1 ... 65 66 67 68 69 70 71 72 ... 125

məlumat verilir. Maddə 14. İxrac edilən məhsulların sertifikatlaşdırılması

səhifə69/125
tarix18.04.2018
ölçüsü3.58 Kb.

191


məlumat verilir.
Maddə 14.

 İxrac edilən məhsulların sertifikatlaşdırılması 


14.1.  Azərbaycan  Respublikasından  ixrac  edilən  bitki  və  bitkiçilik  məhsullarının 
beynəlxalq  standartların  tələblərinə  uyğunluğunu  təmin  etmək  məqsədi  ilə 
fitosanitar sertifikatlaşdırılması aparılır.
14.2.  Fitosanitar  sertifikatlar  və  ya  onların  elektron  əvəzediciləri  beynəlxalq 
standartların tələbləri nəzərə alınmaqla tərtib edilməli və verilməlidir. Fitosanitar 
sertifikatlarda  təsdiq  edilməmiş  dəyişiklik  və  düzəlişlərin  aparılmasına  yol 
verilmir.
14.3.  İxrac  edilən  bitki  və  bitkiçilik  məhsullarına  fitosanitar  sertifikatları  dövlət 
fitosanitar nəzarəti xidməti tərəfindən aşağıdakı hallarda verilir:
14.3.1.  sertifikatın verilməsi üçün müraciət edildikdə və xidmət haqqı ödənildikdə;
14.3.2.  qanunvericiliklə müəyyən edilmiş qaydada tələb olunan müvafiq sənədlər təqdim 
olunduqda;
14.3.3.  sertifikat verilməsi nəzərdə tutulan yüklər, baxış keçirilməsi və digər tədbirlərin 
aparılması üçün təqdim edildikdə;
14.3.4.  göndərilən yüklər beynəlxalq standartların tələblərinə cavab verdikdə.
Maddə 15.

 Tranzit daşınan məhsullara tətbiq edilən fitosanitar tədbirlər 


15.1.  Karantin  nəzarətində  olan  materialların  Azərbaycan  Respublikasının 
ərazisindən açılmadan, bölünmədən, digər yüklərlə qarışdırılmadan və yenidən 
qablaşdırılmadan  başqa  ölkələrə  daşınması  zamanı  həmin  yüklər  üzərində 
qanunvericilikdə nəzərdə tutulmuş qaydada fitosanitar nəzarəti həyata keçirilir.
15.2.  Dövlət fitosanitar nəzarəti xidməti tranzit daşınan bitki və bitkiçilik məhsullarına 
fitosanitar  sertifikatı  tələb  edir  və  zəruri  hallarda  karantin  nəzarətində  olan 
materiallara və yüklərə fitosanitar tədbirləri tətbiq edilir.
15.3.  Azərbaycan  Respublikasının  ərazisindən  tranzit  daşınan  karantin  nəzarətində 
olan materiallara aşağıdakı hallarda fitosanitar tədbirləri tətbiq olunmur:
15.3.1.  bitki və bitkiçilik məhsulları zərərli orqanizmlərin yayılmaması üçün plomblanmış 
nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşındıqda və beynəlxalq standartların 
tələblərinə uyğun qablaşdırıldıqda;
15.3.2.  məhsul ixrac edən ölkə tərəfindən fitosanitar sertifikatı ilə təmin edildikdə.

IV fəsil.


Zərərli orqanizmlərlə mübarizə


Maddə 16.

 Ərazidə karantin elan olunması 


16.1.  Ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq 
edildikdə,  onlarla  mübarizə  aparmaq  məqsədi  ilə  dövlət  fitosanitar  nəzarəti 
xidməti həmin ərazidə karantin elan olunması barədə müvafiq icra hakimiyyəti 
orqanına  (AzR  Nazirlər  Kabineti  və  AzR  Kənd  Təsərrüfatı  Nazirliyi  öz 
sələhiyyətləri daxilində) təklif verir.
16.2.  Karantin  rejiminin  tətbiq  olunduğu  ərazinin  hüdudları  zərərli  orqanizmlərin 
yayılma dərəcəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (AzR Nazirlər 

192


Kabineti və AzR Kənd Təsərrüfatı Nazirliyi öz sələhiyyətləri daxilində) tərəfindən 
müəyyən edilir.
16.3.  Ərazidə  karantin  rejiminin  tətbiq  edildiyi  barədə  məlumat  dərhal  rəsmi  elan 
olunur və həmin ərazidə olan hüquqi şəxslərə və əhaliyə xəbərdarlıq edilir.
16.4.  Ərazidə  karantin  elan  olunması  barədə  müvafiq  icra  hakimiyyəti  orqanının 
(həmin qanunun 162-ci maddəsinin tələbləri nəzərə alınmaqla, öz səlahiyyətləri 
daxilində - AzR Nazirlər Kabineti və AzR Kənd Təsərrüfatı Nazirliyi ) qərarında 
aşağıdakı məlumatlar əks olunur:
16.4.1.  karantin elan olunmasının səbəbləri;
16.4.2.  karantin elan olunan ərazinin yeri və hüdudları;
16.4.3.  karantin məhdudiyyətləri və fitosanitar tədbirlərinin siyahısı.
Maddə  17.  

Karantin  elan  olunan  ərazilərdə  tətbiq  edilən  məhdudiyyətlər  və 


fitosanitar tədbirlər 


17.1.  Karantin elan olunan ərazilərdə aşağıdakı məhdudiyyətlər və fitosanitar tədbirləri 
tətbiq edilir:
17.1.1.  zərərli orqanizmlərə qarşı dövlət fitosanitar nəzarəti xidmətinin müəyyən etdiyi 
bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi;
17.1.2.  karantin elan olunan ərazidən və ya həmin əraziyə, habelə ərazi daxilində bitki və 
bitkiçilik məhsullarının daşınmasına məhdudiyyətlərin qoyulması;
17.1.3.  karantin  tətbiq  edilən  zərərli  orqanizmlərə  həssas  bitkilərin  həmin  ərazidə 
yenidən əkilməsinə qadağa qoyulması.
17.2.  Dövlət  fitosanitar  nəzarəti  xidməti  məqsədəuyğun  hesab  etdiyi  halda  karantin 
elan  olunan  əraziyə  bitişik  ərazidə  olan  torpaq  sahəsinin  mülkiyyətçisinə 
(istifadəçisinə),  müəyyən  vaxt  ərzində,  öz  ərazisində  fitosanitar  tədbirlərin 
həyata keçirilməsi barədə rəsmi bildiriş verir və onun qarşısında qanunvericilikdə 
nəzərdə tutulmuş tələblər qoyur.
17.3.  Torpaq  sahəsinin  mülkiyyətçisi  (istifadəçisi)  bu  tələblərə  əməl  etmədiyi  halda 
dövlət  fitosanitar  nəzarəti  xidməti  bildirişdə  tələb  olunan  fitosanitar  tədbirləri 
həyata keçirmək məqsədi ilə bu ərazidə olan bitkilərin, bitkiçilik məhsullarının 
və zərərli orqanizmlərin məhv edilməsi barədə qərar qəbul edir.
17.4.  Karantin  elan  olunan  ərazilərdə  məhdudiyyətlərin  qoyulması  və  fitosanitar 
tədbirlərin  aparılması  xərcləri  qanunvericiliklə  müəyyən  olunmuş  hallarda 
dövlət büdcəsinin vəsaiti, digər hallarda isə torpaq sahəsinin mülkiyyətçisinin 
(istifadəçisinin) vəsaiti hesabına həyata keçirilir.
Maddə  18.  

Zərərli  orqanizmlərin  məhdud  dairədə  yayıldığı  ərazilərin  elan 


olunması 


18.1.  Müvafiq  icra  hakimiyyəti  orqanı  (AzR  Kənd  Təsərrüfatı  Nazirliyi)  tərəfindən 
zərərli orqanizmlərin məhdud dairədə yayıldığı ərazilər aşağıdakı hallarda elan 
olunur:
18.1.1.  ərazidə zərərli orqanizmlərin məhdud dairədə yayıldığı müəyyən edildikdə;
18.1.2.  zərərli  orqanizmlərin  yayılmasının  məhdud  dairədə  qalması  üçün  müvafiq 
fitosanitar tədbirləri həyata keçirildikdə və lazımi nəzarət sistemi tətbiq edildikdə.
18.2.  Zərərli  orqanizmlərin  məhdud  dairədə  yayıldığı  ərazilərdən  bitki  və  bitkiçilik 
məhsullarının kənara daşınmasına yol verilmir.

:

pars docs -> refs
refs -> Dos. N. Z.Çələbiyev
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev Mövzu 10. Depresiya və postravmatik stresslər
refs -> I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat
refs -> O zbek iston respublikasi oliy va 0 ‘rta maxs*js ta’lim vazirligi
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev
refs -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti
refs -> Dərman vasitəsinin istifadəsi üzrə təlimat
refs -> Karakalpak tüRKÇESİndeki tip terimleri
refs -> Sayıqlama ideyaları neçə qurupa bölünür?
refs -> Duman paranoya mp3 indir boxca


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


microsoft-word-kitabson-9.html

microsoft-word-kitabxana-13.html

microsoft-word-kitabxana-18.html

microsoft-word-kitabxana-22.html

microsoft-word-kitabxana-27.html