1 ... 113 114 115 116 117 118 119 120 ... 128

Microsoft Word Kosmik geologiyan?n ?saslar? - səhifə 117

səhifə117/128
tarix11.10.2017
ölçüsü3.8 Kb.

:

Kitab -> 2016
2016 -> SokratöNCƏSİ yunan fəLSƏFƏSİ
2016 -> Uot 328 (479. 24) Квт 66. 61(2)
2016 -> Fuad Məmmədov
2016 -> Microsoft Word metodik vesait
2016 -> []
2016 -> Ağirliq qaldiranlarin həRTƏRƏFLİ
2016 -> Entomofaqlari

322 
 
zaman aerokosmik şəkillərin keyfiyyəti və miqyası verilən təbii  şəraitdə  və 
aparılacaq işlərin mükəmməlliyinə görə deşifrələnmənin tələblərinə cavab 
verməlidir. 
Çöl axtarış işləri aparılarkən bütün faktiki qazılmış dağ-mədən qazmaları, 
şlix və nümunə götürülən nöqtələr və ayrı-ayrı  tədqiqat nöqtələri maksimal 
dəqiqliklə aerokosmik şəkillərə keçirilməlidir. Bütün vacib geoloji obyektlərin 
keçirildiyi aerofotoşəkillər axtarış  işləri aparılan rayonların dəqiq geoloji 
xəritələrini tərtib etmək üçün ideal əsasdır.  
 

14.1.2.Faydalı qazıntı yataqlarının axtarışında aerokosmik  şəkillərin 


miqyasının seçilməsi 


 


 

Faydalı qazıntı yataqlarının axtarışında iri miqyaslı aerokosmik 
şəkillərdən istifadə kifayət qədər əhəmiyyətli informasiya almağa imkan verir. 
Filiz sahələrinin strukturunun detallarının təfsilatı ilə araşdırılması iri miqyaslı 
aerokosmik  şəkillərin deşifrələnməsi ilə mümkündür. İri miqyaslı aerokosmik 
şəkillərdən istifadə xüsusilə xırda – kiçik faydalı qazıntı yataqlarının axtarışında 
çox  əhəmiyyətlidir.  İri miqyaslı aerokosmik şəkillər intruziv massivlərin 
quruluşunun kiçik deta llarını, o cümlədən ondan ayrılan apofizləri, onları kəsən 
xırda qırılma-pozulmaları  və s. haqqında, başqa sözlə, filizləşməni öyrənən 
geoloqlar üçün vacib olan informasiyanı almağa imkan verir. Orta miqyaslı 
aerokosmik şəkillərdə bu informasiyanı almaq çətindir. 
Bununla belə  təcrübə göstərir ki, yalnız iri miqyaslı aerokosmik şəkillər 
iri miqyaslı geoloji tədqiqatlar zamanı yaranan suallar kompleksini tam həll 
etməyə imkan vermir. İri miqyaslı aerokosmik şəkillərin tutduğu  ərazi kiçik 
olduğundan, xüsusilə örtülü, meşəli sahələrin ümumi geoloji qanunauyğun-
luqlarını araşdırmaq mümkün olmur. Eyni vəziyyət iri plikativ strukturları  və 
qırılma-pozulmalarını  xəritəyə alanda hətta açıq rayonlarda müşahidə olunur. 
Qırılma xətləri iri miqyaslı  şəkillərdə aydınlığı itirir, burada onlar qeyri-
müəyyən, dumanlı, dağınıq olduğu halda, orta miqyaslı  şəkillərdə aydın 
izlənirlər. Ona görə də geoloji axtarış və kəşfiyyat işlərində mütləq iri miqyaslı 
şəkillərdən başqa orta və xırda miqyaslı şəkilləri də deşifrə etmək məsləhətdir.  
 

14.1.3.Endogen tip yataqların axtarışında aerokosmik üsulların tətbiqi 


 
Endogen mənşəli yataqlar genetik tipləri, morfologiyası, filiz cisimlərinin 
yatım  şəraiti, intruziv massivlərlə  məkanca  əlaqəsinə  və bir çox digər 
müxtəlifliklərə görə xarakterizə olunurlar. Buna görə də aerokosmik şəkillərin 
deşifrələnməsi zamanı ayrı-ayrı tip endogen yataqlara xas olan struktur və 
petroqrafik xüsusiyyətlərin nəzərə alınması vacibdir. 
Əksər hallarda endogen yataqlarla əlaqədar olan maqmatik süxurlar 
aerokosmik şəkil-lərdə çox asan deşifrə olunur. Məsələn, Kiçik Qafqazda qranit 

323 
 
massivlərini deşifrə edəndə nəinki onların təmasları, əlavə intruzivlər, daykalar 
sistemi, çatlılıq sxemlərinin tərtibi mümkündür. eləcə  də  əsas və ultraəsas 
intruziyalar yaxşı deşifrə olunur. Həm də onların ayrı-ayrı tipləri aerokosmik 
şəkillərdə müxtəlif  şəkildə  əks olunur. Məsələn, ofioloit zonasında ultraəsas 
massivlərin xarakterik əlamətləri – xüsusilə serpentinitləşmə pro-sesləri 
intensiv olan hallarda tünd-boz fotoçalar, kəskin  şaquli düşən tektonik 
təmaslardır (melanj kompleksinin ətraf süxurlarla). İntruziv süxurların 
deşifrələnməsinin tamlığı onların açıqlıq dərəcəsindən asılıdır.  
Müxtəlif endogen yataqlara məxsus olan spesifik axtarış  əlamətlərinin 
əhəmiyyəti aerokosmik şəkillərin deşifrələnməsi zamanı böyükdür. Mis 
yataqları üçün yaxşı axtarış əlaməti “dəmir papağının” olmasıdır. Onlar relyefin 
müsbət formaları və qonur-qırmızı çalarları olan rənglərlə seçilirlər. Bəzən də 
onlar relyefdə qıf şəkilli çökəkliklər – çalalar əmələ gətirirlər. Bunun da səbəbi 
sulfidli filizlərin intensiv oksidləşməsi və aşınmasıdır. Bu cür çalaların ölçüləri 
aerokosmik şəkillərdə çox asan ölçülə bilər və bu ölçülər filiz cisminin ölçüləri, 
forması  və yatma dərinliyi haqqında infor-masiya verir. Maqmatik süxurların, 
damar tipli törəmələrin, qırıl-maların, təmas zonalarının və eləcə  də 
aerofotoşəkillərdə faydalı qazıntıların axtarışı ilə  əlaqədar olan əsas və dolayı 
əlamətlər onların deşifrələnməsi və axtarış  xəritələrinin tərtib edilməsi üçün 
qiymətli material verir, eləcə  də çöl işləri aparmaq üçün ilkin sahələrin 
ayrılmasına və axtarış  işlərinin xarakterini, təxmini həcmini və növünü 
müəyyən etməyə imkan verir. Məsələn, Kiçik Qafqazın mərkəz hissəsindəki 
(ofiolit zona) civə yataqları  əsasən iri yarıq zonaları ilə  əlaqədardır və  əsasi, 
ultraəsasi tərkibli intruziyalar, listvenitləşmiş zonalar ilə sıx bağlıdır.  
Ultraəsasi massivlərin təmaslarında listvenitlər inkişaf tapmış  və civə 
filizləşməsi onlarla bağlıdır. Onu da qeyd edək ki, ağ-qara şəkillərdə, ərazinin 
geoloji quruluşunun bir çox detalları kifayət qədər tam olaraq öz əksini tapmır. 
Rəngli aerofotoşəkillər isə serpentinitləşməni, listvenitləşmə zonalarını, üst 
yura yaşlı əhəngdaşlarının ekzotik qayaları – linzalarını, kiçik ölçülü qabbroid 
intruziyalarını, daykalar kompleksini inamla ayırmağa imkan verir ki, onlarla 
da müxtəlif faydalı qazıntı yataqları və təzahürləri bağlıdır (məsələn, civə, qızıl, 
xromit, azbest, talk və s.).  
Endogen yataqların axtarışında təmas zonalarına xüsusi diqqət yetirmək 
lazımdır.  Əksər hallarda aerofotoşəkillərdə fototəsvirin çalarına və relyef ele-
mentlərinə görə endo- və eləcə  də ekzotəmas boyu dəyişilmə zonaları yaxşı 
ayrılır. Məsələn, Dəlidağ massivinin ekzotəmasında buynuz daşlaşmış
 
argillitlər 
relyefin müsbət formasına və daha tünd fotoçalarına görə yaxşı deşifrə olunur. 
Kiçik Qafqaz regionunda tərkibində müxtəlif faydalı qazıntılar saxlayan 
törəmə kvarsitlər geniş yayılmışdır. Onlar əksər hallarda intruziv massivlərin 
kənar hissələrində yerləşir və aerokosmik şəkillərdə böyük dəqiqliklə deşifrə 
olunur. Eyni zamanda filiz sahəsinin tektonik quruluşu, qırılma pozulmaları, 
damar cisimləri və s. öyrənilir. 


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


kliniki-nevroloeija---14.html

kliniki-nevroloeija---19.html

kliniki-nevroloeija---23.html

kliniki-nevroloeija---4.html

kliniki-nevroloeija---9.html