1 ... 120 121 122 123 124 125 126 127 128

Microsoft Word Kosmik geologiyan?n ?saslar? - səhifə 124

səhifə124/128
tarix11.10.2017
ölçüsü3.8 Kb.

340 
 
miqyasından və istifadə olunan materiallardan, o cümlədən kosmik şəkillərdən 
asılı olaraq hər bir sahə üçün olduqca fərqli bölünməyə malik lineament şəbə-
kəsi tərtib olunmuşdur. Bu şəbəkədə hər hansı bir qovşaqla müəyyən filiz təza-
hürlərinin əlaqədar olması mümkündür.  
Bundan  əlavə, bir daha qeyd etmək lazımdır ki, lineamentlər və onların 
zonaları bütün uzanmaları boyunca dərinlik yatımı (flüidlərin mümkün mənbə-
ləri), zaman, intensivlik, inkişaf forması və təzahürü nöqteyi-nəzərdən dəyişil-
məz qalmır. Lineamentlərin inkişaf tapdığı və dərinlik flüidlərilə qarşılıqlı əla-
qədar olduğu bu geoloji mühitin tərkibi və strukturu az əhəmiyyət kəsb etmir. 
Bir çox lineamentlər isə tamamilə müxtəlif təbiətli tektonik zonaları və sahələri 
kəsir. 
Halqavarı strukturların öyrənilməsi müəyyən dərəcədə mühüm geoloji 
məsələlərin həllində - o cümlədən yer qabığında faydalı qazıntı yataqlarının 
yerləşmə qanunauyğunluğunun ümumi analizində  nəzəri  əhəmiyyət kəsb edir. 
Halqavarı strukturlar və faydalı qazıntı yataqları arasında əlaqə hazırda müxtəlif 
ölkələrin alimləri tərəfindən geniş  qəbul olunmuşdur. Hazırda faydalı qazıntı 
yataqlarının formalaşmasında və yerləşməsində halqavarı strukturların rolunun 
əhəmiyyəti hərtərəfli araşdırılır. Halqavarı strukturların daha çox mineragenetik 
əhəmiyyət kəsb etdiyi göstərilir. Müəyyən olunmuşdur ki, halqavarı strukturların 
müəyyən genetik tipləri faydalı qazıntıların yalnız öz özünəməxsus dəstlərinə 
uyğun gəlir. Eyni zamanda bu və ya digər struktur tiplərin mineragenetik əhə-
miyyətini
 
onların
 
daimi
 
bir-birlərini mürəkkəbləşdirdiyindən qəbul etmək müm-
kün olmur. Keçən geoloji dövr ərzində qədim halqavarı strukturlar daha cavan 
strukturlarla mürəkkəbləşmiş olur. 
Rus alimi V.V.Solovyev halqavarı strukturlar daxilində filiz maddələrinin 
lokallaşması üçün əlverişli  şərait hesab olunan bir neçə tip geoloji vəziyyəti 
araşdıraraq aşağıdakı əlamətləri göstərmişdir: 
a) filiz maddələri halqavarı strukturların xarici və  kənar konturlarında, 
xüsusən onların halqavarı konturlarla hüdudlandığı şəraitdə və ya özündə müx-
təlif ölçülü plutonları əks etdirdiyi şəraitdə lokallaşa bilər; 
b) filiz maddələri halqavarı strukturların qırışıqlıq zolağı ilə haşiyələn-
dikdə, onların konturlarından kənarda lokallaşa bilər; 
c) filiz maddələri halqavarı strukturların müxtəlif tərtibli və ölçülü qırıl-
malarla (lineamentlərlə) kəsişmə zonalarında lokallaşa bilər (şəkil 131); 
d) filiz maddələri müxtəlif ölçülü və genezisli halqavarı strukturların in-
terferensiya sahəsində lokallaşa bilər; 
e)filiz maddələri plutonların halqavarı strukturlar formasında əks olunan 
kənar hissələrində lokallaşa bilər. 

341 
 
 
Şəkil 131. Mərkəzi Qazaxstanın vulkanogen zolağında filizləşməyə struktur-
tektonik nəzarətin modeli (Skublova, 1974): 
1-regional qırılmalar; 2- vulkano-plutonik struktuların halqavarı  qırılmaları; 3- lokal  
qırılmalar; 4- sadə qırılmalar; 5- mərkəzi tip qranit plutonları; 6- faydalı qazıntı yataqları üçün 
əlverişli sahələr; 7- halqavarı strukturlar; a- lokal strukturlar; b- kor intruzivlər; c- nekklər -
subvulkanik intruzivlər; d- intruzivlərin apikal çıxışları-ştoklar. 
 
Yuxarıda sadalanan hallardan ən  əhəmiyyətli təyinedici amil yer qabığının 
parçalanması ilə  şərtlənən təzahür dərəcəsi hesab olunur. Təzahür zonasının hal-
qavarı strukturlara nəzərən vəziyyətindən asılı olaraq, faydalı komponentlərin 
lokallaşması həm mərkəzi hissədə, həm də kənarları boyunca baş verə bilər.  
Qeyd etmək lazımdır ki, halqavarı strukturların sərhədləri axtarış  işləri 
üçün konturlaşdırılmış yeni sahələrin sərhədləri hesab olunur. Hər genetik tip 
halqavarı struktura müəyyən genetik tip faydalı qazıntılar uyğun gəlir. Onlardan 
bir neçəsinin qısa xülasəsi verilmişdir. 
 

14.1.8. Kosmik şəkillərin faydalı qazintıların birbaşa axtarışında istifadəsi 


 


 

Faydalı qazıntı yataqlarını yerləşdirən süxurların və ya geokimyəvi ano-
maliyaların bilavasitə (birbaşa) öyrənilməsi Yerin süni peyklərindən süxur və 
mineralların spektrinin müxtəlif zonalarında spektrometrik parlaqlıq səciyyə-
lərinin ölçülməsinə əsaslanmışdır (SPƏ-spektral parlaqlıq əmsalı). 
Bu üsulun köməyi ilə həm bizim ölkədə, həm də xarici ölkələrdə maraqlı 
nəticələr əldə edilmişdir:məsələn, Şərqi Qrenlandiyanın və ABŞ-ın Nevada ştatı 
yarımsəhra rayonunun hidrotermal dəyişmiş  dəmirləşmiş süxurlarının filizli 
zonalarının aşkar edilməsi;  İndoneziya, Avstraliya və Yamaykanın boksit və 
nikelli lateritlərinin axtarışı və xəritəyə alınması; Kolorado ştatının şimalında və 
Vayominq ştatının (ABŞ) cənub-şərqində aparılmış kimberlit çubuqları (trubka) 
kimi çətin aşkar edilən obyektlərin sərhədləndirilməsi; Kounrad (keçmiş SSRİ) 
filiz rayonunda hidrotermal filizləşmənin axtarılması və proqnozlaşdırılması və 
s. üçün çoxzonallı skaner şəkillərindən istifadə edilmişdir. 

342 
 
Hazırda süxurların spektral səciyyələrinin öyrənilməsi əsasında filizli sa-
hələrin spektral obrazlarının işlənilməsi aparılır. Bunun əsasında gələcəkdə 
filizli formasiyaların spektral səciyyələri üzrə məlumatlar bankı yaradılacaqdır. 
Filiz sahələrinin və yataqlarının spektral obrazları, onların yerləşdiyi sü-
xurların litoloji xüsusiyyətləri, onlarda filiz kompo-nentlərinin tapıldığı mineral 
formalar (əsas etibarilə, ekzogen və maqmatik yataqlar üçün), filizətrafı  dəyi-
şilmiş süxur assosiasiyaları (hidrotermal yataqlar üçün), süxurların deformasiya 
intensivliyi və forması ilə təyin edilir. 
Faydalı qazıntıların axtarışıt üçün distansion zondlama üsullarının daha yeni 
inkişaf istiqaməti bitkilərin spektral parlaqlıq səciyyəsinin ölçülməsi və substrat 
tərkibinin, yəni torpaq və süxurun geokimyəvi xüsusiyyətləri ilə onların xarakte-
ristikası arasındakı korrelyasiyanın təyin edilməsindən ibarətdir. Mövcud məlumat-
lara görə, spektral parlaqlıq  əmsalı mis, qurğuşun və sinkin artıq miqdarı ilə 
səciyyələnən torpaqlarda bitən ağacların yarpaqlarında filiz minerallaşmasından 
məhrum sahələrdə bitən ağajların yarpaqlarına nisbətən daha yüksəkdir. Bununla 
yanaşı, müəyyən edilmişdir ki, bu fərq, xüsusilə yayın sonu - payızın əvvəllərində, 
yarpaqların tökülməsindən əvvəl daha çox hiss olunur. 
Filiz sahələrinin və yataqlarının əsas struktur elementləri haqqında məlu-
matlar bu və ya digər filizli sahələri səciyyələndirən tipik həndəsi və spektral 
obrazlar ayırmağa imkan verir. Tədqiqatlar göstərmişdir ki, yalnız spektromet-
rik məlumatların (parlaqlıq, işıq göstəricisi və qütbləşmə dərəcəsi) təbii kütlələ-
rin həndəsəsinin (forma, daxili struktur və struktur rəsm) hərtərəfli təhlili ilə ba-
lanslaşdırılmış uyğunluğu geoloji əmələgəlmələrin, o cümlədən filizli obyekt-
lərin kosmik şəkillərin köməyi ilə tam öyrənilməsini təmin edə bilər. 
Metallogenik tədqiqatlar nöqteyi-nəzərindən kosmik informasiyanın bu 
kompleks növü filiz obyektlərinin axtarışı  və birbaşa proqnozlaşdırılması üçün 
daha qiymətlidir. Lakin belə informasiyanın alınması çətindir. Çünki bu məqsədlə, 
onların işlənilməsi üçün keyfiyyətli çoxzonallı şəkillər və xüsusi cihazlar lazımdır. 

Filiz sahələri- və yataqların strukturlarının öyrənilməsi.

  

Filiz sahələri-
nin və yataqlarının strukturlarının tədqiqində kosmik şəkillərdən istifadə ilə 
aşağıdakı məsələləri həll etmək mümkündür: 
1) filiz sahələrinin və yataqlarının geoloji mövqeyini dəqiqləş-dirmək və 
onların yerləşdiyi yer qabığının lokal struktur formalarını müəyyən etmək; 
2) filiz sahələrinin və yataqlarının  əsas filiz nəzarətedici struktur ele-
mentlərini tədqiq etmək; 
3) filiz sahə  və rayonlarının dərinlik strukturunu öyrənmək və filiz 
nəzarətedici struktur elementlərinin dərinlikdəki fəaliyyətini proqnozlaşdırmaq. 
Filiz sahələrinin və yataqlarının struktur öyrənilməsinin bu mühüm mə-
sələsinin həlli imkanları müxtəlif miqyaslı KŞ-lərin əsas xüsusiyyətləri– gene-
ralizasiya effekti və onun filiz əyalətləri, vilayətləri və rayonları sahələrinin 
vahid zamanda  icmalı ilə şərtlənmişdir. 
 

:

Kitab -> 2016
2016 -> SokratöNCƏSİ yunan fəLSƏFƏSİ
2016 -> Uot 328 (479. 24) Квт 66. 61(2)
2016 -> Fuad Məmmədov
2016 -> Microsoft Word metodik vesait
2016 -> []
2016 -> Ağirliq qaldiranlarin həRTƏRƏFLİ
2016 -> Entomofaqlari


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


klinikk-for-kirurgi-og.html

kliniko--laboratornoe.html

kliniko-12.html

kliniko-2.html

kliniko-7.html