1 ... 38 39 40 41 42 43 44 45 ... 61

Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc - səhifə 42

səhifə42/61
tarix11.07.2018
ölçüsü5.01 Kb.

 
102
İqtisadi rayon üzrə kütləvi kitabxanaların sayı 1995-ci ildə 714, 1998-ci ildə 
672, 2001-ci ildə 665 olmuşdur. Həmin kitabxanalarda olan kitab fondu 1995-
ci ildə 4822,5 min, 1998-ci ildə 472,52 min, 2001-ci ildə 4674,5 min nüsxə 
olmuşdur. (7.S.69) (Bax: Cəd. 2)  
Cədvəldə göstərildiyi kimi, Gəncə-Qazax iqtisadi rayonunda kütləvi 
kitabxanalar 1995-ci ildən başlayaraq həm oxucuların sayına, həm kitab  
fondunun həcminə görə nəzəri cəlb edir (7.S.69). 
Belə ki, 1990-cı illərdən sonra həm kütləvi kitabxanaların , həm də onların 
oxucularının sayı azalmağa başlamışdır. Bunu nə ilə izah etmək olar? 
80-ci illərin sonu və 90-cı illərin  əvvəlində Azərbaycan  Respublikasının 
bədxah qonşularımızın işğalına məruz qalması, ölkədə baş verən ictimai-siyasi 
hadisələrin mənfi təsiri, kitabxanaların və oxucuların sayının nəzərə çarpacaq 
dərəcədə azalmasına səbəb olmuşdur. Kitabxanaların maddi-texniki bazasının  
zəifləməsi, bəzi kitabxanaların tamamilə bağlanmasına, bəzilərinin isə oxucu 
tələbatını ödəyə bilməməsi üzündən bağlanmaq təhlükəsi ilə üz-üzə qalmasında 
da özünü göstərmişdir.  
Gəncə-Qazax iqtisadi rayonunda 2004-2005-ci illərdə  Mərkəzləşdirilmiş 
Kitabxana Sistemləri, ayrı-ayrı rayonlar üzrə, kitabxanaların ümumi 
göstəriciləri aşağıdakı şəkildə olmuşdur (1) (Bax: Cəd. 1). 
Belə ki, Qazax rayon MKS  1980-ci ildə yaradılmış, fondu  541,100 
nüsxədir. Qazax rayonunun əhalisi 81015 nəfər olmaqla oxucuların sayı 39,700 
nəfərdir. Filialların sayı 52, kitabxanada işləyənlərin sayı 128 nəfərdir. İşçilərin 
ancaq 22 nəfəri ali ixtisas təhsilli, 15 nəfəri ali qeyri-ixtisas təhsillidir. Orta 
təhsilli işçilərin sayı 58 nəfər, orta qeyri-ixtisas təhsillilərin sayı 18 nəfər, orta 
təhsillilərin sayı 18 nəfər, texniki işçilər 15 nəfərdir. 
Ağstafa MKS, 1990-ci ildə yaradılmış, kitabxana fondu  391007, əhalisi 
73944, oxucuların sayı 35998 nəfərdir. MKS-in 49 filialı var, kitabxanada 117 
nəfər çalışır ki,onların içərisində ali ixtisas təhsillilər 21 nəfər,  orta ixtisas 
təhsillilər 44 nəfərdir. Ali qeyri-ixtisas təhsillilər 3 nəfər, orta təhsillilər 40 
nəfər,  texniki işçilər 9 nəfərdir. 
Tovuz rayon MKS,  1925-ci ildə yaradılmış, əhalisi 142854 nəfər, kitabxana 
fondu 652802 nüsxə,  oxucuların sayı 50159  nəfərdir. Kitabxananın 77 filialı, 
201 nəfər işçisi var ki,onlardan 14 nəfəri ali ixtisas təhsillilər, 1 nəfər orta 
ixtisas təhsilli, 56 nəfər orta qeyri-ixtisas təhsilli, 46 nəfər orta təhsilli, 82 nəfər 
texniki işçilərdir. 
Gədəbəy rayon MKS  1932-ci ildə yaradılmışdır,  əhalisi 86193 nəfər, 
kitabxana fondu 509.300 nüsxə,  oxucuların sayı 29800  nəfərdir. MKS – nin 
109 filialı var, kitabxanalarda işləyənlərin sayı 221 nəfər olmaqla, onlardan 2 
nəfəri ali ixtisas təhsilli, 6 nəfəri ali qeyri-ixtisas təhsilli, 25 nəfəri  orta-ixtisas 
təhsilli, 80 nəfəri orta təhsilli işçilərdir. Kitabxanada 108 nəfər texniki işçi 
işləyir. 

 
103
Şəmkir rayon MKS 1932-ci ildə yaradılmışdır. Əhalisinin sayı 173401 nəfər, 
kitabxana fondu  55784 nüsxə, oxucuların sayı 71050 nəfər,  filialların sayı 95-
dir. Kitabxanalarda işləyənlərin sayı 171 nəfər olmaqla, ali ixtisas təhsillilər 12 
nəfər,  orta ixtisas təhsillilər 46 nəfər,  orta təhsillilər 71 nəfər,  texniki işçilər 
44  nəfərdir. 
Daşkəsən rayon MKS, 1982-ci ildə yaradılmış, əhalisi 30418 nəfər, kitabxana 
fondu 450000 nüsxədir, oxucuların sayı 1300  nəfər, filialların sayı 59, 
kitabxanalarda işləyənlərin sayı 142 nəfər olmaqla, onlardan 2 nəfəri ali ixtisas 
təhsilli, 1 nəfər  orta ixtisas təhsilli, 80 nəfəri isə    orta    təhsillilərdir. 
Kitabxanalarda 59 nəfər texniki işçi işləyir. 
Göygöl rayon MKS,  1962-ci ildə yaradılıb,  əhalisi 53266 nəfərdir. 
Kitabxana fondu 321815 nüsxədir.  Oxucuların sayı 24900  nəfər, filialların 
sayı 48,  kitabxanalarda işləyənlərin sayı 122 nəfərdir ki, onlardan 4 nəfəri ali 
ixtisas təhsilli, 4 nəfər ali qeyri- ixtisas təhsilli, 24 nəfəri orta qeyri - ixtisas 
təhsilli, 34 nəfəri  orta  təhsilli, 54 nəfəri isə  texniki işçilərdir. 
Samux rayon MKS,  1992-ci ildə yaradılmış,  əhalisinin sayı 49697 nəfər, 
kitabxana fondu 242439 nüsxə, oxucuların sayı 17379  nəfərdir, kitabxananın 
32 filialı, 98 nəfər işçisi var ki, onlardan 1 nəfər ali ixtisas təhsilli, 5 nəfər ali 
qeyri - ixtisas təhsilli, 3 nəfər orta qeyri - ixtisas təhsilli, 48 nəfər  orta  təhsilli, 
41 nəfər isə  texniki işçilərdir. 
Goranboy rayon MKS,  1978-ci ildə yaradılmışdır. Rayonun 86645 nəfər 
əhalisi var, kitabxananın fondu 557215 nüsxə, oxucuların sayı 29850  nəfərdir. 
Kitabxananın 96 filialı var.Kitabxanalarda 225 nəfər işləyir  ki, onlardan 9 
nəfər ali ixtisas təhsilli,  4 nəfər ali qeyri - ixtisas təhsilli, 21 nəfər orta ixtisas 
təhsilli, 5 nəfər  orta qeyri –ixtisas  təhsilli, 86  nəfər orta təhsilli, 100 nəfər isə  
texniki işçilərdir. 
Gəncə  şəhər MKS,  1976-cı ildə yaradılmışdır.  Əhalisi 299342 nəfər, 
kitabxana fondu 500000 nüsxə, oxucuların sayı 60437  nəfərdir. Kitabxananın 
27 filialı, 139 nəfər işçisi var. Ali ixtisas təhsillilərin sayı 11 nəfər, ali qeyri - 
ixtisas təhsillilərin sayı 35 nəfərdir. Kitabxanada 14 nəfər orta ixtisas təhsilli, 
25 nəfər    orta    təhsilli işçi çalışır. Kitabxananın 39  nəfər texniki işçisi var. 
İnternetdən istifadə edən oxucuların sayı10 nəfərdir. 
Gəncə-Qazax iqtisadi rayonundan danışanda, bu zonadakı MKS-lərin ümumi 
kitabxana fondunu, oxucularının sayını, kadrların işlə necə  təmin olunmasını, 
əhalisinin sayını və s. nəzərə almaq lazımdır. Belə ki, ümumiyyətlə, bu iqtisadi 
zonada  əhalinin sayı ilə yanaşı, oradakı oxucuların da ümumi sayını  nəzərə 
almaq lazımdır. 
Gəncə-Qazax iqtisadi rayonunda kitabxananın  ümumi informasiya resursları 
4723518 nüsxədir. Oxucuların ümumi sayı cəmi 372273 nəfər, filialların sayı 
644, kitabxanalarda işləyənlərin sayı 1564 nəfər, ali ixtisas təhsillilərin sayı 98 
nəfər, ali qeyri-ixtisas təhsillilərin sayı 72 nəfər, orta ixtisas təhsillilər 210 

:

down -> jurnal
down -> Judul tesis untuk s2 teknik elektro (S2 te) ft ugm
down -> Materiał nauczania z języka polskiego Rok szkolny 2016/2017 klasa I starożytnośĆ
down -> Ilona Gołębiewska Szkoła Główna Gospodarstwa Wiejskiego w Warszawie Katedra Edukacji I Kultury Charakterystyka okresu przedszkolnego
down -> Hellada – tak Grecy (Hellenowie) nazywali w starożytności swoją ojczyznę, ta górzysta kraina nie stanowiła wtedy jednolitego państwa, lecz była podzielona na niewielkie państwa – miasta (polis) Hellada
jurnal -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Kİtabxanaçiliq-informasiya faküLTƏSİ KİtabxanaşÜnasliq
jurnal -> Китабханашцнаслыг


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


klinicheskoe-primenenie-6.html

klinicheskoe-proyavlenie-.html

klinicheskoe-techenie---6.html

klinicheskoe-techenie--.html

klinicheskoe-techenie-i.html