1 ... 43 44 45 46 47 48 49 50 51

Namiq atabəYLİ - səhifə 47

səhifə47/51
tarix19.07.2018
ölçüsü2.8 Kb.

196 
 
Sən də mi vurubsan arxamdan mənim, 
Ey mənim bitməyən naləm hardasan? 
Dərdimə ağlayır aləm hardasan?..  
 
Gəzir gülüstanda qara qarğalar. 
Susubdur bülbülün dili hardasan? 
Sənsiz bir xəzandır hər yaz, hər bahar, 
Solub bağçamızın gülü hardasan? 
 
Qıyma eĢqimizi ellər qınasın. 
BoĢ keçən  bu aylar, illər qınasın. 
Çiçəklər qınasın, güllər qınasın. 
Ey mənim çiçəyim, gülüm hardasan? 
Üzüldü  həyatdan əlim hardasan?  
 
BaĢımın üstündə ulduzum sönür, 
Qəlbimdə həsrətin yanır hardasan? 
GörüĢ yerlərimiz sənə səslənir, 
Nakam eĢqimizi anır hardasan? 
 
Bir zaman səninlə hey deyib güldük, 
Həyatın mənasın sevgidə bildik. 
Biz ki heç ayrılıb gedən deyildik, 
 Vurdu aramızı dövran hardasan?.. 
Qırdı qəlbimizi  hicran hardasan?.. 
Dillən, ey vəfasız canan, hardasan?!. 
 
 
  ƏSMƏ, PAYIZ KÜLƏYĠ ! 
Dolub ayrılığın bulud gözləri. 
Ağlayır ürəyin qırıq hissləri. 

197 
 
Silinir ömürdən yarın izləri-- 
Sən də ümidimi tale tək üzmə. 
Əsmə, əsmə, payız küləyi, əsmə!.. 
 
Döyür qapımızı soyuq qıĢ nədən? 
Tərk edib yuvanı qaranquĢ nədən? 
Gözəllər vəfasız olurmuĢ nədən?-- 
Qəlbimə  uzanan son yolu kəsmə, 
Əsmə, əsmə, payız küləyi, əsmə!.. 
 
Unutdu əhdini niyə nazlı yar? 
Gözəllərdə insaf, nə də rəhm var. 
Öldürdü qəlbimi ağır intizar, 
Dərdimin üstünə dərdini düzmə, 
Əsmə, əsmə, payız küləyi, əsmə!.. 
 
Namiqəm,  gəzirəm yar sorağında. 
Solubdur güllərim eĢqin bağında. 
Qəlbimin nigaran, qəmli çağında 
Zamanə tək dəfnə məni tələsmə, 
Əsmə, əsmə, payız küləyi, əsmə!.. 
 

 


                NAKAM MƏHƏBBƏT

 


Bir  bağlı kitabam bu Yer üzündə: 
Açıb, vərəq-vərəq cırıb atırsan. 
Heç nə saxlamırsan eĢqdən özündə, 
Qəlbi ümid-ümid qırıb atırsan. 
 
Bir axĢam ömründən çəkildim səssiz, 
Dözüb fəryadlara səbrimi basdım. 
Sən elə bilmə ki, mən sənsiz öldüm: 
Qəlbimə sənin də qəbrini qazdım. 
 

198 
 
Baxma  gözlərimdə quruyan çaya, 
Bu köhnə dünyada eĢq təzə qalır... 
Sənli-mənli günlər bütün dünyaya, 
Ayrılıq əbədi tək bizə qalır... 
 
Ölən eĢqimizin qara günündə 
Əlinlə örtünüb niyə üzlərin? 
Söylə, tək durubkən görüĢ yerində 
Kimə göz yaĢları tökür gözlərin?.. 
 
Mənim məzarımdır bu ruhsuz bədən: 
ÖlmüĢəm xəbərin heç yoxdur məndən. 
Odla  Pərvanədir sevilən-sevən: 
Sənin öz qəlbin də soyuqdur Səndən! 
 
Tənha dayanmazlar qəbir baĢında; 
Sanma ki, bu ölüm sənin suçundur. 
Boğulma tökdüyün öz göz yaĢında, 
Ölüm bu dünyada hamı üçündür. 
 
                                      Hədəfsiz atəĢdir insan taleyi-- 
Atılıb həyatda məqsədə çatmaz. 
                                      Ġmdada çağırma, SƏN, qəlbsiz göyü-- 
Ölüm göy üzündə rəhm oyatmaz. 
 PS:  müğənni Qədir  Məmmədov üçün 
 
                                           GÜN KÖLGƏ SALIR 
Ah, necə unudum gözəl günləri, 
O keçməĢ günləri, əzəl günləri... 
Tökmə ayaq alta xəzəl günləri, 
Ey ömrüm, ey günüm, tərk etmə məni. 

199 
 
 
AxĢamdır: qüruba gün kölgə salıb. 
Könlümdə yarımçıq arzular qalıb. 
BaĢımın üstünü buludlar alıb, 
Ey ömrüm, ey günüm, tərk etmə məni. 
 
Bağçada güllərim açmadan soldu. 
Dünyanın dərdləri qəlbimə doldu. 
Yar da çıxıb getdi-- qayıtmaz oldu, 
Ey ömrüm, ey günüm, tərk etmə məni. 
 
Gəzirəm ürəyi yar sorağında. 
Göz ağlar ömrümün  hər varağında. 
Könlümün  eĢqimdən  ayrılığında 
Ey ömrüm, ey günüm, tərk etmə məni 
 
 
              UNUTDUM 
(Unudulmaz bəstəkarlarımız ġahid Əbdülkərimov,  
RəĢid  Nəbioğlu və  Qəmbər Hüseynliyə 
ithaf edirəm.) 
 Sən mənim qəlbimi daĢlara vurdun, 
EĢqini baĢımdan atdım, unutdum. 
Sevgi hisslərimi yelə sovurdun, 
Könül acıların daddım, unutdum. 
 
Sevən bir ürəyin sarı simiydim, 
Mən sənlə Fərhadla ġirin kimiydim. 
EĢqin dəryasında üzən gəmiydim, 
Dərdin dəryasında batdım, unutdum. 
 

200 
 
Ürəkdə bir eĢqim, min arzum vardı. 
EĢqlə oynamağa nə lüzum vardı? 
Sənə deyiləsi çox sözüm vardı-- 
Duyğumu ürəkdə yutdum, unutdum. 
 
 Səhvimi buraxdım bilmirəm nədə? 
Günahı görmürəm özgə kimsədə. 
Mən  yolun sonuna yetmədimsə də, 
Səbrimin sonuna çatdım, unutdum. 
 
Namiqəm,  yandırdı bağrımı hicran. 
Axdı gözlərimdən yaĢ yerinə qan... 
Deyirdin sən məni unudanmazsan, 
Bax, qara torpaqda yatdım, unutdum. 
Ax,  qara torpaqda yatdım, unutdum. 
 
                                             ĠLK   EġQĠN ROMANI 
Bir soyuq ulduz tək məndən uzaqsan-- 
Sənə nə ümidim, nə əlim çatar. 
Gecənin yarısı oxunun bansan-- 
Səsin nə yatırar, nə də oyadar. 
 
Qəlbimdə bir yuva qurmuĢdun çoxdan. 
Demə ki, bu eĢqdən xəbərim yoxdur: 
Səninçin  geriyə iĢləyir zaman, 
Mənim də irəli səfərim yoxdur... 
 
Min dərdi olurmuĢ bir qız sevənin, 
Heç çıxmaz yadımdan bu ilk məhəbbət. 
Hələlik gözlərin çox  gülür sənin, 
Haçansa qəlbin də ağlayar, əlbət... 

201 
 
 
Ey gözəl, boĢluğa atıb özünü 
Mənsiz çox ünvana yol gedəcəksən. 
Sən məndən çevirib bu gün üzünü, 
Sabah özünü də məhv edəcəksən. 
 
Gülüm, ilk eĢqindən yarıyan hanı?! 
AĢiqin baĢını fəlakət sarar... 
Bu qoca dünyada ilk eĢq romanı 
Sevinclə baĢlayıb, qəmlə qurtarar. 
 
                                       HƏSRƏT NƏĞMƏSĠ 
A bəxtəvər, qarĢımıza 
 Xonça tutan nar idi ya. 
Sevda dolu baĢımıza 
Bu gen dünya dar idi ya. 
 
Bir can idik səninlə mən. 
Gecən də mən, günün də mən. 
Bütün aləm bizə düĢmən, 
Tale bizə yar idi ya. 
 
Yada salaq o zamanı, 
O çəməni, o səmanı... 
EĢqimizin tərcümanı 
Kaman idi, tar idi ya. 
 
Necə oldu xoĢ o günlər,  
Gözümüzdə yaĢ o günlər?! 
Yar, dönəydi kaĢ o günlər, 
          O günlər ki, var idi ya!.  

:

Kitab -> 2016
2016 -> SokratöNCƏSİ yunan fəLSƏFƏSİ
2016 -> Uot 328 (479. 24) Квт 66. 61(2)
2016 -> Fuad Məmmədov
2016 -> Microsoft Word metodik vesait
2016 -> []
2016 -> Ağirliq qaldiranlarin həRTƏRƏFLİ
2016 -> Microsoft Word Kosmik geologiyan?n ?saslar?


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


kak-organizovat.html

kak-ostavlyat-nashih.html

kak-otpravitsya-pod.html

kak-peredaetsya-gripp--.html

kak-perestat-bit-zombi-i.html