1 ... 44 45 46 47 48 49 50 51 ... 61

Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc - səhifə 48

səhifə48/61
tarix11.07.2018
ölçüsü5.01 Kb.

 
116
bir  dirçəliş hiss olunur. Buna səbəb kitabxana işinə dair bir çox qərar, qanun, 
təlimatların qəbulu və kitabxana işçilərinin  əmək haqqlarının artırılması idi. 
Ümumiyyətlə, hər bir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkili və 
fəaliyyəti aşağıdakı dövlət sənədlər ilə tənzimlənir: 
1. Dövlət kütləvi kitabxanalarının mərkəzləşdirilməsi haqqında Əsasnamə; 
2. Mədəniyyət orqanlarının  əmr və sərəncamları; 
3. Metodiki mərkəzlərin tövsiyələri; 
4. MK, MUK və kitabxana-filiallar haqqında  Əsasnamə;  
5. MKS işçilərinin vəzifə təlimatları; 
6. Kitabxanadan istifadə qaydaları; 
7. Daxili əmək intizamı qaydaları; 
8. Əsas texnoloji  proseslərin təşkili üzrə təlimatlar. 
Məhz bu dövrdə  Mərkəzləşdirilmiş Kitabxana Sistemində biblioqrafik 
informasiya  xidməti daha geniş miqyasda həyata keçirilirdi. Hər bir mərkəzi 
kitabxana vahid fonda daxil olan yeni ədəbiyyatın bülletenlərini nəşr edir, öz 
ərazisində yerləşən idarə  və müəssisələrə, filial-kitabxanalara göndərirdi. Bu 
illərdə  Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin S.Vurğun adına 
mərkəzi kitabxanası  hər ay vahid fonda daxil olan ədəbiyyatın məlumat 
bülletenlərini nəşr etdirib müvafiq idarə, müəssisə  məktəb və filial 
kitabxanalara göndərirdi. Bu proses 1988-ci ilə qədər  davam etmişdir (9). 
MKS-lərdə biblioqrafik fəaliyyətin inkişafı  müstəqillik illərində  daha 
intensiv  olmuşdur. Belə ki, bu dövrdə MKS-də yeni informasiya 
 
texnologiyalarının  tətbiqi onların bazasında elektron-informasiya 
 
mərkəzlərinin yaradılması  işinə başlanmışdır.  
1998-ci ildə  Milli Məclis ölkəmizin tarixində ilk dəfə olaraq «Kitabxana işi 
haqqında» Azərbaycan Respublikasının Qanununu qəbul etdi (5). Bu qanun 
ölkəmizdə kitabxana işi sahəsində  dövlət siyasətinin  əsasıdır. Professor 
A.Xələfovun yazdığı kimi, «Bu qanun Azərbaycanda  kitabxana işinə dövlət 
münasibətinin, dövlət  qayğısının və dövlət siyasətinin  əsası, onun məhək 
daşıdır kitabxana işinin qorunub saxlanılması və inkişafının hüquqi bazasıdır» 
(3).  
Bu qanundan sonra MKS-lər də  öz    inkişafının yeni mərhələsinə    qədəm 
qoymuşdur. 
Müasir dövrdə MKS-lərin  əsas vəzifələrindən  biri onlarda  informasiya 
texnologiyalarının inkişafı tutur. Çünki, müasir informasiya  texnologiyasının 
biblioqrafik proseslərə 
tətbiqi  olmadan cəmiyyətin 
informasiyalaşdırılmasından danışmaq qeyri-mümkündür.  MKS-lər  
cəmiyyətin informasiya təminatında iştirak etməklə  dövlətimizin bütün 
sahələrdə  apardığı siyasətin müvəffəqiyyətlə  yerinə yetirilməsində  əsas 
müəssisələrdən biridir. 

 
117
Məlumdur ki, biblioqrafiya insanlar  arasındakı  informasiya münasibətlərini 
tənzimləyən 
əlaqə vasitəsidir. Bu mənada cəmiyyətimizin 
informasialaşdırılmasında kitabxanalarda aparılan bibiloqrafik xidmətin 
əhəmiyyəti  əvəzolunmazdır.  Çünki, informasiya tələbatçılarının biblioqrafik 
təminatı  məhz kitabxanada  aparılan biblioqrafik informasiya və soraq-
biblioqrafiya xidməti zamanı ödənilir. Hər bir MKS-də biblioqrafik 
informasiya xidməti elə  təşkil edilməlidir ki, tələbatçı ona lazım olan 
informasiyanı tam və dolğun  əldə edə bilsin. Bunun üçün isə  ənənəvi 
bibiloqrafik xidmət vasitələrindən  əlavə müasir texnologiyadan da istifadə 
etmək lazımdır. 
Ölkəmizdə  kənd təsərrüfatı  və  sənaye müəssisələrinin  çoxu elmi və elmi-
texniki kitabxanalar yerləşən mərkəzdən,  ərazi məlumat orqanlarından uzaq 
olduqları  bir vaxtda  adları  çəkilən müəssisələrin biblioqrafik təminatında 
MKS-lərin rolu  və əhəmiyyəti inkaredilməzdir. Aydındır ki, MKS-lər ancaq öz 
fondlarına  əsaslanaraq  yüksək ixtisaslı mütəxəssislərin biblioqrafik 
 
təminatını ödəmək iqtidarında deyillər. Ona görə də MKS-lər  mütəxəssislərin 
biblioqrafik informasiya tələbatlarının ödənilməsində yüksək səviyyəli 
kitabxanaların informasiya ehtiyatlarından,  ərazi məlumat orqanlarının 
xidmətlərindən geniş  şəkildə  istifadə edirlər. Beləliklə  də,  ərazi və sahəvi 
məlumat orqanlarının olmasına baxmayaraq xalq təsərrüfatı mütəxəssisləri 
MKS-in iştirakı olmadan kitabxana-biblioqrafiya xidməti ilə  əhatə oluna 
bilməz. Artıq bu gün MKS-lər ayrılıqda deyil, bir-biri ilə  əlaqədar, bir-birini 
tamamlayan vahid sistem kimi fəaliyyət göstərir. 
Kompüter texnologiyasının biblioqrafik proseslərə    tətbiqi,  İnternet 
əlaqələrinin genişlənməsi, elektron informasiya daşıyıcılarının ildən-ilə artması 
MKS-lərdə  də bu işlə    məşğul olacaq xüsusi şöbənin açılması  zərurətini 
yaradır. Bunun üçün isə birinci  növbədə maddi-texniki baza  və  həmin 
texnologiya ilə işləməyi bacaran mütəxəssislər olmalıdır.  Onu da qeyd etmək 
lazımdır ki, artıq bu gün bir çox rayon MKS-də Regional İnformasiya 
Mərkəzləri yaradılmışdır. Nümunə olaraq Xaçmaz rayon  MKS-də 2005-ci 
ildən fəaliyyət göstərən Regional Kitabxana. Məlumat Mərkəzini göstərmək 
olar. Bu şöbədə 5 ədəd kompüter, 1 printer və  İnternetə  çıxış var. Son 2 il 
ərzində Mərkəzdən 1170 nəfər istifadə  etmişdir. (8). 
Təəssüflə qeyd etmək lazımdır ki,  bunu bütün kitabxana sistemləri  haqqında 
demək olmaz.  
Bütün tip kitabxanalarda olduğu kimi MKS-lərdə  də soraq biblioqrafiya 
aparatı   (SBA) biblioqrafik fəaliyyətin əsas bazası hesab edilir. SBA-nın  əsas 
məqsədi kitabxana fondunu tam əks etdirməkdən ibarətdir. Onun ayrı-ayrı 
tərkib hissələri  qarşılıqlı  əlaqədə olmalı və bir-birini tamamlamalıdırlar. SBA-
nın  tərkib və məzmununa  kitabxananın  xidmət göstərdiyi rayonun profili və 
onun oxucu  kontingentinə  təsir göstərir. SBA-nın optimal təşkili, onun elmi 

:

down -> jurnal
down -> Judul tesis untuk s2 teknik elektro (S2 te) ft ugm
down -> Materiał nauczania z języka polskiego Rok szkolny 2016/2017 klasa I starożytnośĆ
down -> Ilona Gołębiewska Szkoła Główna Gospodarstwa Wiejskiego w Warszawie Katedra Edukacji I Kultury Charakterystyka okresu przedszkolnego
down -> Hellada – tak Grecy (Hellenowie) nazywali w starożytności swoją ojczyznę, ta górzysta kraina nie stanowiła wtedy jednolitego państwa, lecz była podzielona na niewielkie państwa – miasta (polis) Hellada
jurnal -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Kİtabxanaçiliq-informasiya faküLTƏSİ KİtabxanaşÜnasliq
jurnal -> Китабханашцнаслыг


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


klinicheskoe-znachenie-3.html

klinicheskoe-znachenie-8.html

klinicheskoj-formi.html

klinicheskoj-stomatologii.html

klinick-farmakologie-a.html