doğrusu, müəllimlərin, 

aspirantların, magistrlərin və s. istifadəsi üçün təriqət və onun 

bədii fikrə, ədəbi məfkurəyə təsiri ilə əlaqəli heç bir elmi-nəzəri 

 

5

ədəbiyyat, dərs və metodik vəsait, göstəriş, tövsiyə və kitab ya-

zılmamışdır. «Təriqət ədəbiyyatı: sufizm, hürufizm» adlanan bu 

kitab həmin sahədəki boşluğu doldurmaq mənasında ilk 

təşəbbüsdür. 

Oxucuların mətləbləri daha asan qavraması üçün kitab 

mümkün qədər sadə və aydın dildə yazılmışdır. XIII-XIV əsrlə-

rin böyük azərbaycan mütəfəkkiri, filosof-şair M.Şəbüstərinin 

yaradıcılığının, xüsusilə onun «Gülşəni-raz» adlı  bədii-fəlsəfi 

poemasının sırf təsəvvüf görüşləri ilə bağlı olduğunu, sufizm 

ideyalarını öyrənmək və anlamaqda əhəmiyyətini, bir sözlə, 

bilavasitə bizim mövzumuzla əlaqəli olduğunu nəzərə alıb 

Mahmud  Şəbüstəri və onun adı  çəkilən məsnəvisi ilə ilgili 

oçerki də kitaba daxil etməyi lazım bildik. 

Kitabdan müəllimlər, aspirantlar, magistrlər, tələbələr və 

təriqətlə maraqlanan başqa oxucular istifadə edə bilərlər. 

 

6

TƏRİQƏT ƏDƏBİYYATI 

 

İslam şərqində orta əsrlərə aid bədii söz sərvətinin mühüm 

bir qolunu təriqət  ədəbiyyatı  təşkil edir. Ümumiyyətlə, təriqət 

ədəbiyyatı bu dövrün bədii-fəlsəfi düşüncəsində, dini-ədəbi 

məfkurəsində o qədər önəmli yer tutur ki, bütün orta əsrlər mü-

səlman aləminin söz sənətini və  bədii sərvətini təriqət  ədəbiy-

yatı olmadan təsəvvür etmək mümkün deyil. Bu tipdə yazılan 

əsərlərin həm kəmiyyəti, həm də keyfiyyəti o dərəcədə diqqətə-

layiq və  əhəmiyyətlidir ki, bunsuz islam şərqindəki  ədəbiyyat 

bağı yoxsul və ən dadlı meyvələrini itirmiş bağa bənzəyərdi. 

Orta  əsrlər Azərbaycan  ədəbiyyatı da ümumislam ədəbiy-

yatı müstəvisində  qərarlaşdığından və çoxcəhətli tellər və  əla-

mətləri ilə ona bağlandığından, nəhayət, bu sistemin bir parçası 

olduğundan onun da ədəbi meydanını təriqət ədəbiyyatı olma-

dan təsəvvür etmək mümkün deyil. Əgər təriqət ədəbiyyatı nü-

munələrini orta əsrlər ədəbiyyatımızın bədii məhsulları içərisin-

dən çıxdaş etsək, yerində az şey qaldığını, ədəbiyyatımızın çox 

əsrlik bir dövrünün kasıb bir görkəmə düşdüyünü görərik. 

Azərbaycan ədəbiyyatında iki mühüm dini-fəlsəfi və bədii-

məfkurəvi təriqət təmayülü mövcud olmuşdur:  

1. Sufizm (tə-

səvvüf); 2.Hürufizm. 

 

1. Sufizm 

 

Mədrəsə təkkə qarşıdurması

. Təriqət əhlinin – sufilərin və 

irfan sahiblərinin yığışdığı, təlimat aldığı, ilahi hikməti və 

Allah sevgisini öyrənib anladığı  məkan  

təkkələrdir

. Bunlara 

z

aviyə

 və 

xanəgah

, təriqət əhlinin rəmzi ifadələri ilə 

meyxana

 

və ya 

meykədə

 də deyilir. Mədrəsə isə müsəlman şərqində dini 

və dünyəvi elmlərin tədris olunduğu, öyrənildiyi ali məktəb, 

tədris ocağı olmuşdur. Lakin əsrlər boyunca mədrəsə ilə təkkə 

arasında bir ziddiyyət və fikir ayrılığı hökm sürmüşdür. 

Əlbəttə, bu müəyyən səbəblərlə bağlıdır. 


:

kitablar
kitablar -> F. Q. Vahidov, T. B. Ağayev
kitablar -> Əli Kərim üslubu, yaxud
kitablar -> Bismillahir-rəhmanir-rəhim
kitablar -> Гуранда шаирляр щаггында айя
kitablar -> Ziqmund Freyd haqqında maraqlı faktlar
kitablar -> ÇƏRƏKƏ TƏRTİb edəN: Haci faiq nəBİyev
kitablar -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
kitablar -> Microsoft Word Tercumeshunasliq lugeti fin doc


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


klinicheskie-priznaki---9.html

klinicheskie-priznaki-.html

klinicheskie-priznaki-6.html

klinicheskie-priznaki-i-4.html

klinicheskie-problemi--.html