Microsoft Word KÜLTÜr evreni 17. sayı. doc

tarix25.06.2018
ölçüsü39.91 Kb.

KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 

140 

 

 

 

 

HAYDAR ALİYEV KONUSUNDA YAPILAN FİLMLERİN 

MÜZİK DÜZENLEMELERİ 

 

HEYDƏR ƏLİYEV HAQQINDA SƏNƏDLİ FİLMLƏRİN 

MUSİQİ TƏRTİBATINA DAİR 

 

MUSICAL ARRANGEMENTS MADE IN CONNECTION WITH 

THOSE FILMS CREATED FOR HAYDAR ALİYEV 

 

МУЗЫКАЛЬНОЕ СОПРОВОЖДЕНИЕ ФИЛЬМОВ НА ТЕМУ 

ХАЙДАРА АЛИЕВА 

 

 

Ulviyyə VƏLİYEVA

*

 

 

 

 

Özet 

Haydar Aliyev konusunda yapılan filmler, daima önemli görülür ve herkesin 

ilgi alanı içindedir. Konulu materyallerin aslında bu filmlerin musikisi büyük lider 

Haydar Aliyev’in karakterine has olan vatanseverlik, gurur, mertlik, övünç, daimi 

yardımseverlik, insancıllık vb. gibi özellikler aksettirir. 

Anahtar Kelimeler: 

Haydar Aliyev, film, musiki, karakter, vatanseverlik 

 

Xülasə 

Ümummilli lider Heydər  Əliyevə  həsr olunan sənədli filmlər öz emosional-

psixoloji xarakteri ilə daim diqqət mərkəzindədir.  İntasion-tematik materialın 

əsasında bu filmlərin musiqisi Ümummilli lider Heydər  Əliyevin xarakterinə xas 

olan qürur, mərdlik, patriotluq, həmçinin xeyirxahlıq, humanistlik və s. kimi 

xüsusiyyətləri əks etdirir.  

Anahtar kelimeler:

 Heydər Əliyev, film, musiqi, xarakter, patriotluq.  

  

                                                 

*

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Doktoranti. 

Bakü/AZERBAYCAN 

 


KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 

141 

 

Summary 

All documentaries dedicated to our National leader Haydar Aliyev are 

ditinguished üith its emotional-psyhcological influence draw attention with its 

music reflecting various character of the leader. Thematic musical materials reveal 

our Natioanl leader Haydar Aliyev’s characteristical traits as patrioticness, 

noblemess, wisdom as well as vindness, humanism and benovelence. 

Key Words:

 Haydar Aliyev, film, music, nature, patriotism  

 

 

Резюме 

Документальные  фильмы,  посвященные  Общенациональному  лидеру 

Гейдару  Алиеву,  отличаются  эмоционально-психологическими  вличнием,  а 

также  музыкой  которая  подчеркивает  все  его  черты  характера,  тем  самым 

првлекает внимание. Благодаря интонационно-тематической направленности 

в музыке раскрываются такие черты характера Гейдара Алиева как мужество, 

гордоть, патриотизм, а также гуманность, доброжелательность и другие. 

Ключевые Слова:

 Гейдар Алиев, фильм, музыка, характер, патриотизм.  

 

 

 

Azərbaycan xalqı dahi şəxsiyyətləri ilə tanınmışdır. Belə şəxsiyyətlər müxtəlif 

dövrlərdə Azərbaycanın tarixində, mədəniyyətində, dövlətçiliyində mühüm rol 

oynamışlar. Məhz belə dahi şəxsiyyətlərin böyük əməyi və  fəaliyyəti nəticəsində 

Azərbaycanın qədim tarixi və  mədəniyyəti  əbədi olaraq yaşamışdır. Belə dahi 

şəxsiyyələr sırasında Ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin adı xüsusi 

yer tutur.  

Heydər  Əliyevin  şəxsi taleyini Azərbaycan xalqının taleyindən kənarda 

təsəvvür etmək qeyri-mümkündür. Bu mənada “Mən bütün ömrümü xalqıma həsr 

edəcəyəm” – deyən H. Əliyevin xalqı, vətəni qarşısında xidmətləri  əvəzsizdir. 

Bütün mənalı ömrünü, həyatını xalqına bəxş edən, Azərbaycanın çiçəklənməsinə, 

dövlətçiliyinin möhkəmlənməsinə  və qorunmasına, Azərbaycançılıq ideyasının 

inkişafına sərf edən bu böyük sərkərdə, vətəndaş, dünya şöhrətli siyasi xadimin 

əməlləri daima sənət adamlarının diqqətini özünə cəlb etmişdir. 

Nəhəng tarixi sima və millətin lideri kimi şöhrət tapan dahi şəxsiyyətin həyat 

və fəaliyyəti bir çox sənət əsərlərinin əsas mövzusuna çevrilmişdir. Onun haqqında 

külli miqdarda dəbi  əsərlər yazılmış, filmlər çəkilmiş, ona abidələr ucaldılmış, 

musiqilər həsr edilmiş və s.  



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 

142 

Bütün bu sənət əsərləri sırasında Heydər Əliyevə həsr olunan sənədli televiziya 

filmləri geniş auditoriyanın böyük rəbətini qazanmışdır. Son zamanlar sənədli 

filmlər mədəniyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Onların vasitəsilə 

müasir dövrün müxtəlif və geniş hadisələri öz dolğun ifadəsini tapmışdır. Bu 

baxımdan sənədli televiziya filmini “zamanın daşıyıcısı” adlandırmaq olar. Məhz 

sənədli filmlərdə müasirlərin və tədqiqatçıların yazılı və şifahi halda təsdiqlənmiş 

real hadisə  və faktları kinolentdə öz əksini tapmışdır. Sənədli filmlər bir sıra 

özünəməxsus xüsusiyyətlərə malikdir. İlk öncə burada əsas məqsəd – obyektiv 

reallığı estetik kamil formada təcəsüm etdirməkdən ibarətdir. Həqiqət,  əsl sənətə 

sadiqlik, faktların ilkin şəkildə saxlanılması sənədli filmin vacib tərəfidir. Məhz bu 

xüsusiyyətlər Heydər Əliyev haqqında çəkilmiş sənədli filmlərin əsasını təşkil edir, 

ona görə də onları daha maraqlı və baxımlı edir.  

Azərbaycan müstəqillik  əldə etdikdən sonra, xüsusi olaaq sənədli filmlər 

tamaşaçı üçün tələb olunan və cəlbedici sahəyə çevrilmişdir. 

Müasir sənədli filmdə musiqinin rolu və yeri isə, xüsusilə önəmlidir. Belə ki, 

musiqi filmin tamında onun məğzini, məqsədini, əsas məzmununu açan ən prioritet 

bədii komponent kimi çıxış edir. 

 İnadla demək olar ki, sənədli filmdə musiqili obrazın esetik-kommunikativ 

xüsusiyyətləri olduqca vacib və  məsuliyyətli məsələdir. Məlumdur ki, hər bir 

filmdə musiqi insan xarakterlərinin göstərilməsində  dərin vasitəyə çevrilir. Onun 

vasitəsilə filmin ideya məzmunu daha dəqiq açılır, təsvirin həqiqiliyi artır. Eyni 

zamanda, film musiqinin yaranmasına təkan verəcək, onu təsvirlə 

möhkəmləndirərək daha dərindən mənimsənilməsinə kömək edir, kadrlarda 

səslənməni konkretləşdirir. Sənədli filmlərin bir çox kadrlarının uğurlu 

kompozisiya həlli ifadəli musiqi tərtibatı ilə müşaiyət olunur. Musiqi hadisələri 

xarakterizə edir, süjetin gizli axınını ifadə edir, emosiona fon yaradır.  

Heydər  Əlyevə  həsr olunan sənədli filmlərdə ümummilli liderin fəaliyyətinin 

müxtəlif aspektləri işıqlandırılır. Bu filmlərdə  əsas vəzifə kimi dövrün dahi 

şəxsiyyətinin çoxcəhətli obrazını yaratmaq, onun şəxsiyyətinə diqqəti artırmaq 

durur. Bunlarda, həmçinin, Ulu Öndərin daxili aləminin, gündəlik həyatının 

hərtərəfli işıqlandırılması da ön plana verilir.  

Heydər  Əliyevin həyat və  fəaliyyətinə  həsr olunan külli miqdarda filmlərin 

siyahısına nəzər salsaq bunların son dərəcədə müxtəlifliyi və özünəməxsusluğu 

aşkar olur. Məsələn, H. Əliyevin həyat fəaliyyəti Azərbaycan və ABŞ-ın birgə 

istehsal etdiyi beş hissəli “Ömür və tale” (rejissor N. Qurbanov, ssenari müəllifi A. 

Qriç, N. Bədəlv, 1998), “Əbədiyyət elçisi” (rejissor M. Əli Zahid, ssenari müəllifi 

S. Türksoy, M. Əli Zahid, 2005), “Əbədiyyət ünvanı. Heydər Əliyev və Naxçıvan” 

(rejissor S. Əhmədov, ssenari müəllifi N. Xudiyev, 2004), “Əliyevin  Əli” (Mir 

Şahin, 2000), “Böyük ömrün anları” (2006) və digər filmlərdə geniş  təsvir 

olunmuşdur. 

 Heydər  Əliyevin respublikaya rəhərlik etdiyi dövr ərzində ölkənin müxtəlif 

sahələrinə - mədəniyyəə, elmə, iqtisadiyyata və s. böyük diqqət verməsi sənət 

KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 

143 

adamlarının nəzərindən qaçmamışdır. Ulu öndərin müxtəlif elm və peşə sahələrinə 

olan qayğısından bəhs edən filmlərdən: “Heydər  Əliyev və Azərbaycan dili” 

(rejissor V. Ağayev, ssenari müəllifi N. Xudiyev, 1997), “Heydər  Əliyev və 

Azərbaycan rabitəsi” (2003); Dahi liderin gənclərə olan diqqətini  əks etdirən 

“Heydər  Əliyev. Dünyaya pəncərə” (rejissor E. Quliyev, ssenari müəllifi A. 

Dadaşov, 2006); Azərbaycan ordusunun yaranmasl və möhkəmlənməsində 

H.Əliyevin gördüyü işlərdən bəhs edən “Vətənin keşiyində” (2007); Heydər 

Əliyevin 70-80-cı illərdə Azərbaycanda inşa etdirdiyi binalar, sənaye obyektləri, 

abidələrin restavrasiyası məsələləri “Tikdim ki, izim qala” 3 hissəli sənədli filmdə 

işıqlanırılır. Burada həmçinin, Azərbaycanın qəsəbə  və  kəndlərində aparılan 

quruculuq işlərindən də bəhs edilir (rejissor N. Abbas, ssenari müəllifi N. Xudiyev, 

1997-1998). 

 Heydər Əliyv fenomeni, onun qeyri-adi zəkası, dövlətçilik ideyaları, quruculq 

əzmi bir çox siyasətçilər, dövlət xadimləri, elm və  mədəniyyət nümayəndələri 

tərəfindən yüksək dəyərləndirilmiş  və onlar Ulu Öndərin bütün bu keyfiyyətləti 

haqqında öz fikirlərini söyləmişlər. Belə film – xatirələrdən biri olan 3 hissəli 

“Xilaskar”da (rejissor V. Ağayev, ssenari müəllifi N. Xudiyev, 2003) müxtəlif 

ölkələrin ictimai-siyasi xadimləri Heydər  Əliyev haqqında öz düşüncələrini ifadə 

edirlər. Bundan əlavə, “Azərbaycan naminə” (rejissor Z. Əli, 2005), “Bahar oğlu” 

(rejissor N. Ağayev, müəllif B. Vəziroğlu, 2004), “Dünya şöhrətli məzun” (rejissor 

Ə. Cabbarov, ssenari müəllifi V. Tapdıqlı, 2003) kimi filmlərdə də ümummilli lider 

haqqında Azərbaycanın tanınmış elm, mədəniyyət və dövlət işçilərinin, onun tələbə 

yoldaşlarının ən xoş və səmimi xatirələri səslənir.  

Ölməz liderin həyat və  fəaliiyəti görkəmli konorejssor Vaqif Mustafayevin 

filmlərində daha geniş  və maraqlı  əksini tapmışdır. Heydər  Əliyevin zəngin və 

dolğun həyat tərzi, çoxşaxəli fəaliyyəti rejissoru silsilə filmlər çəkməyə sövq 

etmişdir. Belə ki, 12 filmin çəkilişi nəzərdə tutulmuş, bunlardan 1996-2012-ci illər 

ərzində 11-i çəkilib tamamlanmışdır. Bu filmlərin hər birində Heydər  Əliyev 

şəxsiyyəti, onun tükənməz dühası yüksək professionallıqla göstərilərək böyük 

tamaşaçı marağına səbəb olmuşdur. 

Bunlar:  

1.

  Heydər Əliyev. “General” I film – 1996  

2.

 

Heydər Əliyev. “Birinci” II film – 1999  

3.

 

Heydər Əliyev. “Moskva. Kreml” III film – 1999  

4.

 

Heydər Əliyev. “Lider” IV film – 1999  

5.

 

Heydər Əliyev. “Tale” V film – 2000  

6.

 

Heydər Əliyev. “Əsl məhəbbət haqqında” VI film – 2001  

7.

 

Heydər Əliyev. “Bir həsədin tarixi” VII film – 2002  

8.

 

Heydər Əliyev. “Professional” VIII film – 2004  

9.

 

Heydər Əliyev. “Patriot” IX film – 2004  



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 

144 

10.


 

Heydər Əliyev. “Xüsusi təyinat” X film – 2008  

11.

  Heydər Əliyev. “Dövlət” XI film – 2011  

Bundan  əlavə, V. Mustafayevin “Heydər  Əliyev” adlı 2 seriyalı  bədii filmi 

(2003) də rejissorun bu istiqamətdə apardığı dərin araşdırma və tapıntılarının bədii 

təcəssümüdür (filmin bəstəkarı Yevgeni Doqadır). 

Heydər  Əliyev təkcə Azərbaycanı xaos və  vətəndaş müharibəsindən və 

parçalanmadan xilas edən prezident, dövlət başçısı olmamışdır, o həm də dahi 

siyasətçi kimi dünya şöhrəti qazanmışdır. Təsadüfi deyil ki, onun bu sahədə  əldə 

etdiyi uğurları xarici ölkə rejissorlarının da diqqətini özünə cəlb etmişdir. Bununla 

bağlı dünya şöhrətli kinorejissor A. Konçalovski demişdir – “Mən hesab edirəm ki, 

Heydər  Əliyev dahi insan idi. Məhz onun hesabına Azərbaycan bütün dünyanın 

hesablaşdığı dövlətə çevrilmişdir.  

 Müxtəlif yaradıcılıq üslubu olan bəstəkarlar Heydər  Əliyev haqqında 

çəklən sənədli filmlərə musiqi bəstələmiş və aranjiman etmişlər. Məsələn, bəstəkar 

və aranjimançı xalq artisti, professor Səyavuş Kəriminin film sahəsində əldə etdiyi 

ən böyük nailiyyəti kimi V. Mustafayevin “Heydər  Əliyev” sənədli televiziya 

filmlərinə yazdığı musiqisidir. 

 Beləliklə, Heydər  Əliyev haqqında sənədli filmlərin tərtibində muiqinin 

prioritetliyinin tədqiqi və öyrənilməsi vahid tam təşkilində onun aparıcı rolunun 

müəyyənləşdirilməsi yolunda vacib və əhəmiyyətli problem kimi ortaya çıxır. Bu 

problemin həlli müasir sənədli filmlərin geniş auditoriya tərəfindən uğurla 

qarşılanması üçün geniş imkalar açır.  

 

ƏDƏBİYYAT 

1.

 

T. Əfəndiyev. “H. Əliyev və mənəvi əxlaqi dəyərlərimiz”. Təhsil nəşriyyat. 

2010 


2.

 

“Musiqi dünyası”. Məqaləər toplusu № 16 2010 

3.

  A. Əlizadə. “Estetik mədəni varislik” Bakı 2005 

 


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


klinika-atrezii-hoan--.html

klinika-cirroza-pecheni--.html

klinika-gashishnoj.html

klinika-hronicheskogo.html

klinika-i-diagnostika---3.html