Bu hesabat bütün əvvəlki versiyaları qüvvədən salır və onlardan üstündür

Əlaqə


Dr. Georg Petersen

HYDROC Consult

Siegum 4, 24960 Siegum, Almaniya

+49-172-4509149

gpetersen@hydroc.de

www.hydroc.de

Bu hesabat hazırkı layihənin pilot hövzələrində su ehtiyatlarının qiymətləndirilməsi üçün zəruri olan hidrometeoroloji məlumatların əlçatımlılığını təsvir edir. Hesabat müxtəlif milli ekspertlərin hesabatlarına, eləcə də Bakıda keçirilmiş müzakirələrə əsaslanır və məlumat topluları, onların vaxt baxımından əhatə dairəsi və boşluqları barədə ümumi məlumat təmin edir. Məlumatların keyfiyyəti qiymətləndirilməmişdir. Vacib məlumatların çatışmadığı hallarda (məs. su ehtiyatlarının modelləşdirilməsi üçün) bu boşluqlar xüsusi vurğulanır və mümkün olduqda alternativlər göstərilir.

1. Texniki tapşırıq


Vəzifə və öhdəliklər
Birgə Su İdarəetməsi (BSİ) modeli hazırlamaq üçün mövcud məlumatların gözdən keçirilməsinə rəhbərlik etmək (müvafiq BSİ modelinin gözdən keçirilməsi və seçilməsi daxil olmaqla) Nəticə/məhsullar
Mövcud məlumatlar barədə hesabat, məlumatlarda boşluqlar, məlumatların ilkin təhlili, alternativ BSİ modellərinin gözdən keçirilməsi və istifadə üçün münasib BSİ modelinin seçilməsi

2. Mövcud məlumatlar

Pilot hövzələrdə su ehtiyatlarının qiymətləndirilməsi üçün mühüm olan əlçatımlı məlumatlar milli layihə ekspertləri tərəfindən 2013-cü ilin son aylarında qiymətləndirilmişdir. Qiymətləndirmənin nəticələri göstərir ki, Azərbaycandakı ümumi məhdudiyyətlər nəzərə alındıqda, məlumatlarla bağlı vəziyyət kafidir. Məlumat topluları əsaslı su ehtiyatları qiymətləndirməsi aparmaq üçün münasibdir.

2.1 Meteoroloji məlumatlar

Milli ekspertlərin təmin etdiyi əlçatımlı məlumatlara (modelləşdirmə üçün zəruri) baxış
Layihə ərazisində, hazırda 13 yerdə 7 hidrometeoroloji stansiya mövcuddur (onlardan 7-i hidroloji, 6-ı hidrometeoroloji məntəqələrdir). Təfsilatlar milli hidroloqların “Mövcud hidrometeoroloji məlumat topluları üzərində aparılan ilkin təhlillərin nəticələri barədə müfəssəl hesabat”ında təsvir edilir. Yağış
Ümumi layihə ərazisində (pilot hövzələr daxilində və ətrafında) 5 stansiyada, aylıq intervallarla yağışla bağlı məlumatlar mövcuddur. Stansiyaların müxtəlif yüksəkliklərdə yerləşdiyi bildirilir.
Qar
Qar Qafqaz regionunda qış vaxtı üçün səciyyəvidir. Dağlar adətən qış vaxtı qarla örtülür. Milli ekspertlərin hesabatına görə, müxtəlif yerlərdə bir neçə il üzrə qar ölçmələri məlumatları əlçatımlıdır.
Temperatur
Temperatur məlumatları ümumi tədqiqat ərazisi daxilində (pilot hövzələri daxilində və ətrafında) 6 stansiya üçün aylıq intervallarla mövcuddur. Stansiyaların müxtəlif yüksəkliklərdə yerləşdiyi bildirilir
Digər
Yuxarıda göstərilənlərdən əlavə, meteoroloji stansiyalar həm də küləyin sürəti, rütubətlilik, təzyiq, günəş radiasiyası, torpağın temperatur və bulud örtüyünü ölçür. İntervalların ölçülməsi və məlumatlara çıxışın təmin edilib-edilməyəcəyi məlum deyil.
İqlim dəyişikliyi
Azərbaycan üzrə iqlim dəyişikliyi ölkənin BMT-nin İqlim Dəyşikliyi üzrə Çərçivə Konfensiyası üçün İkinci Milli Məlumatında (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 20101) təsvir edilir. Bu sənəd İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin 20072-ci ildə dərc edilmiş Dördüncü Qiymətləndirmə Hesabatına əsaslanır. Hesabat qeyd edir ki, Avropada, Qafqazda və Mərkəzi Asiyada iqlim dəyişikliyi temperaturun yüksəlməsi, quraqlıqlar və su ehtiyatlarının tükənməsi ilə nəticələnə bilər.

İkinci Məlumat üçün araşdırmalar İqlim Dəyişiklikləri və Ozon Mərkəzi tərəfindən həyata keçirilmiş, orta illik temperatur və yağıntılarla bağlı anomaliyalar təhlil edilmişdir. Orta illik temperatur və yağıntı ilə bağlı anomaliyaların qiymətləndirilməsi üçün 28 stansiyadan götürülmüş məlumatlar istifadə edilmişdir. 1961-1990-cı illər arasındakı dövr istinad səviyyəsi kimi götürülmüşdür. İqlim dəyişikliyi ssenariləri PRECIS 1.4 modelləşdirmə sistemindən istifadə etməklə təhlil edilmişdir. A2 emissiya ssenarisinə əsaslanan ECHAM4 model məlumatları istifadə edilmişdir. Qiymətləndirmə 7 regionu əhatə etmişdir: Kür-Araz, Quba-Xaçmaz, Gəncə-Qazax, Lənkəran-Astara, Naxçıvan, Abşeron və Şəki-Zaqatala. Sonuncu region layihə ərazisi üçün reprezentativ xarakter daşıdığından, maraqlıdır.


1991-2000-ci illər arasındakı dövr
1961-1990-cı illərdəki səviyyə ilə müqayisədə, Şəki-Zaqatala regionunda ötən 10 ildə temperatur anomaliyaları -1.26°C-dən (Mərəzə 1992) +1.63°C-ə (Oğuz, 1999) qədər dəyişmiş, orta hesabla +0.48°C təşkil etmişdir. Rəqəmlər 1995-ci ildən sonra bütün Azərbaycanda orta illik temperaturun artdığını göstərir. 1998-2000-ci illərdə böyük artım baş verdi. Ən yüksək səviyyə 1998-ci ildə müşahidə edildi. Orta illik yağıntı səviyyəsi (yağış) Şəki-Zaqatala regionunda normadan 6.4% aşağı olmuşdur.
2021-2050-ci illər üçün iqlim ssenarisi
PRECIS modelinə görə, 2021-2050-ci illərdə orta illik temperatur artımı 1.50C -1.6°C (Şəkil 5.2-1)-ə bərabər olacaq. Əsrin birinci yarısında temperatur artımı hər onillik üçün 0.3°C ola bilər. 1990-2000-ci illərdə faktiki temperatur artımı 0.4°C olduğuna görə, modelin təmin etdiyi məlumatlar müşahidə edilmiş reallıq ilə uyğunluq təşkil edir. 2021-2050-ci illərdə yağış 1961-1990-cı illərlə müqayisədə 10-20% artacaq.
2071-2100-cü illər üçün iqlim ssenarisi
PRECİS modeli ilə aparılan iqlim simulyasiyalarına görə, 2071-2100-cü illər üçün simulyasiya edilmiş temperaturlar 3°C-6°C artır, ölkə ərazisinin əksər hissələrində temperatur 1961-1990-cı illərlə müqayisədə 5°C artır. Əgər hazırda maksimum temperaturlar 44°C-46°C-yə bərabərdirsə, sözügedən dövrdə bu göstərici müvafiq olaraq 47°C-53°C-yə qalxa bilər.
Ölkə ərazisində yağış səviyyəsinin miqdarı qərbdən şərqə doğru 20%-dən 80%-ə qalxır. Xəzər dənizi və ətraf regionlar üzrə modelləşdirilmiş yağış artımı məlumatları bəzi şübhələr doğurur. Buna görə də, yağıntı sssenarisinə digər sərhəd şərtlərin tətbiq edilməsi zəruridir.

2.2 Hidroloji məlumatlar

Milli və beynəlxalq ekspertlərin təqdim etdiyi əlçatımlı məlumatlara (modelləşdirmə üçün zəruri) baxış
Su axarları və su səviyyəsi ilə bağlı məlumatlar
Tədqiq edilən ərazidə su axarları və su səviyyəsi məlumatları bir neçə yerdə ölçülür. Pilot hövzələrdə kifayət qədər uzun qeydəalma müddətinə (1960-cı illərdən bu günə) malik yalnız məhdud sayda ölçmə yerləri var. Digər qeydlər qısamüddətli və ya fasiləlidir. Tam təfsilatlar milli hidroloqların “Mövcud hidrometeoroloji məlumat topluları üzərində aparılan ilkin təhlillərin nəticələri barədə müfəssəl hesabat”ında, eləcə də beynəlxalq hidrometriya ekspertinin “Aparıcı hidrometriya ekspertinin birinci hesabatı”nda (Noyabr, 2013) təsvir edilir.

Hidrometeoroloji müşahidələr Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti (MHD) tərəfindən aparılır.


MHD-nin İsmayıllı və Şəki Regional Hidrometeoroloji İdarələri layihə ərazisini əhatə edir. İsmayıllı HMİ 1 meteoroloji stansiya, 3 meteoroloji məntəqə və 5 hidroloji stansiyaya malikdir. Şəki HMİ isə 6 meteoroloji stansiya, 1 meteoroloji məntəqə və 10 hidroloji stansiyaya malikdir.
Layihə ərazisində fəaliyyət göstərən məntəqə və stansiyaların işlək hidrometeoroloji şəbəkəsinin yerləşməsi Şəkil 1-də göstərilir.

Şəkil 1. Layihə ərazisində fəaliyyət göstərən hidrometeoroloji stansiyalar


Cədvəl 1 hal-hazırda İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən işlək hidroloji stansiyaların siyahısını təqdim edir (bütün stansiyalarda axının heç də bütün yüksəkliklərdə ölçülə bilməməsinə baxmayaraq).
Cədvəl 1 Layihə ərazisində hazırda fəaliyyət göstərən hidroloji stansiyalar (Mənbə: Milli və beynəlxalq ekspertlərin hesabatları)

Qeyd: BS = Baltik Dənizi səviyyəsi

Şərti. = Sabit səviyyə yoxdur

Mənbə: Milli Hidrometeorologiya Departamenti
Müfəssəl təsvirlər yuxarıda göstərilən iki ekspert hesabatında təqdim edilir.

2.3 Yeraltı su məlumatları

Yeraltı su ilə bağlı məlumatların Geologiya İnstitutunda olduğu bildirilir.


Ətraflı məlumatlar beynəlxalq hidrogeologiya eksperti tərəfindən qiymətləndirilmiş və müvafiq hesabatda təsvir edilmişdir.

2.4 Infrastruktur məlumatları

Məlumat topluları əhatəli olmasa da, mühafizə divarlarının və əsas körpülərin yerləri müəyyən qədər məlumdur. Pilot hövzələrdə bəzi kiçik miqyaslı su elektrik stansiyaları yerləşir. Məlumata görə, yeri müəyyən olunmasa da, yeni su elektrik stansiyasının tikintisi planlaşdırılır. Bu yeni stansiyaya bənd/anbar daxil olacaq. Daha müfəssəl məlumat, hazırlanacaq ikinci hidrologiya hesabatında təqdim ediləcək. Digər mühüm infrastruktur məlumatlarına suvarma məqsədilə sugötürücilərin, quyu qruplarının, dambaların yerləri, ölçüləri və xarakteristikası daxil ola bilər. Bu cür infrastrukturla bağlı məlumatlar yerli orqanlarda qismən mövcuddur və onları toplamaq üçün rəsmi şəkildə müraciət edilməlidir. Bu orqanlarda olmayan məlumatlar müfəssəl çöl tədqiqatları vasitəsilə toplanmalıdır.

2.5 Suya tələbat

Suvarma
Şırımla suvarma pilot hövzələrdə suvarmanın əsas növüdür. Suvarılan ərazilər və ya suvarma suyunun götürüldüyü yerlər barədə məlumat yoxdur. Bu cür məlumatlar Meliorasiya və Su Təsərrüfatı ASC-də ola bilər, lakin bunu təsdiq etmək üçün rəsmi müraciət göndərilməlidir. Hər rayon üzrə suvarma sahələri Statistik Komitədən və ya yerli inzibati orqanlardan əldə edilə bilər.
Məişət
Məişətdə suya tələbat əhalinin sayına görə təxmin edilməli olacaq. 2009-cu ilin siyahıya alma məlumatları mövcuddur.
Heyvandarlıq
Heyvandarlıqla bağlı məlumatlar hazırda məlum deyil, amma Statistika Komitəsində ola bilər. Heyvandarlıqda suya tələbat müvafiq şəkildə qiymətləndirilə bilər.
Sənaye
Sənayedə suya tələbat məlum deyil, lakin sorğular vasitəsilə təxmin edilə bilər.
Hidroenergetika

Bir sıra kiçik miqyaslı su elektrik stansiyaları pilot hövzələrdə yerləşir. Bu stansiyalar çaylardan suyu anbarlar olmadan kanallar vasitəsilə götürür. Təfsilatların milli hidroloq tərəfindən hazırlanmış ikinci hidrologiya hesabatına daxil edilməsi gözlənilir.


Yeri müəyyən edilməsə də, yeni hidroenergetika stansiyasının planlaşdırıldığı bildirilir. Yeni stansiyada damba/anbar olacaqdır.
Cədvəl 2: Planlaşdırılan yeni su elektrik stansiyasının xüsusiyyətləri
Ətraf mühit
Layihə ərazisinin çoxqollu çaylarında ekoloji axın tələblərini qiymətləndirmək çətindir. Buna görə də, layihə ərazisi üçün ekoloji axın tələblərinə dair məlumatlar yoxdur. Abbasov və Smakhtin (2009)3 axın rejiminə dair praktiki amillər əsasında ekoloji axın tələblərinin əldə olunması üçün metodologiya təklif ediblər.
Gələcək tələbat
Gələcək tələbatın dəyişməsi demoqrafik proqnozlar və yerli inkişaf planlarında olan məlumatlar əsasında qiymətləndirilə bilər. Mövcud təfsilatlar isə “Suya Tələbatın Qiymətləndirilməsi Hesabatı”nda təsvir edilir.

2.6 Torpaq məlumatları

Torpaqdan istifadə/torpaq örtüyü
Minimum Globcover məlumatları əlçatımlı olacaqdır. Digər məlumatlar yerli orqanlarda ola bilər, lakin bu hələlik təsdiq edilə bilməyib.
Məhsul məlumatları
Məhsul yığımı ilə bağlı məlumatlar rayonların statistika idarələrində əldə edilə bilər. Yığım əmsalları MST ASC, Kənd Təsərrüfatı Nazirliyi və ya Aqrometeorologiya Departamentində ola bilər.
Torpaq məlumatları
Rus təsnifatı əsasında 1:200,000 miqyaslı torpaq xəritələri var
Çay şəbəkəsi
Çay şəbəkəsi yuxarı axarlarda ağacşəkillidir, orta axarlarda çaylar qollara ayrılır və aşağı axarlarda bir sıra hissələrə yayılır. Axar şəbəkələri rəqəmsallaşdırılmışdır və ya relyefin rəqəmsal modeli (DEM) əsasında yaradılmışdır, çay hövzələrinin sərhədləri DEM əsasında ayrılmışdır.
Digər mövcud məlumatlar
Topoqrafik xəritələr (Rusiya, 1950)

Kosmik təsvirlər (Landsat)

DEM (SRTM, 90m)

DEM (ASTER, 30m)

Geoloji xəritələr 1:500,000 və 1:600,000

Əhali məlumatları/siyahıyaalma məlumatları, 2009

İnzibati sərhədlər

Kənd/rayon yerləri

3. Su ehtiyatlarının modelləşdirilməsi və məlumatlarla bağlı ehtiyaclar


3.1 Tələb olunan model elementləri

Pilot sutoplayıcı hövzələrdə qiymətləndiriləcək prosesləri nəzərə alaraq, birgə istifadənin modelləşdirilməsini (BSİ) tətbiq etməklə yerüstü və yeraltı su aspektləri də nəzərə alınmalıdır. BSİ yanaşması hər iki su mənbəyinin birgə nəzərdən keçirilməsini və onları ayrı elementlər kimi deyil, qarşılıqlı əlaqəli elementlər kimi daxil etməyi nəzərdə tutur. Gələcək şərtlərin qiymətləndirilməsi üçün, sutoplayıcı hövzədə gedən sonrakı proseslər (tələbat, deqradasiya), eləcə də iqlim dəyişiklikləri və onların ehtiyatlara təsiri nəzərdən keçirilməlidir. Tələb olunan tapşırıqlar üçün zəruri olan modelləşdirmə aləti su ehtiyatlarının ayrılması üzrə model olmalı, yerüstü və yeraltı sularla bağlı prosesləri idarə etməyə qabil olmalı və ssenari təhlili üçün münasib olmalıdır.

3.2 Təklif olunan modelləşdirmə metodologiyası

Layihə çərçivəsində su ehtiyatlarının modelləşdirilməsi üçün WEAP modelləşdirmə proqramı seçilmişdir. Modelin gələcək milli modelçilər üçün “iş yerində təlim” zamanı qurulması nəzərdə tutulur. Modelin seçiminin əsaslandırılması və təklif olunan modelləşdirmə metodologiyası WEAP Təlim Planlaması Hesabatında təfsilatlı şəkildə əks etdirilmişdir.

3.3 Məlumatlarla bağlı ehtiyaclar

WEAP modelinin hazırlanması üçün xeyli miqdarda məlumatlar lazımdır. Bu məlumatlar ölçmələrdən əldə edilməli, əvəz edilməli və ya çıxarılmalı, və ya təxmin edilməlidir. Məlumatların əlçatımlılığı və keyfiyyəti nə qədər çox olsa, modelin nəticələri də reallığa o qədər yaxın olacaq.


Cədvəl 3: WEAP aşağıdakı məlumat toplularının qurulması, kalibrasiya edilməsi və idarə edilməsini tələb edir. Bəzi məlumatlar istifadəçinin tələblərindən asılı olaraq, könüllü xarakter daşıya bilər.







Bu vaxta qədər qəbul edilmiş məlumatları nəzərə alaraq, bu hesabatda qiymətləndirilmiş məlumatların faktiki olaraq əldə edilə biləcəyini fərz etsək, məlumatlar WEAP modelinin qurulması və onunla əsaslı nəticələr almaq üçün yetərlidir


4. Məlumatlarda olan boşluqların icmalı və boşluqların doldurulması

Bu günədək toplanılan məlumatlar və informasiyalar hərtərəfli deyil. Toplanılmamış məlumatlar üçün mənbələr qismən müəyyən edilmişdir. Bu məlumatları həmin mənbələrdən rəsmi şəkildə tələb etmək zəruri olacaq. Digər məlumatlar əlçatımlı deyil və xüsusən modelləşdirmə məqsədləri üçün onlar əvəz edilməlidir. Məlumatlarla bağlı ehtiyacların və əlçatımlılığın icmalı Cədvəl 4-də təqdim edilir.


Cədvəl 4: Modelləşdirmə məqsədləri üçün məlumatların əlçatımlılığı ehtiyac duyulan məlumatlarla müqayisədə

Çatışmayan məlumatları tapmaq və əldə etmək 2014-cü ilin əvvəli üçün prioritet fəaliyyətdir. Su ehtiyatlarının modelləşdirilməsi üçün vacib olan məlumatlar WEAP Təlim planlaması hesabatında təsvir edilir.



1 Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 2010, BMT-nin İqlim Dəyşikliyi üzrə Çərçivə Konfensiyası üçün İkinci Milli Məlumatı

2 İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel, 2007, İqlim Dəyişikliyi 2007: Sintez hesabatı

3 Abbasoiv, R.K., Smakhtin, V.U. (2009) Kür çayı hövzəsində dağ axarlarından suyun götürülməsinə ekoloji normaların tətbiq edilməsi, Azərbayca, Hidroloji Elmlər Jurnalı, Hydrological Sciences Journal, 54:6, 1068-1078

:

azeri -> reports-pdf -> international
international -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
international -> David m sargent İyun 2014
international -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi
international -> P 140217 Birgə Su İdarəetməsi (BSİ) modeli
international -> Tədqiqatlar üzrə hesabat, 2014
international -> 1-ci tapşırığın nəticələri barədə hesabat Məlumatların əlçatımlılığı və təhlili
international -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
international -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi
international -> Azərbaycanda tətbiq edilə bilən İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) üzrə qanunvericilik və siyasət sahəsində beynəlxalq qabaqcıl təcrübəyə dair hesabat


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

Məlumatlar haqqında hesabat

tarix18.04.2018
ölçüsü194.32 Kb.

Məlumatlar haqqında hesabat


Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

BMTİP

Dekabr 2013


Sənəd haqqında məlumat


Tarix


Layihə nömrəsi

Məsul şəxs

Sifarişçi

Sifarişçinin nümayəndəsi

17.12.2013

P 130827

Dr. Georg Petersen

BMTİP

Dr. Margaretta Ayoung / C-b Fərid Abbasov


N

Hidroloji məntəqənin adı

Mənsəbə qədər məsafə, km

Hövzənin ölçülən sahəsi, km2

Məntəqənin sıfırı

Tarix,gün/ay/il

Yüksəklik (m)

Sistemin hündürlüyü

Açılış tarixi

Bağlanış tarixi

1

Girdimançay - Qaranohur

50

352

751,50

BS

01.12.1965

İşlək

2

Axoxçay - Xanagah

13

66,4

4,00

Şərti

29.08.1951

İşlək

3

Damiraparançay – Qəbələ

37

126

-

-

21.03.1946

İşlək

4

Qaraçay - Qəbələ

28

352

-

-

-

İşlək

5

Tikanlıçay - Tikanlı

145

120

12,00

Şərti

22.11.1972

İşlək

6

Əyriçay – Baş Daşağıl

122

92,0

1151,76

BS

03.01.1948

İşlək

7

Əlicançay - Qayabaşı

45

708

253,00

BS

12.06.1958

İşlək

8

Alazan – Əyriçayın mənsəbindən 1.7 km aşağı

33

11600

148,27

BS

13.04.1936 (01.01.1950)

İşlək

9

Əyriçay – Mənsəb

0,5

1810

155,00

BS

22.10.1961

İşlək

10

Çuxadurmaz – Mənsəb

0,4

35,0

1070,20

BS

01.01.1941

İşlək

11

Damarçıq – Mənsəb

0,5

35,0

1147,10

BS

01.01.1941 (01.01.1947)

İşlək

12

Qaynar – Mənsəb

0,5

18,0

1066,20

BS

01.01.1941 (01.01.1947)

İşlək

13

Ilisu

36

166

1150,10

BS

01.10.1934

İşlək

14

Talaçay - Zaqatala

31

136

97,00

Şərti

07.08.1946

İşlək

15

Balakənçay – Balakən

19

146

97,00

Şərti

02.11.1960

İşlək

Yüksəklik


Həcm


Lillənmənin idarə edilməsi


Q məişət


Q suvarma


Q hidroelektrik istehsalı


Çıxış gücü (MV)


Yeraltı sulara sızma və buxarlanma ilə bağlı təxmini itkilər


İş qaydaları


Yeri


Çay


Hidrologiyanın simulyasiyası (qar əriməsi ilə Torpağın Nəmliyi Metodundan istifadə etməklə)



Məlumat



Tələb olunur/Könüllü?



Qeydlər



Yağıntı

Tələb olunur

Əgər mümkündürsə, oroqrafik təsirləri nəzərə almaq üçün suayrıcında müxtəlif yerlərdə və yüksəkliklərdə

Temperatur

Tələb olunur

Əgər mümkündürsə, oroqrafik təsirləri nəzərə almaq üçün suayrıcında müxtəlif yerlərdə və yüksəkliklərdə

Rütubətlilik

Tələb olunur

Əgər mümkündürsə, oroqrafik təsirləri nəzərə almaq üçün suayrıcında müxtəlif yerlərdə və yüksəkliklərdə

Külək

Tələb olunur

Əgər mümkündürsə, oroqrafik təsirləri nəzərə almaq üçün suayrıcında müxtəlif yerlərdə və yüksəkliklərdə

Bulud qatı

Tələb olunur

Əgər mümkündürsə, oroqrafik təsirləri nəzərə almaq üçün suayrıcında müxtəlif yerlərdə və yüksəkliklərdə

Torpaqdan istifadə

Tələb olunur


Yığım əmsalı

Tələb olunur

Əgər olmasa, biz ədəbiyyatdakı tipik göstəriciləri istifadə edə bilərik

Torpaq xüsusiyyətləri (torpağın növü, dərinlik)

Könüllü

Biz adətən bu parametrləri kalibrasiya zamanı tənzimləyirik

Yeraltı suların xüsusiyyətləri (spesifik sərf, dərinlik)

Könüllü

Biz adətən bu parametrləri kalibrasiya zamanı tənzimləyirik

Çay axınları

Tələb olunur

Kalibrasiya üçün hədəf

Qarın toplanması

Könüllü

Kalibrasiyanı yaxşılaşdırmağa kömək edir

Hidrologiya simulyasiya edilmirsə



Məlumatlar



Tələb olunur/Könüllü?



Qeydlər



Çay axınları

Tələb olunur

Ölçülmüş göstəricilər daxil edilir (orta aylıq göstəricilər)

Yeraltı suları təsvir etmək üçün əsas məlumatlar



Məlumatlar



Tələb olunur/Könüllü?



Qeydlər



Saxlama potensialı

Tələb olunur

Sulu horizont sisteminin potensialı

Yeraltı suların qidalanması

Tələb olunur

Yerüstü-yeraltı suların qarşılıqlı əlaqəsini simulyasiya ETMƏSƏK (bunun baş vermə ehtimalı böyükdür), yəni qidalanmanı istifadəçi daxil etsə

Maksimum sugötürmə

Könüllü

Sulu laydan maksimum götürülə biləcək suyun miqdarı

Anbarı təsvir etmək üçün əsas məlumatlar



Məlumatlar



Tələb olunur/Könüllü?



Qeydlər



Saxlama potensialı

Tələb olunur


Həcm-yüksəklik əyrisi

Əgər hidroenerjini simulyasiya etmək istəyiriksə, tələb olunur

Anbardan buxarlanma

Könüllü

Əlçatımlı olmasa, təxmini hesablana bilər

Yeralsı sulara qarışma

Könüllü


Anbarın iş qaydaları (məs. daşqına nəzarət, suyun buraxılması, neytral/bufer zona)

Könüllü


Qeyri-fəal zona / Ölü zone

Tələb olunur

Bənd daxilində su elektrik stansiyasının təsviri



Məlumatlar



Tələb olunur/Könüllü?



Qeydlər



Turbinlərin potensialı

Tələb olunur


Aşağı byefin qalxması

Tələb olunur

Çayda bənddən aşağıda suyun qalxması

Stansiya əmsalı

Tələb olunur

Stansiyanın faktiki olaraq işlədiyi zamanın faiz göstəricisi (iş, nasazlıq, texniki xidmət və s. ilə bağlı)

Elektrik yaratma səmərəliliyi

Tələb olunur

Qravitasiya enerjisini elektrikə çevirmə səmərəliliyi

Elektrik istehsalı üçün hədəf

Könüllü


Çay axını üzərində su elektrik stansiyasının təsviri



Məlumatlar



Tələb olunur/Könüllü?



Qeydlər



Turbinlərin potensialı

Tələb olunur


Sabit basqı

Tələb olunur

Hidroenerji istehsalı üçün hesabi basqı

Stansiya əmsalı

Tələb olunur

Stansiyanın faktiki olaraq işlədiyi zamanın faiz göstəricisi (iş, nasazlıq, texniki xidmət və s. ilə bağlı)

Elektrik yaratma səmərəliliyi

Tələb olunur

Qravitasiya enerjisini elektrikə çevirmə səmərəliliyi

Elektrik istehsalı üçün hədəf

Könüllü


Kanal/tunelin təsviri



Məlumatlar



Tələb olunur/Könüllü?



Qeydlər



Axın potensialı

Tələb olunur


Suya tələbat



Məlumatlar



Tələb olunur/Könüllü?



Qeydlər



Məişət

Könüllü

Əgər göstərici mövcud deyilsə, əhali, adambaşına gündəlik istehsal, paylama sistemlərində itkilər əsasında təxmini qiymətləndirilə bilər.

Suvarma

Könüllü

Əgər göstərici mövcud deyilsə, məhsulların növü, məhsulların suya tələbatı, suvarma səmərəliliyi əsasında təxmini qiymətləndirilə bilər.

Sənaye/mədən

Könüllü




Ehtiyac duyulan məlumat

Məlumatın mövcudluğu

Ərazi məlumatları



1

Rus dilində topoqrafik xəritələr (1950-ci illər)

100 000 (aşağı rezolyusiyalı skan)

2

Havadan şəkilçəkmə


3

MrSID kosmik şəkillər (.sid)

LANDSAT

4

DEM SRTM

SRTM (90 m)

5

DEM kiçik hesabi tor

ASTER (30 m)

6

Yüksəklik məlumatları

Xəritələrdə var

7

Sxematik xəritələşdirmə

50 000

8

Geoloji xəritələr

1: 500 000 (kağız)

9

Torpaq/yeraltı xəritələri

1: 600 000 (kağız)

10

Torpaqdan istifadə/torpaq örtüyü xəritələri


11

Mövcud hər hansı kadastr məlumatları


12

Əhali məlumatları

2009

13

İnzibati/rayon sərhədləri

Var

14

Kənd/rayon yerləri

Köhnə xəritələrdə var

15

Çay şəbəkəsi

Köhnə xəritələrdə var

16

Çay hövzələri, yarım-hövzələr

SRTM DEM modelindən götürülür

17

Hidravlik qurğu yerləri

Çöl səfərləri

18

Daşqından müdafiə

Talaçay, Kişçay və Türyançayda əksər qurğular

19

Ölçmə qurğularının yerləri

Var

20

Zamanla qar örtüyü


21

Suvarma sahələri


22

Suvarma üçün suyun çıxarıldığı yer


23

Quyu yerləri


24

GSM əhatə dairəsi





Vaxt sıraları / Cədvəl şəklində məlumatlar



25

Temperatur məlumatları

Bəzi

26

Yağıntı

Bəzi

27

Su səviyyələri


28

Sərf

Bəzi

29

Qar örtüyü


30

Qar suyu ekvivalenti


31

Günəş radiasiyası məlumatları


32

Küləyin sürəti haqda məlumatlar


33

Nisbi rütubətliliklə bağlı məlumatlar


34

Torpağın nəmliyi ilə bağlı məlumatlar


35

Siyahıyaalma üzrə məlumatlar (insan/mal-qara)

Yaşayış məntəqələri üçün insanlar, rayonlar üçün mal-qara

36

Yağış/hidrometrik məlumatlar


37

- məntəqələrin yerləri

Mövcuddur

38

- Yağış məlumatları


39

- səviyyə məlumatları


40

- sərf əyriləri


41

- qar ölçmə məlumatları


42

Daşqın kataloqu


43

Su axarı fotoları


44

Məhsul məlumatları

Rayonlar üzrə əsas məhsullar

45

Suvarma məlumatları

Rayonlar üzrə suvarılan sahə

46

Yeraltı sularla bağlı məlumatlar


47

Quyu məlumatları


48

Suya tələbat və su təchizatı məlumatları

?


microsoft-word-kitabxana-31.html

microsoft-word-kitabxana-36.html

microsoft-word-kitabxana-40.html

microsoft-word-kitabxana-45.html

microsoft-word-kitabxana-5.html