1 ... 48 49 50 51 52 53 54 55 ... 61

Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc - səhifə 52

səhifə52/61
tarix11.07.2018
ölçüsü5.01 Kb.

 
127
kitabının  əhatəlik dolğunluğunu və  dəqiqliyini öyrənməkdən və  tədqiq 
etməkdən ibarətdir.  İkinci istiqamət isə növbəti cildlərin xronoloji ardıcıllıq 
prinsiplərini bir daha nəzərdən keçirmək,  əsaslandırmaq və bununla həmin 
problemin həlli ilə məşğul olmaqdan ibarətdir. 
1959-cu ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi «Azərbaycan kitabı» 
göstəricisi haqqında əsasnamə təsdiq edir və bu əsasnaməyə görə Azərbaycan 
kitabının ümumi retrospektiv göstəricisi 3 cilddə nəzərdə tutulur. Birinci cildə 
1920-ci ilə qədər nəşr olunan kitablar daxil edilməli, ikinci cild 1920-1940-cı 
illəri, üçüncü cild isə 1940-1960-cı illəri əhatə etməli idi. Sonra isə hər beşillik 
üçün yerli çap məhsullarının qeydini əks etdirən  əlavə buraxılışların çap 
olunması nəzərdə tutulurdu. 1963-cü ildə Ə.Y.Əliyev tərəfindən tərtib olunmuş 
«Azərbaycan kitabı»nın birinci cildi çapdan çıxdı (1) və bu göstəriciyə 
müqəddiməni professor Ə.Mirəhmədov yazmışdır. Repertuar tipli milli 
retrospektiv göstəricilərin keyfiyyət meyarından biri onların dolğunluğudur.  
Biblioqrafik göstəricidən məlum olur ki, ilk Azərbaycan kitabı belə adlanır: 
Məzidi-izzət və müqəddəs cənablu mübaliğə ilə hökmdari padşahi-əzəmi-
imperatoriçə Yekaterina saniyə  həzrətlərinin cəmi Rusiyyə imperiyasında 
əyalətlərin nizam və  tərtibi üçün icad və imla olunmuş qanuni-cədiddir. 
Peterburq, 1780. 204 səh. 28x21sm.  
Bu biblioqrafik göstərici çapdan çıxandan sonra mətbuatda yüksək 
qiymətləndirilmişdir. 1780-1920-ci illərdə çap olunmuş 1329 adda kitab 
haqqında məlumat verən bu göstəricinin tərtibində iki meyar əsas 
götürülmüşdür:  
1. Azərbaycanlı müəlliflərin  əsərləri. Bu halda onların yaşadıqları yerdən, 
hansı dildə yazdıqlarından və harada nəşr olunmasından asılı olmayaraq bütün 
əsərləri göstəriciyə daxil edilmişdir. 2. Dil əlaməti, yəni müəlliflərin 
milliyətindən,  əsərlərinin nəşr yerindən asılı olmayaraq, Azərbaycan dilində 
olan bütün kitablar.  
Gərgin zəhmət və axtarış, xüsusi tədqiqat tələb edən bu göstəricinin tərtibi 
prosesində respublikanın və ölkənin 20-dən çox iri kitabxanasının fondu 
nəzərdən keçirilmişdir. Göstəriciyə  Əziz Mirəhmədov tərəfindən Azərbaycan 
kitabının tarixi icmalını  əks etdirən geniş müqəddimə verilmişdir. Bundan 
sonra vəsaitə daxil edilmiş materialların biblioqrafik təsvirləri xronoloji 
qaydada düzülmüş, nəşr ili məlum olmayan əsərlər isə ayrıca 
qruplaşdırılmışdır. Belə düzülüş Azərbaycan kitabının nəşr tarixini, onun 
keçdiyi inkişaf yolunu izləməyə imkan verir.  
Vəsaitin ən diqqətəlayiq cəhətlərindən biri ona zəngin yardımçı göstəricilərin 
tərtib olunmasıdır. Bu göstəricilər vasitəsilə inqilabdan əvvəl kitabların mövzu 
dairəsini, müəyyən müəllifin əsərlərinin nəşrini, bir əsərin müxtəlif nəşrlərini, 
mütərcim və  təbdil  edənləri, naşirləri, Azərbaycan kitabının dil və coğrafi 
sərhədlərini, onların hansı kitabxanalarda yerləşdiyini və digər məlumatları 

 
128
asanlıqla müəyyənləşdirmək olar. Bunlar vəsaitin axtarış imkanlarını 
genişləndirmiş, onun səmərəliliyini yüksəltmişdir.  
Belə qiymətli bir göstəricinin nəşrindən artıq 45 ildən çox müddət keçmiş və 
bu vəsait kitabxanalarda nadir nüsxəyə çevrilmişdir. Vəsaitin tərtibi zamanı 
«Milli kitab» məfhumunun dəqiq müəyyənləşdirilməməsi nəticəsində 
Azərbaycanda başqa dillərdə  çıxan kitabların buraya daxil edilməməsi, 
Azərbaycan müəlliflərinin xarici nəşrlərinin tam verilməməsi, təkrar nəşrlərin 
həmişə göstərilməməsi, orijinal və  tərcümə  nəşrlərinin bir yerdə verilməsi, 
biblioqrafik təsvirdə vahid qaydalara riayət olunmaması və s. çatışmazlıqlar  da 
onun elmi dəyərinə və informasiya potensialına mənfi təsir göstərməyə bilməz. 
Bundan başqa göstəricinin çap olunduğu vaxtdan sonrakı müddət  ərzində 
araşdırılmalar aparılmış, bir sıra məlum olmayan kitablar 
müəyyənləşdirilmişdir ki, bu da «Azərbaycan kitabı» göstəricisinin daha da 
zənginləşməsinə imkan verərdi. «Azərbaycan kitabı» biblioqrafik vəsaitinin ən 
üstün cəhətlərindən biri burada mükəmməl yardımçı göstəricilərin verilməsidir. 
Ümumiyyətlə, Azərbaycanda çap olunan biblioqrafik vəsaitlər içərisində  ən 
mükəmməl köməkçi göstəricilər bu kitabda tərtib olunmuşdur. 
«Azərbaycan kitabı»nın I cildində 10 adda köməkçi göstərici tərtib 
olunmuşdur:  
Bunların da hər birinin axtarış üçün xüsusi əhəmiyyəti vardır. Axtardığı əsəri 
daha tez tapmaq üçün oxucu onların vasitəsi ilə bu prosesi asanlaşdıra bilir. 
Yardımçı göstəricilərin vasitəsi ilə bütün kitabların nəşr olunduğu yeri, dili, 
saxlandığı kitabxana haqqında məlumatları əldə etmək olar. 
İkinci belə biblioqrafik göstərici 1982-ci ildə çapdan çıxmışdır (3). 
Biblioqrafik göstəricidə 1920-1940-cı illərdə çapdan çıxmış Azərbaycan 
kitabları daxil edilmişdir. Hələ  də bu biblioqrafik göstərici bir kitabdan 
ibarətdir. I kitabda ancaq humanitar elmlərə aid kitablar öz əksini tapmışdır.  
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan kitabının II cildinin I kitabı 1982-
ci ildə çapdan çıxmışdır. Bu biblioqrafik göstəricidə 1920-1940-cı illərdə 
Azərbaycanda və keçmiş SSRİ respublikasında Azərbaycan dilində  çıxmış 
humanitar profilli ədəbiyyat  əks olunmuşdur. Retrospektiv göstəricidə sosial-
siyasi mövzunu kitablar, ədəbi  əsərlər və  həmçinin tarix, pedaqogika, maarif, 
dilçilik,  ədəbiyyatşünaslıq, incəsənət idman, mətbuat, kitabxanaçılıq və bib-
lioqrafiya sahələrinə aid kitabların biblioqrafik təsviri verilmişdir.  
Göstəricinin oxucu dairəsini genişləndirmək məqsədilə  təsvirlərdə  əlavə 
olaraq kitabın müəllifinin və  sərlövhəsinin rus dilinə  də  tərcümə edilməsi 
vəsaitin müsbət keyfiyyətlərindəndir. 
1920-1940-cı illəri  əhatə edən «Azərbaycan kitabı»nın ümumi retrospektiv 
göstəricisi» 3 hissədən ibarətdir–müqəddimə, sənədlərin biblioqrafik göstəricisi 
və yardımçı göstəricilər. «Azərbaycan kitabı»nın II cildinin I kitabı dövlət 

:

down -> jurnal
down -> Judul tesis untuk s2 teknik elektro (S2 te) ft ugm
down -> Materiał nauczania z języka polskiego Rok szkolny 2016/2017 klasa I starożytnośĆ
down -> Ilona Gołębiewska Szkoła Główna Gospodarstwa Wiejskiego w Warszawie Katedra Edukacji I Kultury Charakterystyka okresu przedszkolnego
down -> Hellada – tak Grecy (Hellenowie) nazywali w starożytności swoją ojczyznę, ta górzysta kraina nie stanowiła wtedy jednolitego państwa, lecz była podzielona na niewielkie państwa – miasta (polis) Hellada
jurnal -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Kİtabxanaçiliq-informasiya faküLTƏSİ KİtabxanaşÜnasliq
jurnal -> Китабханашцнаслыг


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


klinik-belgilari-boyicha--2.html

klinik-epidemiologiya-.html

klinik-manzarasi---3.html

klinik-o-m-2.html

klinik-otishiga--.html