1 ... 101 102 103 104 105 106 107 108 ... 128

Microsoft Word Kosmik geologiyan?n ?saslar? - səhifə 105

səhifə105/128
tarix11.10.2017
ölçüsü3.8 Kb.

294 
 
 
Şəkil  122.  Qletçerşəkilli sürüşmə (Zəngəzur silsiləsinin şərq yamacı, 
Qapıcıq dağı sahəsi). 

 


Belə təzahürləri aerokosmik təsvirlərdə yer səthinin açıq rəngli olması ilə 
müşahidə edilir. Bu halda temperaturun tez – tez dəyişməsi çatlılığın artmasına 
və süxur kütlələrinin strukturunun pozulmasına gətirib çıxarır. Məlumdur ki, 
yumşaq süxurların nəmləşməsi, relyefin nisbətən kəskin olması asekvent tipli 
sürüşmələr üçün əsas şərtlərdir. 
Beləliklə, istilik infraqırmızı  təsvirlərin nəticələrindən istifadə etməklə, 
konkret sahələrdə, mümkün sürüşmələri proqnozlaşdırmaq olar. 
Uzunmüddətli proqnozlaşdırma, nəinki gələcəkdə baş verəcək sürüşmənin 
tipini və yerini təyin etməyə imkan verir, hətta sürüşmənin uzunmüddətli orta 
təkrarlığını da öyrənə bilir. 
Qısamüddətli proqnoz, sürüşmə prosesi başlayana qədər yerini, ölçülərini 
və  fəallaşma vaxtını, müəyyən zaman intervalında (saat, sutka, həftə, ay, il) 
təyin etməyə qadirdir. 
Sürüşmə proseslərinin proqnozlaşdırılmasının göstərilən növlərinin 
elementləri müxtəlif miqyaslı işlərdə əks etdirilə bilər. 
Uzunmüddətli ortamiqyaslı sürüşmələrin proqnozlaşdırılması zamanı 
distansion planalmanın materiallarının istifadəsini, Dağlıq Dağıstanda sürüşmə 
hadisələrinin öyrənilməsi misalında göstərmək olar. Burada kompleks deşifrələ-
mənin nəticələrinə görə antiqafqaz (Adiyə, Samur – Arqun, Avar – Sulak) və 
subqafqaz istiqamətli lineamentlərə  (əhəngdaşlı  və  şistli Dağıstan  əyalətlərini 
ayıran sərhəd lineamentinə ) meyl edən, seysmik mənşəli çoxlu miqdarda 
sürüşmə qırılmaları qeydə alınmışdır. 
Dəqiq sürüşmə proqnozlaşdırılmasının məqsədi konkret yamacın sürüşmə 
təhlükəliyinin təyinidir. Distansion zondlama materialları daha çox proqnoz 
işlərinin ilkin mərhələsində istifadə edilir ki, bu da böyük sahələrdə mühəndisi 
– geoloji şəraitin xüsusiyyətləri haqqında informasiyanın vacibliyi ilə  əlaqə-

295 
 
dardır. Əgər orta  və dəqiq miqyaslı sürüşmənin proqnozlaşdırılması distansion 
zondlamanın köməyi ilə yaxşı  işlənilmiş  və  təcrübədə  tətbiq edilmişdirsə, 
sürüşmələrin qısamüddətli proqnozlaşdırılmasının perspektivliyindən və bu 
sahədə kosmik informasi-yanın tətbiqi imkanlarından danışmaq olar. 
Mühəndisi – geoloji şəraiti proqnozlaşdırarkən müxtəlif miqyaslı kosmik 
şəkillərin analizi zamanı  təyin edilmiş struktur  tektonik amillərin rolu böyük 
əhəmiyyətə malikdir. Bu işlərin nəticəsində  məlum pozulmaların (lineament-
lərin) və ya qırışıqların gizli davamı  aşkar edilir, fəallaşmış  qırılmalar təyin 
edilir, yerüstü tədqiqatlarla çətin aşkar edilən eninə və ya diaqonal pozulmalar 
(lineamentlər) deşifərələnir, yer qabığının qədim və müasir sıxılma və dartılma 
sahələri qeydə alınır, endogen və ekzogen proseslərin  əlaqəsi tam aydınlaş-
dırılır, seysmik amillərin sürüşmələr və uçqunların inkişafına təsiri dəqiqləş-
dirilir, kontinental yamacların sualtı hissəsinin relyefi və dərinliyi təyin edilir. 
Alınmış  nəticələr dərinlik geofizikası  və seysmik tədqiqatların məlumatlarını 
şərh etmək üçün əsas olur ki, bu da mühəndisi – geoloji xəritələməyə  və 
rayonlaşdırmaya yeni keyfiyyət verir. Bu işlərə misal – Şimali Qafqazda Ardon 
çayı  dərəsinin yamaclarında mühəndisi – geoloji şəraitin inkişafına struktur  
tektonik amilin təsirinin öyrənilməsini göstərmək olar. Burada müxtəlif 
miqyaslı distansion zondlamanın materiallarının kompleks deşifrələnməsi orto-
qonal və diaqonal sistem lineamentlərin olmasını  aşkar etdi. Suben istiqaməti 
üstünlük təşkil edən lineamentlər arasında disharmonik münasibət çox aydın 
görünür. Onlar burada kəsişmə  və ya şaxələnmə düyünləri  əmələ  gətirir. 
Pozulmaların və lineamentlərin kəsişməsindən  əmələ  gəlmiş sahələrdə, Ardon 
çayı  dərəsinin yamaclarında, ekzogen geoloji proseslərin müxtəlif formaları 
inkişaf etmişdir (Dallaqkau sürüşmə massivi, Tibb qəsəbəsi rayonunda uçurum  
töküntü yığımı, Kasaykomdan sel təhlükəsi olan iri hövzənin sərhədləri). 
Təyin edilmiş münasibət, yer qabığının dərinlik pozulmaları  və linea-
mentlər formasında əks olunan müasir geoloji fəallığın olmasını sübut etməklə 
uçqunların və sürüşmələrin Arkanzasın  şimal-qərb hissəsində  və Göyçəyanı 
rayonu sahəsinin kosmik şəkillərində dəşifrələnmiş lineament zonalarına meyl 
etməsi haqqında olan məlumatları təsdiq edir. 
Yer qabığının lineament şəklinin mühəndisi – geoloji interpretasiyasının 
məqsədəuyğunluğu və effektivliyini artırmaq məqsədilə, yeni geoloji istiqamət 
çərçivəsində mühəndisi geodinamika və lineament tektonikası elmlərinin təma-
sında, mühəndisi – geoloji şəraitin formalaşmasında, lineamentlərin struktur 
tektonik rolunu araşdırmaq məqsədilə yeni mühəndisi – lineamentologiya elmi 
təklif olunmuşdur. Bu da yer qabığının evolyusiyasında lineamentlərin və 
lineament sistemlərinin rolunun və  əhəmiyyətliliyinin analizinin əsasında 
geoloji proseslərin inkişafının sahəvi qanunauyğunluğunu öy-rənmək üçün 
tətbiq olunur. 

Ətraf mühitin qorunmasında kosmik informasiyanın rolu -

  

Kosmik 
informasiya  ətraf mühitin qorunması (ekologiya) üçün böyük əhəmiyyət kəsb 

296 
 
edir. Bu informasiya, xüsusən, mühəndisi – mühafizə, yuyulma və duzlaşma 
sahələrini öyrənərkən mənimsənilən  ərazilərin təsərrüfat üçün səmərəli 
istifadəsi ilə bağlı  işlərdə, axımı tutulmuş göllərin, bataqlıqlaşmış sahələrin, 
uçqun və sel təhlükəsi olan rayonların tədqiqatı zamanı  təbii mühitin dəyiş-
məsini sənədləşdirərkən və analiz edərkən (məsələn, iri obyektlər olan Baykal – 
Amur magistralı, Baş Qaraqum kanalının tikintisilə  əlaqədar və yaxud çay 
axımları yerini dəyişərkən, iri su anbarlarını yaradarkən, “Smoq” buludları 
yerini dəyişərkən, ərazi səhralara keçərkən və s. ilə əlaqədar) istifadə olunur. 
Meteohidrogeoloji şərait ekstremal olan rayonların sistematik müşahidəsi, 
mühəndisi – geoloji tədqiqatlarda kosmik informasiyanın tətbiqinin üçüncü 
sferasını təşkil edir. Qar yığımları və qarərimə və ya buzlaq sahələrinin qısal-
ması rayonlarında kosmik planalmanın məlumatlarının  əsasında hidrometeo-
roloji amili operativ nəzərə almaq, yəni ekzogen  geoloji proseslərin inkişafına 
və  vəziyyətinə mühəndisi – geoloji nəzarət etmək imkanı verir. Çünki 
sonuncular haqqında məlumat eyni zamanda böyük ərazilər üçün alına bilər və 
onlar da öz növbəsində, hidrometeroloji məlumatlarla müqayisə edilə bilər. 
Geoloji mühitin qorunması  və meteohidrogeoloji şəraitin izlənil-məsi 
işində aktual və  əsas məsələlərdən biri aerokosmik monitorinqin (AKMQS) 
təşkilidir. Aerokosmik monitorinq dedikdə, geo-loji mühitin vəziyyətinin və 
onun təbii və texniki amillərin təsiri altında məkan və zaman ərzində dəyişmə-
sini  əks etdirən, reqlament üzrə dövrü distansion müşahidə sistemi kimi başa 
düşmək lazımdır. Aerokosmik monitorinqin məqsədi geoloji mühitin vəziyyə-
tini operativ izləmək və nəzarət, lokal regional proqnoz üçün distansion infor-
masiyanın istifadəsi, onların təbii və antropogen amillərin təsiri altında dəyiş-
məsini öyrənməkdir. AKMQS-n obyekti, distansion zondlamanın materialla-
rında birbaşa və ya dolayı  əks olunan geoloji mühitin dəyişən hissələridir: 
süxurların fiziki mexaniki və davamlılıq xassəsi; qrunt sularının yatım dərinliyi 
və minerallaşması; müasir geoloji proseslərin həm təbii sürüşmələr, uçurumlar, 
sellər, karstlar, seysmiklik, vulkanizm və s.), həm də texnogen (su anbarlarının 
sahil hissəsinin yuyulması, bataqlıqlaşma, çökmə  və s.) inkişafının qanuna-
uyğunluğu AKMQS, istehsal qüvvələrinin və xalq təsərrüfatı istehsal sahələ-
rinin səmərəli yerləşdirilməsi sxeminin tərtibində, dövlət planının ekoloji 
hissəsinin perspektiv işlənməsi zamanı və s. sahələrdə istifadə edilməlidir. 
Məsələn, kosmik şəkillərin deşifrələnməsi sellərin  əmələ  gəlməsinin 
geoloji ,geomorfoloji şəraitini düzgün qiymətləndirməyə kömək edir. O, eyni 
zamanda, sel hadisəsinin kiçik və ortamiqyaslı  xəritələnməsi zamanı effektiv 
olur. Burada işin əsas məqsədi selin inkişaf şəraitinin analizidir.  
Kiçikmiqyaslı kosmik şəkillərin deşifrələnməsi aşağıdakılara imkan 
yaradır:  
a) geomorfoloji rayonların və ya relyef tiplərinin sərhədlərinin dəqiqləş-
dirilməsi;  
b) tektonik çatlar, qırılmalar və ya lineamentlərin sıxlaşma sahələrinin 

:

Kitab -> 2016
2016 -> SokratöNCƏSİ yunan fəLSƏFƏSİ
2016 -> Uot 328 (479. 24) Квт 66. 61(2)
2016 -> Fuad Məmmədov
2016 -> Microsoft Word metodik vesait
2016 -> []
2016 -> Ağirliq qaldiranlarin həRTƏRƏFLİ
2016 -> Entomofaqlari


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


klinika-miomi-matki---v-.html

klinika-ostrogo.html

klinika-prehodyashih.html

klinika-rodov-pri.html

klinika-stenokardii--.html